Qaz kəmərlərinin mühafizə zonaları hansı normativ sənədlə tənzimlənir ?
Qaz kəmərlərinin mühafizə zonalarıAzərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən tənzimlənir. Yeni inşa edilmiş yeraltı aşağı təzyiqli qaz kəmərlərinin kipliyə sınağı hansı müddətdə və təzyiqdə həyata keçirilir ?
Yeni inşa edilmiş yeraltı aşağı təzyiqli qaz kəmərlərinin kipliyə sınağı 24 saat müddətində və 1 atm təzyiq altında aparılır.
Yeni inşa edilmiş yerüstü aşağı təzyiqli qaz kəmərlərinin kipliyə sınağı hansı müddətdə və təzyiqdə həyata keçirilir ?
Yeni inşa edilmiş yerüstü aşağı təzyiqli qaz kəmərlərinin kipliyə sınağı 0,5 saat müddətdə və 1 atm təzyiq altında aparılır.
Yeni inşa edilmiş yeraltı aşağı təzyiqli qaz kəmərlərinin möhkəmliyə sınağı hansı müddətdə və təzyiqdə həyata keçirilir?
Yeni inşa edilmiş yeraltı aşağı təzyiqli qaz kəmərlərinin möhkəmliyə sınağı 3saat müddətdə və 6 atm təzyiq altında aparılır.
Yeni inşa edilmiş yerüstü aşağı təzyiqli qaz kəmərlərinin möhkəmliyə sınağı hansı müddətdə və təzyiqdə həyata keçirilir?
Yeni inşa edilmiş yerüstü aşağı təzyiqli qaz kəmərlərinin möhkəmliyə sınağı 1saat.müddətdə və 3 atm təzyiq altında aparılır.
Yeni inşa edilmiş yeraltı orta təzyiqli qaz kəmərlərinin möhkəmliyə sınağı hansı müddətdə və təzyiqdə həyata keçirilir?
Yeni inşa edilmiş yeraltı orta təzyiqli qaz kəmərlərinin möhkəmliyə sınağı 3 saat.müddətdə və 6 atm təzyiq altında aparılır. Yeni inşa edilmiş yerüstü orta təzyiqli qaz kəmərlərinin möhkəmliyə sınağı hansı müddətdə və təzyiqdə həyata keçirilir?
Yeni inşa edilmiş yerüstü orta təzyiqli qaz kəmərlərinin möhkəmliyə sınağı 1 saat.müddətdə və 4,5 atm təzyiq altında aparılır.