PORT-ARTUR BASQINI
Port-Artur boğazında lövbər salan Rus gəmiləri bunlar id: Tsesarevç (Цесаревич),
Retvizan (Ретвизан), Peresvet (Пересвет), Pobeda (Победа), Poltava (Полтава),
Petropavlovsk (Петропавловск), Sevastopol (Севастополь)
Yapon gəmiləri isə bunlar idi: Asai Shojiro komandanlığında-Shirakumo, Asashio,
Kasumi ve Akatsuki gəmiləri ;Ishida Ichiro komandanlığında-Ikazuchi, Oboro ve
Inazuma gəmiləri; Tsuchiya Mitsukane komandanlığı altında- Usugumo,
Shinonome, Sazanami gəmiləri
8 fevral 1904-cü ildə təxminən saat 22:30da 10 yapon minadaĢıyan gəmisi Port-
Artur yaxınlığında lövbər salan rus patrul gəmiləri ilə üzbəüz gəldi.Yapon gəmiləri
rus gəmilərinə doğru hücuma baĢladı.Beləliklə döyüĢ baĢlandı.Ani torpedo
hücumlarına baxmayaraq nəticələr nəzərə çarpacaq dərəcədə pis idi.Yapon
gəmiləri cəmi 6 torpido atdı və yalnız bunların 3-ü hədəfə dəydi.Bununla belə
hücumlar nəticəsində 1 neĢə aylığına rus eskadrasının 2 ən böyük zirehli gəmisi –
Retvizan və Çeçareviç rus donanmasının sıralarından çıxarıldı.Bu aqibət Pallada
kreyseri üçündə qaçınılmaz oldu.Gecə hücumlarından sonra,yapon admiralı Toqo
təbəəsi vitse-admiral Siqeo Devanı 4 kreyserlə bərabər gecə hücumlarının
nəticələrini və rus donanmasına dəyən ziyanı hesablamaq üçün kəĢfiyyata
göndərdi.saat 09:00-da artıq Devanın kəĢfiyyat dəstəsi rus donanmasına
yaxınlaĢmıĢdı.Deva burada 12 zirehli gəmi və kreyserlər və 3 və ya 4 ciddi Ģəkildə
zədələnmiĢ,sahilə atılmıĢ gəmi gördü.Bundan sonra geri dönən Deva admiral
Toqonu inandıra bildi ki,rus donanmasına ani hücum üçün ən əlveriĢli vaxtdır.
Port-Artura yaxınlaĢan yapon gəmiləri rus donanması tərəfindən göründü.saat
11:55də Yaponların Mikasa gəmisi atəĢ açmağa baĢladı və ilk hədəf Poveda gəmisi
oldu.7-8 mil yaxınlaĢdıqdan sonra bütün yapon gəmiləri rus gəmilərinə hücum
etməyə baĢladı.Yapon gəmiləri ümumi 1223 atəĢ açdı və 38 hədəfə düĢdü.
Hücumlar o qədər də sərrast deyildi.Buna baxmayaraq rus gəmiləri
Novik,Petropovlask,Poltava,Diana və Askold gəmiləri yaponlar tərəfindən
vuruldu.Port-Artur döyüĢü tərəflərdən heç birinə həlledici qələbə gətirmədi.Rus
ordusunun itkisi təxminən 150 min nəfər,yaponlarınkı isə təxminən 90 nəfər idi.
ÇEMULPO LİMANINDA DÖYÜŞ
Rus kreyseri Varyaq və konener gəmisi(orta kalibrili topları olan itigedən sahil
keĢikçi gəmisi) Koreeç diplomatik məqsədlərlə əvvəlcədən Çemulpo limanına
göndərilmiĢdi.Burada həmçinin yapon kreyseri Çioda və bir neçə bitərəf ölkələrin
gəmiləri:Britaniya kreyseri HMS Talbot,fransız kreyseri Pascal,Ġtalyan kreyseri
Elba,Amerika kanoner gəmisi USS Vicksburg,Koreya hərbi paraxodu Yangmu
yerləĢirdi.
7 fevral gecə yapon kreyseri Çioda digər yapon donanmasının gəmilər ilə
görüĢmək üçün limanı tərk eleyir.Bu zaman 8 fevralda isə Koreeç gəmisi açıq
dənizə çıxır və o burada 6 kreyserdən ibarət yapon eskadrası ilə qarĢılaĢır.Bu vaxt
yapon gəmiləri konener gəmisini dövriyyə alır və ona torpedo ilə hücum
edirlər.Hücuma məruz qalan Koreeç neytral zonaya doğru üzür və güllə ilə atəĢ
açmağa baĢlayır.Sonralar yaponlar bunu rus-yapon müharibəsinin ilk atəĢi kimi
səciyyələndirirlər.Koreeç daha sonra Çemulpo limanına qayıtmağa məvbur
olur.Beynəlxalq hüquqa görə yaponlar neytral zonada üzən rus gəmisinə atəĢ aça
bilməzdi.Beləliklə döyüĢ rus ordularının ağır məğlubiyyətinə səbəb oldu.Döyüçün
nəticələrinə əsasən rus tarixçiləri Yaponiyaya dəyən ziyanı belə qeyd
edirdilər:Asama və Nanica yapon gəmilərinə ciddi ziyan dəymiĢ və minadaĢıyan
gəmilərdən biri isə batırılmıĢdı.Yaponlar isə əksinə onların heç bir gəmisinə zərər
dəymədiyini bildirir və heç bir itki vermədiklərini açıqlayırdılar.
DöyüĢü davam etdirmək üçün heç bir yol qalmadığını görən rus gəmiləri yaponlar
tərəfindən batırılan Varyaq gəmisinin,dağıdılan Koreeç və Sunqari gəmilərinin
olduğu Çemulpo limanına qayıtmalı oldu.Gəmilərin ekipajı xarici gəmilər
tərəfindən qəbul edildi və onlar Rusiyaya aparıldı.
21 fevral 1904-cü ildə Yaponiya orduları Pxenyanı tutdular,aprelin sonunda onlar
Çin Koreya sərhədində yerləĢən Yalu çayına çıxdılar.
MANCURĠYAYA YAPON HÜCUMLARI VƏ PORT-ARTURUN
MÜHASĠRƏSĠ
Bu döyüĢ Rus-Yapon müharibəsinin ən uzun müddətli savaĢı idi.Mühasirə zamanı
tezliklə yeni növ silahlar istifadəyə verilmiĢ və 11 düyümlü mortira(qısa lüləli top)
,sürətli atəĢ açan qaubitsa(qısa lüləli ağır top),Maksim pulemyotu,əl qumabaraları
minamyot kimi yeni silah növləri kəĢf edilmiĢdi.
24 fevral səhər vaxtı yaponlar rus donanmasını mühasirə almaq üçün 5 köhnə
gəmini batırmaq istəyirdilər.Plan ―Retvizan‖ gəmii tərəfindən iflasa uğradıldı.2
martda Virenusa dəstəsi S.O.Makarovun israrına baxmayaraq Baltik dənizinə
qayıtmaqhaqda əmr aldı.
8 mart 1904-cü ildə isə admiral Makarov və tanınmıĢ gəmi ustası N.E.Kuteynikov
bir neçə ehtiyat gəmi hissələri ilə Port-Artura gəldi.Makarov rus eskadrasının
mühafizəsi üçün bir çox konkret tədbirlər qəbul etdi və bu rus donanmasında
böyük ruh yüksəkliyi yaratdı.
27 mart yapon orduları yenə də Port-Arturun çıxıĢını kəsmək istədilər.31 martda
dənizə çıxıĢ zamanı Petropovlovsk zirehli gəmisinə 3 mina ilə hücum etdilər və o 2
dəqiqə ərzində batırıldı.635 dənizçi və zabit öldürüldü.Onalrın içərisində admiral
Makarov və döyüĢ mənzərələrini çəkən mahir rəssam VerĢaqin də var
idi.Həmçinin Poltava gəmisi də onların aqibətinə uğradı.
3 may yaponlar 3-cü dəfə Port-Arturun çıxıĢını bağlamaq haqda qərar qəbul
etdilər.Bu dəfə isə 8 nəqliyatdan istifadə olunmuĢdu.Beləliklə rus donanması Port-
Arturda bir neçə günlük təcrid olundu.
Bununla da yapon ordularının Mancuriyaya
yolu açılmıĢ oldu.
1 mayda 45 minə yaxın yapon ordusu Yalu çayına doğru hərəkət etdi və Yalu
çayında döyüĢ zamanı Rusların Mancuriya ordusu M.Ġ.Zasuliçanın komandanlığı
altında 18 min nəfərə yaxın itki verdi.Beləliklə Yaponiya ordularının Mancuriyada
istilası baĢlandı.`5 may general Yasukati Okunun komandanlığı altında 38,5 min
nəfərlik yapon ordusu Lyaodun yarımadasına desant çıxartdı.Bu 18 maya qədər
davam etdi.General Stesselyanın komandnlığı altında 17 min nəfərlik rus hərbi
hissələri və həmçinin Vitqeftanın komandanlığı altında Port-Artur limanındakı rus
donanması yapon ordularının desant çıxarmasına qarĢı heç bir əməli tədbir
görmədi.Yapon hissələrinin hücumu ilə Port-Artur ilə Mancuriya arasında
dəmiryolu əlaqəsi kəsildi.
15 may 2 yapon zirehli gəmisi- 12320 tonluq ―Yasima‖ və 15300 tonluq ―Xaçuse‖
minalı bölgəyə düĢdükdən sonra batırıldı.12-17 may ərzində yapon donanması 7
gəmi itirdi və həmçinin 2 gəmi dəymiĢ ziyana görə təmirə göndərildi.2-ci yapon
ordusu desant çıxartdıqdan sonra qalanı mühasirəyə almaq məqsədi ilə Port-Artura
tərəf,cənuba doğru hərəkət etdi.
Rus komandanları Çzinçjou Ģəhəri ətrafında öz mövqeyini möhkəmlətmək qərarına
gəldi və 26 mayda Çzinçjouda yaponlarla ruslar arasında döyüĢ baĢ verdi.Yaponlar
döyüĢsüz Dalnıy limanını tutduıar.Oranın tutulmasından sonra yapon orduları 2
hissəyə bölündülər:3cü ordu Port-Arturun ələ keçirilməsi üçün göndərildi,2ci ordu
isə Ģimala doğru hərəkət etdi.14-15 iyunda Vafanqou döyüĢündə 2ci yapon ordusu
(38 min nəfər) Q.K.ġtalkelberqin komandanlığı altında ġərqi Sibir korpusunu ağır
məğlubiyyətə uğratdılar.30 iyulda 3-cü yapon ordusu Canavar dağlarını ələ keçirtdi
və artıq 9 avqustda onlar qalanın yaxınlığında mövqe tutdular.
Port-Arturun müdafiəsinə baĢlanıldı.10 avqustada Sarı dənizdə döyüĢ baĢ verdi və
rus eskadrasında bir çox itkilər hesabına yaponlar rusları Port-Arturda mühasirə
altında saxlamağa müvəffəq oldular.
Qalanım mühasirəsi 1905-ci il 2 yanvara qədər davam etdi.Port-Artur 5 ay
mühasirədə qaldı və təxminən 91 mindən çox yapon ordusu itki verdi.Rus
ordusunun itkisi isə 28 min nəfər idi.
Lyaoyan və ġaxe döyüĢləri
1904-cü ilin yayı ərzində Yaponlar yavaĢ-yavaĢ Lyaoyana doğru hərəkət
edirdilər- ġərqdən 1-ci ordu Tamemoto Kurokinin baĢçılığı ilə,cənubdan2-ci ordu
Yasukata Okunun komandanlığı ilə və 4-cü ordu Mitçura Nodzinin baĢçılığı ilə.
24 avqustda Rus-Yapon müharibəsi zamanı Lyaoyan ətrafında ən böyük
döyüĢlərdən biri baĢ verdi.3 yapon qoĢunu rus ordularının mövqelərinə hücum
ütdilər.22 avqustdan davam edən döyüĢ ərzində yaponlar marĢal Ġvao Oyamanın
komandanlığı altında təxmini 23 min nəfər itirdi,rus qoĢunları isə Kuropatkinin
komandanlığı altında 16 min (digər mənbələrə görə isə 19 min ölü və yaralı) itki
vermiĢdi.
3 gün ərzində ruslar Lyaodonun cənubuna doğru yaponların bütün
hücumlarını dəfə edə bildilər.Bundan sonra A.N.Kuropatkin qoĢunun gücünü
yenidən toplayaraq Kurokinin ordularına qarĢı hücuma keçməyi qərara
aldı.Əməliyyat gözlənilən uğurları gətirə bilmədi.Rus orduları yaponların gücünü
yenidən dəyərləndirərək,Lyaoyandan Ģimala qədər olan dəmiryolu xəttini kəsə
bilməyəcəklərini baĢa düĢdülər və onlar Mukdenə doğru geri çəkildilər.Lyaoyan
döyüĢündə ruslar ağır məğlubiyyətə uğradıldılar.
5oktyabr ġaxe çayında döyüĢ baĢ verdi.DöyüĢ rus ordularının hücumu ilə baĢladı
(270 min nəfər).10 oktyabrda yapon orduları (170 min nəfər) əks hücuma
keçdilər.DöyüĢün nəticəsi müəyyən edilməmiĢ idi.Bu zaman 17 oktyabrda
Kuropatkin hücumun dayandırılması əmrini verdi.Rus ordularının itkisi 40 min
yaralı və ölü,yaponlarınkı isə 30 min nəfər idi.
1905-ci ildə Port-Arturun yaponlar tərəfindən iĢğal edilməsindən sonra ölkədə
mövcud quruluĢa qarĢı narazılıq kəskin surətdə artmıĢdı.Bu narazılıq özünün ən
kəskin təzahürünü 1905-1907-ci illərdə baş vermiş burjua-demokratik
inqilabında tapdı.
Ġnqilabın qarĢısında mütləqiyyətin devrilməsi və respublika elan edilməsi,mülkədar
torpaq sahibliyinin ləğvi,demokratik hüquq və azadlıqların elan edilməsi,milli
zülmün ləğvi və xalqlara öz müqəddaratını təyin etmə hüququnun verilməsi kimi
mühüm vəzifələr dururdu.1905-ci ilin yanvarın 9-da Peterburqda keĢiĢ Qaponun
baĢçılığı ilə keçirilmiĢ nümayĢ hpkumət qoĢunları tərəfindən gülləbaran edildi.
―Qanlı bazar günü‖ adı almıĢ bu hadisə bütün Rusiyanı sarsıtdı.Peterburqda
baĢlanan inqilab tezliklə bütün imperiyaya yayıldı.Rusiyanın iqtisadi və siyasi
böhranı dərinləĢdi.
Rusiyanın daxili vəziyyəti müharibənin nəticələrinə də ciddi təsir göstərdi.25
yanvarda rus ordularının hücuma keçmək istədikləri Sandepu döyüĢü baĢladı.2
kəndin tutulmasından sonra Kuropatkin 29 yanvarda döyüĢün dayandırılması
əmrini verdi.Rus orduları 12 min,yaponlar isə 9 min nəfər itki vermiĢdi.
1905-ci ilin fevralında yaponlar rus ordusunu geri çəkilməyə vadar etdilər.Nəticədə
rus və yapon orduları arasında Mukden döyüĢü baĢ verdi.
MÜKDEN DÖYÜŞÜ
Mukden döyüĢü həm orduda iĢtirak edənlərin miqyasına,həm də döyüĢün vüsətinə
görə Rus-Yapon müharibəsi gediĢində ən böyük döyüĢlərdən biri did.O 19 sutka
davam etmiĢdi (19 fevral-10 mart ).Həmin döyüĢdə ümumi olaraq təqribi 560 min
nəfərə yaxın hərbçi iĢtirak etmiĢdi.
I Dünya müharibəsinin baĢlanğıcına qədər
Mukden döyüĢü ən iri və dəhĢətli döyüĢlərdən biri idi.
Mukden döyüĢündən əvvəl rus ordusu üçün təchizat heç də yaxĢı deyildi.Belə
ki,Port-Artur yenicə təslim olmuĢdu və Sandepi hücumu heçə çıxmıĢdı.Mukden
döyüĢü zamanı yaponlar 1-ci hücuma keçdilər.7 martdan baĢlayaraq yapon ordusu
Mukdenin Ģimal-qərbinə doğru irəlilədi və Rusiyaya gedən dəmir yoluna hücum
təhlükəsi yaratdı.9 martda yapon ordusu Kiyzanda yerləĢən rus ordusuna güclü
zərbə endirdi və müqaviməti qıraraq açıqlığa çıxdı.Bununla da silahlı rus ordusuna
təhlükə yarandı.Rus ordusu yaponlar tərəfindən ciddi məğlubiyyətə uğradıldılar.
Mukden döyüĢündə rus ordusu 59 min itki,30 min isə əsir verdi.General
A.Ġ.Denikinə görə rus ordusu 2000 zabit itirmiĢdi.
Yapon ordusunda isə təxminən
70 mindən çəx ölü və yaralı var idi.
TSUSİMA DÖYÜŞÜ
Rus admiralı Rojestvenski Vladivastoka çata bilmək üçün ən yaxın yolu seçərək
Tsusima boğazına doğru irəlilədi.Pusanda olan yapon admirlı Toqo da bu yolun
seçildiyini əvvəlcədən nəzərdə tutmuĢdu.Yapon donanması rus-yapon döyüĢünün
baĢlanğıcından etibarən topçuluq sahəsində özünü inkiĢaf etdirməyə
baĢlamıĢdı.Yapon donanması rus donanması ilə müqayisədə topçuluq sahəsində
daha üstün toplara sahib idi və bununla rus gəmilərinin göyərtəsinə hücum etməyi
hədəfləyirdi.Buna qarĢılıq rus donanması daha çox zirehli,dəlikçi top gülləsi
istifadə edirdi,Rusiya gəmiləri isə kömürlə iĢlədiyindən və ehtiyat kömür götürmək
üçün dost limanlar olmadığından bütün bunlar rus gəmilərinin hərəkəti üçün
çətinliklər yaradırdı.Rus donanması 18 min dəniz mili yol səfər etdiyindən
köhnəlmiĢ vəziyyətdə idi və heç də döyüĢ üçün yararlı deyildi.Yapon gəmilərinin
sürətləri 30 km\saat səviyyədə olsa da,Rusiya gəmiləri ancaq 17 km\saat sürətində
hərəkət edə bilirdi.Tsushima mühariəsi əsasında admiral Toqo,döyüĢ gəmisi
Mikasa idi.Mikasadan sonra döyüĢ gəmiləri Shikishma,Fuji və Asahi yer alırdı.
Rus donanması yapon donanmasına fərq edilmədən Vladivastoka çatmaq
istəyirdi.Buna görə Yaponiya sahillərinə yaxınlaĢarkən adi rotadan uzaqlaĢaraq
nəzərə çarpmamağı ümid edirdilər.26-27 may gecəsi Rus donanması Tsushima
boğazına yaxınlaĢdı.Gecə hava sisli idi və rusların lehinə bir vəziyyət
yaradırdı.Ancaq səhərə qarĢı 02:45-də yapon kreyseri Shinano Marci,bir gəmiyə
aid olduğunu düĢündüyü 3 iĢıq gördü və vəziyyəti araĢdırmaq üçün
yaxınlaĢdı.Bununla da o bu gəmilərin rus donanmasına məxsus olduğunu qət
etdi.Səhər 06:34-də admiral Toqo Tokiodakı donanma nazirinə aĢağıdakı özündən
əmin mesajı vermiĢdi: ―Bu anda düĢmən donanmasının göründüyü xəbərini
aldım.Donanmamız dərhal hərəkətə keçərək düĢmənə hücum edəcək və onu yox
edəcək.‖ Saat 13:50 radələrində admiral Toqo ―imperatorluğun gələcəyinin bu
döyüĢdən asılı olduğunu‖ deyərək öz əsgərlərinə ruh yüksəkliyi verir.Rus gəmiləri
cənub,cənub-qərbdən Ģimal-Ģərqə doğru irəliləyərkən,yaponlar da qərbdən Ģimal-
Ģərqə doğru irəlilədilər.Yaponların hücumu rus gəmilərinə çox ağır ziyan vurur.
―Gəmini vuran güllələri saya bilməz hala gəlmiĢdik.Top güllələri bir-birinin
ardınca aman vermədən baĢımızdan aĢağıya yağırdı.Gəminin polad zirehli gövdəsi
və körpü qismi paramparça oldu,çox saylı yaralı var idi.Bunun yanında partlamalar
səbəbiylə yüksək istilik və alovlar bütün gəmini qucaqlamıĢdı.‖( Bayraq gəmisi
Suvorov’dakı zabitlərdən Vladimir Semenov)
Yaponlar tərəfindən batırılan Navarin rus gəmisi 622 heyətdən ibarət olsa da,ondan
ancaq 3 nəfər sağ qala bilmiĢdi.DöyüĢdə ağır məğlubiyyətə uğradıqdan sonra rus
admiralları Nebaqatov və Rojestvenski yaponlar tərəfindən əsir düĢür.
Müharibə Rusiya imperatorluğu üçün ölümcül bir itki olmuĢdu.Bütün döyüĢ
gəmiləri itirilmiĢ,kreyserlərin çoxu batmıĢ və döyüĢ Yaponiyanın lehinə sona
çatmıĢdı.Rusiya imperatorluğu 4380 əsgərini itirmiĢ və aralarında 2 admiral olmaq
üzrə 5917 əsgər əsir düĢmüĢdü.Rus gəmilərinin çoxu ya yaponlar tərəfindən ələ
keçirilmiĢ
ya
da
keçirilməməkdən
ötrü
öz
heyəti
tərəfindən
batırılmıĢdı.Müharibədə yaponlar isə ancaq 117 nəfər əsgərini itirmiĢdi.
V FƏSİL - MÜHARİBƏNİN SİYASİ NƏTİCƏLƏRİ VƏ
PORT-SMUT SÜLHÜ
Bilavasitə nəticələrinə görə Tsusima döyüĢü birmənalı Ģəkildə Yaponiyanın
xeyrinə olaraq rus-yapon müharibəsini yekunlaĢdırdı.Müharibənin nəticələrinə
əsasən Rusiyanın hərbə mövqeyini itirilməsi dünyada güc balansının
destabilizasiyasına səbəb oldu,hansı ki bu da I dünya müharibəsinin baĢlanmasının
səbəblərindən biri oldu.Tsusima məğlubiyyəti ölkənin daxilində inqilabi hərəkatın
baĢlanmasına səbəb oldu.
Digər tərəfdən bu müharibə Yaponiya və ümumiyyətlə bütün Asiya xalqları üçün
―ağ irqin üstünlüyü‖ fikrinə qalib gəlməsinə səbəb oldu və müasir dövrdə ilk dəfə
olaraq Asiyalı bir dövlət avropalı nəhəngə elm və texnika yolu ilə qalib gəldi.
Tsusima müharibəsi Yaponiyanın dünyanın 6 böyük dəniz dövlətlərinin sırasına
qatdı.Belə ki, Yaponiya donanması həm Port-Artur limanına sahib olmaqla,həm
Rusiyanın ələ keçirilmiĢ gəmi və kreyserləri,həm də yeni gəmilər sayəsində daha
da inkiĢaf etdirildi.
Yaponların hərbi uğurları və rus ordularının məğlubiyyəti Uzaq ġərqdə vəziyyəti
xeyli dəyiĢdi və ABġ,Ġngiltərə,Fransa və Almanın mövqelərinə təshihlər etdi.Rus
eskadrasının Tusisima döyüĢündə dəhĢətli darmadağın edilməsindən sonra hər Ģey
aydın oldu.Ġngilis hökuməti Yaponiyanın London banklarına yolunu bağlamağa
baĢladı.Ġngiltərə və ABġ Yaponiyanın daha da güclənməsini və Rusiyanın Uzaq
ġərqdə regionunda olduqca çox zəifləməsini istəmirdilər.Fransa isə ümumiyyətlə
iri rus hərbi birləĢmələrinin ġərqə aparılmasının əleyhinə idi,çünki Rusiya ona
Almaniyanı tarazlaĢdıran qüvvə kimi lazım idi.Buna görə də hamısı belə qərara
aldı ki,müharibəni dayandırmaq vaxtıdır.Bütün bunlar tərəflər arasında sülh
danıĢıqlarının sürətlənməsinə səbəb oldu.Yaponiya Uzaq ġərqdə Rusiya
ərazilərinin bir qismini iĢğal edə bilərdi.Rusiya da baĢlanmıĢ inqilab hökümətin
müharibəni davam etdirməsinə mane olurdu.Rusiyanın müharibəni davam
etdirmək imkanı məhdud idi.Yaponiya da sülh müqaviləsinin bağlanmasında
maraqlı idi.
1905-ci ilin martında Yaponiyanın müdafiə naziri Terautsi Tokiodakı ABġ səfirinə
bildirdi ki,Yaponiya müharibənin tezliklə qurtarmasını istəyir.Yaponiya sülh
danıĢıqlarında ABġ-ın vasitəçilik etməsində maraqlı idi.
ABġ Uzaq ġərqdə və Sakit okeanda mövqelərini möhkəmləndirməyə çalıĢırdı,ona
görə Rusiya və Yaponiyanın zəiflənməsində maraqlı idi.Rusiyanın məğlubiyyətinə
çalıĢan ABġ müharibə zamanı Yaponiyaya böyük yardım göstərmiĢdi.
1905-ci ilin martın 21-də Rusiya hökuməti Fransanın nəzərinə çatdırdı ki,Yaponiya
ilə sülh imzalamağa hazırdır.Aprelin 5-də Fransanın xarici iĢlər naziri Yaponiyanın
Parisdəki səfirinə bildirdi ki,sülh danıĢıqlarının baĢlanmasına kömək edəcək,lakin
Yaponiya Rusiya üçün məqbul olmayan bir sıra Ģərtlərindən imtina
etməlidir.Yaponiya hökuməti danıĢıqlara hazır olduğunu bildirdi.
Yaponiya Fransanın təĢəbbüsü haqqında ABġ hökumətinə məlumat verdi və ABġ
prezidentinin sülh danıĢıqlarında vasitəçilik etməsini xahiĢ etdi.Yaponiya bildirdi
ki,ABġ-ın istəyinə uyğun olaraq Mancuriyada ―açıq qapılar‖ prinsipinə əməl
edəcək.
Almaniya və Ġngiltərə Uzaq ġərqdə müharibənin uzanmasında maraqlı idi.Fransa
isə rus-yapon müharibəsinin tezliklə qurtarmasını istəyirdi.
TAFT-KAÇURA SAZİŞİ
1905-ci ilin iyulunda ABġ-ın müdafiə naziri Taft Yaponiyaya səfər
etdi.Yaponiyanın baĢ naziri Kaçura ilə Taft arasında gizli danıĢıq oldu.Kaçura
bildirdi ki,Filippinin ABġ tərəfindən iĢğalına etiraz etmir.1905-ci ilin iyulun 29-da
ABġ-la Yaponiya arasında imzalanmıĢ saziĢə görə ABġ Koreya üzərində
Yaponiyanın protektoratını tanıdı.SaziĢin mahiyəti belə idi:
Uzaq ġərqdə sülhün qorunması üçün Yaponiya,Böyük Britaniya və ABġ
arasında faktiki ittifaqın (alliance in practice) yaradılması üçün Kaçura öz
təkliflərini ifadə etdi.
Taft bunun əvəzində bildirdi ki,prezident ittifaqa getmək kimi bir səlahiyyətə
malik deyildir və lakin belə ittifaqsız da Amerika xalqı Yaponiya və Böyük
Britaniya xalqı ilə Uzaq ġərqdə sülhün qorunması ilə o qədər həmrəydir ki,hətta
hər hansısa bir vəziyyətdə belə Yaponiya və Ġngiltərə ABġ hökumətinin köməyinə
inana bilər,belə ki,bu zaman ABġ müqaviləyə uyğun hərəkət etməyə məcburdur.
Məntiqi olaraq Rus-Yapon müharibəsinin nəticələrinə əsasən Yaponiyanın
Koreya üzərində suverenliyi ilə bağlı məsələdə Taft Kaçura ilə razılaĢırdı.Koreya
Yaponiyanın icazəsi olmadan heç bir dövlətlə müqavilə bağlaya bilməzdi.
Kaçura Taft ilə razılaĢdı ki,nə qədər ki,ABġ Yaponiyanın dostu
sayılır,Yaponiya ABġ-ın Filippində idarəsini tanımağa hazırdır.
ABġ prezidenti T.Ruzvelt imzalanmıĢ müqaviləni təqdir etdi və Tafta göndərdiyi
teleqramda bildirdi ki, ―Sizin Kaçura ilə söhbətiniz qəti olaraq bütün
münasibətlərdə qanuni və doğrudur.Mən istəyirəm ki,Kaçuraya onun hər bir
sözünü təqdir etdiyimi bildirəsiniz"
1905-ci
ilin avqustunda Ġngiltərə ABġ-Yaponiya saziĢini tanıdığını
bildirdi.Avqustun 12-də Ġngiltərə ilə Yaponiya arasında yeni ittifaq müqaviləsi
imzalandı.Müqavilədə deyilirdi ki,tərəflərdən birinin üçüncü dövlətlə müharibəsi
zamanı digər tərəf ona hərbi yardım etməlidir.Ġngiltərə Koreya üzərində
Yaponiyanın protektoratını tanıdı.Müqavilədə həmçinin qeyd olunurdu
ki,Hindistan xarici müdaxiləyə məruz qaldığı təqdirdə Yaponiya Ġngiltərəyə hərbi
yardım etməlidir. Koreya hökuməti ABġ-dan onun müstəqilliyinin qorunub
saxlanmasını yardım göstərməyi xahiĢ etdi.Lakin ABġ Koreyanın təklifini qəbul
etmədi.1905-ci ilin noyabrın 17-də Yaponiya ilə Koreya arasında müqavilə
imzalandı.Müqaviləyə görə Koreyanın xarici siyasətinə Yaponiya nəzarət etməli
idi.
PORTSMUT SÜLHÜ
1905-ci ilin iyunun 5-də ABġ prezidenti T.Ruzvelt Rusiya hökumətindən
Yaponiya ilə danıĢıqlar aparmaq üçün nümayəndə heyəti göndərməyi xahiĢ
etdi.Ġyunun 7-də Rusiya imperatoru II Nikolay sülh danıĢıqlarına hazır olduğunu
bildirdi.ABġ Çinin sülh danıĢıqlarında iĢtirakın əleyhinə idi.
Rusiya və Yaponiya ABġ-a nümayəndə heyəti göndərdi.ABġ prezidenti hər iki
ölkənin nümayəndələri ilə görüĢdü və onlara sülh müqaviləsinin zəruriliyini izah
etdi.Ruzvelt hesab edirdi ki,Yaponiya Koreyaya,Mancuriyaya,ümumiyyətlə ,Çinə
göz dikdikcə Rusiya Yaponiyanın təbii düĢməni olaraq qalacaq.Buna görə də
Ruzvelt Yaponiyanın iĢğalçılıq planlarından imtina etməsini istəmir və onu
müdafiə edirdi.1905-ci ilin avqustun 9-da ABġ-ın Port-Smut Ģəhərində sülh
konfransı iĢə baĢladı.DanıĢıqlar konfranslar təcrübəsində ilk dəfə olaraq eyni
vaxtda həm ingilis,həm də fransız dillərində aparılırdı.
Dostları ilə paylaş: |