IV mövzu: Mədəniyyətin funksiyaları
Plan:
1. Mədəniyyətşünaslığın funksiyalarının mahiyyəti;
2. Mühitə uyğunlaşdırma və idraki funksiya;
3. İnformativ və tənzimləyici (normativ) funksiya;
4. Aksioloji (qiymətləndirici) və inteqrasiya funksiyası;
5. Sosiallaşdırma və humanist funksiya;
6. Estetik funksiya.
Mədəniyyət ictimai hadisədir və ictimai münasibətlərin meydana gəlməsi və qurulması amili kimi çıxış edir. Bu da o deməkdir ki, mədəniyyət cəmiyyətdə yerinə yetirdiyi funksiyaların üzə çıxarılması mövqeyindən baxıla bilər. Adətən, ictimai elmlərdə funksiyalar sosial sistemlərin hər-hansı elementinin təyinatını, rolunu göstərir. Mədəniyyətşünaslıqda “mədəniyyətin funksiyaları” adı altında mədəniyyətin fərd və cəmiyyətə təsir xarakteri və istiqamətini nəzərdə tutulur.
Mədəniyyətin sosial funksiyalarının sayı çoxdur. Onlardan bəzilərini nəzərdən keçirək.
Mühitə uyğunlaşdırma funksiyası – ən qədim funksiyalardan hesab edilərək iki mühüm şəraitə – təbii (təbiət) və sosial şəraitə uyğunlaşdırmanı nəzərdə tutur. Canlı varlıqların hər bir növü yaşadığı mühitə uyğunlaşır. Bitki və heyvanlarda uyğunlaşma bioloji təkamül prosesində baş verir: dəyişkənlik, irsiyyət və təbii seçmə vasitəsilə canlı orqanizmlərin, onların bu və ya digər xarici mühit şəraitində yaşamasını təmin edən fəaliyyətləri nəsildən-nəslə genetik ötürülür.
İnsanın yaşadığı mühitə uyğunlaşması fərqli baş verir. İnsanın bioloji quruluşu digər canlılar kimi mühitə dayanıqlı şəkildə uyğunlaşmır. O, heyvanlar kimi təbii həyat tərzi keçirə bilmir. O, məcburdur ki, yaşamaq üçün ətrafında süni mədəni mühit yaratsın.
İnsan növünün xarici mühitə münasibətdə bioloji natamamlığı, qeyri-uyğunluğu özünün mövcud olması üçün süni şəraitin, mədəniyyətin formalaşdırılması yolu ilə istənilən təbii şəraiti mənimsəmək qabiliyyətinə gətirib çıxartdı.
Mədəniyyətin inkişafı təbiətin insanlara hazır şəkildə vermədiyi müdafiəni: təcrübəni toplamaq və onu norma, qayda və bilavasitə həyat təminatı formalarında yerinə yetirmək imkanını, kollektiv və cəmiyyət üzvlərinin fərdi təhlükəsizliyini, onların mülkiyyət, qanuni maraqlarını və s. yaratdı.
Beləliklə, insanın yaratdığı bütün maddi mədəniyyət, ictimai təşkilatlar, iqtisadi, sosial və siyasi münasibətlər sistemi mühitə uyğunlaşma rolunu həyata keçirir. Cəmiyyətdə mədəniyyət çərçivəsində uyğunlaşdırma vasitələri hazırlanır: dövlətin qərar və strukturlarından başlamış müdafiə və hücuma hazırlıq alətlərinə qədər hər şey insanın mənafe və uyğunlaşmasına aid edilir. Cəmiyyətdə uyğunlaşmanın mütləqləşdirilməsi «sosial darvinizm» doktrinasının əsasını qoymuşdur.
İdraki (qnoseoloji) funksiya öz təzahürünü elmdə, elmi axtarışlarda tapır. Bu özünü müasir elmi-texniki tərəqqidə daha qabarıq təzahür etdirir. Bu funksiya ikili istiqamətə malikdir: o, bir tərəfdən, biliklərin sistemləşdirilməsi, təbiət və cəmiyyətin inkişaf qanunlarının açılmasına istiqamətlənirsə, digər tərəfdən, o, insanın özü-özünü dərketməsinə yönəldilir.
Göründüyü kimi, birinci istiqamət ikincisini daha da üstələyib. İnsan öz qəlbi və ruhunun kəşfindən çox, dünya və cəmiyyətin qanunlarını, onu əhatə edən aləmin sirlərini kəşf edə bilmişdir. İdraki funksiya xalq, ölkə haqqında bütöv bir təsəvvür verir. Onun sayəsində insanlar elm, incəsənət, fəlsəfə, təlim, tərbiyə və b. sahələrdə öz mənafelərini dərk edir, sosial təcrübənin ötürülməsi və digər xalqların mədəniyyətlərinin mənimsənilməsinə güclü təsir göstərir.
Özümüz haqqında bir çox şeyləri bilmirik: məsələn, ekstrasenslərin müəmmalı xüsusiyyətləri; cadugərlik və magiyanın sirləri, telepatiya hadisəsinin izah edilə bilməməsi, telekinez (məsafə çərçivəsində fikirlərin ötürülməsi), gələcəyi görə bilməyi və insan potensialının digər açılmamış sirləri hələ bizlər üçün maraq doğurur. Bütün bunlar illərdir, məkanımızda dilə gətirilməyən problem olaraq qalmışdır. İnsanın özündə möcüzə gizlətmədiyi həmişə təlqin olmuşdur. Lakin, əslində insan öz sirli daxili aləmi ilə maraq dairəsindədir. Əgər belə olmasaydı, insan əsərləri ilə dünya sivilizasiyasına möhtəşəm sənət nümunələri bəxş edə bilməzdi.
Lakin mədəniyyət yalnız ətraf aləmin insan tərəfindən dərk edilməsi dərəcəsini xarakterizə etmir. Bununla yanaşı, mədəniyyət yalnız ictimai şüurun formalarının vəhdətdə inkişaf səviyyəsini deyil, həm də insanların öz praktiki fəaliyyətində aydınlaşan bilik və bacarıqlarının səviyyəsini aşkarlayır.
Həyat müstəsna dərəcədə mürəkkəbdir və daima insanların qarşısına yeni-yeni problemlər qoyur. Bu, cəmiyyətdə baş verən proseslərin dərk olunmasını, onların həm elmi, həm də bədii-estetik mövqedən anlaşılmasını tələb edir. Mədəniyyətin idraki funksiyası ictimai təcrübənin qorunub saxlanılmasına cavabdehdir.
Mədəniyyət həm də insanın evristik məqsədlərinin həyata keçirilməsinə, onun yenilikləri dərk etməsinə, sosial həyatın yeni yolları və metodlarının açılmasına, insanın təbii fəlakətlər üzərində nəzarətinin güclənməsinə şərait yaradır.
Mədəniyyət vəhdətdə götürülmüş bütün ictimai şüur formalarını əhatə edərək dünyanın dərk olunması və mənimsənilməsinin tam mənzərəsini yaradır. Cəmiyyət, sinif, millət özünü bütövlükdə mədəniyyətdə, mədəniyyət vasitəsilə dərk edir.
İnformativ funksiya tarixi varisliyin və sosial təcrübənin ötürülməsinə xidmət edir. Mədəniyyətdən başqa, bəşəriyyətin mənəvi sərvətlərini ötürən və geniş yayan digər bir sahəsi yoxdur. Mədəniyyət nə genetik, nə də bioloji yolla ötürülür.
Mədəniyyət öz təbiətinə görə tarixi mahiyyət kəsb edir. Onun bu günü keçmişə əsaslanaraq gələcəyi formalaşdırır. Məhz mədəniyyətin köməkliyi ilə sosial təcrübə bir nəsildən digərinə ötürülür. Əgər söhbət ayrıca tarixi dövr və mərhələdən gedirsə, onda mədəniyyət vasitəsilə informasiya hər hansı bir ölkədən digərinə, bir xalqdan başqasına çatdırılır. Məhz bu xüsusiyyətinə görə mədəniyyəti bəşəriyyətin «qeyri-genetik yaddaş»ı adlandırmaq olar.
İnformasiyanın məkan və zaman çərçivəsində ötürülməsi kanalı təkcə mənəvi mədəniyyətlə deyil, həm də maddi mədəniyyətlə izah edilir. Bu funksiyası vasitəsilə mədəniyyət nəsilləri əlaqələndirir, hər növbəti nəsli əvvəlkilərin təcrübəsi ilə zənginləşdirir. Lakin bu o demək deyil ki, müasir dünyada yaşayaraq, müasir kitabları oxuyaraq dünya mədəniyyətinin təcrübəsinə yiyələnmək olar. Burada “mədəniyyət” və “müasirlik” anlayışlarını fərqləndirmək lazımdır. İ.V. Hötenin qeyd etdiyi kimi, mədəni olmaq üçün insan “dünya mədəniyyətinin bütün mərhələlərindən” keçməlidir.
Nəzərə almaq lazımdır ki, mədəniyyət keçmişin, bu günün və gələcəyin dönməz zaman ardıcıllığından ibarət xətti proses kimi yox, keçmişin, bu günün və gələcəyin birgə mövcud olduğu və aralarında dialoqun mümkün olduğu bir sistem kimi təzahür edir. Bu mədəniyyətlərarası dialoq isə insanda reallaşdırılır.
Mədəniyyət yalnız ənənə ilə mövcud ola bilməz, o daima dəyişmiş tarixi şəraitdə sosiuma daxil olan yeni nəsillərin səyləri ilə dəstəklənir. Sosial-tarixi şəraitin bu xüsusiyyəti yeni nəslin nümayəndələrini keçmişin mədəni nailiyyətlərinin yaradıcı şəkildə yenidən işləmələrinə təhrik edir. Varislik və yenilikçilik cəmiyyətin mədəni həyatının əsaslarına daxildir.
Mədəniyyətin informasiya funksiyası onun kommunikativ funksiyası ilə bağlıdır. Heç bir mədəniyyət təcrid olunmuş halda mövcud deyildir və mədəniyyətlər bir-birinə qarşılıqlı təsir göstərir, başqa adamların, nəsillər və mədəniyyətlərin təcrübəsini mənimsəyir.
İnsan maddi və mənəvi mədəniyyət abidələrində həkk olunmuş informasiyanı dərk etməklə bu abidələri yaratmış insanlarla dolayı və ya vasitəli ünsiyyətə girir. Söz insanların ideoloji və mədəni fəaliyyətinin bütün proseslərini müşayiət edir. Dil, ilk növbədə ədəbi dil bu və ya digər milli mədəniyyətə yiyələnmə vasitəsidir.
Mədəniyyət insanların ünsiyyət şəraiti və vasitəsidir. Məhz mədəniyyətin mənimsənilməsilə insanlar arasında əsl insani ünsiyyət formaları qurulur. Çünki, məhz mədəniyyət onlara ünsiyyət vasitələrini – işarələr sistemini, qiymətləri verir.
İnsanın bütün fəaliyyət istiqamətlərini (istehsal, ideoloji, siyasi, dini və s.) söz müşayiət edir. Dil mədəniyyətin məhsulu olub, insanlar arasında hərtərəfli münasibətlər yaradaraq, bu və ya digər mədəniyyətin vasitəçisi rolunu oynayır.
İnsanların ünsiyyət vasitəsi kimi, ilk növbədə, onların şifahi dili çıxış edir. Söz insanların mədəni fəaliyyət proseslərini müşayiət edir. Dil, ilk növbədə ədəbi dil, bu və ya digər milli mədəniyyətə yiyələnmək üçün “açar” rolunu oynayır. Mədəniyyətə və əsasən incəsənətə yiyələnmə prosesində insanlar başqa dövrlərlə və ölkələrlə tanış ola, digər nəsillərlə və insanlarla ünsiyyətdə ola bilərlər.
Ünsiyyət prosesi həm incəsənətin spesifik dili ilə (musiqi, rəqs, kino, teatr və s), həm də elmin dili ilə (riyazi rəmzlər, kimyəvi formullar və s.) həyata keçirilir. Əgər tarixin müxtəlif çağlarında ünsiyyət vasitəsi kimi nəsildən nəslə, insandan insana şifahi, qrafik formada işarə sistemləri ötürülürdüsə, müasir dövrdə yeni nəqliyyat vasitələrinin, texnika, kütləvi informasiya vasitələrinin (mətbuat, radio, televiziya, kino, audio- və videoyazılar, İnternet) inkişafı nəticəsində informasiyaların ötürülməsində yüksək irəliləyiş əldə edilmişdir.
Texniki vasitələr bir tərəfdən ünsiyyəti genişləndirirsə, digər tərəfdən onu mürəkkəbləşdirir, çətinləşdirir. Bu, ilk növbədə insanların maddi və ya mənəvi dəyərlərlə canlı ünsiyyətin qurulması şəraiti ilə izah edilir. Məsələn, muzey əşyası ilə tanış olmaq üçün tamaşaçının ekspozisiya zalına getməsi o qədər də vacib deyil. Ona tamaşaçı həm televiziya, həm də video çəkilişi ilə tamaşa edə bilər. Musiqiyə qulaq asmaq üçün konsert və ya filarmoniyaya getmək vacib deyil, ona maqnitofon və ya CD-də qulaq asmaq mümkündür.
Beləliklə, kommunikativ imkanların genişlənməsi mədəniyyətlərin milli xüsusiyyətlərinin kölgədə qalması və vahid ümumbəşəri sivilizasiyanın formalaşmasının təminatçısıdır.
Tənzimləyici (və ya normativ) funksiya cəmiyyətin bütün insanlara tələb və normalar sistemi ilə yanaşılmasını bildirir. Yəni insanların bütün fəaliyyət sahələrində – əmək, məişət, qruplararası münasibətlərdə və s. cəmiyyət insanlar üzərində bir sıra tələb və normalar qoyur ki, bu da çox vaxt mədəniyyətlə tənzimlənir. Mədəniyyətin köməkliyi ilə insan və ya insan qruplarının davranışı cəmiyyətin onların üzərinə qoyduğu norma və prinsiplərə uyğunlaşdırılır. Bu funksiya əxlaq və hüquq kimi normativ sistemlərlə möhkəmləndirilir.
Beləliklə, mədəniyyət insanın gündəlik fəaliyyətini də tənzimləyir. Mədəniyyətin tənzimləyici funksiyası əxlaqın müxtəlif sahələri nəticəsində həyata keçirilir: bunlardan ən aliləri əxlaqi, mənəvi dəyərlərdir. Bunlar da, yəni əxlaqi dəyərlər tarixin gedişində dəyişərək xalqdan xalqa ötürülür. Dünya inkişaf etdikcə əxlaq normaları qarşılıqlı zənginləşir və daha böyük ümumbəşəri əhəmiyyət kəsb etməyə başlayır. Yəni insanlar indi daha aydın surətdə dərk etməyə başlamışdırlar ki, hamı bir gəminin sərnişinlərinə çevrilib, baş verən neqativ hadisələrə qarşı birgə mübarizə apara bilərlər.
Əxlaq normalarının əsas tənzimləyicisi kimi, hələ ən qədimlərdən kilsə, müsəlmançılığın tarixindən başlayaraq isə, islam, Qurani-Kərim, məscidlər olmuşdur. Bunların hər birindəki müddəa və göstəricilər ümumbəşəri xarakter kəsb edirdi.
Mədəniyyətin tənzimləyici funksiyasını ifadə edən əsas səviyyələrdən birini də hüquq normaları təşkil edir. Əgər əxlaq normaları dini mətn və sənədlərdə, ədəbiyyatlarda təzahür edirsə, hüquq normaları konstitusiya və qanunlarda təsbit olunur. Bu cəhətinə görə həmin normalar təkcə əxlaqi, mənəvi mahiyyət deyil, həm də hüquqi əhəmiyyət və məzmun kəsb edir.
Mədəniyyətin normativ tərəfini əks etdirən digər səviyyələrdən birini də adət və ənənələr təşkil edir. Adət həyatın müxtəlif sahələrində və şəraitində nəsildən nəslə ötürülən normaların möhkəm və davamlı davranış sistemidir. Müəyyən nümunəvi forma kəsb edərək adətlər daha davamlı və konservativ xarakterə malik olub, əsrlərdən əsrlərə ötürülür.
Mərasim və ənənələr isə daha çox dini məzmun kəsb edir. Bu, dindarların kilsə, məscid və ya digər xüsusi ayinlərin kollektiv şəkildə simvolik fəaliyyətləridir.
Bütün bunlarla yanaşı, mədəniyyətin tənzimləyici funksiyası məişətdə, təbiətdə, digər insanlara münasibətlərdə öz normalarını müəyyənləşdirir.
Mədəniyyətin aksioloji (qiymətləndirici) funksiyası insanların hələ Sokrat tərəfindən verilmiş «xeyir nədədir?» sualının cavabının tapılmasında təzahür edir. Bəşər tarixində bütün zəka sahibləri bizi əhatə edən «faydalı» və «zərərli» olanların təsnifatının verilməsinə çalışmışlar. Praktiki fəaliyyət prosesində insan intellekti vasitəsilə dəyərlərin təsnifatı verilmiş və qiymətləndirilmişdir. Təcrübə zənginləşdikcə bir çox dəyərlər nəzərdən keçirilmiş, bəziləri sıradan çıxmış, yeniləri meydana gəlmişdir.
Müxtəlif xalqlarda «xeyir», «şər» anlayışları özünü müxtəlif dəyərlərdə təzahür etdirir. Deməli, dəyərlər hər bir mədəniyyətin özünəməxsusluğunu təmin edir. Bir mədəniyyət üçün əsas kimi götürülən dəyər digərində əhəmiyyət malik olmaya da bilər. Hər bir xalq öz dəyərlər iyerarxiyasını formalaşdırsa da, dəyərlərin məcmusu ümumbəşəri xarakter daşıyır. Ona görə də əsas dəyərləri aşağıdakı kimi təsnifləndirmək olar:
-vital dəyərlər – həyat, sağlamlıq, təminat, qüvvə və s.;
-sosial dəyərlər – ictimai vəziyyət, əmək, peşə, şəxsi azadlıq, ailə, cinslərin bərabərliyi;
-siyasi dəyərlər – söz azadlığı, vətəndaş azadlığı, qanun;
-əxlaqi dəyərlər – xeyir, xeyirxahlıq, dostluq, şərəf, sədaqət, ədalət, böyüklərə ehtiram, uşaqlara məhəbbət;
-estetik dəyərlər – gözəllik, ideal, stil, harmoniya, moda və s.
Hər bir cəmiyyət, hər bir mədəniyyət öz dəyərlər məcmusundan çıxış edir, burada yuxarıda sadalananlardan hansısa iştirak etməyə də bilər. Eyni zamanda hər bir mədəniyyət bu və ya digər dəyərləri özünəməxsus şəkildə qavrayır. Məsələn, gözəllik idealı müxtəlif xalqlarda kəskin fərqlənir (orta əsrlərdə Çində kübar cəmiyyət arasında kiçik pəncə gözəllik idealı kimi qəbul edildiyindən beş yaşdan başlayaraq qızların ayaqlarını xüsusi sarğı ilə bağlayırdılar).
Mədəniyyətin inteqrasiya funksiyası dünyəvi, bəşəri sivilizasiyaları zənginləşdirən milli mədəniyyətlərin qarşılıqlı zənginləşməsini nəzərdə tutur. Mədəniyyət millətlərin differensiasiyasının mühüm amili olmaqla yanaşı, həm də insan qruplarının birləşməsi, zənginləşməsi meyarı kimi də çıxış edir.
Mədəniyyət insanların sosial inteqrasiyasını təmin edir. Mədəniyyətin əsasında sosial inteqrasiyanın müxtəlif səviyyələri həyata keçir.
Sosial inteqrasiyanın nisbətən ümumi səviyyəsi – sabit kollektiv mövcudluq və fəaliyyət inteqrasiyasının əsaslarının formalaşdırılmasıdır. Bu səviyyədə maraq və tələbatların birgə ödənilməsi, onların qrup halında birləşdirilməsi və qarşılıqlı təsirinin əhəmiyyətliliyi, sosial təcrübənin toplanması və s. həyata keçir.
Sosial inteqrasiyanın ikinci səviyyəsi – insanların birgə inteqrativ mövcudluq formalarının mədəniyyətlə təminatıdır.
Mədəniyyət xalqları, sosial qrupları, dövlətləri birləşdirir. Öz mədəniyyətinin formalaşdığı istənilən sosial icma həmin mədəniyyətdə möhkəmlənir. Ona görə də icma üzvləri arasında həmin mədəniyyətə xas vahid baxış, dəyər, ideal, davranış qaydaları hökm sürür. Bu əsasda insanların birləşməsi və eyniləşməsi həyata keçir, müvafiq sosial icmaya mənsub olma hissi – “bizimki” hissini formalaşır.
Lakin qeyd etmək lazımdır ki, “bizimkilər” arasındakı həmrəylik “özgələr”ə münasibətdə qərəzlə müşayət edilə bilər. Ona görə də icmaların inteqrasiyası üzrə funksiyanın əks tərəfi – insanların dezinteqrasiyası da mövcuddur. Bu isə ən neqativ nəticələrə gətirib çıxara bilər.
Mədəniyyətin sosiallaşdırma funksiyası onun müəyyən şəxsiyyət tipini formalaşdırması ilə izah edilir. Orta əsrlərdə bu cəngavər tipi, kapitalizmdə hər bir vəziyyətdə pul qazanmağı bacaran biznesmen, sosializm quruluşunda isə kommunizm qurucusu sayılan fəal mübariz insan idi. Bundan belə bir nəticə çıxır ki, mahiyyətcə bu funksiya cəmiyyətin yeganə və əsas vəzifələrinin yerinə yetirilməsinə xidmət edir.
Beləliklə, cəmiyyət insanı bioloji varlıqdan şüurlu, ağıllı ictimai adama çevirir. Ona görə də insanın sosiallaşması prosesi fərd tərəfindən müəyyən edilən bilik, norma və dəyərlərin mənimsənilməsini praktiki fəaliyyətdə tətbiqini nəzərdə tutur.
Mədəniyyət sosiallaşmanın məzmununu, vasitə və üsullarını müəyyənləşdirən vacib amilidir. Sosiallaşma dedikdə, fərdlərin ictimai həyata qoşulması, müvafiq cəmiyyət və sosial qrupun təcrübəsini, bilik, dəyərlər, davranış normalarını mənimsəmələri nəzərdə tutulur. Sosiallaşmanın gedişində insanlar qorunub saxlanılan mədəniyyət proqramlarını mənimsəyərək onlara uyğun yaşamağı, düşünməyi və fəaliyyət göstərməyi öyrənirlər.
Sosiallaşma prosesi şəxsiyyətə icmanın tam hüquqlu üzvü olmağa, orada müəyyən mövqe tutmağa və üzvü olduğu cəmiyyətin adət və ənənələrinin tələb etdiyi şəkildə yaşamağa imkan verir. Bununla yanaşı sosiallaşma cəmiyyət, onun strukturu və həyat formalarının qorunmasını təmin edir.
Tarixi prosesdə cəmiyyətin şəxsi tərkibi və sosial qruplar daima yeniləşir (belə ki, insanlar doğulur və ölürlər). Məhz sosiallaşmanın köməyilə cəmiyyətin yeni üzvləri artıq formalaşmış sosial təcrübəyə yiyələnirlər və ona müvafiq davranırlar.
Mədəniyyətin sosial mənasını əks etdirən əsas sistem yaradıcı cəhəti onun humanist funksiyasıdır.
İnsan mədəniyyət nümunələri yaradaraq bəşər tarixinə töhvələr verir, sonda onun yaratdığı mədəniyyət yenə də insanın, cəmiyyətin xidmətində durur. Mədəniyyətin humanist funksiyası iki mühüm proseslə müşayiət olunur: sosiallaşma prosesi (yəni ictimai münasibətlərin mənimsənilməsi) və fərdiləşmə prosesi (yəni bu münasibətlərin fərdi formada, təkrarolunmaz şəkildə mənimsənilməsi). Bütün yuxarıda qeyd etdiyimiz funksiyalar bu funksiyaya tabedir. Mədəniyyətin vəzifəsi bu və ya digər sinfın, cəmiyyətin mənafeyinə və tələblərinə uyğun şəxsiyyət tipi formalaşdırmaqdır.
Humanistləşdirmə funksiyası bir-birinə əks olan, lakin öz aralarında üzvi qarşılıqlı əlaqədə olan proseslərin: şəxsyyətin sosiallaşması və fərdiləşməsinin vəhdətində təzahür edir.
Sosiallaşma fərd tərəfindən daxil olduğu cəmiyyətə müvafiq olan sosial təcrübənin, biliklərin, dəyərlərin, fəaliyyət normalarının mənimsənilməsini təmin edir. Sosiallaşma prosesində insan ictimai münasibətləri, mənəvi dəyərləri mənimsəyir, onları öz şəxsiyyətinin daxili mahiyyətinə, özünün sosial keyfiyyətlərinə çevirir. Lakin bu münasibətləri, dəyərləri insan özünə uyğun şəkildə, təkrarolunmaz, fərdi formada mənimsəyir.
Mədəniyyət elə xüsusi ictimai mexanizmdir ki, burada sosiallaşma həyata keçirilir və şəxsiyyətin fərdiyyətə çevrilməsini təmin edilir.
Mədəniyyətin estetik funksiyası ilk növbədə incəsənətdə, bədii yaradıcılıqda təzahür edir. Məlum olduğu kimi, mədəniyyətdə müəyyən “estetiklik” sferası mövcuddur. Məhz burada mükəmməl və əcaib olanın, uca və cılız olanın, tragik və komik olanın məğzi açılır. Bu sfera gerçəkliyə, təbiətə estetik münasibətlə sıx bağlıdır.
Müasir dövrdə estetik mədəniyyət getdikcə daha böyük əhəmiyyət kəsb edir. Estetik mədəniyyət də cəmiyyətin ümumi mədəniyyətinin bir hissəsidir. Estetik mədəniyyətin spesifikası və funksiyası ondan ibarətdir ki, o, subyektin dünyaya münasibətinin azad özünü ifadəetmə formasıdır.
Cəmiyyətin estetik mədəniyyətinə həm estetik şüurun (estetik biliklərin, estetik hislərin, estetik zövqlərin, estetik idealların) məzmunu və inkişaf səviyyəsi, həm də insanların estetik yaradıcılığının xarakteri, istiqaməti və yayılma dərəcəsi daxildir.
Eyni zamanda, estetik mədəniyyətdə estetik sərvətlərin insan tərəfindən mənimsənilmə formalarının rəngarəngliyi, bu sərvətlərdən insanın inkişafı, onun mənəviyyatının zənginləşməsinə görə humanist məqsədlərlə istifadə edilməsi də öz əksini tapır. Göründüyü kimi, estetik mədəniyyətin xüsusiyyəti onun əsasını təşkil edən estetik fəaliyyətin spesifikası ilə müəyyən olunur.
Estetik fəaliyyət mənəvi xarakterə malikdir. Onun predmeti gerçəkliyin bilavasitə dərk və ya təsəvvür edilə bilən hər hansı bir obyekti ola bilər. Məsələn, estetik informasiya daxil edilmiş bədii sərvətlər, estetik dəyər ilə müşayiət olunan utilitar təyinatlı məqsədyönlü fəaliyyət məhsulları, insan əməyi ilə təbiiliyindən çıxmış və estetik mədəniyyət sisteminə daxil edilmiş təbiət nümunələri və s
Estetik baxımdan neytral olan, dəyəri fəaliyyət prosesində aktuallaşdırılan, yaxud təsbit edilən halların da estetik fəaliyyət predmeti olması mümkündür.
Estetik fəaliyyətin xüsusi maraq dairəsi həmişə insan aləmi olmuşdur. Müasir dövrdə də belədir. Ona ictimai-tarixi proses, insanların ictimai həyatı, sosial davranışı, daxili və mənəvi aləmi daxildir.
İncəsənət sahəsində aparılan müşahidə və təcrübələr göstərir ki, elə bir təbiət və yaxud sosial gerçəklik halı yoxdur ki, o öz mahiyyətinə görə estetik fəaliyyət predmeti olmasın. Görkəmli rəssam Səttar Bəhlulzadənin yaradıcılığına, onun rənglər aləminə diqqət yetirsək, görərik ki, təbiətin hər bir hadisəsi, hər bir nümunəsi onun rəsmlərinin əşyası olmuşdur. Onun əsərlərində kiçik və ya böyük təbiət nümunəsi yoxdur. Rəssam təbiət nümunələrinin hər birinə eyni həssaslıqla, eyni sevgiylə yanaşır. S.Bəhlulzadənin rəsmlərində hər çiçəyin, hər yarpağın min çaları var. Lakin bu əsərlərdə təbiətdən götürülən hər hansı bir nümunə öz təbii mövcudluğundan da məhrum edilmir. Rəssam götürdüyü hər bir nümunəni öz şəxsi məntiqi və potensial yaradıcılıq imkanlarına uyğun şəkildə obrazlı verir, ideala qədər ucaldır, mümkün qədər arzulanan təsəvvür səviyyəsinə qaldırır.
Estetik baxımdan dəyişdirilmiş əşya bəşər mədəniyyəti xəzinəsinə daxil edilir, orada o, öz orijinallığını qorumaqla, estetik dəyər alır. Gördüyümüz kimi, burada estetik əşya insanın obyektiv aləmi ilə subyektiv aləmi arasında vasitəçi olur. Estetik predmet özünə subyektin müəyyən münasibətini, baxışını və iştirakını nəzərdə tutur. Bunlar obyektiv keyfiyyətlərlə yanaşı, onun dəyərini də müəyyənləşdirir.
Estetik mədəniyyətin və fəaliyyətin subyekti ictimai varlıqdır. O, həyata qədəm qoyarkən yalnız hazır sosial münasibətlərlə deyil, eyni zamanda bir çox maddi və mənəvi dəyərlərlə, əvvəlki dövrlərdə yaradılmış estetik sərvətlərlə qarşılaşır. Bunlar insanın varlığının obyektiv şərtləri olur və onun estetik fəaliyyəti üçün əsas verir. Estetik fəaliyyətin obyektə uyğun şəkildə faydalı xarakteri əşyanın estetik dəyərinin təsdiqində reallaşır. Əşyanın estetik dəyəri subyektin üzə çıxardığı və qiymətləndirdiyi obyektiv daxili və xarici əlaqələrin zənginliyi ilə müəyyənləşdirilir.
Mədəniyyətin semiotik, yaxud işarələr funksiyasından bəhs edərkən, qeyd etmək lazımdır ki, müəyyən işarələr sisteminin köməyi ilə mədəniyyət nümunələri öyrənilir, əxz edilir. Məsələn, heroqliflərin Qədim Misir mədəniyyətinin tədqiqində müəyyən işarələr və simvolların, xalçaçılıq, rəssamlıq, qədim kitabələrin oxunmasında və s. böyük köməyi dəyir.
Ümumiyyətlə, bu funksiya musiqi, rəssamlıq, heykəltəraşlıq, təbiət elmləri— fizika, riyaziyyat, kimya, biologiya kimi sahələrdə öz əksini tapır.
Beləliklə, cəmiyyətdə mədəniyyətin yuxarıda sadalanan funksiyaları şərti məzmun kəsb etsə də, hər halda onları məhdudlaşdırmaq və ya nəzərə almamaq da qeyri-mümkündür. Belə ki, onlar bir-birilə sıx vəhdət təşkil edərək vahid bir prosesin əsas meyarları rolunu oynayırlar.
V mövzu: Mədəniyyət və təbiət-cəmiyyət münasibətləri
Plan:
-
Təbiət - cəmiyyət münasibətlərinin mahiyyəti;
-
Ekoloji problemlərin meydana gəlməsi səbəbləri;
-
Ekoloji mədəniyyətin mahiyyəti.
Hamıya mlumdur ki, “mədəniyyət” anlayışı “təbiət” anlayışına müxalif olaraq meydana gəlmişdir. Lakin belə qarşıqoyma düzgün sayılmaz. Çünki insan təkcə ikinci təbiəti yaratmır, həm də birinci təbiətin şəklini dəyişdirir. Təbiət getdikcə daha çox mədəniləşdirilir, mədəniyyət isə təbiəti zəruri olaraq özünə daxil edir.
Mədəniyyətlə təbiət məsələsini nəzərdən keçirərkən təbiət insan cəmiyyətinin mövcud olması üçün bütün təbii şəraitin məcmusu kimi çıxış edir. Təbiət insan cəmiyyətindən ayrılmaz öz tarixinə malikdir. Təbiət aləmin insan tərəfindən mənilsənilmiş, öz həyat fəaliyyəti sahəsinə daxil edilmiş hissəsidir. Bəşəriyyətin tarixi gedişində ətraf aləmin yeni-yeni hissələri, qatları bu sahəyə daxil olaraq təbiətə çevrilir. Mədəniyyət isə bir tərəfdən təbiətin, digər tərəfdən isə cəmiyyətin vasitəçisinə çevrilir. Cəmiyyətin təbiətə və eləcə də təbiətin cəmiyyətə təsiri mədəniyyət vasitəsilə həyata keçir.
Mədəniyyət və təbiət ayrılmazdır. Onlar genetik olaraq bir-birilə bağlıdırlar. Belə ki, insan təbiətin ən yüksək inkişaf həddidir, mədəniyyət isə insanın ən dahi əsəridir. Təbiət mədəniyyət üçün material və zəmindir. Təbiət estetik və bədii mənimsəmənin ən qədim və daimi obyektidir.
Beləliklə, Mədəniyyatşünaslıq elmində təbiət və cəmiyyətin qarşılıqlı münasibətləri məsələsi mühüm yer tutur. Cəmiyyət ilə təbiət bir-birilə sıx vəhdətdədir. Cəmiyyətin mövcudluğu və inkişafı təbiət ilə ayrılmaz əlaqədə baş verir. Bu mənada təbiət cəmiyyətin daimi və zəruri şərtidir, təbiətsiz cəmiyyət mövcud deyildir.
Cəmiyyətlə təbiət arasında müəyyən ziddiyyətlər də özünü göstərir. Bunlar həm təbiətin, həm də cəmiyyətin inkişafı üçün hərəkətverici qüvvə rolunu oynayır. Belə ki, insan lap qədimdən daimi təbiətlə, təbiət qüvvələri ilə mübarizə prosesində inkişaf edirlər.
Tarixin bütün dövrlərində bu və ya digər formada çıxış edən təbiət – cəmiyyət ziddiyyətlərinin həlli svilizasiyanın inkişafına təkan verir. Cəmiyyət təbiətin sirlərinə yiyələnmək və onun qüvvələrindən öz mənafeləri üçün istifadə etmək yolu ilə irəliləyir. Təbii ehtiyatlar cəmiyyətin sərvətidir. Bundan əlavə, bütün dövrlərdə demoqrafik proseslərin inkşafı, əhalinin sağlamlığının təmin edilməsi təbii mühit ilə üzvi surətdə bağlıdır. Belə ki, iqlim, hava, su, ərzaq məhsulları və s. insanların həyat fəaliyyətinin bioloji göstəricilərinə, əmək qabiliyyətinə, bir sözlə, işçi qüvvəsinin təkrar istehsalı ilə əlaqədar olan bütün prosseslərə mühüm dərəcədə təsir göstərir. Nəhayət, təbiət həm də insanların psixoloji, əxlaqi-etik və estetik keyfiyyətlərinə, şəxiyyətin hərtərəfli inkşafına da ciddi təsir göstərir.
Beləliklə, təbiət insanın mövcudluğunun təbii şəraiti, onun fəaliyyəti üçün meydan rolunu oynayır. Əlverişli coğrafi mühit olmadan cəmiyyət nə yarana, nə də inkişaf edə bilməzdi. İnsanlar yaşayış vasitələrini təbiətdən alır.
Mövzunun aktuallığı həm də onunla bağlıdır ki, müasir dövrdə təbiət − cəmiyyət − insan münasibətlərində gərginlik durmadan artmaqdadır. Ekoloji böhran sivilizasiyanın gələcək varlığını ciddi təhlükə altına alır. Buna görə də onun həlli labüd və zəruri məsələdir.
Təbiət ilə cəmiyyət arasındakı münasibətlərin xarakteri konkret-tarixi məzmuna malikdir. Bu mənada bir neçə tarixi mərhələləri ayırmaq olar.
Birinci mərhələ ən qədim dövrü əhatə edir. Bu mərhələdə insanlar təbiətin hazır məhsullarından istifadə etməklə, ovçuluq və balıqçılıqla məşğul olurdular. Başqa sözlə, mənimsənilən iqtisadiyyatın hökm sürdüyü həmin mərhələdə insanlar təbiət qüvvələrindən demək olar ki, tam asılı idilər. Buna görə də onlar təbiətə sitayiş edir, müxtəlif qurbanlar verməklə ondan rəhm diləyirdilər. Əvvəlki mühazirələrdə qeyd etdiyimiz kimi, həmin dövrdə onların dünyagörüşündə fetişizm, cadugərlik və ovsunçuluq geniş yer tuturdu. İbtidai insan təbiəti ilahiləşdirir, yaşamağının mənbəyini ona itaət etməkdə görürdü. İnsanın əşyavi-praktik fəaliyyətinin gedişində təbiət insanın həm emalatxanasına, həm də məbədinə çevrildi. İbtidai insan üçün təbiət onun yaşadığı yerlə məhdudlaşırdı.
İkinci mərhələ təxminən 7-10 min il bundan əvvəl baş vermiş neolit inqlabı ilə başlamışdır. Onun əsas məzmununu əkinçilik ilə maldarlığın bir-birindən ayrılması, oturaq həyata və “yaradılan” iqtisadiyyata keçilməsi təşkil edir. Bu mərhələ insanla təbiətin ilk qarşıdurması dövrü idi. Artıq bu dövrdə insanlar təbiətin hazır nemətlərindən istifadə etməklə kifayətlənmir, lazım olan məhsulları və yaşayış vasitələrini özü istehsal etməyə başlayır. Bu, bir tərəfdən ictimai inkşafa təkan verdi, digər tərəfdən cəmiyyət ilə təbiət arasında ziddiyyətlərin yaranmasına gətirib çıxartdı. Buna baxmayaraq, təbiət ilə cəmiyyət arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir və möhkəmlənirdi.
Üçüncü mərhələ təxminən XVI-XVII əsrlərdən etibarən özünü göstərir. Onun əsas mahiyyətini maşınlı sənayeyə keçilməsi nəticəsində insanların təbiətə göstərdiyi təsirin güclənməsi təşkil edir. Cəmiyyətin sərəncamında olan texniki vasitələr təkmilləşdikcə sözün əsl mənasında təbiətin amansız istismarı baş verdi. Təbiəti özünə ram etmək bu mərhələnin əsas prinsipini təşkil edir. Yeni dövrün təbiətşünas alimləri hesab edirdilər ki, “təbiət emalatxanadır və onu insana tabe etmək, maraqlarına uyğun dəyişdirmək lazımdır”. Təbiətə məftunluq hissi yoxa çıxdı. Təbiət ruh və mədsəniyyətin antitezinə çevrildi. Marksizm fəlsəfəsində təbiət insanın istehsal fəaliyyətinin obyekti kimi çıxış edirdi. Marksist yaradıcılığının nümunəsi kimi İ.V.Miçurinin fikrini gətirirlər: “Təbiətdən sədəqə gözləyə bilmərik, lazım olanları ondan götürmək bizim vəzifəmizdir”. Belə yanaşma xalq mədəniyyətinə köklü şəkildə ziddir. Axı xalq həmişə təbiətə “ana – torpaq” münasibəti göstərmişdi.
Nəhayət, XX əsrin ortalarından etibarən təbiət-cəmiyyət münasibətlərində keyfiyyətcə yeni, dördüncü mərhələ özünü göstərir. Onun səciyyəvi cəhətini müasir elmi-texniki tərəqqi şəraitində cəmiyyətlə təbiət arasındakı ziddiyyətlərin kəskinləşməsi təşkil edir. Bu, öz ifadəsini müasir ekoloji böhranda, bəşəriyyətin gələcək mövcudluğuna artmaqda olan təhlükəsində tapır.
Ekologiya elminin yaranması da elə məhz ekoloji problemlərin kəskinləşməsi ilə bağlı olmuşdur. “Ekologiya” elmi bir tədqiqat sahəsi olaraq canlı orqanizmlərin ətraf muhitlə mürəkkəb qarşılıqlı təsir kompleksini öyrənir. «Ekologiya» terminini Ernst Hekkel 1866-cı ildə «Ümumi morfologiya» monoqrafiyasında işlətmişdir. Hekkel «ekologiya» deyərkən, müəyyən ərazidə yaşayan heyvanlar və bitkilərin əlaqəsi, onların bir-birinə və yaşadıqları mühitə münasibətləri haqqında elmi nəzərdə tuturdu. Bu еlmin inkişаfındа S.İ.Vаvilоv, B.N.Sukаçеv, Y.N.Pаvlоvskinin və digər аlimlərin хidmətləri vаrdır. V.İ.Vеrnаdskinin bu təlimin öyrənilməsində rоlu dаhа böyükdür.
Ekoloji ziddiyyətin özünəməxsusluğu ondadır ki, burada iki müxtəlif cinsli tərəflər, səviyyələr bir-birinə təsir göstərir. Təbiətdə baş verən immanent dəyişikliklər öz növbəsində cəmiyyətə cavab reaksiyası verir, ekoloji ziddiyyətin inkişafına təsir göstərir, onun kəskinləşməsinə səbəb olur.
Təbiət-cəmiyyət münasibətləri arasındakı ziddiyyətlərin kəskinləşdiyini bir neçə faktlarda göstərək. Hesablamalar göstərir ki, ildə orta hesabla dünya okeanına 20 mlrd. ton zərərli vasitələr axıdılır. Belə hallar Baltik, Azov, Xəzər və Qara dənizdə tez-tez baş verir. Aralıq dənizinə ildə 1 mln. ton karbohidrat, 600 min ton yuyucu vasitələr, 100 min ton civə axıdılır ki, bu da canlıların məhvinə və ekoloji tarazlığın pozulmasına səbəb olur. Planetimizin 2/3 hissəsini su tutur, bu da atmosferdə olan kimyəvi maddələrin son nəticədə çoxunun su hövzələrinə qayıtması ilə nəticələnir. Dəniz və okeanların ekoloji vəziyyətinin pisləşməsi çayların ekoloji vəziyyətindən kənarda qala bilməz.
İnsan fəaliyyəti nəticəsində hər il atmosferə 20 mlrd. ton karbon qazı buraxılır, bu da xəstəliklərin artması ilə nəticələnir. Yanacaq məhsullarının yandırılması nəticəsində ayrılan karbon oksidləri insan və heyvan orqanizmlərinə çox zəhərləyici təsir göstərir. Mütəxəssislərin hesablamlarına görə, bir gündə təkcə min avtomobil 3.5 ton karbon qazı və 800 kq qədər digər kimyəvi maddələr buraxır. Atmosferdəki zərərli maddələr yağış vasitəsilə su hövzələrinə düşdükdə, su hövzələri çirklənir və bu da ətrafdakı insanların və digər canlıların xəstələnməsinə səbəb olur. Çirklənmənin həcminə görə Aralıq dənizi, Atlantik okeanı, şimal zonaları və Şimal dənizi öndə durur.
Gördüyümüz kimi, planetimiz hec zaman bu günku qədər fiziki və siyasi yüklərin ağırlığına məruz qalmamışdır. İnsan hec zaman təbiətdən bu qədər xərac almamışdı və özunun yaratdığı qüvvə qarşısında bu qədər aciz olmamışdı.
Planetimizdə həyatın inkişaf etdiyi bütün təbəqələr – biosfer, atmosferin bir hissəsi, su mühiti – hidrosfer və yer qabığının üst qatı olan litosfer ekoloqların tədqiqat obyektidir. Eyni zamanda bəşəriyyətin mütərəqqi hissəsi təbiətin mudafiəsinə qalxmışdır. Müasir ekoloji hərəkat öz diqqətini tərəqqinin kəsirləri, inkişafın həddi, maliyyə və texnoloji qərarların çoxunun tutarsızlığı üzərində cəmləşdirir, Yerin təbii balansının bərpa olunması uğrunda cıxış edir.
Son illər Avropa Şurası öz fəaliyyətində ekologiyanı daimi obyektinə çevirmişdir. İnsan və təbiətin harmoniyası istiqamətində Avropa Şurası bir çox tədbirlər görmüşdür. Bu tədbirlərə aşağıdakıları aid etmək olar:
- təbiətin qorunması üçün həmin sahədə tətbiq olunan vergi sistemində müəyyən güzəştlərin edilməsi;
- enerji və ehtiyatlara qənaət edən texnologiyaların işlənib hazırlanması və mənimsənilməsi;
- tullantılardan istifadə edilməsi;
- istilik yanacağı ilə havaya karbon qazınm yayılmasmın qarşısmı almaq üçün müəyyən texniki yolların axtarılması və s.
Hazırda cəmiyyətin enerjiyə olan tələbatının ödənilməsində başqa mənbələrdən - küləkdən, günəşdən, dəniz suyunun qabarmasmdan alınan enerjidən istifadənin artmasına üstünlük verilir.
Əvvəldə deyilənlərə görə təbiət-cəmiyyət münasibətlərində yeni ekoloji təfəkkürün, ekoloji mədəniyyətin formalaşdırılması, yeni istehlak fəlsəfəsinin yaradılması zərurəti meydana çıxmışdır: ekoloji cəhətdən təmiz ərzaq məhsulları istehlakının artması, tələbatda bəzi könüllü məhdudiyyətlər və s. Lakin göstərmək vacibdir ki, istehlak və istehsal üzrə həyata keçirilən bu gür yeni model hələ ki, bir neçə inkişaf etmiş ölkə çərçivəsində yayıla bilir. Bu ölkələrdə yaşayan əhali dünya əhalisinin 20%-ni təşkil edir.
İnsаn mədəniyyətinin və mənəviyyаtının mənbəyi оnun hər zаmаn təbiətlə həmаhənglik şərаitində hаrmоnik şəkildə yаşаmаsıdır. Bеlə bir mühitdə insаn təbiətin qаnunаuyğunluqlаrını öyrənməyə müyəssər оlmuş və özünün mаddi – mənəvi kеyfiyyətlərini fоrmаlаşdırmışdır.
Əgər mədəniyyət bütünlükdə mаddi və mənəvi dəyərlərin, еyni zаmаndа insаn fəаliyyətinin məcmusudursа, оndа cəmiyyətin inkişаfını təmin еdən bu əsаs аmil еkоlоji mədəniyyətin də tərkib hissəsi kimi qəbul еdilə bilər. Еkоlоji mədəniyyət isə özlüyündə insаnın sоsiаl fəаliyyəti ilə uzlаşаrаq, təbii tələblərə cаvаb vеrərək həyаtа və mühitə yаrаrlığın əsаs mеyаrınа çеvrilir.
Bеlə оlаn hаldа еkоlоji mədəniyyət cəmiyyətin tərəqqipərvər inkişаfı üçün vаcib оlаn bütün pаrаmеtrləri, yəni еkоlоji bilik və vərdişləri, еkоlоji cəhətdən düşünülmüş tехnоlоgiyаnı, insаnlаrın təbii rеsurslаrın qоrunmаsınа yönəlmiş dаvrаnışını özündə tоplаyıb cəmləşdirir.
K.Mаrks yаzırdı: «Əgər mədəniyyət şüurlu və düşünülmüş surətdə istiqаmətlənmək əvəzinə kоrtəbii şəkildə inkişаf еdirsə, оndа о, özündən sоnrа yаlnız tаmаmilə bоş səhrа qоyub gеdəcəkdir».
Akаdеmik V.İ.Vеrnаdskinin nооsfеr kоnsеpsiyаsına görə, insаnlıq güclü gеоlоji qüvvədir. İnsаn öz zəhməti və əqli ilə öz həyаt səviyyəsini dəyişə bilər və dəyişməlidir. Təəssüf ki, Vеrnаdskinin insаn şüuru hаqqındа mülаhizələri özünü qismən dоğruldur. Dоğrudаn dа, şüurun inkişаfı insаnа еlmi, tехniki və tехnоlоji nаiliyyətlər fоrmаsındа еlə bir qüvvə vеrmişdir ki, bu biоsfеr prоsеslərini dəyişməyə və оnun еhtiyаtlаrındаn səmərəli istifаdə еtməyə kifаyət еdir. Аmmа оnun şüuru о dərəcəyə çаtmаyıb ki, həmin еhtiyаtlаrdаn biоsfеrin təbii qаnunаuyğunluqlаrını pоzmаdаn istifаdə еtsin. Nəticədə bəşəriyyət böyük imkаnlаrа mаlik оlmаsınа bахmаyаrаq, bundаn öz mаrаqlаrının əksinə istifаdə еdir, biоsfеrin dаyаnıqlığını mühаfizə еdən və milyоn illər ərzində təkаmül prоsеslərində yаrаnmış münаsibətləri pоzur.
Cəmiyyət və ümumi istеhsаl еkоlоji mədəniyyətin fоrmаlаşmаsının mаddi əsаsı və mühüm mərhələsidir. Bunа görə də hər hаnsı fəаliyyət növü еkоlоji qаnunlаrın оbyеktiv tələblərinə cаvаb vеrməli və оnunlа uyğunlаşmаlıdır. Оdur ki, bеlə nəticəyə gəlmək olar ki, еkоlоji mədəniyyət bütün istеhsаl və fəаliyyət sаhələrində biоsfеrin qоrunmаsı və sахlаnmаsı qаnunlаrınа аrхаlаnаrаq cəmiyyətin yаşаyış tərzini müəyyən еtməlidir.
İnsаnın dахili аləminin təbiətə bаğlılığındаn dоğаn zərurət bеlə bir qənаətə gəlməyə imkаn vеrir ki, o, (insаn) təbiətlə bütün münаsibətlərində yаlnız еtik-еstеtik və humаnist duyğulаrа аrхаlаnmаlıdır. Ətrаf mühitə təsir еdib оnu dəyişməklə yаnаşı, еyni zаmаndа insan öz dахili аləminə müdахilə еdir, öz şəхsi təbiətini inkişаf еtdirir və bütün dахili imkаnlаrını qüvvətləndirir. Məhz bunа görə də təbiətə qаrşı birtərəfli məhdud münаsibətlə о, öz mənəvi inkişаfını zəiflədir. Çünki təbiətə qеyri-nоrmаl münаsibətdən dоğаn bоşluqdаn ən böyük pаy məhz insаnın özünə nəsib оlur, оnun öz qismətinə düşür.
İnsаn humаnizmi onlаr аrаsındаkı münаsibətlərdə оlduğu kimi, təbiətə münаsibətində də öz аliliyini nümаyiş еtdirməlidir. Humаnizm istimаi münаsibətlər fоrmаsı kimi yаlnız о zаmаn yеtkinləşə bilər ki, insаnlаr аrаsındа оlduğu kimi, təbiətə qаrşı münаsibətdə də təbiət-insаn əlаqələrinin rеаllığını həyаtа kеçirən bir fоrmаyа çеvrilsin.
Əgər təbiətlə hаrmоniyаnın insаn üçün yеgаnə təbii rifаh hаlı оlduğunu tаriхi pеrspеktiv kimi qəbul еtsək, оndа hökmən bu pеrspеktivə qаrşı аddım аtmаlı, оnun rеаllığını аnlаmаlıyıq. Bunun üçün təbiətə qаrşı məsuliyyət hissi kimi düşünülmüş əхlаqi-mənəvi kеyfiyyətə mаlik оlmаlı, bеlə bir yüksək məqsədə nаil оlmаq üçün özünütərbiyə mərhələlərinin bütün sədlərini ləyаqət və təmkinlə kеçmək lazımdır. Çünki təbiətə qаyğı və еhtirаm kimi аli hissi insаn yаlnız özü öz dахilində yаrаdıb tərbiyələndirə bilər.
Müаsir еkоlоji böhrаn bəşər tаriхində birinci və yа ахırıncı dеyil. Tаriх sübut еtmişdir ki, müхtəlif mərhələlərdə еkоlоji mədəniyyət cəmiyyətə və yа təbiətə mаddələr mübаdiləsi prоsеsində mеydаnа çıхаn böhrаn məqаmlаrını nizаmlаmаğа kömək еtmişdir. Müаsir şərаitdə еkоlоji mədəniyyət probleminin bir kоnsеpsiyа kimi tədqiq еdilib аrаşdırılmаsı təхirəsаlınmаz məsələlərdən biridir.
Еkоlоji mədəniyyət insаn-təbiət münаsibətlərinin müəyyən nоrmа və qаnunlаr çərçivəsində mümkün оlduğunu dərk еtməkdir. Еkоlоji mədəniyyət cəmiyyətin tоplаmış оlduğu еkоlоji bilik, sоsiаl-fəlsəfi kоnsеpsiyаlаr və еkоlоji əхlаqın məcmusundаn ibаrətdir.
Еkоlоji nöqtеyi-nəzərdən bахdıqdа, еkоlоji mədəniyyət cəmiyyət mövcudluğunun, təbii mühitinin mühаfizə оlunmаsındа qаzаnılаn nаiliyyətlərin səviyyəsi və qurumu kimi, mədəniyyətşünаslıq bахımındаn isə mühitin mühаfizəsinə yönəldilmiş insаn fəаliyyətinin özünəməхsus sfеrаsı kimi təsvir оlunur.
Cəmiyyətin təbiətə təsir vаsitələri nə qədər gеniş və qüvvətlidirsə, еkоlоji mədəniyyətin fоrmаlаşmаsı da о qədər zəruri оlur. Bunа görə də еkоlоji mədəniyyətin qərаrlаşmаsı bəşər tаriхinin müаsir inkişаf mərhələsinin mühüm qаnunаuyğunluğu kimi çıхış еdir. Bunа müvаfiq оlаrаq təbiət, insаn və cəmiyyət üçün mənəvi cəhətdən аnlаşılаn, yеni əhəmiyyət kəsb еdən еkоlоji mədəniyyət qərаrlаşmаlıdır.
Bütün еlm sаhələrində оlduğu kimi, еkоlоji аspеktdə də хüsusi mədəni münаsibət vаcib şərtdir. Bu qаnunаuyğunluq biоsfеrdə insаnın təbiətlə münаsibətinin dаhа prinsipiаl mövqеdə inkişаf еtdirir, «yеni еkоlоji insаn tipi» fоrmаlаşdırır.
Ümumi mədəniyyətin bir hissəsi оlаn еkоlоji mədəniyyət insаnın təbiətlə münаsibətlərində hаrmоniyа yаrаtmаq cəhdidir. İnsаn bu münаsibətləri hər iki tərəfin əbədi mövcudluğunа yönəltmək üçün qlоbаl-еlmi prоqrаmlаr hаzırlаmаlıdır. İnsаn, еkоlоji еlmi əsаsən biоsfеr еhtiyаtlаrındаn səmərəli istifаdənin təşkili, təbiəti mühаfizə, insаnlаrın ətrаf mühitlə hаrmоnik mövcudluğunun dərki – еkоlоji şüur, əхlаq və mədəniyyətin fоrmаlаşdırılmаsı istiqаmətində inkişаf еtdirilməlidir. Еkоlоji mədəniyyət tədrici еkоlоji təhsil və tərbiyə sistеminin yаrаnmаsını tələb еdir.
Təbiətə əхlаqi münаsibət cəmiyyət hаdisələrindən kənаr tərbiyələndirilə bilməz. Bünа görə də еkоlоji biliklərin təbliği sistеmli şəkildə gеtməlidir.
Müаsir dövrdə təbiətdən iqtisаdi prinsiplərlə istifаdə еhtiyаcının аrtmаsı insаndаn bütün şüurlu ömrü bоyu çох vаcib еkоlоji tərbiyə məsələlərini həll еtməyi tələb еdir. İnsаndа qənаətcillik və şəхsi məsuliyyət hissinin аrtmаsı təbiətə əхlаqi münаsibəti qüvvətləndirən kеyfiyyətlərdir.
Təbiətə əхlаqi münаsibət оndаn istifаdə ilə düz mütənаsibdir. Ölkədə еkоlоji prоblеmlərin düzgün həllinə nаil оlmаdаn əhаlinin sаğlаmlığınа, ərzаq prоqrаmının yеrinə yеtirilməsinə nаil оlmаq mümkün dеyildir. İndi təbiətin öyrənilməsi ilə yаnаşı, həm də оnun mühаfizəsinə və zəngin sərvətlərindən səmərəli istifаdə еdilməsinə mаrаğın аrtmаsı dövrün ən vаcib prоblеmlərindən biridir.
Təbiət bu vaxtadək mövcud оlаnlаrın, indi yаşаyаnlаrın, gələcəkdə yаşаyаcаq insаnlаrın mülkiyyətidir. Təbiətin mühаfizəsi insаnlığın mənəvi bоrcudur.
Еkоlоji tərbiyə mürəkkəb оlduğundаn, bu sаhədə müəyyən nöqsаnlаr öz mövcudluğunu dаvаm еtdirməkdədir. Məhz bu bахımdаn еkоlоji tərbiyənin səviyyəsini yüksəldilməsi, təbii еhtiyаtlаrdаn qənаətlə istifаdə edilməsi, gənclərdə yüksək еkоlоji mədəniyyət fоrmаlаşdırılması, cəmiyyətimizin hər bir şəхsində yüksək mənəvi kеyfiyyətin аrtırılması tələb оlunur. Bunun üçün birinci növbədə еkоlоji tərbiyənin mаhiyyətini və zəruriliyini gənclərə аşılаmаq lazımdır. Onlar dərk etməlidirlər ki, insаnın təbiət üzərində hökmrаnlığı hüdudsuz dеyildir. İnsаn təbiət üzərində yаlnız о zаmаn həqiqi hökmrаnlığа mаlik оlur ki, оnun qаnunlаrını dərindən dərk еdib öz əməli fəаliyyətində həmişə bu qаnunlаrа istinаd еtsin.
Еkоlоji tərbiyə işinin səmərəliliyinin аrtmаsındа kütləvi informasiya vаsitələrinin təbliğаtının dа rоlu böyükdür. Ekоlоji təbliğаtın müsbət təsirində onlаrın qаrşılıqlı əlаqəsi, birgə fəаliyyəti inkaredilməzdir. Bu sаhədə еkоlоji səpgidə yаzılmış qəzеt məqаlələrinin və rаdiо vеrilişlərinin rоlu böyükdür.
Təbiətin mühаfizəsi sаhəsində gənc nəslin mənəvi məsuliyyəti bütövlükdə həyаtın qоrunmаsınа аid оlаn mənəvi məsuliyyətdir. Оnа görə də gənc nəsli təbiətə məhəbbət ruhundа tərbiyə еtmək qаrşımızdа durаn ən mühüm vəzifədir. Təbiətə insаni münаsibətləri fоrmаlаşdırmаq üçün müsbət əхlаqi cəhətləri vərdiş hаlınа sаlmаq, qаyğılı münаsibət hissi tərbiyə еtmək vаcibdir.
Dövrumuz bizə nə verəcək – yeni problemlər və ya rahat gələcək? Bəşəriyyət 150-200 ildən sonra necə olacaq? Görəsən, insan oz zəkası və arzusu ilə, özunu və bizim planeti başımız üstündə duran bir çox təhlükələrdən xilas edə biləcəkmi? Bu suallar, şübhəsiz, bütün insanları narahat edir, bəşəriyyətin gələcəyini diqqət mərkəzinə qoyur, bu da gələcəyin proqnozlaşdırılmasının fəlsəfi-metodoloji problemlərini xususi bir qrup kimi təsnif etməyə əsas verir.
Qeyd etmək lazımdır ki, bu aspekt «gənc futurologiya elminin» zəif məqamlardan biridir. Bu problemin işlənməsi bəşəriyyətin inkişafının muasir mərhələsində mədəni inkişafın ən vacib tələblərindən biridir.
Alimlər razılaşırlar ki, «səhvi görmək və düzəltmək» prinsipi ilə yeridilən hər yerdə qəbul edilmiş siyasət səmərəsizdir. «İrəlicədən görmək və qarşısını almaq» - yeganə real yoldur. Gələcəkdə aparılan tədqiqatlar bütün dünya ölkələrində insanların tələbatlarını ödəmək və ekoloji prosesləri pozmamaqla nəhəng təbii qövvələrin və ehtiyatların mübadiləsini necə istiqamətləndirmək sualına cavab verəcəkdir.
1968-ci ildən başlayaraq italiyalı iqtisadçı Aurelio Peççei (1908-1984) dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu mütəxəssisləri sivilizasiyamızın gələcəyini müzakirə etmək ücün hər il Romaya dəvət etməyə başladı. Bu toplantılar “Roma klubu” adı altında şöhrət qazandı. Bu, bəşəriyyətin qlobal problemlərini araşdıran beynəlxalq ictimai təşkilatdır. Bu kluba 30 ölkənin 100-dən artıq elmi-ictimai xadimi və işgüzar adamları daxildir.
“Roma klubu” alimlərinin fikrincə, qlobal problemlər insanın təbiətdən daha qəddarcasına istifadə etməsinin, ETT-nin daha çox mənfəət götürmək məqsədlərinə tabe edilməsinin, ekoloji tarazlığın pozulmasının, ictimai inkişafa kortəbilik və təsərrüfat quruculuğunda pozğunluq, uzun zaman davam edən müstəmləkəçilik siyasətinin hərbiləşmənin və s. nəticəsidir. Başqa sözlə, müasir dövrün qlobal problemləri – XX əsrin ikinci yarısındakı sosial-iqtisadi inkişafın və elmi-texniki tərəqqinin kortəbiiliyi və qeyri bərabərliyinin təbii-tarixi nəticəsidir.
1972-ci ilin yazında «Roma klubu»nun ilk kitabı – «Artımın hədləri» işıq üzü gördu. XX əsrin 80-ci illərinin ortalarında «dünya modeli» adını almış 15 qlobal proqnoz verilmişdi. Onlardan ən məşhurları bunlardır: J.Forresterin «Dunya dinamikası», D.Medouz və J.Forresterin yazdıqları «Artımın hədləri», M.Mesarovic və E.Pestelin «Bəşəriyyət dönuş məntəqəsində», A.O.Erreranın «Baricolenin Latın Amerikası modeli», V.Leontyevin «Dünya iqtisadiyyatının gələcəyi», «Dünya 2000 ildə. Prezidentə məruzə» və başqaları.
Sistemli analiz əsasında qlobal proqnozlaşdırmanın banisi və atası Amerika alimi J.Forrester hesab edilir. Əhalinin sayı və ətraf mühitin çirklənməsi kimi 2 əsas amili nəzərə almaqla, cəmiyyətin iqtisadi inkişaf modelinin variantlarını hazırlamaq üçün riyazi üsullardan və EHM-dən istifadə etmək cəhdi J.Forresterin danılmaz xidmətidir.
J.Forrester öz işinin əhəmiyyətini onda görürdü ki, bu iş «gələcəyin alternativlərini tədqiq etməyə qərarlı olanlarda mövcud problemlərin təcili həll olunması hissini yaradacaq və onların işini effektiv şəkildə yönəldəcək».
Həqiqətən də, J.Forresterin davamçıları meydana gəldi. Roma klubunun toplantılarında ilk qlobal proqnoz – yuxarıda göstərdiyimiz «Artımın hədləri» - hazırlandı. Onun müəllifləri D.Medouzun rəhbərliyi altında dünyanın dinamik modelini yaradaraq, istinad məlumat komponentləri kimi buraya əhali, kapital qoyuluşu (fondlar), məkan, çirklənmə, təbii ehtiyatlardan istifadə edilməsini daxil etdilər. Müəlliflərin fikrincə, məhz bu göstəricilər dünya sistemində baş verən dəyişkənliklərin dinamikasında mühüm movqedə dayanır.
M.Mesarovic və E.Pestelin «Bəşəriyyət dönuş məntəqəsində» adlı növbəti modeldə iqtisadi, sosial və siyasi proseslər, ətraf mühitin və təbii ehtiyatların vəziyyəti mürəkkəb çoxmərtəbəli iyerarxik sistem kimi verilmişdir. Müəlliflər dünyaya amorf tam kimi yox, bir-birindən fərqli, lakin qarşılıqlı təsirdə olan regionlar sistemi kimi baxır.
Mesarovic və Pestel belə hesab edirlər ki, əgər cəmiyyət onların planetlər sisteminin bütün hissələrinin tarazlaşdırılmış inkişafına – «üzvi inkişafa» kecid tövsiyyələrinə əməl etməsə, bəşəriyyət gələcəkdə tədricən bütün planeti əhatə edən, uzun sürən ekoloji, enerji, ərzaq, xammal, demoqrafik böhranlar ilə üzləşəcək.
Bütün bu deyilənləri ümumiləşdirərək, belə bir nəticəyə gəlmək olar ki, təbiətin mühаfizəsi qlоbаl ümumbəşəri prоblеmdir. Оnun müvəffəqiyyətlə həlli cəmiyyətin və ətrаf mühitin qаrşılıqlı fəаliyyətinin хаrаktеri ilə əlаqədаrdır.
Dostları ilə paylaş: |