Qaz kəmərləri üzərində kondensat yığıcıları nə məqsədlə və necə quraşdırılır?
Kondensat yığıcıları qazın tərkibində olan mayenin yığılaraq xaric edilməsi məqsədilə layihəyə uyğun olaraq qaz kəmərinin aşağı nöqtələrində ona qaynaq edilməklə quraşdırılır. Kondensat yığıcılardan kondensatı boşaldan borular yerin səthinə örtük altına dayaz quyunun qapağı altına çıxarılmalıdır. Kondensat yığıcılar onların donmamasını təmin edən dərinlikdə quraşdırılmalıdır.
Kondensat yığıcının boşaltma borusi ilə onun üzərinə qoyulmuş örtük arasında məsafə nə qədər olmalıdır?
Kondensat yığıcının boşaltma borusunun tıxacı ilə onun üzərinə qoyulmuş örtüyün qapağı arasındakı məsafə 10 sm-dən az olmamalıdır.
Xarici qaz kəmərlərinə dövri olaraq texniki baxış hansı müddətdən bir keçirilməlidir?
Xarici qaz kəmərlərinə təsdiq olunmuş qrafik əsasında dövri olaraq texniki baxış keçirilməlidir. Yerüstü qaz kəmərlərinə gəzmə üsulu ilə texniki baxış 3 ayda bir dəfədən az olmamaqla aparılmalıdır. Yeraltı qaz kəmərləri xəttinin yoxlama-nəzarət dövriliyi isə onların texniki vəziyyətindən, kimyəvi-elektrokimyəvi mühafizə qurğularının mövcudluğundan və səmərələliyindən, təzyqindən, və s. amillərdən asılı olur.
Sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin yeraltı qaz kəmərləri hansı müddətdən bir yoxlanılır ?
Sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrin yeraltı qaz kəmərləri 2 gündə bir dəfədən az olmayaraq yoxlanılmalıdır.
Yeraltı qaz kəmərləri xəttinin yoxlanılması işlərini həyata keçirən briqadanın tərkibi neçə nəfərdən ibarət olmalıdır?
Yeraltı qaz kəmərləri xəttinin yoxlanılması tərkibində 2 nəfərdən az olmayan briqada tərəfindən aparılmalıdır.Yaşayış məntəqələrindən kənarda və digər yeraltı kommunikasiyalar olmayan yerlərdə bu işi bir fəhlə ilə aparmağa yol verilir.