QAK-nın buraxma qabiliyyətinin yoxlanılması necə həyata keçirilir?
QAK-nın buraxma qabiliyyətinin yoxlanılması təzyiq altında işləyən tutumların (qabların) quruluşunu və təhlukəsiz istismarını tənzimləyən gaydalara əsasən aparılmalıdır.
QAK-dan atılmalı olan qazın miqdarı aşağıdakı kimi təyin edilməlidir:
qaz təzyiq tənzimləyicilərindən qabaq QBK olduqda:
Q ≥ 0,0005 Qd – dusturu ilə, (3)
burada - Q – bir saat ərzində QAK-dan atılan, qazın miqdarı, m3/saat (00S-də və 0,10132MPa-da);
Qd – qaz təzyiq tənzimləyicisinin hesabi buraxma qabiliyyəti m3/saat, (00S- də və 0,10132 MPa-da).
qaz təzyiq tənzimləyicilərindən qabaq QBK olmadıqda:
zolotnikli qaz təzyiq tənzimləyiciləri üçün
Q ≥ 0,01Qd, (4)
elektron tənzimləyicisi olan tənzimləyici qapaqlar üçün
Q ≥ 0,02 Qd, (5)
QTM (QTQ)-də paralel olaraq bir neçə qaz tənzimləyici qoyulması lazım gəldikdə, QAK-dan atılan qazın miqdarı aşağıdakı düsturla təyin edilməlidir:
Q′ ≥ Qn, (6)
burada - Q′ – bir saat ərzində QAK-dan atılmalı olan, qazın ümumi miqdarı, m3/saat (00S-də və 0,10132MPa-da);
n – qaz təzyiqi tənzimləyicilərinin sayı – ədədlə;
Q – hər bir tənzimləyici üçün bir saat ərzində QAK-dan atılan qazın miqdarı, m3/saat (00Sdə və 0,10132MPa-da).
Kombinasiya edilmiş tənzimləyicilərin yerləşdirilməsi necə təmin edilməlidir?
Kombinasiya edilmiş (birləşdirilmiş) qaz təzyiq tənzimləyiciləri yanmayan materiallardan olan dayaqlar üzərində və ya odadavamlığı III – IIIa dərəcədən aşağı olmayan qazlaşdırılan binaların xarici divarlarında (metal üzluk çəkilmiş və yanan istiləndiricisi olan panel divarlardan başqa) və ya binaların daxilində (yaşayış evlərindən və qeyri-istehsal xarakterli ictimai binalardan başqa) qoyulmalıdırlar.
Kombinasiya edilmiş təzyiq tənzimləyicisinə qazın giriş təzyiqi asağıdakılardan çox olmamalıdır:
yasayış evləri və qeyri-istehsal xarakterli ictimai binalar üçün – 0,3 MPa (3kqq/sm2) tənzimləyici qazlaşdırılan binaların divarlarında qoyulduqda və 0,6MPa (6,0 kqq/sm2) tənzimləyici ayrılıqda dayanmış dayaqlarda yerləşdirildikdə;
sənaye (o cümlədən qazanxanalar) və kənd təsərrufatı müəssisələri üçün – 0,6MPa (6,0 kqq/sm2), tənzimləyici binaların divarlarında qoyulduqda və 1,2MPa (12,0 kqq/sm2) tənzimləyici ayrılıqda dayanmış dayaqlarda yerləşdirildikdə.
Kombinasiya edilmiş təzyiq tənzimləyiciləri qaz kəmərinin üfüqi sahəsində, bir qayda olaraq, 2,2m-dən artıq olmayan hündürlükdə qoyulmalıdırlar. Tənzimləyicinin yuxarı hündürlükdə qoyulması zərurəti yarandıqda ona xidmət etmək üçün pilləkənli meydanca nəzərdə tutulmalıdır.