Hansı hallarda sənaye müəssislərinə odarizə olunmamış qaz verilə bilər?
Sənaye müəssisələrinin istehsalat qurğularına odarizə olunmamış qaz o şərtlə verilə bilər ki, müəssisəyə gələn qaz kəməri yaşayış məskənlərinin ərazlərindən kənarda olsun, qaz avadanlıqları və qaz kəmərləri yerləşən otaqlarda qaz yığılmasını xəbər verən xəbərdaredici cihazlar qoyulsun və odarizə olunmamış qazın təhlükəsiz istifadə edilməsini təmin edən digər əlavə tədbirlər həyata keçirilsin.
Sənaye müəssisələrinin və ayrılıqda yerləşən qazanxanaların istilik qurğuları üçün maksimum hansı təzyiqdə qaz tələb oluna bilər?
Sənaye müəssisələrinin və ayrılıqda yerləşən qazanxanaların istilik qurğuları üçün təzyiqi 1,2MPa-ya (12 kqq/sm2-ə) qədər olan qazdan istifadə olunmasına o zaman yol verilir ki, istehsalat texnologiyasının sərtlərinə gorə həmin obyektlər üçün göstərilən təzyiqdə qaz tələb olunsun.
İstehsalat binalarına sonradan əlavə edilmiş tikililərdə yerləşən qazanxanalarda təzyiqi 0,6MPa-ya (6kqq/sm2-ə) qədər olan qazdan istifadə olunmasına yol verilir.
Qazpaylayıcı stansiyalardan (QPS) cıxan qazın yeraltı qaz kəmərlərinə verilərkən temperaturu nə qədər olmalıdır?
Qazpaylayıcı stansiyalardan (QPS) çıxan qazın yeraltı qaz kəmərlərinə verilərkən temperaturu mənfi 100S-dən, yerüstü və yer səthindən yuxarı çəkilən qaz kəmərlərinə verildikdə isə tikinti aparılan rayonun xarici havasının hesabi temperaturundan aşağı olmamalıdır.
Xarici havanın hesabi temperaturu СНиП 2.01.01 normativ sənədinin tələblərinə uyğun olaraq 0,92 təminatı ilə ən soyuq beş günün temperaturu qədər qəbul edilir.
Şişən suxurlarda çəkilən yeraltı qaz kəmərlərinə qazın QPS-dən mənfi temperaturda verilməsi zamanı qaz kəmərlərinin dayanıqlığını təmin edən tədbirlər nəzərdə tutulmalıdır.
Qaz kəmərlərinin su maneələrindən keçidləri necə həyata keçirilməlidir?
Qaz kəmərlərinin su maneələrindən sualtı keçidləri hidroloji, muhəndis geoloji və topoqrafiya axtarış işlərinin göstəricilərinə əsasən nəzərdə tutulmalıdırlar.
Qaz kəmərlərinin sualtı kecid trassasının, çay məcrasının eninin az olduğu və sahili yuyulmayan, dayanıqlı və düzxətli hissəsindən keçirilməsi nəzərdə tutulmalıdır. Sualtı keçid trassalarının istiqaməti, bir qayda olaraq, çayın mərkəzi dinamik oxuna perpendikulyar nəzərdə tutulmalı və bu keçidlər çayın məcrasının qaya və daşlı sahillərindən kənarlasdırılmalıdır.
Su maneələrinin orta mövsumi axın səviyyəsinə muvafiq olaraq, bu maneələrin eni 75 m və daha cox olduqda qaz kəmərlərinin sualtı keçidləri, bir qayda olaraq, iki xətli borulardan ibarət olmaqla bu boruların hər birinin hesabi qaz sərfinin 0,75 misli qədər qaz keçirmə qabiliyyətinə muvafiq nəzərdə tutulmalıdır. Qaz kəmərlərinin ikinci (ehtiyat) xəttinin nəzərdə tutulmamasına asağıdakı hallarda yol verilir:
həlqəvi qaz kəmərləri olduğu halda, sualtı keçid bağlanıldıqda qaz istehlakçılarının fasiləsiz qaz ilə təchiz edilməsi mumkun olarsa;
sənaye istehlakçılarına dalanlı qaz kəməri çəkildiyi halda, sualtı keçidin təmir olunduğu muddətdə bu istehlakçıların basqa yanacaq növunə keçmək imkanı olarsa.
Qaz kəmərləri təchizatında fasiləyə yol verməyən istehlakçılara çəkilmiş olduğu halda, su maneələrinin eni 75m-dən az olduqda və ya 10% təminatlı sərfə uyğun suyun yuxarı səthi (SYS) üzrə suların daşqın ərazilərinin eni 500m-dən artıq olduqda, həmçinin daşqın sular ilə ərazinin basılma muddəti 20 gündən çox davam etdikdə, həmçinin dayanıqlı dibi və sahili olmayan dağ çayları və digər su maneələri olduqda, bu kəsişmələrdə ikinci (ehtiyat) boru xəttinin çəkilməsinə yol verilir.
Sualtı qaz kəməri keçidlərinin uzunluğunu müəyyən edərkən, keçidin sərhəddi 10% təminatlı sərfə uyğun su maneələrində suyun yuxarı səthinin (SYS) qiymətlərindən asağı olmamaq şərti ilə müəyən edilən sərhədlərə uyğun qəbul edilir. Bağlayıcı qurğuların yerləşdirilməsi bu sahənin sərhədlərindən kənarda nəzərdə tutulmalıdır.