I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Əməyin təhlükəsizliyi qaydalarını və Əmək Məcəlləsinin əmək mühafizəsinə dair qayda və normalarını pozduqlarına görə vəzifəli şəxslər hansı məsuliyyəti daşıyır ?



Yüklə 493,24 Kb.
səhifə119/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   115   116   117   118   119   120   121   122   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Əməyin təhlükəsizliyi qaydalarını və Əmək Məcəlləsinin əmək mühafizəsinə dair qayda və normalarını pozduqlarına görə vəzifəli şəxslər hansı məsuliyyəti daşıyır ?

Vəzifəli şəxslər ƏM norma və qaydaları pozduqlarına görə inzibati və cinayət məsuliyyətinə cəlb edilirlər;

  1. Əməyin mühafizəsi üzrə işçilərin vəzifələri hansılardır?

Azərbaycan Respublikası Əmək məcəlləsinin 216-ci maddəsinə əsasən işçilər əməyin mühafizəsi üzrə normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası, yanğına qarşı mühafizə tələblərini öyrənməli və ona riayət etməlidirlər. Bundan əlavə özünü və iş yoldaşlarını təhlükəyə məruz qoymamağa, buraxılış olmadan qurğularda, dəzgahlarda və həyat üçün təhlükəli olan digər mənbələrdə iş görməməyə, xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etməyə və onların bilərəkdən korlanmasına yol verməməyə, baş vermiş bütün pozuntular və hadisələr barədə dərhal işəgötürənin nümayəndəsinə məlumat verməyə, iş rəhbərinin tapşırıqlarını icra etməyə borcludur.

  1. Əmək intizamı ilə bağlı işəgötürənin hansı hüquqları var ?

Öz xidməti vəzifələrinin vicdanla yerinə yetirilməsinə və bir yerdə böyük iş stajına görə müdiriyyət işçiləri mükafatlandırmaq hüququna malikdir. Əmək intizamının, müəssisə ərazisində və iş yerində təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulmasına görə müdiriyyətin aşağıdakı intizam tənbehlərinin tətbiq etməyə hüququ var:

  • xəbərdarlıq (Yazılı və şifahi)

  • töhmət vermək

  • sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək

  • kollektiv müqavilədə nəzərdə tutumuşsa aylıq əmək haqqının 25 faizindən artıq olmamaq şərti ilə cərimə etmək

  • əmək müqaviləsini ləğv etmək (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddədə göstərilən səbəblərdən) və sair bu kimi intizam tənbehləri.

  1. Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsinə görə işəgötürənlər hansı məsuliyyət daşıyır?

İşçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir.

  1. Əməyin mühafizəsi üzrə qayda və normaların pozulmasına görə vəzifəli şəxslərin məsuliyyəti nədir?

İdarə və müəssisələrin vəzifəli şəxsləri Əmək Məcəlləsini, əmək mühafizəsi qaydalarını və normalarını pozduqda, eləcə də Dövlət nəzarət orqanlarının, Həmkarlar İttifaqları komitələrinin sərancamlarını, habelə Neft şirkətinin, Birliyin, müəssisə rəhbərlərinin əmrlərini yerinə yetirməməkdə müqəssir olan vəzifəli şəxslə qanunun müəyyənləşdirdiyi qaydada məsuliyyət daşıyırlar. Pozuntu hallarının xüsusiyyətindən və dərəcəsindən asılı olaraq vəzifəli şəxslərə qarşı intizam, inzibati, maddi və cinayət məsuliyyəti tətbiq edilir.

  1. Həmkarlar İttifaqı Təşkilatlarının əməyin mühafizəsində rolu nədən ibarətdir ?

İşəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət etmək və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasını tələb etmək.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin