İşəgötürən işçini hansə hallarda daha yüngül işə keçirməyə borcludur?
Səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Bu halda işçilər aşağı maaşlı işə keçirilərsə işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqı saxlanılır. Vərəm və digər xroniki ağır xəstəliyə tutulmuş və bu səbəbdən başqa az maaşlı işə müvəqqəti keçirilmiş işçilərə keçirildikləri bütün vaxt ərzində, lakin dörd aydan çox olmayaraq əvvəlki iş yerində aldığı əmək haqqı saxlanılır.
İş yerlərində istehsalat mühitinə təsir edən əsas amillər hansılardır?
Fiziki amillər – Havanın tozluluğu, temperatur, səs-küy, infra və ultrasəs, titrəyişlər və.s
Kimyəvi amillər- Ümumi toksiki, qıcıqlandırıcı və s.
Bioloji amillər- Mikro-makro orqanizmlər- viruslar, göbələklər, bakteriyalar, bitkilər və heyvan aləmi.
Psixoloji amillər – zehni psixologiya yorğunluğu, zehni gərginliyə gətirən amillər aiddir.
Əlilərlə bağlı dövlət siyasəti hansı qanunla tənzimlənir ?
Ölkə ərazisində əlillərlə bağlı dövlət siyasəti “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.
Əlillərin hansı sahələrdə işləməsinə yol verilmir ?
Əlillərin işləməsinə “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında “Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə müvafiq olaraq Əmək və Əhalinin Sosial-Müdafiəsi Nazirliyi Kollegiyasının 23.07.1997-ci il tarixli 26-6 №-li qərarı ilə təsdiq edilmiş “Əlillərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış iş yerlərinin standatları haqqında nümunəvi Əsasnamə”yə 1№-li əlavədə yəni “əlillərin işləməsinin qadağan olunan istehsalat sahələrinin siyahısı”nda göstərilən sahələrdə əlillərin işləməsinə yol verilmir.