istismara yararsız hala düşmüş kran və siyirtmələrin dəyişdirilməsi və sairə.
Qaz kəmərlərində tikilmiş quyularda qazın olmasının müəyyənləşdirilməsi və nəzarət borucuqlarının yoxlanılması;
Quyularda və örtüklərdə armaturların zahiri baxışı;
Qaz kəmərlərinin oxundan hər iki tərəfə 15m-ə qədər məsafədə yerləşmiş digər qurğularda qazın olmasının yoxlanılması, digər yeraltı kommunikasiyaların quyuları, kollektorlar, binaların zirzəmiləri və sair
Zahiri əlamətlər üzrə qaz sızmasının aşkar edilməsi;
Quyuların (lyukların) örtüklərinin, divar göstəricilərinin yaxşı vəziyyətdə saxlanılmasına və onları qardan, buzdan, çirklənmədən təmizlənməsinə nəzarət edilməsi.
Yeraltı qaz kəmərlərinə gəzmə üsulu ilə texniki baxış keçirdikdə kəmərdən hər iki tərəfə neçə metr məsafədəki digər xidmətlərə məxsus quyular, zirzəmilər yoxlanılmalı və qaz sızması aşkar edildiyi təqdirdə bu məsafə hansı radiusa qədər artırılır ?
Yeraltı qaz kəmərlərinə gəzmə üsulu ilə texniki baxış keçirdikdə kəmərdən hər iki tərəfə 15 metr məsafədəki digər xidmətlərə məxsus quyular, zirzəmilər yoxlanılmalı və qaz sızması aşkar edildiyi təqdirdə bu məsafə 50 m. radiusa qədər artırılır. İstismarda olan yeraltı qaz kəmərlərinin cihazlarla texniki müayinəsi hansı müddətdən bir aparılmalıdır?
İstismarda olan yeraltı qaz kəmərlərinin cihazlarla texniki müayinəsi 5 ildə bir dəfədən az olmamaqla aparılmalıdır. Əsaslı təmirə və yenidənqurmaya ehtiyacı olan qaz kəmərlərinin cihazla texniki müayinəsi ildə bir dəfədən az olmamaqla aparılmalıdır.