I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Qaz kəmərlərnin korroziyadan aktiv(elektrokimyəvi) müdafəsi necə aparılır?



Yüklə 493,24 Kb.
səhifə24/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   20   21   22   23   24   25   26   27   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Qaz kəmərlərnin korroziyadan aktiv(elektrokimyəvi) müdafəsi necə aparılır?

Qaz kəmərləri azmış cərəyanın təsirindən qorunmaq üçün aktiv müdaifə olunmalıdır. Aktiv müdafiə katod, drenaj və protekter adlandırılmaqla 3 yerə bölünür.

  1. Kəmərin katod üsulu ilə korroziyadan mühafizəsi necə aparılır?

Bu üsulla mənfi potensial qoymaqla, anod sahələrinin təsirini aradan qaldırılması mümkün olur. Mənfi potensial, müsbət potensialı xüsusu torpaqlandırıcıya – anoda verilən xarici sabit cərəyan mənbəyindən qidalanır. Anod olaraq torpağa basdırılmış anod torpaqlandırıcılarından, köhnə boru və köhnə relsdən, tirdən istifadə edirlər. Anod torpaqlandırıcıdan yerə keçən cərəyan elektrolitik təsir edərək onu tədricən parçalayır. Boru divarının şəbəkəsi ilə birləşdirmə nöqtəsində potensial 0.8 V-dan çox alınmamaqla minimal potensial 0.285V olmalıdır. Katod mühafizəsinin işləməsi üçün cərəyan mənbəyi lazımdır. Katod mühafizəsi üçün Respublikada hal-hazırda əsasən KSS-600, KSS-1200, SSG-59-600, SSG-59-1200 modelli katod stansiyaları tətbiq edilir. Yeraltı qaz kəmərlərinin katod mühafizəsi onların xarici cərəyan mənbəyinin təsiri ilə katod polyarlaşdırılmasının təmin olunmasıdır.
Katod stansiyası ilə mühafizə qurğusu sabit cərəyan mənbəyindən, anod torpaqlandırıcıdan, metal şkafda yerləşdirilən elektrik nəzarət cihazlarından, diodlardan, elektrik açarından və elektrik naqillərdən ibarətdir.



Katod mühafizəsinin sxemi


1 – qrafit anod torpaqlandırıcı;
2 – birləşdirici kabel;
3 – sabit cərəyan mənbəyi;
4 – drenaj kabeli;
5 – drenaj nöqtəsi;
6 – qaz kəməri.

Cərəyan mənbəyinin mənfi qütbü mühafizə olunan qaz kəmərinə, müsbət qütbü isə anod torpaqlandırıcıya birləşdirilir. Yaradılan qapalı elektrik dövrəsindən cərəyan, mənbəyin müsbət qütbündən torpaqlanmış anoda və torpaq vasitəsilə qaz kəmərinə, qaz kəmərindən mənbəyə (katod stansiyasına) dövr edir, qaz kəməri mühafizə olunur, torpaqlanmış anod elektrokimyəvi dağılmaya məruz qalır.




  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin