Kəmərin korroziyadan Protektor mühafizəsi necə aparılır?
Protektor mühafizəsinin quruluşu çox sadədir. Bu quruluş əlvan metalların xüsusi xəritəsindən tökülən kündədən ibarətdir. Xüsusi duzlar qatışığında yerləşdirilən protektoru qaz kəmərindən 3-6 metr məsafədə, 2 metrə qədər dərinlikdə yerə basdırılır.
Qaz kəmərini və protektoru yaxşı izolə edilmiş məftil vasitəsilə qısa qapayırlar. Qalvanik qütbə anodun rolunu protektor oynayır. Bu məftilin izolyasiyası uzun müddət torpaqda qalmadan xarab olmamalıdır. Müdafiə edilməli olan məntəqədə protektorları qaz kəməri boyunca 35 və 70 metr addımla qoyurlar.
Qaz kəməri və qurğularını korroziyaya qarşı izolə edilməsinin layihələndirilməsinin həmin işlərin aparılması üzrə «CH-266-63. Yeraltı metal qurğularının korroziyadan qorunması Qaydaları» («CH-266-63. Правила защиты подземных металических сооружений от коррозии») uyğun aparılmalı, kəmərlərin və qurğuların istismara qəbulunda bu təlimata ciddi əməl edilməlidir.
Protektor mühafizəsinin sxemi
1 – nəzarət məntəqəsi;
2 – birləşdirici kabel;
3 – protektor;
4 – doldurucu (duzlar+gil+su);
5 – mühafizə cərəyanının torpaqda hərəkəti istiqaməti;
6 – qaz kəməri.
Kəmərin korroziyadan elektrik drenaj qurğusu vasitəsi ilə mühafizəsi necə aparılır?
Elektrikləşdirilmiş tramvay və dəmir yol xətlərini kəsən və onların yaxınlığından keçən qaz kəmərlərində azmış cərəyanlar nəticəsində kəmərdə anod sahəsi yaranır ki, bu da boru metalının korroziyası-dağılması ilə nəticələnə bilər.
Azmış cərəyanların təsirindən yaranan korroziya, qaz kəməri səthinin tramvay, elektrikləşdirilmiş dəmir yolu, metropoliten xətlərində reslərdə itən sabit cərəyanın bilavasitə təsiri ilə elektrokimyəvi dağılmaya məruz qalmasıdır. Relslərlə axıb qaz kəməri sahəsinə yaxın dartı yarımstansiyasının mənfi giriş yerinə qayıdan sabit cərəyan relslərin torpaqla yaxşı izolyasiya olunmaması səbəbindən, yaxud relslərin bir-biri ilə əlaqəsinin pozulmasından azmış halda torpağa keçərək zədələnmiş izolyasiya örtüyü yerindən elektrik müqaviməti ətraf torpağın müqavimətindən aşağı olan qaz kəmərinə, kəmərdən torpağa, torpağdan relsə dövrü olaraq axır. Azmış cərəyanların qaz kəmərinə giriş zonasında qaz kəməri katod (mənfi elektrod) kimi, çıxış zonasında isə anod (müsbət elektrod) kimi polyarlaşır. Metal boruları belə vəziyyətdən qorumaq məqsədilə elektrik drenaj qurğularından istifadə edilməlidir.