I mövzu: Siyasi elmin predmeti


IX Mövzu: Siyasi rejimlər



Yüklə 20,87 Kb.
səhifə8/8
tarix02.01.2022
ölçüsü20,87 Kb.
#35024
1   2   3   4   5   6   7   8
Siyasi11

IX Mövzu: Siyasi rejimlər

Siyasi rejim anlayışı. İdarəetmə metodkları və üsullarının məcmusu. Siyasi rejimin dövlət sistemində müəyyənedici rola malik olması.

Siyasi rejimlərin təsnifatı: hakimiyyətin sosial bazasına görə, siyasi fəaliyyət metodlarına görə, sosial tərəqqiyə münasibətinə görə.

Totalitar rejim. İctimai həyatın bütün sferalarına dövlət nəzarəti. Əsas əlamətləri: əhali üzərində ümumi nəzarət, təkpartiyalı sistem, vahid ideologiyanın hökmranlığı, terrorçu polis nəzarəti, bütün ictimai sistemin vahid məqsədə tabe edilməsi və s.

Totalitarizmin tarixi mövcudluq formaları: kommunizm, faşızm və milli sosializm.

Avtoritar rejim. Qeyri-demokratik rejimləri və onlara uyğun olan siyasi şüur formalarını ifadə etmək üçün işlədilən termin.

Avtoritar rejimin əsas xüsusiyyətləri: hakimiyyətin daşıyıcısı rolunda bir nəfərin və ya məhdud qrupun çıxış etməsi, hakimiyyətin qeyri-məhdudluğu, onun vətəndaşların nəzarətindən çıxması, hakimiyyətin gücə arxalanması, siyasi fəaliyyətin ciddi surətdə reqlamentləşdırılməsi. Siyasi elitanın təyinetmə yolu ilə formalaşması, əhalinin siyasətdən özgələşməsi və s.

Avtoritar rejimlərin formaları: hərbi-siyasi, teokratik, avtoritar rejimli monarxiyalar, mülki avtoritar rejimlər və s.

Demokratik rejimlər cəmiyyətdə vəötəndaşlıq həmrəyliyinin yaradıcısı kimi.

Demokratik rejimlərin xüsusiyyətləri: suverenliyin xalqa məxsusluğu, hakimiyyət orqanlarının seçkili olması, vətəndaşların hüquqlarının toxunulmazlığı, qanunun aliliyi, hüququn üstünlüyü,hakimjiyyət bölgüsü, çoxpartiyalı sistem və s.

Demokratik rejimlərin formaları: prezident idarəçiliyi və parlament udarəçiliyi. Müasir dünya praktikasında qarışıq idarəçilik forması. Qeyri-demokratik rejimlərdən demokratik rejimlərə keçid (yuxarıdan islahatlar, abdikasiya, tədrici islahatlar və s.)

Azərbaycan respublikasında siyasi rejimin əsas xüsusiyyətləri.




,
Yüklə 20,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin