I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


İstismarda olan yeraltı qaz kəmərinin kipliyi (şurf açma yolu ilə baxış) neçə ildən bir yoxlanılır ?



Yüklə 493,24 Kb.
səhifə31/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   27   28   29   30   31   32   33   34   ...   213
1000 sual - 1000 cavab 21.01.17

İstismarda olan yeraltı qaz kəmərinin kipliyi (şurf açma yolu ilə baxış) neçə ildən bir yoxlanılır ?

İstismarda olan yeraltı qaz kəmərinin kipliyi 5 ildə bir dəfə şurf açma yolu ilə yoxlanılır.

  1. Qaz təchizatı müəssisələrinin balansında olan və balansında olmayan qaz kəmərlərinin və qurğularının tam xarakteristikası hansı sənədlərdə öz əksini tapmalıdır?

Tam xarakteristikalarını (diametrlər, izolyasiya örtüyünün tipi, mühafizə vasitələri, texniki vəziyyəti və s.) əks etdirən kompleks istismar sənədləri olmalıdır (texniki pasportlar və s.).

  1. Qaz kəmərləri xəttində nəzarət-ölçü məntəqələri arasındakı məsafə nə qədər olmalıdır?

Şəhərlərdən, qəsəbələrdən və kənd yaşayış məntəqələrindən keçən qaz kəmərləri xəttində nəzarət-ölçü məntəqələri arasında 200 metrdən artıq, yaşayış məntəqələrindən kənarda isə bu məsafə 500 metrdən artıq olmamalıdır. Nəzarət-ölçü məntəqələri qaz kəmərlərinin elektrik enerjisi işləyən dəmir yolu xətləri ilə və eni 50m-dən artıq olan su sədləri ilə kəsişdikləri yerlərdə də qoyulmalıdır.

  1. Qaz kəmərinin istismarı zamanı hansı işlər yerinə yetirilməlidir?

Qaz kəmərinin istismarı zamanı aşağıdakı işlər yerinə yetirilməlidir:

  • texniki xidmət;

  • planlı təmir (cari və əsaslı);

  • qəza-bərpaetmə.

  1. Texniki xidmətə hansı işlər daxildir?

  • yeraltı, yerüstü və yer səthindən yuxarıda çəkilmiş qaz kəmərlərinin və onların qurğularının, eləcə də elektrik mühafizə qurğularının vəziyyətinə nəzarət və istismar prosesində aşkar olunmuş nasazlıqların ləğv edilməsi;

  • quyularda və yerüstü qaz kəmərlərində quraşdırılmış avadanlıqların müayinəsi;

  • qaz kəmərlərinin və onların izolyasiya örtüklərinin vəziyyətinin cihazlarla, qazıma və şurflama üsulu ilə müayinə edilməsi və kəmərlərin təzyiq altında yoxlanılması;

  • qaz kəmərlərində təzyiqin ölçülməsi;

  • qaz kəmərlərində elektrik potensialının ölçülməsi.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin