XI MÖVZU: ŞƏXSİYYƏTİN FƏALİYYƏTİNİN EMOSİONAL-İRADİ
CƏHƏTLƏRİ
PLAN:
1.Hisslər haqqında anlayış.
2.Hisslərin funksiyaları.
3.Əsas emosional hallar və onların xarici ifadəsi
Ə D Ə B İ Y Y A T
1.Bayramov Ə.C.,Əlizadə Ə.Ə.Psixologiya,Bakı 2002.
2.Bayramov Ə.C.Etnik psixologiya məsələləri.Bakı,1996.
3.ŞəfiyevaE.İ.Həmzəyev M.Ə.Psixofiziologiya.Öakı,1998.
İnsan çox mürəkkəb həyat şəraitinə malikdir. O, ətraf aləmi və təbiəti, cəmiyyət üzvləri arasındakı qarşılıqlı münasibətləri dərk etməklə kifayətlənmir. Həm də fəaliyyət prosesində, ünsiyyət zamanı ayrı-ayn şəxslərlə, kollektivlə, eləcə də xarici aləm cisimləri ilə müəyyən münasibətdə olur. Belə ki, onlardan bəziləri onun xoşuna gəlir, digərlərinə laqeyd olur, üçüncülərə pis münasibət bəsləyir. Bunlar hamısı müxtəlif hisslərdə öz əksini tapır. Məsələn, Vətənə, övlada, anaya məhəbbət hissinin obyekti başqa olduğu kimi, məzmunu da başqadır. Hisslərin mənbəyi xarici obyektiv aləm olsa da ancaq hər cür cisim və ya hadisə insanda lazımi hiss doğurmur, həm də onlar həmişə eyni qüvvədə hiss yarada bilmirlər. Adam bir zaman ehtirasla sevdiyi obyektə sonra etinasız olur, yaxud əksinə, ona dərindən nifrət bəsləyə bilir. Bununla yanaşı olaraq, eyni bir cisim, eyni bir hadisə müxtolif adamlarda, müxtəlif hisslər də yarada bilər. Hisslər insanın münasibətləri ilə bağlıdır. Bu cəhəti nəzərə alsaq onlara aşağıdakı kimi tərif verə bilərik: hiss və emosiya insanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir.
İnsan hissləri idrak obyektinə bəslənən subyektiv münasibətin inikasıdır. Bununla da hisslər iki başlıca funksiyanı yerinə yetirir.
1.hisslər ətraf aləmdə baş verən hadisələrin hansının insan həyatı üçün faydalı və ya ləhlükəli olması barədə xəbər verir. Bu onun siqnal funksiyasi adlanır.
2.hisslər insanın hərəkət və fəaliyyətinin motivi kimi çıxış edərək onları müəyyən istiqamətə yönəldə bilir. Bu cəhət hisslərin tənzimetmə funksiyası ilə bağlıdır.
Hissin obyekti ətrafdakı cisim və hadisələr, başqa adamlar, onun subyekti isə şəxsiyyətin özüdür. Çünki hər bir şəxs ətrafdakı cisimlərə, adamlara başqa-başqa münasibət bəsləyir. İrəlidə qeyd etdik ki, Vətənə məhəbbət, öz xalqını sevmək insanın müqəddəs hissidir. Həmin hiss, lazım gəldikdə, onu öz həyatını belə, Vətən yolunda qurban verməyə təhrik edir. Lakin bu hiss adamların hamısında eyni səviyyədə təzahür etmir. Bu, insanın dünyagörüşündən, əqidəsindən, sərvət meylindən, həyat idealından asılıdır.
Deməli, hər kəsin emosiya və hissləri onun özünə, ətraf aləmə bəslədiyi və məxsusi səciyyə daşıyan şəxsi münasibətdir. İnsanın emosiya və hisslər aləmi çox rəngarəng və mürəkkəbdir.
Təkamül prosesində emosiyalar canlı varlığın, orqanizmin vəziyyətini və xarici təsirlərin bioloji əhəmiyyətini müəyyənləşdirmək tələbatı ilə bağlı olmuşdur. Bu nöqteyi-nəzərdən emosiyalar öz mənşəyinə görə növün təcrübəsini əks etdirir: həmin təcrübəyə istinad edərək hər bir fərd zəruri hərəkətləri yerinə yetirir. Həmin hərəkətlərin məqsədəuyğunluğu fərdin özü üçün gizlin qalır.Emosiyalar fərdi təcrübə üçün də çox böyük əhəmiyyətə ma-likdir. İnsan emosiyalan ictimai-tarixi inkişafın məhsulu olub davranışı daxilən tənzim edən proseslərə aiddir: onlar tələbatların təzahürünün subyektiv forması kimi çıxış edir. Emosiyaların inkişafının ali səviyyəsi insanın davamlı hissləridir.
Başqa psixi hadisələr kimi hisslər də beynin məhsuludur. Hisslərin əmələ gəlməsində qabıqaltı sahələrdə baş verən sinir prosesləri çox mühüm rol oynayır. Həmin sahələr ürəyin, tənəffüs və həzm orqanlarının, daxili ifrazat vəzilərinin fəaliyyətini tənzim edir. Buna görə də müəyyən hissin baş verməsi həmin üzvlərin fəaliyyətində hər hansı dəyişikliyin əmələ gəlməsinə səbəb olur. Bunu hisslərin xarici ifadəsi aydın surətdə göstərir. Müəyyən hissi halətdən asılı olaraq insanda ürək döyünməsi arta bilir, üzün rəngi qızanr, saralır, tənəffüs dəyişir və s. Hətta baş-beyin qabığı çıxarılmış heyvanlarda da emosiyalann xarici təzahürlərinə rast gəlinir. Ancaq emosiya və hissin mü-əyyən xarici təzahürü hələ onun həqiqətən baş verdiyini sübut etmir. Çünki hisslərin əmələ gəlməsi üçün sinir proseslərinin yalnız mühiti sinir siste-mində, eləcə də qabıqaltı sahələrdə oyanma əmələ gətirməsi kifayət deyildir. Bunun üçün həmin sinir proseslərinin baş-beyin qabığında əmələ gəlməsi zəruridir. Müəyyən hissin yaranması üçün oyanma qabıqaltı mərkəzlərlə yanaşı, beyin qabığına da çatmalı və orada müvafıq sahəni tutmahdır.
Oyanma isə qabıqaltı mərkəzdən beyin qabığına və ya da əksinə, keçə bilər. Əlbəttə, emosiyalarla əlaqədar olan bədən reaksiyalarının mərkəzləri qabıqaltı sahədə yerləşmişdir. Lakin baş beyin qabığı qabıqaltı mərkəzlərə ləngedici təsir edir. Onları nəzarət altında saxlayır. Bunun nəticəsində insan reaksiyalan nizama salınır, tənzim edilir. Ancaq baş-beyin qabığında əmələ gələn sinir proseslərinin (oyanma və ləngimənin) bir-birini asanlıqla əvəz edib-etməməsi də müəyyən hisslərin əmələ gəlməsinə səbəb olur. Bəzən müəyyən xoşagəlməz hissin əmələ gəlməsi qıcıqlayıcının dəyişməsi ilə əlaqədar olur. Yəni müəyyən qıcıqlandırıcının yaratdığı oyanma sahəsi ləngiyir, başqa prosesə keçid isə çətinləşir, deməli, yeni şəraitin təsiri ilə beyində müvafıq optima! oyanma sahəsi əmələ gələ bilmir. Buna görə də bizim hələ hazırlaşmadığımız, gözləmədiyimiz yeni şəraitə keçid bəzən mənfi hisslər doğurur. Böyük yarımkürələrin ləngimə vəziyyətinə keçməsi qorxaqlıq, çəkinmək və s. kimi hisslərin, donubqalma, tutulma halətlərinin əmələ gəlməsinin əsasını təşkil edir.
Hisslərin əmələ gəlməsində dinamik stereotipin yaranması və ya pozulması halı mühüm rol oynayır. Həyat tərzindən asılı olaraq əgər qıcıqlayıcılar müəyyən ardıcıllıqla, sistemlə təsir edərsə, beynimizdə həmin ardıcıllıq və ya sistemə uyğun gələn müvəqqəti rabitələr əmələ gəlib möhkəmlənir. Belə möhkəmlənmiş müvəqqəti rabitələr insanın cisim və hadisələrə bəslədiyi davamlı münasibətin, yanaşma tərzinin əsasını təşkil edir. Əgər həmin sistemdə hər hansı dəyişiklik baş verirsə, bizdə hisslər: sevinc, kədər, ümidsizlik, şənlik və s. əmələ gətirir. Deməli, müəyyən dinamik stere-otipin əmələ gəlməsi və ya pozulması ilə əlaqədar olan sinir prosesləri hisslərin fizioloji əsasını təşkil edir. İ. P. Pavlov göstərir ki, həyat tərzinin dəyişməsi, adət etdiyimiz məşğələlərin dayandırılması, yaxın adamlann itirilməsi zamanı özünü göstərən ağır təəssüratın fızioloji əsasını keçmiş dinamik stereotipin pozulması və yeninin isə çətinliklə əmələ gəlməsi təşkil edir.
İnsan hisslərinin yaranmasında və tənzim edilməsində ikinci siqnal sistemi xüsusi rol oynayır. Bu isə insan hisslərinin qabıqaltı mərkəzlərdən çox, beyin qabığının fealiyyəti ilə əlaqədar olduğunu sübut edir. Beyin qabığı isə bədəndə baş verən bütün prosesləri öz nəzarəti altında saxlayır. Odur ki, söz qıcıqlandırıcıları, yeni sözləri hansı mənada və hansı ahənglə işlətmək vasitəsilə başqa şəxslərirı daxili aləminə təsir etmək, onlarda rnüxtəlif emosional vəziyyət, hisslər yaratmaq mümkün olur. Bununla da hisslər hey-vanlardakı bioloji proses səviyyəsində qalmır, ictimai xarakter kəsb edir, insan şüuru ilə əlaqələnir. Yəni insanda daha ali əxlaqi, zehni, estetik hisslərin əmələ gəlməsi üçün zəmin yaranır.Müxtəlif hisslərin baş verməsi ilə əlaqədar olaraq bədəndə müəyyən üzvi dəyişikliklər əmələ gəlir. Belə dəyişikliklər hisslərin xarici ifadəsi adlanır. Həmin xarici ifadəyə görə insanda bu və ya digər hissin baş verdiyini təyin etmək mümkündür. Müəyyən hisslərin əmələ gəlməsi ilə əlaqədar olaraq insanın tənəffüs sürəti dəyişir. Qan damarları ya genişlənir (üz qızanr), ya da büzülür (rərıgi ağanr), qan təzyiqi artıb-azala bilir. Nəbzin vuması artır, məsələn, qorxu zamanı nəbz 60 - 70 dəfədən 80 - 90-a qalxır. Hətla imtahanların yaxınlaşdığını xatırlamaqla tə-ləbənin qan təzyiqi normadan 15-30 mm qədər artıq ola bilir.Hisslər daha çox ifadəli hərəkətlərdə təzahür edir. İnsanın mimıkasına (üzün ifadəli hərəkətlərinə), pantomimikasına (bədən üzvlərinin ifadəli hərəkətinə), səsin intonasiya və tembrinə əsasən onun nə kinıi hisslər keçirdiyini təyin etmək mümkündür.Təsadüfi deyildir ki, böyük sənətkarlar surətin daxili aləmi ilə onun mimikası arasındakı münasibətə ciddi diqqət yetirir, bunu insanın daxili aləmini, hisslərini nümayiş etdirən mtihüm vasitə sayırlar. Məsələn, L. N. Tolstoy hissi vəziyyətdən asılı olaraq gözlərin ifadəsinin 85, gülüşün isə 97 çalarının təsvirini vermişdir. Leonardo da Vinçi göstərirdi ki, ağlamağın səbəbindən asılı olaraq insanın qaşlarının və dodaqlarının ifadəsi başqa cürə dəyişilir. Qaşların, gözlərin və dodaqların müxtəlif vəziyyətə düşməsinə əsasən insanın nə kimi hisslər keçirdiyini daha asanlıqla müəyyən etmək olar Qorxu, ağn və s. ilə əlaqədar olan ifadəli hərəkətlər anadangəlnıə olduğu halda, ali hisslərlə əlaqədar olan ifadəli hərəkətlər tarixi inkişaf nəticəsində meydana çıxmışdır.
Hisslər insanın nitqində də ifadə olunur. Doğrudur, bəzən deyirlər ki, mən öz hisslərimi ifadə etmək üçün müvafıq söz tapa bilmirəm. Ancaq bu, insanın həyat təcrübəsindən, başqa adamlann daxili aləmini bilməsindən, dil zənginliyinə malik olmasından çox asılıdır. Hissi nitqdə ifadə etməyi bacarmaq lazımdır. Hətta ən dərin hisslər belə müvafiq tərzdə ifadə edilməsə, heç kəsə çatmaz. Odur ki, nitqin ifadəliliyinə fıkir verilməlidir. Bunun üçün ifadələrin düzgün seçilməsi, hissləri doğuran şeraitin obrazlı təsviri, sözlərin xususi şəkildə tələffüzü, mimikanın, pantomimikanın nitqin məzmununa, ahənginə uyğun gəlməsi də vacibdir. Buraya intonasiya, danışıq sürəti, vurğunun yerində işlədilməsi, sözlər arasındakı fasilənin artıq-əskikliyi və s. daxildir. Hisslərin nitqdə ifadəsi üçün danışığın ifadəli hərəkətlərlə müşayiət edilməsi zəruridir. Çünki bəzən elə hisslər olur ki, onları, necə deyərlər, yalniz çılpaq sözlərin köməyilə ifadə etmək çətin olur. Bu zaman insanın üzünün, gözünün ifadəsi onun imdadına çatır.
İctimai varlıq olan insanda maddi, üzvi təlabatlarla (yeməyə, mənzilə və s. olan tələbatla) yanaşı, mənəvi tələbat da vardır. Bu tələbat həmişə insanı bu və ya digər fəaliyyətə təhrik edir. Həmin fəaliyyətin insan tələbatını ödəyib-ödəməməsindən asılı olaraq onda müxtəlif hisslər əmələ gəlir.Deməli, insan tələbatının inkişafı və dəyişilməsi onun hisslərinə mühüm təsir göstərir. Hisslər də dəyişib, yeni məzmun kəsb edir. Mədəni tələbatların inkişafı nəinki insan hisslərinin məzmununa, həm də onların təzahür xususiyyətlərinə təsir göstərir.
İnsan hissləri üçün onun keçmiş təcrübəsi, ictimai-siyasi həyat tərzi, adət etdiyi rəftar və davranışı da mühüm rol oynayır. Fərqli həyat tərzinə, davranış və rəftara alışmış insanlarda eyni obyektə bəslənən hisslərin məzmunu tamamilə başqa-başqa olur. Əgər biri öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurursa, bu humanist təbiətli adamlarda mənfi hisslər doğurur, qəddar adamlar tərəfindən isə adi hal kimi qavranılır.Odur ki, hisslərin əsas məzmununu insanın obyektiv gerçəkliyin cisim və hadisələrinə bəslədiyi subyektiv münasibət təşkil edir. Yeni insan emosiyalarında ifadə olunan münasibət həmişə şəxsi, subyektiv xarakter daşıyır. Məsələn, yağışın yağması iki adama müxtəlif cür təsir edər. Biri buna sevinər, şadlanar ki, məhsul bol olacaqdır; digəri isə kədərlənər ki, ayaqqabısı və ya paltarı islanar, xarab olar. Deməli, eyni bir hadisə birinə xoş gəiir, başqasına isə yox, bu da cismə və ya hadisəyə bəslənən subyektiv münasibətdən asılıdır.İnsanda eyni bir hiss, məsələn, sevinc hissi müxtəlif qüvvədə təzahur edə bilər. İnsan axtardığı bir cismi tapdıqda, yaxın dostunu gördükdə, on illərlə görmədiyi qardaşına və ya bacısına qovuşduqda, ciddi bir elmi kəşf etdikdə, böyük bir sənət əsəri yazdıqda sevinir. Bütün bu hallarda insan eyni bir hissi keçirir, sevinir, lakin həmin sevincin məzmıınu, davamlılığı, qüvvəsi, ifadə tərzi eyni olmur.
Bəzən də hisslər, necə deyərlər, insanın özündən asılı olmur,insan istəsə belə, bir hissi əvvəlki səviyyədə eyni bir qüvvədə saxlaya bilmir. Məlumdur ki, müəyyən bilik və vərdişlər unudulur.Müəyyən hisslər də sönüb gedir. Məsələn, əziz adamın itirilməsi ilə əlaqədar olan dərin kədər, zaman keçdikcə zəifləyir. Biz unudulmuş biliyi təkrar vasitəsilə hafızəmizdə canlandırmağa çalışdığırmz kimi, hisslərin sönməsinin qarşısını almağa da cəhd göstərə bilərik, lakin bu ciddi-cəhd çox zaman heç bir nəticə vermir, insan həmin hissi olduğu kimi mühafızə edə bilmir.İnsanda hisslər yaşın artması, görüş dairəsinin genişlənrnəsi, həyat təcrübəsinin zənginləşməsi ilə əlaqədar olaraq da dəyişilir. Məsələn, uşaq vaxtı qüvvəli olan müxtəlif hisslər aradan çıxır, onun yerini yeni hisslər tutur.İnsan hisslərinin başqa xüsusiyyəti də vardır. Əvvəla hisslər də, bütün psixi proseslər kimi, varlığı əks etdirir. Bu mənada deyilir ki, hisslər, emosiyalar olmadan insanların həqiqət axtarması halı olmamış, yoxdur və ola bilməz. Deməli, hisslər də varlığın inikasıdır. Yəni onların mənbəyi obyektiv aləm, ətraf varlıqdır. Lakin idrak proseslərində varlığın cisim və hadisələri müxtəlif şəkildə əks etdirilirsə, hisslər insanın həmin dərk etdiyi cisim və hadisələrə bəslədiyi münasibətin ifadəsidir.
İkinci tərəfdən, insan hissləri iclimai-tarixi xarakter daşıyır. Yəni insan hisslərinin əsas mənbəyi ictimai həyatdır, insanlar arasındakı qarşılıqlı münasibətdir, cəmiyyət miqyasında mövcud olan birgəyaşayış qaydalarının gözlənməsidir. Bu mənada insan hissləri heyvanlarda sadəcə olaraq üzvi tələbatlann ödənilməsi ilə bağlı olan «heyvani hisslərdən» tamamilə fərqlənir. Hətta insanın üzvi tələbatının ödənilməsi ilə əlaqədar olan sadə hissləri belə (bunu emosiyalar da adlandırırlar) heyvanların emosiyalarından xeyli də-rəcədə fərqlənir.Emosiya daha sadə hissi hal olub, əsasən üzvi tələbatların, məsələn, yeməyə, təmiz havaya, suya və s. olan ehtiyacların ödənilməsi ilə əlaqədardır. Bu cəhətdən emosiya heyvanlarda da vardır. Çünki heyvanlarda da üzvi təbii tələbatın ödənilməsi ilə əlaqədar olaraq müəyyən emosiyalar baş qaldırır. Hətta nisbətən ali heyvanlarda qəmginlik, şadlıq (gülmək, ağlamaq) və s. kimi emosiyalara təsadüf edilir. Bəzən belə emosiyalar təkcə üzvi tələbatın ödənilməsi ilə əlaqədar olmur. Heyvan öz balasını itirdikdə qəmgin olur, ağlayır. Bu mənada emosiya həm insanda, həm də heyvanlarda var-dır. Əlbəltə, insanın üzvi tələbatının ödənilib-ödənilməməsi ilə əlaqədar olan sadə emosiyalar belə, heyvanda nəzərə çarpan emosiyalardan mahiyyət etibarilə tamamilə fərqlənir. Çünki insan ictimai varlıqdır. Hisslər isə əsasən insanın ali tələbatları, mürəkkəb ictimai münasibətləri ilə bağlı olduğuna görə yalnız insana məxsusdur.Məlumdur ki, insan heyvandan yalnız ağlı, iradəsi ilə deyil, eyni zamanda hissi ilə də fərqlənir. İnsanın üzvi tələbatın ödənilməsi ilə əlaqədar olan nisbətən sadə hissləri belə, ictimai xarakter daşıyır. Odur kı, ictimai şəraitin deyişilməsi ilə insanlarda bir sıra yeni hisslər əmələ gəlir, köhnələri isə sönüb gedir. Hətta ictimai varlığın dəyişilməsilə insanın eyni cismə olan münasibəti də tamamilə dəyişir.Deməli, insanın varlığı ictimai mahiyyət kəsb etdikcə, həyat tərzi, şüur səviyyəsi dəyişildikcə, onun hissləri də dəyişilir, yeni əxlaqi məzmun kəsb edir. Belə hisslər isə heyvanlara yaddır.
Hisslər insanın fəaliyyəti ilə üzvi surətdə bağlıdır. Əvvəla, insan hissləri müəyyən fəaliyyət prosesində törəyib cərəyan edir. İkincisi, hisslər fəaliyyətin mühüm motivi kimi insanı bu və ya digər fəaliyyətə təhrik edə, yaxud fəaliyyətdən çəkindirə bilər. Bu cəhətdən hisslər f ə a l (stenik) və qeyri-fəal (astenik) olmaqla iki qrupa ayrılır.Stenik, yaxud fəal hisslər, orqanizmin həyat fəaliyyətini yüksəldir, onun qüvvəsini artırır, fəaliyyətə təhrik edir.Məsələn, sevinc hissi zamanı kiçik qan damarları genişlənir, bir sıra üzvlər, xüsusən beyin qanla daha yaxşı təmin olunur. Belə adam yorğunluq hiss etmir, müxtəlif hərəkətlər edir, sevincindən atılıb-düşür, çalıb-oynayır, gülür və s. Beynin qanla yaxşı təchiz olunması onun zehni və fıziki əmək qabiliyyətini də yüksəldir.Astenik hisslər isə, əksinə, orqanizmin həyat fəaliyyətini zəiflədir, enerjisini azaldır. Məsələn, insan kədərləndikdə onun qan damarları büzülür, sifəti ağarır, beyinə qan az gedir, bədənin hərarəti aşağı düşür, insan üşüyür, tənəffııs çətinləşir (elə bil adamı boğurlar), hərəkətlər ağır və sönük olur, insan özünü əzgin hiss edir, onun zehni fəaliyyəti zəifləyir və s.
Ancaq, ümumiyyətlə hissləri «stenik» və «astenik» deyə iki qrupa bölmək və onlar arasında qəti sədd çəkmək doğru deyildir. Çünki eyni bir hiss şəraitdən, adamın fərdi xüsusiyyətindən asılı olaraq, gah stenik, gah da astenik olur. Məsələn, qorxu hissi birinin əl-qolunu bağlayır. Başqası isə həmin hissin təsirilə hətta igidlik də göstərə bilir və s.Insan bu və ya digər cismə, hadisəyə ya müsbət, ya da mənfi münasibət bəsləyə bilər. Bu cəhətdən insan hissləri həmişə bir-birinin əksi olur. Bu, hisslərin qütbülüyü adlanır. Məsələn, gümrahlıq — yorğunluq, sevinc — kədər, məhəbbət - nifrət və s.
Hisslər insan həyatında mühüm rol oynayır. Belə ki, hisslər insanın psixi həyatını zənginləşdirir. Halbuki hissləri yoxsul olan adam isə əsl yaradıcı səviyyəsinə yüksələ bilmir. Çünki o, yaradıcılığın bütün sevinc və iztirablarını duya bilmir. Belə adamlar hər hansı yüksək məqsəd uğrunda mübarizə aparmağa çətinlik çəkərlər. Əgər insan uğrunda mübarizə etdiyi şeyi dərindən sevməsə, onun çətinlik və iztirablarına dözə bilməz.İnsanın keçirdiyi hisslər zəif və qüvvətli də ola bilər. Adətən hissin qüvvəsi onu törədən obyektin insan üçün nə kimi əhəmiyyətə malik olması ilə təyin edilir. «Çox sevindim», «bir o qədər də kədərlənmədim», «çox kədərləndim» və s. ifadələr hissin nə dərəcədə qüvvətli və ya zəif olmasını göstərir. Hissin qüvvəsi hazırkı anda hisslərin insanı nə dərəcədə bürüməsi, onun hərəkət və davranışında, mimikasında aydın surətdə ifadə olunması ilə təyin edilir. Məsələn, həddən artıq şadlıq, kədər qüvvətli hissdir.Hisslərinin dərinliyi isə, birinci növbədə, onların insan üçün əhəmiyyəti ilə müəyyən olunur. Hər hansı bir obyektə dərin hiss (məsələn, məhəbbət) bəsləndikdə həmin obyektin itirilməsi insana
çox ciddi surətdə təsir edir, onun əhvalı uzun zaman pozulur. Dərin hisslər uzun müddət davam edir, insanın rəftarına və davranışına təsir göstərir.
Hisslər qüvvə, davamlılıq və sürətə görə müxtəlif növlərə ayrılır. Bunları insanın emosional haləti də adlandınrlar. Müasir psixologiyada insanın emosional halətlərinin öyrənilməsinə xüsusilə böyük əhəmiyyət verilir. Bu isə təsadüfı deyildir. İnsanda əmələ gələn, günlərlə, hətta, bəzən həftələrlə davam edən emosional halətlər təkcə onun əmək məhsuldarlığına deyil, həm də psixi sağlamlığına mühüm təsir göstərir. Onlardan bəziləri ilə tanış olaq.
Əhval — çox zəif cərəyan edən eraosional halətdir. Məsələn, insan qəmgin, şad, əzgin, gümrah, qüssəli və s. əhvalda ola bilər, lakin onlar zəif cərəyan etdiklərindən o qədər də aydın surətdə nəzərə çarpmır və çox kəskin xarici ifadəyə malik olmur.
Əhvallar xeyli miiddət: həftələrlə. aylarla davam edə bilər.
Əhvalın bəzən səbəbi tam aydın olmur. Belə ki, insan özündə bu və ya digər əhvalın səbəbini, necə əmələ gəldiyini bəzən aydın dərk edə bilmir. Əhvalı törədən səbəblər isə çoxdur. İnsan orqanizmində baş verən dəyişikliklər (məsələn, xəstə vəziyyət həmişə əhvalı pozur, insarı sağlam olduqda, yaxşı yatdıqda isə gümrah olur),
Dostları ilə paylaş: |