I mövzu (səhifə 1-16) tariXŞÜnasliq kursuna giRİŞ ƏDƏBİyyat


Historiya est magistra vitac



Yüklə 40,77 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü40,77 Kb.
#38683
1   2   3   4   5
1-ci mövzu. Tarixşünaslıq kursuna giriş

Historiya est magistra vitac).

E. ə. V əsrdə quldarlıq demokratiyası ideologiyasının yayılmasında sufistlərin (yunanca sofa – “müdrik”, “ağıllı adam” deməkdir) fəaliyyəti diqqəti cəlb edir. Belə ki, qədim yunan şəhərlərinin əksəriyyətində demokratiyanın qələbə çalması siyasi həyatın xeyli canlanmasına, xalq yığıncağı, siyasi partiya və dərnəklər, məhkəmələr və s. bu kimi ictimai təşkilatların inkişafına səbəb olmuşdur. Bu sahələrdə fəaliyyət göstərmək üçün isə ictimai elmlərin, ilk növbədə tarix elminin öyrənilməsi, inkişaf etdirilməsi, tarixşünaslıq sahəsində ilk addımların atılması tələb olunurdu.

Həmin dövrün orijinal bir şəxsiyyəti olan Platonun fəaliyyəti onun Afinada təşkil etdiyi və təxminən min ilə yaxın yaşamış fəlsəfə məktəbi olan Akademiya ilə bağlıdır. Platona görə insan idrakı obyektiv varlığı, real dünyanı deyil, ruhun gətirdiyi ideyaları dərk edə bilər. Buna görə də Platon adamlara məsləhət görürdü ki, həqiqəti dərk etmək üçün onlar gözlərini yumsunlar, qulaqlarını tıxasınlar, seyrə dalsınlar və ölməz ruhun ideyalar dünyasındakı fəaliyyətini xatırlasınlar. Platonun tarixə, ictimai həyata baxışları onun “ideal dövlət” haqqındakı təlimində aydın ifadə olunmuşdur. Platon cəmiyyəti üç təbəqəyə (silkə) bölür: 1. Hökmdarlar, 2. Keşikçi və ya hərbçilər, 3. Əkinçi və sənətkarlar. Onun fikrincə hakimiyyət başında ancaq aristokrat – filosof dura bilər. Yunan alimi Platon bəşər tarixinin inkişafı haqqında danışarkən dövlət quruluşunun 6 formasını göstərirdi: 1. Monarxiya, 2. Aristokratiya. 3. Politiya – timokratiya, 4. Tiraniya, 5. Oliqarxiya, 6. Demokratiya.

Digər müəllif Polibi praqmatik olsa da, hadisələri xarakterizə edərkən həmin hadisələrin səbəb-əlaqələrini açmağa çalışır. O, tarixi– həyatın “rəhbəri”, “müəllimi” adlandırır və qeyd edir ki, tarixi allah yox, insanlar yaradır (


Yüklə 40,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin