QTM və QTQ-in texniki xidməti ilə məşğul olan işçilərin işinə kim nəzarət etməlidir?
QTM və QTQ-in texniki xidməti ilə məşğul olan işçilərin işinə nəzarət, həmin sahəyə məsul olan mühəndis tərəfindən həyata keçirilməli və yoxlamanın nəticələri istismar jurnalında qeyd olunmalıdır.
QTM və QTQ-in əsaslı təmirinə hansı işlər daxildir?
QTM və QTQ-nin köhnəlmiş və yararsız hala düşmüş avadanlıqlarının və ya onun ayrı-ayrı hissələrinin, eləcə də onların yerləşdikləri binaların təmiri.
QTM-nin binasında havanın temperaturu ən azı nə qədər ola bilər ?
QTM-nin binasında havanın temperaturu 50 c-dən aşağı saxlanılmasına icazə verilmir.
Qaz kəmərinin korroziyaya uğraması dedikdə nə başa düşülür?
Qaz kəmərlərinin xarici mühitin və digər kənar təsirilərin nəticəsində aşınması onun korroziyaya uğraması adlanır.
Qaz kəmərlərinin korroziyaya uğrama səbəbləri hansılardır?
Qaz kəmərlərinin çəkilişində istifadə edilən polad borular korroziyaya kimyəvi, elektrokimyəvi və elektrikin təsirlərdən uğrayır.
Kimyəvi - boruya qruntdakı qazın və mayenin təsrindən yaranır.
Elektrokimyəvi- borunun aqressiv kimyəvi birləşmələr məhlulu ilə təması (kontaktı) nəticəsində yaranır. Bu halda qaz kəməri elektrod, məhlul isə elektrolit rolunu oynayır.
Elektrik- qruntda olan azmış elektrik cərəyanının boruya təsiri nəticəsində yaranır.
Qaz kəmərlərnin korroziyadan mühafizə metodları hansılardır?
Qaz kəmərləri korroziyadan aktiv və passiv metodlarla mühafizə olunur. Passiv metod nəticəsində qaz kəməri xarici mühitin, aktiv metod nəticəsində isə azmış cərəyanın təsirindən qorunur.
Qaz kəmərlərnin korroziyadan passiv müdafəsi necə aparılır?
Qaz kəmərləri korroziyadan atmosferin təsirindən rənglənməklə, qruntun təsirindən isə izolyasiya olunmaqla qorunur. İzolyasiyanın seçilməsi zamanı qruntun aqressivliyi nəzərə alınmalıdır. İzolyasiya materialı olaraq polimer, polivinilxlorid, bitum, boya, lak-boya örtüklərdən geniş istifadə edilir. Qeyd etmək lazımdır ki, metal borular metal istehsal edən zavodlarda mexaniki üsulla da izolyasiya edilir. Bu da keyfiyyətə şərait yaratmaqla tikintinin səmərəliliyinə müsbət təsirini göstərir.Yerüstü metal borulardan inşa olunan qaz kəmərləri iki dəfədən az olmamaqla astarlanmalı və yağlı boya ilə rənglənməlidir.Qruntun aqressivliyindən asılı olaraq izolyasiya normal, güclü, daha güclü olmaqla 3 yerə bölünür.