Bintləmə zamanı aşağıdakı qaydalara riayət olunmalıdır:
xəstəyə mümkün qədər rahat vəziyyət vermək lazımdır ki, ağrıları artmasın;
yaranın bintlə sarınması bintin başını bədənin bintlə sarınan hissəsinin ətrafına fırlamaqla iki əllə aparılır. Bu zaman bintin başını soldan sağa olmaqla açırlar;
bintin hər növbəti qatı özündən əvvəlki qatın eninin yarısını və ya 2/3 hissəsini örtməlidir;
bintləmə zamanı bədənin bintlə sarınan hissəsi, xüsusən də ətraflar sarğı qoyulandan sonra olacaqları vəziyyətdə olmalıdır. Məsələn, sarğıdan sonra xəstə gəzərsə, diz oynağına dizin bükülmüş vəziyyətində sarğı qoyulması yararsızdır;
bintin uclarını bədənin sağlam hissəsi üzərində bağlamaq lazımdır.
Dağıntılar zamanı yaranan zədələrə qarşı ilk tibbi yardım necə aparılmalıdır?
Dağıntılar zamanı meydana çıxan travmalardan biri uzunmüddətli sıxılma sindromu-Kraş sindromudur. Kraş sindromu uzun müddət böyük mexaniki qüvvənin təzyiqi altında bədənin yumşaq toxumalarının zədələnməsi nəticəsində inkişaf edir. Sindromun meydana çıxmasına səbəb muxtəlif travmalar ola bilər. Daha çox zəlzələlər, muasir silahların istifadəsi zamanı baş verən dağıntılarda, inşaat meydanlarında, şaxtalar, karyerlərdə baş verən uçqunlar zamanı rast gəlinir. Ağır mexaniki qüvvə tərəfindən sıxılan yumşaq toxumada əzilmə, dağılma baş verir. Meydana çıxan ağrı zərərçəkmişin sinir, ürək-damar, tənəffüs sistemində ciddi pozuntular yaradır. Eyni zamanda əzilmə nəticəsində qansızmalar olur. Kraş sindromu zamanı ilk yardım kompleks şəkildə aparılır:
Qısa müddət ərzində zədələnmiş şəxsin dağıntı altından azad edilməsi;