QTM (QTQ) avadanlıqlarının təmiri zamanı hansı işlər yerinə yetirilməlidir?
avadanlıqların sökülməsi, köhnəlmiş hissələrin və detalların təmiri və ya dəyişdirilməsi;
siyirtmələrin və qoruyucu klapanların hərəkətliliyinin və bağlanmalarının kipliyinin yoxlanılması;
bütün birləşmələrin və armaturların kipliyinin sabunlu su məhlulu ilə və ya müvafiq cihazlarla yoxlanılması;
sürtülən hissələrin yağlanması və kipgəclərin dəyişdirilməsi və ya əlavə olunması;
impuls borucuqlarının üfürülməsi;
təzyiq tənzimləyicisinin klapanın yəhərinə oturmasının kipliyinin yoxlanılması;
təzyiq tənzimləyici membranlarının kipliyinin və həssaslığının təyin edilməsi;
qoruyucu qurğuların sazlanmasının və işlənməsinin yoxlanılması və sairə.
Qaz tənzimləyicilərinə texniki xidməti zamanı hansı işlər görülməlidir?
Qaz tənzimləyicilərinə texniki xidmət təsdiq olunmuş qrafik (cədvəl) əsasında, xüsusi ixtisaslaşmış usta və 2 nəfər çilingər-nəzarətçi tərəfindən həyata keçirilir. Texniki xidməti zamanı aşağıdakı işlər yerinə yetirilməlidir:
QTM (QTQ)-in və ya şkafın daxili və xarici müayinəsi;
işıqlandırma və ventilyasiya sistemlərinin istismara yararlıqlarının yoxlanılması;
otaqların və avadanlıqların tozdan, çirkdən və kənar əşyalardan təmizlənməsi.
Cihazların göstəriciləri və müayinələrin nəticələri QTM (QTQ) xidməti üzrə ayrılmış jurnallarda qeyd olunmalıdır.
Qaz tənzimləyicisinin çıxışında təzyiq verilmiş rejimin hansı həddində dəyişə bilər?
Qaz tənzimləyicisinin çıxışında təzyiq verilmiş rejimin 10% həddində dəyişə bilər.