I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Yeni tikilmiş qaz kəmərlərinin istismarda olan qaz kə­mər­lərinə qoşulması zamanı hansı işlər görülməlidir?



Yüklə 493,24 Kb.
səhifə37/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   33   34   35   36   37   38   39   40   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Yeni tikilmiş qaz kəmərlərinin istismarda olan qaz kə­mər­lərinə qoşulması zamanı hansı işlər görülməlidir?

  • Qoşulma işlərinin aparılmasından əvvəl elektro-kimyəvi mühafizə vasitələri açılmalıdır (ayrılmalıdır).

  • Qoşulmadan və qazın verilməsindən əvvəl yeni tikil­miş qaz kəmərləri “Qaz təsərrüfatında texniki təhlükəsizlik qay­daları”nın tələblərinə uyğun olaraq yoxlama sınağından keçirilməlidir.

  • Girişlərdə bütün bağlayıcı qurğular bağlanılmalı və metal tıxaclarla qapanmalıdırlar.

  • İşlərin icrası tərtib edilmiş iş planı və təlimat əsasında yerinə yetirilməlidir.

  1. Qaz kəmərindən qaz-hava qarışığının üfürülməsi necə həyata keçirilir?

Qaz kəmərinə qaz verilərkən qaz-hava qarışığının üfürülməsi atqı şamı vasitə ilə həyata ke­çiril­məlidir. Atqı şamında quraşdırılmış kranlar, ardıcıllıqla açıl­malı və işlər onu yerinə yetirə bilən işçilər tərəfindən təlimat aldıqdan sonra icra edilməlidir. Qazı atqı şamından havaya buraxan müddət ərzində yaxınlıqda 10 m radiusunda açıq oddan istifadə etmək, siqaret çəkmək və digər qaz-hava qarışığının yanmasına səbəb ola bilən hərəkətlərə yol verilməməlidir. Eyni zamanda ildırım çaxan zaman qazı atqı şamı vasitəsilə havaya buraxmaq qəti qadağandır.

  1. Qaz kəmərləri nəzarət üçün hava ilə hansı təzyiq altında üfürülməlidir?

Yeraltı və yerüstü qaz kəmərləri hesablanmış təzyiqdən asılı olmayaraq 2000 mm su sütünü (0,02 MPa) təzyiq altında hava ilə üfürülərək nəzarət üçün yoxlanılmalıdır. Təzyiqin aşağı düşməsi 1 saatda 110 mm su sütünündan (10 daPa) artıq olmamalıdır.

  1. Qaz kəmərləri hava ilə üfürülərkən hansı tələblərə riayət olunmalıdır?

Qaz kəmərindən qazı çıxararkən, onlar hava ilə, yaxud təsirsiz qazla, qaz tamamilə basılıb çıxarılanadək üfürülməlidir. Üfürmənin qurtarması borudan götürülən havanın, yaxud təsirsz qazın analizi ilə təyin edilir. Götürülən nümunədə qazdakı oksigenin miqdarı 1 faizdən artıq olmamalıdır, qaz isə arası kəsilmədən sakit yanmalıdır. Qaz kəmərlərini üfürən zaman qaz-hava qarışığı elə yerlərə buraxılmalıdır ki, binalara, həmçinin hər hansı od mənbəyindən alışa biləcək yerlərə keçməsin.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin