I mövzu (səhifə 1-16) tariXŞÜnasliq kursuna giRİŞ ƏDƏBİyyat



Yüklə 40,77 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü40,77 Kb.
#38683
1   2   3   4   5
1-ci mövzu. Tarixşünaslıq kursuna giriş

Tarixşünaslıq – tarixi fikir və tarix elminin inkişafı gedişində qazanılan təcrübəni ümumiləşdirən, tarix elminin tarixini öyrənən elm olmaq etibarilə insanlara vətəndaşlıq hisslərinin formalaşmasında kömək edir. Tarixşünaslıq tarix elminin inkişafının bütün dövrlərində meydana çıxan tarixi konsepsiyaların, cərəyanların, istiqamətlərin və meyllərin mahiyyətini elmi əsaslar üzrə tədqiq edir və konkret elmi nəticələr çıxarır. Tarix elmi kimi tarixşünaslıq elminin də obyekti və predmeti Azərbaycan xalqının tarixidir.

Tarixşünaslığın vəzifəsini necə müəyyən etmək olar? Tarixşünaslıq, həmçinin, tarix elminin bir sahəsi olmaqla yanaşı, tarixi tədqiqatların problematikasının dəyişməsini, tarix elminin nəzəri və metodoloji prinsiplərinin inkişafını, tarixi təfəkkürün sosial əsaslarını və funksiyalarını, tarixi konsepsiyaların məzmununu, tarixi mənbələrin istifadəsi və təhlili metodlarını öyrənir.

Tarix elmində olduğu kimi, tarixşünaslıq elmində də coğrafi məkan, zaman xronologiya, struktur prinsipləri əsas götürülür. Tarixşünaslıq elmində xronoloji prinsip əsas götürüldüyündən müxtəlif dövrlərin tarixinin bu istiqamətdə öyrənilməsinə diqqət yetirilir. Məsələn, qədim dövr, orta əsrlər dövrü, yeni dövr və çağdaş dövrün müxtəlif problemlərinin tarixşünaslığının araşdırılması.

Tarixşünaslıqda problemlər iki cür öyrənilir: problematik və dövrlərə bölünməklə. Problematik mühacir, xarici, vətən tarixşünaslığında məsələnini hansı aspektdə qoyulması kimi, dövrlərə bölməklə isə ya bütöv bir dövr şəklində ya da müxtəlif illərə bölünməklə öyrədilməsi nəzərdə tutulur. Əgər Azərbaycan tarixşünaslığının əsasının A.Bakıxanovun “Gülüstani-İrəm “ əsəri vasitəsilə qoyulduğu götürülərsə, biz bu zamana qədər yazılan tarixi bilik nümunələrini həm də dövrünün tarixçilik əsərləri kimi qəbul edə bilərik. Ona görə də biz şərti olaraq ilk narrativ mənbələrdən bəhs olunan dövrə qədərki zaman oxunda aşağıdakı şərti bölgünü verə bilərik. VII-XII əsrlər, XIII-XV əsrlər, XVI-XVIII əsrlər XIX əsr. XIX əsr tarixşünaslığının istiqamətlərini də müəyyən etmişik. Bu maarifçi-demokratik, inqilabi-demokratik və milli demokratik istiqamətlərdə öyrədilir. XX əsr tarixşünaslığı isə şərti olaraq aşağıdakı mərhələlərə bölünür: 20-30-cu illər; 40-60-cı illər; 60-80-ci illər; 90-cı illərdən bu günə kimi.

Ümumdünya tarixi tarixşünaslıqda böyük regionların, ayrı-ayrı ölkələrin tarixini öyrənən fənnlərə ayrıldığından Azərbaycan tarixşünaslığı da ümumdünya tarixi kontekstində öyrənilir və burada həm dünya tarixçilərinin Azərbaycan haqqında yazdıqları və eləcə də, vətən tarixçilərinin müxtəlif dövrlərdə yazmış olduqları əsərlərə diqqət çəkilir. Buna görə də tarixşünaslıqda “Azərbaycan tarixşünaslığı” və “Azərbaycanın tarixşünaslığı” anlayışlarını izah etmək lazımdır. Belə ki, Azərbaycan haqqında müxtəlif ölkə tarixçilərinin müxtəlif dilli tarix əsərləri, həm də vətən tarixçilərimizin Azərbaycan haqqında yazdıqları əsərlər hər iki anlayışın tərkib hissələridir. Buna görə də bunları nə qarşı-qarşıya qoymaq, nə də eyniləşdirmək olmaz.

Məlumdur ki, qədim tarixə malik olan dövlətlərin tarixi müxtəlif dilli mənbələr əsasında öyrənilir. Azərbaycan da belə dövlətlərdən biridir. Zamanın sınaqlarından çıxan bu dövlət uzun illər müxtəlif yadellilərin, imperiyaların hücumlarına məruz qalsa da, öz milli varlığını qoruyub saxlamış və duruş gətirmişdir.

Azərbaycan tarixşünaslığı dünya tarixşünaslığının bir hissəsi olsa da, onun bir elm kimi formalaşması XIX əsrin I yarısına aiddir. Qeyd etmək lazımdır ki, hələ yazının meydana gəlməsinə qədər bəsit tarixi təsəvvürlər, fikir və tarixi biliklər mövcud olmuş və bu hər xalqın tarixində izlənən bir prosesdir. Hər bir dövrdə tarixi bilik müəyyən inkişaf mərhələlərindən keçmiş və onun istiqamətləri mövcud olmuşdur. Yazıyaqədərki tariximiz nağıllarda, nəğmələrdə, müxtəlif rəvayətlərdə, əfsanələrdə mifologiyada öz əksini tapıb ki, bunlar da zaman-zaman insan təfəkküründən nəsli yaddaşlara həkk olunub və qorunub saxlanılmışdır

Tarixin metodologiyası və metodları da uzun müddət alimlərin diqqətini çəkmiş və bu sahədə çoxsaylı nəzəriyyə və konsepsiyalar, istiqamətlər yaranmışdır. Lakin ətraf mühitin dərk edilməsinin öyrənilməsi ümumi nəzəri prinsiplərə tabedir. Bütövlükdə dərketmə prosesini tədqiq edən qnoseologiya elmlərin metodologiya və məntiqinin nəzəri əsasını təşkil edir. Elmi dərketmə metodları içərisində iki tip metod var: Birinci tip metod elmi biliklərin ətraf reallığı nə dərəcədə obyektiv əks etdirdiyini müəyyənləşdirmək, ikinci tip metod isə həqiqi biliyin əldə edilməsi mümkünlüyünü araşdırmaqdır. Deməli, elmi metodlar qarşıya qoyulmuş tədqiqat işinin həlli üçün yollar, prinsiplər, vasitə və əlaqələrin birliyidir. Ümumiyyətlə, elmi nəzəriyyə obyektiv reallığı əks etdirən bilik forması olduğu halda, elmi metod obyektiv reallığı dərk etmək üçün vasitədir. Elmi nəzəriyyə və metod həmişə vəhdətdə olmuşdur. Nəzəriyyə ictimai reallığın dərk edilməsi metodunun müəyyənləşdirilməsi üçün əsasdır, belə demək mümkündürsə, metod nəzəriyyəni tamamlamaq və yeni biliklər əldə etmək üçün bir vasitədir. İstənilən elmi metod yeni elm sahəsi olan metodologiyanın formalaşmasına səbəb olmuşdur. Metodologiya elmi təfəkkürün metodlarının öyrənilməsi və hazırlan­masına yönəldilmiş elmi dərketmə fəaliyyətinin nəzəriyyəsidir. Buna görə də o qnoseologiyanın bir hissəsini təşkil edir.

Metodologiyanın ümumi fəlsəfi, sosioloji və s. istiqamətləri mövcuddur. Tarixin metodologiyası - tarixi biliklər və tarixi tədqiqat metodlarının xüsusiyyətlərinə uyğun olaraq formalaşmışdır. Tarixi keçmişimiz haqqında biliklərimiz varislik prinsipi əsasında nəsillərə ötürülməli və onlar tərəfindən öyrənilməlidir. Azərbaycan tarixşü­naslığının əsasını qoyan A. Bakıxanov bu varisliyi 1841-ci ildə fars dilində yazdığı “Gülüstani-İrəm” əsərində belə ifadə etmişdir: “Tarix hökmsüz və zülmsüz elə hökmrandır ki, bütün adəm övladı onun əmrlərinə boyun əyməlidir…Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətini bütün təfsilat və təriflərlə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır”.

Onu da qeyd etmək vacibdir ki, tarix öyrəniləndən öncə yazılmalıdır. Bunun üçün tarixin bərpası metodu və tarixin metodologiyasını öyrənmək və tədqiq etmək zəruridir. Bu sahə alman alimi E. Bernqeym, fransız alimi Ş. Lanqlua, S. Senyobos tərəfindən inkişaf etdirilmişdir. Tarixi metodologiyanın üç maraq dairəsi mövcuddur: birincisi; tarixi tədqiqatlarda zehni əməliyyatların əksi; ikincisi, tarixi tədqiqatların nəticələrinin əksi: üçüncüsü, tarixi tədqiqatların problem-məzmununun əksi. Birinci sahə tarixçinin tarixi interpretasiyasını (yəni izah etmə qabiliyyətini), ikinci sahə tədqiqat nəticəsində əldə edilən nəticələr kompleksinin izah edilməsini, üçüncü sahə isə keçmiş hadisələrin hissi əksini izah edir. Tarixçi həm keçmiş haqqında biliyə malik olmalı, həm bu bilikləri əldə etmək yollarını müəyyənləşdirmək, həm də onları formalaşdırmaq haqqında təcrübəyə malik olmalıdır. Tarixi keçmişin əksi olan tarixi metodologiyanın bir neçə sahəsi mövcuddur: Tarixin praqmatik metodologiyası, Tarixin apraqmatik metodologiyası, Tarixin obyektiv metodologiyası.

Proqmatik metodologiya birbaşa tarixin metodologiyasının vəzifələri ilə bağlıdır. Bu elmi tədqiqatın əsasını təşkil edir. Bunun üçün əvvəlcə tədqiqatın mənbə bazası seçilir, sonra problem formalaşdırılır, tədqiqatın həyata keçirilməsi üçün mənbələr seçilir, onlar həm daxili, həm xarici tənqidə məruz qalır. Sonrakı mərhələdə problemlə mənbədə əks olunan informasiya nisbəti müəyyənləşdirilir, onlar izah edilir və elmi nəticələr çıxarılır. Apraqmatik metodologiya praqmatik metodologiya ilə sıx əlaqədardır və bu tarixçinin tədqiqat işinin yekunu və mülahizələrinin təhlilindən ibarətdir. Buna əsasən tarixi mülahizələr ümumiləşdirilir və tarixi mühakimənin dəyəri müəyyən edilir.

Tarixin obyektiv metodologiyası dedikdə tarixin fəlsəfəsi və nəzəriyyəsi ilə bağlı problem deyil, bu problemi təhlil edən və araşdıran elm sahələrinin tarixi tədqiqat işinin istifadəsi nəzərdə tutulur. Tarixi tədqiqatın əsas mərhələsini təşkil edən faktların toplanması tarixi biliyin toplanmasının ən mühüm mərhələsidir. İlkin bilik tarixi mülahizələrin formalaşması üçün əsasdır. Tarixi nəticə və biliklərin düzgünlüyü ilkin bilik modelinin olub-olmamasından asılıdır. Bununla tarixi biliklərin əldə olunması asanlaşar. Bunun üçün aşağıdakılar vacib şərtlərdir: 1) həqiqi və yalan mülahizələri bir-birindən ayırmaq. 2) evristik mülahizələrin formalaşması, 3) nəzəri biliklərin formalaşdırılması.

Tədqiqat obyektinin araşdırılması tarixi biliklərin, eləcə də tarixi tədqiqatın əsasını təşkil edir. Tarixin metodologiyasından danışarkən onun digər köməkçi tarix fənlərinin metodologiyası ilə əlaqəsinə fikir vermək lazımdır. Bu metodologiya tarixin ayrı-ayrı problem və sahələrinin təhlili metodologiyasının deyil, tarixin bütövlükdə fundamen­tal bərpasının metodologiyasını əhatə edir. Əslində bu abstrakt bir elm sahəsidir.

Onun vəzifəsi bütün tarix elmi sahələri istiqamətlərinin tədqiqinin formalaşdırılmasıdır. Bu elm inkişaf etdikcə tarixin ümumi metodo­logiyası ilə köməkçi tarix elmi sahələri arasında əlaqələr yaxınlaşır.

Müasir tarix elmində “tarixi metod” dedikdə tarixi reallığı öyrənən bütün metodlar nəzərdə tutulur. Tarixi tədqiqatın dörd klassik metodu var: tarixi-genetik, tarixi-müqayisəli, tarixi-tipoloji, tarixi-sistemli.

Tarixşünaslıq elmi tarixçi kadrların hazırlanmasında mühüm əhəmiyyət kəsb edir. Tarixşünaslıqda iki prinsip mövcüddur. Birincisi - obyektivlik, ikincisi isə varislik prinsipidir. Tarixşünaslıqda obyektivlik prinsipi tarixi hadisələrin sinfi təhlilindən imtina etmək kimi başa düşülür. Obyektivlik və elmilik sinfilikdən kəskin surətdə fərqlənir, lakin marksistlər elmi obyektivlikdən ayırmaqla nəticədə subyektivizmə gedib çıxmış və subyektiv idealist ol­muşlar. Varislik prinsipi tarixi inkişafın gedişində yeni ilə köhnə arasında obyektiv zəruri əlaqə yaratmaqdır. Materiyanın hərəkətinin genezisi göstərir ki, hərəkətin ən yüksək forması irsən ən sadə hərəkət formaları ilə bağlı olsa da, onları rədd etmək əksinə, ehtiva və tabe edir. Tarixi hadisələr bir-biri ilə sıx bağlı olduğundan insanlar bu əldə edilmiş mütərəqqi və rasional olanları saxlayır və onların sonrakı inkişafını nəzərdə tutur.

Şəxsiyyətə pərəstiş dövründə bütün elm sahələrində olduğu kimi, ictimai elmlərin öyrənilməsində də tarixilik prinsipləri də pozulmuşdur. Bu zaman elmə zidd, tarix elminin inkişafını ləngidən prinsiplər meydana gəlmişdir. Lakin son dövrlərdə bu sahədə də ciddi tədqiqatlar aparılmaqdadır. Hazırda tarixşünaslıq elminin inkişafı yüksək ixtisaslı tarixçi kadların hazırlanması işinə də yaxından kömək edir.

Hələ yazının meydana gəlmədiyi vaxtlarda tarixi gerçəkliklər öz əksini bədii obrazlarda tapmışdır. Xalqlar və uluslar öz keçmişi ilə bağlı təsəvvürləri mif və əfsanə formasında şifahi formada nəsildən-nəslə ötürmüşlər. Müasir arxeologiyanın inkişafınadək bir çox xalqların erkən dövr həyatlarını əks etdirən yeganə mənbə həmin xalqların mifləri, epos və nəğmələri olmuşdur. Məsələn, “İliada” və “Odisseya” ellinlilərin e. ə II minilliyin sonu - e.ə I minilliyin əvvəllərinə dair həyat və məişətini öyrənmək üçün son dərəcə qiymətli məlumat verir. “Mahabharata” və “Ramayana” e. ə I minilliyin ortalarında mövcud olan qədim hind cəmiyyətini sanki yenidən canlandırır. Erkən orta əsrlər dövründə meydana gələn eposlar, həmçinin Skandinaviya, İslandiya saqaları da bu baxımdan qiymətli tarixi mənbə kimi diqqəti cəlb edir. Hətta ictimai inkişafın sonrakı gedişində belə, yəni tarixi biliklər ədəbiyyatdan fərqlənməyə, “ayrılmağa” başladıqdan sonra da axırıncı öz əhəmiyyətini mənbə kimi saxlamaqda davam etdi. Deyək ki, Çin tarixinin Çjon dövrünü öyrənmək üçün “Şu çzin” – “Sənədlər kitabı” və ya “Tarixi miraslar kitabı” hansı əhəmiyyəti kəsb edirsə, həmin dövrə dair “Nəğmələr kitabı” – “Şi çzin” də eyni əhəmiyyəti kəsb edir.

O.Volobuyev və S.Sekirinskinin fikrincə tarix ictimai bir elm kimi, şifahi xalq ədəbiyyatı isə incəsənətin bir növü kimi inkişafın qanunauyğunluqlarını əks etdirir. Tarixi qanunauyğunluqlar, tarixi tendensiyalar ayrı-ayrı xalqların və şəxsiyyətlərin dünyagörüşündə, onun fəaliyyətindən süzülüb keçərək özünü büruzə verir. Tarixi proseslərin sosial mahiyyətini dərk etmək üçün, yəni iqtisadi-siyasi proseslərin hər hansı tarixi dövr üçün xarakterik olan sosial modelini qurmaq üçün, S.Sekirinskinin fikrincə, hər bir tədqiqat zəngin mənbəşünaslıq və tarixşünaslıq bazasına malik olmalıdır.

A.S.Puşkin ilk mənbələr içərisində xalq yaradıcılığına və şifahi mənbələrə xüsusilə yüksək qiymət verirdi. O, N.Karamzini öz dövrünün görkəmli tarixçisi, ədəbiyyatşünası adlandırsa da, onu tarixi mənbələrə “etinasızlıqla” yanaşdığı üçün tənqid edirdi. A.S.Puşkin yazırdı: “Heç bir elə dövr, heç bir elə mühüm bir hadisə yoxdur ki, N.Karamzin tərəfindən kifayət qədər inkişaf etdirilməmiş olsun. Harada onun hekayəsi kifayətləndirici deyilsə, deməli, o yerdə onun mənbələri az olmuşdur və mənbələri isə o, özü bildiyi kimi tapmacalarla əvəz etmişdir”. Daha sonra N.Karamzin və Polevoyun mənbələrə münasibəti metodunu tənqid edən A.S.Puşkin yazırdı: “Tarixçi hadisəni vicdanla nağıl edib, bir nəticə çıxarır, siz isə başqa bir nəticə çıxarırsınız, cənab Polevoy isə heç bir nəticə çıxarmır. Poqodinə görə isə tarixçi tarixə heç bir yenilik gətirmir, yalnız mənbələrdə və tarixşünaslıqda verilən məlumatları toplayır, ümumiləşdirir və sonra tarixi nəticə çıxarır. Çıxarılan tarixi nəticə isə, Poqodinə görə, tarixi faktların keyfiyyət yekunundan başqa bir şey deyildir. O, “Tarixi aforizmlərindən” birində göstərir ki, tarixçinin əsas vəzifəsi tarixi hadisələri və sənədləri sintez və analizdən keçirmək, onları sistemləşdirmək və “bir növ qayda və ahəng” yaratmaqdan ibarətdir. O, tarixi proseslərin inkişafını təbiət hadisələrinin inkişafı ilə eyniləşdirərək tarixin dəqiq elmlər kimi öyrənilməsi fikrini irəli sürmüşdür. Bu fikir Poqodində Kantın pozitivist görüşlərinin təsiri altında yaranmışdı. Deməli, bunlar yazılı şəkildə deyil, şifahi formada ötürülüb. Cəmiyyətin siniflərə bölünməsi və dövlətlərin yaranması tarixi biliyə olan tələbatı artırdı və hər bir tarixi mərhələdə hakim təbəqə, hökmdar öz tarixini (hərbi salnamə, hərbi tarix formasında da olsa) gələcək nəslə çatdırmağı, öz qələbələrindən, şöhrətlərindən bəhs edilməsi üçün bunların qələmə alınmasına şərait yaratdı və beləliklə yazının meydana gəlməsi bu biliklərin toplanmasına imkan verdi.

Kantdan fərqli olaraq Hegel “Tarix fəlsəfəsi” (1837) adlı əsərində ümumdünya tarixi məsələlərini dialektik idealistcəsinə araşdırmağa çalışır. O, göstərir ki, tarixi hadisələrin inkişafını müşahidə edərkən biz təsadüflərə, mahiyyətsizliklərə rast gəlirik. Tarix elminin vəzifəsi təsadüfləri, zahiri hadisələri seyr etmək deyil, hadisələrin dərinliyinə, mahiyyət və məzmununa nüfuz etməkdən ibarət olmalıdır. Bunun üçün isə fiziki göz, məhdud fəhm deyil, anlayışlar gözü, zəka tələb olunur. Hegel ümümdünya tarixini 4 dövrə bölür: 1. Şərq səltənəti (Çin, Hindistan, Misir), 2. Yunan səltənəti, 3. Roma səltənəti, 4. Alman səltənəti .

Yuxarıda xüsusi vurğuladıq ki, tarixşünaslığın əsas komponentləri – tarixi təsəvvür, fikir – tarixi bilik – tarix elmindən ibarətdir və yazıyaqədərki dövrün tarixi şifahi xalq yaradıcılığında, folklorda öz əksini tapmışdır. Bu haqda İ.Dyakonovun “Мифология древнего мира” əsərində geniş şərh verilmişdir. O, arxaik mifologiya və arxaik eposun bəşər tarixinin mədəni həyatında böyük rol oynadığını xüsusi vurğulamışdır. Bu haqda Tasit də fantastik izahlar verir. XVIII əsr alimi Heyne isə bunu insanların maddi aləmi dərk edə bilmədiklərindən irəli gəldiyini qeyd edir. Məsələn, Şimali Amerika, Şimal-Şərqi Asiya xalqlarının “Quzğun və ya “Ala qarğa” əfsanələri, yunanların “Prometey əfsanəsi”, “Odisseya və İliada” poemaları və s. əhəmiyyətlidir. Burada fantastik fikirlər çoxluq təşkil etsə də, hər halda xalqın həyatından götürüldüyü üçün müəyyən əhəmiyyət kəsb edir. Arxaik eposla klassik eposu fərqləndirmək lazımdır (Avesta, Zəbur, Bibliya, İncil, Qurani – Kərim yazılı ədəbiyyatdır). Bu qəhrəmanlıq dastanları - eposlar, hərbi demokratiya dövrünün məhsullarıdır. Mif və arxaik eposlardan fərqli olaraq, klassik qəhrəmanlıq eposları fantastik deyil. İngilis alimi Şotven arxaik mif və eposun tarixşünaslığa transformasiya olunmasından bəhs edir. Sovet alimlərindən Jirmunski, Pronn, Meletinski arxaik formada bəşər cəmiyyətinin mərhələlərini qeyd edir.

Dünya tarixşünaslığının Herodot və Fukididdən başladığını yuxarıda qeyd etdik. Tarixi biliyin inkişafından da bəhs edərkən e. ə. VI-V əsrlərdə yaşamış Fukidid və Herodotun adını çəkmək vacibdir. Çünki qədim Misir mənbələrində və mətnlərdə tarix sözü və ona uyğun söz işlənməmişdir. Herodotun “Tarix” əsərinin Azərbaycan dilindəki tərcüməsinə ön söz yazan P. Xəlilov haqlı olaraq Herodotun böyüklüyünü yalnız onun tarix, coğrafiya, etnoqrafiya biliklərinin ensiklopedik əzəməti ilə ölçmür, onu həm də böyük ədib kimi qiymətləndirir. Herodotun dövründə (e. ə V əsrdə) dünya coğrafiyası haqqında biliklər məhdud olduğu üçün “Tarix” müəllifi də dünya coğrafiyası haqqında dolğun fikir söyləyə bilməmişdir. O, Hindistanı Asiyanın şərqində məskunlaşan və əhalisi ən çox olan ucqar ölkə saymış, ondan şərqə doğru torpaqları qumsallıq və səhra hesab etmişdir. Bundan başqa Herodot Asiyanın cənubunda Ərəbistanı, Afrikada Efiopiyanın cənub – qərbini ən ucqar ölkələr kimi tanımış, Po və Visla çaylarından şimaldakı əraziləri tanımamışdır. Lakin ömrünün 10 ilini səyahətdə keçirən, şəxsən gördüklərini, eşitdiklərini təsvir edib ümumiləşdirməsi, Elladaya qayıdanda oranı da gəzməsi, coğrafi məhdudluğuna baxmayaraq, Herodotun tanıdığı və öyrəndiyi 3 qitənin xalqları və ulusları haqqında, ölkələrinin ərazisi, təbii şəraiti, iqtisadi və beynəlxalq əlaqələri, adət - ənənələri və s. haqqında tarixşünaslığın əsaslarını təşkil edən zəngin biliyi verməsi baxımından həmişə böyük elmi maraq doğurmuşdur. Herodot dövründə tarix – “isteriya” termini təşəkkül tapır. Buna görə də dünya tarixşünaslığı məhz Herodot və Fukididin adı ilə bağlıdır. Herodotun (e. ə. 490-480 – e. ə. 430-425) IX cildlik “Tarix” əsəri də tarixi, coğrafi, etnoqrafik məlumatlarla zəngindir və o, əsərində əsas tarixi plüralizmdən bəhs edir. O, həmçinin mifləri rasionalcasına tənqid edərək, 3 tarixi mərhələni göstərməyə çalışır. Bunlar: 1) allah epoxası; 2) qəhrəmanlıq epoxası; 3) insan epoxası kimi göstərilir. Herodota görə tarixin əsas qanunu “tale” (rok) məsələsidir. Kim daha çox xoşbəxtliyə nail olarsa, həyatda onun şansı azalır. Herodot göstərir ki, mən məlumatları verirəm, inanmaq isə sizin işinizdir.

Peloponnes müharibələrindən yazan Fukidid isə (e. ə. 460-400) Herodotdan irəli gedərək, hadisələri allahın varlığı ilə deyil, təbii proseslə izah edir və bununla da praqmatik tarixşünaslığın əsasını qoyur. Fukidid “tarixin tərbiyəçisi” fikrini irəli sürürdü (


Yüklə 40,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin