I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Qaz kəmərləri avtomobil və dəmir yolları ilə kəsişmələri hansı bucaq altında nəzərdə tutulmalıdır?



Yüklə 493,24 Kb.
səhifə39/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   35   36   37   38   39   40   41   42   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Qaz kəmərləri avtomobil və dəmir yolları ilə kəsişmələri hansı bucaq altında nəzərdə tutulmalıdır?

Qaz kəmərlərinin dəmir və tramvay yolları ilə, həmçinin avtomobil yolları ilə kəsişmələri, bir qayda olaraq, 900- li bucaq altında nəzərdə tutulmalıdır.

  1. Yeraltı qaz kəmərlərindən onların dəmir və tramvay yolları ilə kəsişdiyi yerlərdə minimum məsafələr nə qədər olmalıdır?

Yeraltı qaz kəmərlərindən onların dəmir və tramvay yolları ilə kəsişdiyi yerlərdə minimum məsafələr aşağıdakı kimi qəbul edilməlidirlər:

  • körpulərə, borulara, tunellərə və dəmir yollarında piyadalar üçün nəzərdə tutulmuş korpülərə və tunellərə qədər – 30 m;

  • tramvay yolları üçün yoldəyişənlərə qədər – 3 m, dəmir yolları ucun 10 m;

  • kontakt şəbəkəsinin dayaqlarına qədər – 3 m.

Gostərilən məsafələrin azaldılmasına, kəsişən qurğuların tabeçiliyində olduğu təşkilatlarla razılığı əldə edildikdən sonra yol verilir.
Qaz kəmərlərinin ümumi dəmir yolları şəbəkəsi keçidlərində fərqləndirici sütuncuqların (nişanların) qoyulması zərurəti və onların sənədləşdirilməsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin razılığı ilə həll edilir.

  1. Yeraltı qaz kəmərlərinin nəqliyyat yollarının altından keçirilməsi zamanı hansı qaydalara əməl edilməlidir?

Bütün təzyiqli yeraltı qaz kəmərlərinin dəmir yolu və tramvay yolları ilə, I, II, və III – dərəcəli avtomobil yolları ilə, həmçinin şəhərin hüdudlarında sürətli yollarla, maqistral küçələrlə və ümumşəhər əhəmiyyətli yollarla kəsişdiyi yerlərdə cəkilməsi polad futlyarlarda nəzərdə tutulmalıdır. Qaz kəmərlərinin magistral küçələrlə və rayon əhəmiyyətli yollarla, həmçinin yerli əhəmiyyətli küçə və yollarla kəsişdiyi yerlərdə futlyarların qoyulma zərurəti nəqliyyatın hərəkətinin intensivliyindən asılı olaraq layihə təskilatları tərəfindən həll edilir. Bu halda oz davamlılığına və uzun ömürlüyünə görə qoyulan şərtlərə cavab verən qeyri metal futlyarların nəzərdə tutulmasına yol verilir.
Futlyarların ucları kipləşdirilməlidir. Futlyarların bir ucunda muhafizə qurğusunun altına çıxan nəzarət borucuğu nəzərdə tutulmalıdır, qəsəbələrarası qaz kəmərlərində isə torpaq yatağının kənarından 50 m-dən az olmamaqla kənara çıxarılan, nümunə göturmək üçün qurğusu olan, sorucu şam nəzərdə tutulmalıdır. Futlyarların borulararası boşluğunda qaz təchizatı sistemlərinə xidmət etmək üçün təyin edilmiş istismar olunan rabitə, telemexanika, telefon və elektrik mühafizə drenaj kabellərinin çəkilməsinə yol verilir.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin