Belə hibridlərin sayı lüğətlərdə kifayət qədərdir. Bəzi hallarda bir hibrid müxtəlif formalarda
qeydə alınmışdır. Məsələn, eyni mənada qeyd olunmuş
ر
(şəkərbure),
ر
(şəkərburək)
sözləri fars-türk hibrid modeli əsasında yaranmış sözlərdəndir.
(şəkər) bir çox mənbələrdə
(Fərhəng-i farsi, Fərhəng-i Əmid) pəhləvi sözü kimi göstərilmişdir. Lüğətlərdəki izahlara əsasən bu
şirniyyatın hazırlanma qaydasına nəzər saldıqda onun bizim şəkərbura ilə eyni olduğu anlaşılır.
Beləliklə, ikinci tərəfi burmaq feilindən yaranmış bu sözün
ر (bur) kökü -e və-ək şəkilçisi ilə
işlənərək hər iki formada dildə mövcud olmuşdur.
“Söz kökünə söz artırmaq yolu ilə söz yaradılması dilçilik ənənəsində daha çox sintaktik
yolla söz yaradıcılığı adlanır”. (1, s. 160) Buna görə də göstərilən nümunələr lüğətlərdəki sözlərin
morfoloji və sintaktik xüsusiyyətlərini kompleks şəkildə öyrənməyə imkan yaradır. Söz yaradıcılığı
proseslərinin tarixi baxımdan öyrənilməsi leksika və qrammatika sahələri arasındakı qarşılıqlı əlaqə
və təsir kimi məsələləri əhatə edən bir çox mövzuların araşdırılmasına kömək edir. Morfoloji üsulla
yeni sözlərin yaranmasının ən geniş yayılmış üsulu söz kökünə müxtəlif şəkilçilər artırmaqla
sözlərin düzəldirməsidir.
Fars dilində işlədilən türk şəkilçiləri türk alınmalarının tərkibində fars dilinə keçmişdir. Bəzi
şəkilçilər həm də sonradan dildə möhkəmlənərək fars sözlərinə artırılmışlar. Fars dilinin zəngin
şəkilçi sistemi vardır. L. S. Peysikov qeyd edir ki, fars dilində təxminən 80 növ sözdüzəldici şəkilçi
mövcuddur. (16, s. 70) Şəkilçilərin sayının çoxluğu onların sinonim kimi çıxış etmə hallarını artırır.
“Словообразующие синоморфемы в персидском языке” əsərində T. Cahangirov qeyd edir ki,
fars dilində affiksal söz yaradıcılığının elə məqamları vardır ki, bu və ya başqa bir affiks eyni
semantik sıraya malik düzəltmə sözlər yaradır, başqa sözlə, müxtəlif sözyaradan affikslər semantik-
funksional planda sinonim kimi çıxış edirlər. (13, s. 5) Məhz buna görə lüğətlərdə bəzi türk mənşəli
köklərin müxtəlif fars şəkilçiləri ilə yaradılmış bir sıra həm müxtəlif, həm eyni semantikalı
variantları mövcuddur. Bəzən isə türk mənşəli şəkilçilər fars mənşəli şəkilçilərlə sinonim kimi çıxış
edərək eyni kökə birləşə bilirlər. Məsələn, Tofiq Cahangirov (gər) şəkilçisindən danışarkən onun
sinonimi kimi qeyd etdiyi suffikslərin sırasında
(çi) şəkilçisinin də olduğunu qeyd edir. (13, s.
60)
(gər) şəkilçisi də
(çi) şəkilçisi kimi müəyyən fəaliyyəti ifadə edən şəkilçiləri bildirən
isimlər formalaşdırır. Fars dilində mövcud bəzi türk mənşəli sözlərdə -çi şəkilçisi feil kökünə
birləşmişdir. D. Rəhimova qeyd edir ki, -çi şəkilçisinin feil kökünə birləşib söz yaratması türk
dillərində feillə ismin semantik ortaqlığı olduğu dövrə, deməli, daha qədim dövrə aiddir. (8, s. 143)
Ona görə də müəllif “feil kökü +
(çi)” modeli əsasında yaranmış türk sözlərinin fars dilinə çox
qədimdə keçdiyini hesab edir. Feillər hər bir dilin ən ilkin leksik qatlarındandır.
(çi) şəkilçisinin
müxtəlif nitq hissələrinə artırılması sonrakı dövrlərə məxsus prosesdir. R. Əskər yazır: “Müasir
dilimizdən fərqli olaraq, DLT-də -çı, -çi şəkilçisi saylardan, (məsələn, milyonçu, beşinci və s.) və
yer adlarından (məsələn: Dəvəçi, Sabunçu, Qurbançı və s.) yeni isimlər yaratmır, çünki həmin
dövrdə bu cür anlayışlar və söz düzəltmə üslubu ümumən olmamışdır. (5, s. 151) –çı şəkilçisi türk
dillərinin bütün inkişaf mərhələlərində ən məhsuldar şəkilçilər sırasında olmuşdur. DLT-də avçı
(ovçu), ayaqçı (dulusçu), işçi, savçı (quda, elçi), qaraçı kimi sözlərə rast gəlinir. Lakin fars dilində -
çı şəkilçisinin işlənməsi sonrakı dövrün məhsuludur. Azərbaycan dilində 4 fonetik variantı olan bu
şəkilçi fars dilində yalnız bir fonetik variantda (-çi formasında) mövcuddur, lakin ən qədim farsdilli
əsərlərində bu şəkilçi cingiltili samitlə -ci şəklində işlənmişdir. T. Cahangirov bu fonetik variant
haqqında yazır ki, fars dilinə
(-çi) şəkilçisinin keçmə tarixi hələ də dəqiqləşməyib. Belə ki, S.
Nəfisi bu şəkilçinin fars dilinə Teymurilər və Səfəvilər, T. Bəssari Qəznəvilər dövründə Türkiyə
türkcəsi vasitəsilə keçdiyini, M. Məşhur isə ilk dəfə “Tarix-e Beyhəqqi” əsərində bu şəkilçinin
qeydə alındığını bildirir. Müəllif yazır ki, bizim topladığımız materiallara əsasən
(-ci)
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
176
morfeminə fars dilində çox daha əvvəl Firdovsinin “Şahnamə” və M. Nəvşəhinin “Tarix-e Boxara”
əsərlərində rast gəlinmişdir və bu əsərlər “Tarix-e Beyləqqi”dən daha əvvəl yazılmışdır. (13, s. 60-
61) Qeyd etmək lazımdır ki, -çi suffiksi fars dilində
qeyd olunduğu kimi uzun əsrlərdir
mövcud olmaqla bərabər dildə aktivliyi yalnız türk və fars sözlərinə deyil, fars dilində mövcud rus-
Avropa alınmalarına artırılması ilə də ölçülür. Məsələn,
(postçi) poçtalyon (2, s. 30),
رد
(doroşkeçi) faytonçu (2, s. 38) sözlərində
(-çi) şəkilçisi müvafiq olaraq italyan və rus mənşəli
sözlərə artırılmışdır. Belə sözlərin sayını artırmaq mümkündür:
(kaleskeçi),
ا
(telegrafçi),
(telefonçi) və s. İlk vaxtlar türk sözlərinin tərkibində işlədilən və yeni
alınmış sözlərinə qoşulan bu affiks sonradan məhsuldarlığını artırmış, söz birləşmələrinə, o
cümlədən ərəb mənşəli mürəkkəb birləşmələrə artırılmışdır.
Lüğətlərdə -çi şəkilçisinin məna formalaşması prosesində iştirak etdiyi də müşahidə olunur.
“Fərhəng-i Rəşidi” lüğətində yer almış
(çəmançi) sözü fars-türk hibridlərindəndir.
ن
(çəmidən) feili “zərif yerimək, süzülmək” mənasına gəlir. Bu feilin kökü olan (çəm) sözü
نا (an)
feili sifət şəkilçisi ilə işlənərək “zərif, gözəl yeriyən” mənasını ifadə etmiş olur. İkinci mənada isə
bu söz
(çəmane) şəklində işlənərək “şərab piyaləsi” mənasını bildirir. –çi şəkilçisi artırılarkən
isə
(çəmançi) sözü “şərab içmək üçün səhəng” mənasını ifadə edir. Beləliklə, adətən “sənət,
peşə sahibi” mənalarını bildirən bu şəkilçi burada fars sözü ilə işlənərək əşya adı mənasına
gəlmişdir.
Fars dilində işlədilən türk şəkilçilərinin sayı –çi suffiksi ilə məhdudlaşmır. Belə şəkilçilərə
nümunə olaraq L. Peysikov –taş, -ulu(-ule/-lu) suffikslərini nümunə göstərir. (15, s. 50) Müasir fars
lüğətlərindən olan “Fərhəng-i farsi”də -lu
4
şəkilçisi ilə düzəldilmiş çoxlu türk alınması qeydə
alınmışdır:
(qərebaşlu),
(qərebuğlu),
ه (qəreqoyunlu),
ه (qəreqaşli)
və s. (21, s. 1453-1455) -taş suffiksi az məhsuldardır, arxaikdir. Bir neçə sözə birləşmiş şəkildə
saxlanılmışdır: xeyltaş, xacətaş, şəhrtaş, Teymurtaş (şəxs adı). –taş ən qədim suffikslərdən olub
DLT-də dəfələrlə rast gəlinir. –daş suffiksinin fonetik variantlarından olduğu qeyd olunur. Digər
fonetik variantları “–dəş, –dış, –diş”dir. -daş adlardan isim düzəldən şəkilçisidr. Bu suffiks
vasitəsilə əmələ gələn isimlər müəyyən bir işin icrasında, hərəkətdə iştirakçı, həmtay olan şəxs
anlayışını ifadə edir. Bu şəkilçiyə qədim göytürk yazılı abidələrində çox az təsadüf olunur: kadaş
(qohum), adaş (yoldaş, dost, arxadaş).Yenisey abidələrində yalnız bir dəfə rast gəlinən kağadaş
(qohum), olsun ki, kadaş sözünün ilk şəklidir. Fars dilində bu şəkilçiyə, əsasən, -taş şəklində rast
gəlinir.
“Fərhəng-i Rəşidi” lüğətində -taş şəkilçisi vasitəsilə düəldilən
ش
(xeyltaş) sözü qeydə
alınmışdır. (17, s. 631) Bu söz “ərəb+türk” modeli əsasında yaranmış hibriddir.
(xeyl) ərəb
dilində “at sürüsü”mənasına gəlməkdədir.
ش
(xeyltaş) sözü ilk vaxtlar “eyni dəstədə olan iki
atlının bir-birinə münasibəti”ni ifadə edirdi, lakin sonradan “orduda müəyyən dərəcə” mənasına
gəlmiş, hətta müəyyən dövrdə “qulam” mənasını ifadə etmişdir. “Qulam” mənasını M. Moin daha
da dəqiqləşdirir və “eyni bir dəstədə olan nökərlər və qulamlar qrupu” adlandırır. Müəllif xeyltaşın
həm də “dəstənin əmiri” mənasını ifadə etdiyini yazır. (21, s. 1471)
Lüğətlərdə həm də bəzi türk mənşəli sözlərin fars şəkilçiləri ilə işlənərək hibrid yaratdığı bir
çox sözlərə rast gəlinir. Belə sözlərdən bəziləri yenidən türk dillərinə hibrid şəklinə qayıdaraq leksik
bumeranqa çevrilmişdir. Məsələn,
(yətaği),
(çəxmaği) və s. Türk sözləri ilə hibrid
yaratmış şəkilçilər arasında
(yay-e nesbət) xüsusi aktivliyə malikdir. Türk sözləri fars
dilinə keçərkən fars dilinin qayda-qanunlarına uyğun olaraq müəyyən dəyişikliyə uğrayırlar və bu,
onların mənşəyini müəyyən etməkdə bəzən problemlər yaradır. Şəkilçilərin rolu həm də ondan
ibarətdir ki, bu sonluqlar fars dilində türk sözlərinin müəyyən edilməsi prosesinə kömək edir.
ƏDƏBIYYAT
1.
Axundov A. Seçilmiş əsərləri I. Bakı: Elm və təhsil, 2012, 444 səh.
2.
Avropa mənşəli sözlərin Farsca-Azərbaycanca lüğəti. Bakı: Adiloğlu, 2008, 97 s.
3.
Ələsgərova T. Sadıqova C. Hüsaməddin Xoyi. Töhfeyi Hüsam. Bakı: İrşad İslam
araşdırmaları mərkəzi. 1996, 240 s.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
177
4.
Əskər R. Qutadğu bilig. Bakı: Elm, 2003, 320 s.
5.
Əskər R. Mahmud Kaşğari və onun “Divanü Lügat-it-türk” əsəri. Bakı: MBM, 2008, 432 s.
6.
Məmmədov İ. Azərbaycan dilinin etnoqrafik leksikası. Bakı: Elm və təhsil, 2009, 272 s.
7.
Ramazanov K. “Salyan” sözünün etimologiyası haqqında // AMEA-nın Xəbərləri. 1953, №
3, s.117-125
8.
Rəhimova D. Müasir fars dilində Azərbaycan-türk sözləri. Bakı: Çənlibelnəşr, 1998, 148 s.
9.
Sadıqova C. Ələsgərova T. Fars dilini tədqiq edən Azərbaycan alimləri. Bakı: Elm, 1990,
228 s.
10.
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri. 3 cilddə: III c., Bakı: Elm və
təhsil, 2012, 468 s.
11.
Zahidi A. Müasir ərəb dilində türk mənşəli sözlər. Bakı: Elm, 1977, 147 s.
12.
Баевский С. И. Раняя персидская лексикография (XI-XV вв.). Москва: Наука, 1989,
168 с.
13.
Джахангиров Дж. Словообразующие синоморфемы в персидском языке. Б: Нурлан,
2009, 144 с.
14.
Древнетюркский словарь. Л: Наука, 1969, 715 с.
15.
Пейсиков Л. Лексикология современного персидского языка. М.: Изд-во Московского
университета, 1975, 207 с.
16.
Пейсиков Л. Очерки по словообразованию персидского языка. М.: Издательство
Московского Университета,1973, 199 с.
17.
، ار ،نا ،لوا ﮥ ،
ر ه ،
ا
ا
ا ر
ا
ا
١٣٣٧
ص ،
٨١٢
18.
،ج ﮥ
،نا ،
ه ،
١٣٨٩
،
١٢٤٠
ص
19.
١٣٩٢،٥٥٠
ص
،
ا تار
ا ،نا ،لوا ،
ن ه ،
20.
ر ه ،
.
،
ا تار
ا ،نا ،لوا
١٣٨٨
،
١٤٧٢
ص
21.
.
،
ا تار
ا ،نا ،
، ر ه
١٣٨٨
،
١٢٣٠
-
٢٣٥١
ص
Summary
Lexicography is being considered one of the oldest areas of linguistics. The ancient
dictionaries were compiled before our century. Morphological and phonetic structures of the
dictionaries, their language features fullfilphonetic, morphological, syntactic methods in
determining turkic loan-words’ language features.This fact leads the dictionaries to be valuable
source in order researching phonetic, morphological, lexical and other aspects of the changing
history of language.
İlahə Həsənova
Azərbaycan Dövlət Neft Və Sənaye Universiteti, Azərbaycan dili kafedrası
pease.endless@mail.ru
TÜRK DİLLƏRİNDƏ ZAMAN ANLAYIŞI
Azərbaycan dialektləri haqqında ilk məlumatlara Mirzə Kazımbəyin «Oбщая грамматика
турецко- татарского языка» əsərində də rast gəlinir. Mirzə Kazımbəy bu əsərdə bu əsərdə
Azərbaycanın şimal və cənub hissələri arasındakı fərqi görmək üçün feilin sadə və mürəkkəb
formalarını, fel zamanlarının düzəldilməsi qaydalarını, vacib şəklinin düzəlməsi yollarını müqayisə
etmişdir. Müəllif göstərmişdir ki, Cənubi Azərbaycanda – Təbriz dialektində II şəxsin təkində fellər
“gəlirsə” və ya “geliren” şəklində, III şəxsdə isə “gelir” və ya “geliri” formasında izlənə bilir.
Ədəbi dildə olduğu kimi, şivələrdə də felin üç zamanı var.Zaman formalarının və şəxs
əlamətlərinin işlənməsi baxımından da şivələr həm ədəbi dildən, həm də bir – birindən fərqlənir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
178
Azərbaycandilçiliyində feilin zamanları haqqında ilk dəfə olaraq kollektiv tərəfindən yazılmış
“Felin sərfi türki” (1924), B.Çobanzadənin”Türk dilinin qrameri” (1928), Ə.Dəmirçizadənin
“Müasir Azərbaycan dili”, M.Arifin “Azərbaycan dili”, M.Hüseynzadənin “Müasir Azəraycan dili”
(1946,1954, 1973) və s. kitablarda ətraflı məlumat verilmişdir. A.Axundov “Felin zamanları”
(1961) adlı monoqrafiyasında yazırdı: “Felin zaman kateqoriyası hərəkətin danışıq vaxtına, yaxud
da başqa bir danışıq vaxtına münasibəti ilə izah olunur. Yəni hərəkət ya danışıq vaxtından əvvəl, ya
eyni vaxtda, ya da danışıq vaxtından sonra icra olunur. Buna əsasən də, felin indiki, keçmiş, gələcək
zamanları müəyyən olunur. Danışıq vaxtı müxtəlif ola bilər: mütləq və nisbi danışıq vaxtı”. Mütləq
danışıq vaxtı terminini dilçilər indiki zaman mənasında, nisbi danışıq vaxtını isə keçmiş vəya
gələcək zaman mənasında qəbul edirlər.
Zaman anlayışı həm elmi mənada, həm də fəlsəfi və məntiqi mənada üçdür. Fəlsəfi və
məntiqi mənada elə anlaşılmalıdır ki, heç bir hadisə, hərəkət səbəbsiz baş vermir, həm də müəyyən
zaman daxilində baş verir. Yəni heç bir hadisə zamanslz mövcud deyil, zaman xaricində də deyil.
Azərbaycan dilçiliyi sahəsində bu sahədə xüsusi bölgü aparan müəlliflərdən biri Muxtar
Hüseynzadədir. Onun bu sahədəki xidmətləri xüsusi olaraq qeyd edilməlidir. Alim keçmiş
zamandan bəhs edərək yazır: “ Keçmiş zaman keçmişdə icara edilmiş və ya icra edilməmiş iş
haqqında indi xəbər verilən zaman arasındakı bir zamandır. Bu işlərdən biri əvvəlcə icra olunur və
ya olunmur, digəri isə onun haqqında xəbər verir. Məsələn; babam sübh tezdən namaz qıldı-
cümləsində iki iş vardır: 1. Babam namaz qılır. 2. Babanın namaz qılmasından bəhs olunur; Dünən
mən rayonla telefonla danışdım - cümləsini götürək. Burada da iki işdən bəhs olunur:
1. Mənim dünən telefonla danışmağım. 2. Həmin iş haqqında bu gün xəbər verməyim.
Bununla bərabər, ənənəvi olaraq M.Hüseynzadə də Azərbaycan dilindəki feillərin keçmiş
zamanını iki yerə bolmüşdür:1. Şühudi keçmiş zaman. 2. Nəqli keçmiş zaman ( 8, 189)
Eyni qayda ilə dialektlərdə, şivələrdə də felin xəbər şəklində zaman etibarı ilə keçmiş
zamanın nəqli və şühudi olmaqla iki forması vardır: nəqli və şühudi keçmiş zamanlar.
1.Feilin şühudi keçmiş zamanı: Şühudi keçmiş zaman dedikdə, iş, hal və hərəkətin şahidlik
yolu ilə icra olunduğu bildirilir. Bu zamanın qrammatik əlaməti bunlardır: -dı,-di,-du,-dü.
Verilmiş şəkilçinin qədim tarixi forması –tı,-ti,-tu,-tü olmuşdur. Həmin şəkilçi vaxtilə
M.Kaşğarinin “Divani-luğat-it türk” əsərində də qeyd olunmuşdur. Kitabın II cildində belə
göstərilir. Qədim oğuz, qıpçaq və suvar tayfalarının dilində şühudi keçmiş zamanda hər üç şəxsin
tək və cəmində bir formadan istifadə olunduğu qeydə alınmışdır: men barduk\\ bardıq
Sen barduk\\ barduğ
Ol barduk\\ barduğ və s.
Buradan aydın olur ki, vaxtilə oğuz, qıpçaq və suvar tayfalarının dilində zaman şəkilçisi həm
də şəxs şəkilçisi ilə birgə işlənmişdir. Indi müasir ədəbi dildə yalnız I şəxsin cəmində həmin forma
öz arxetipini qoruyu saxlamışdır. Dialekt və şivələrimizdə, xüsusilə də Qərb qrupu dialektlərində -
ayrım şivəsində II şəxsin təkində qornub saxlanmışdır. Məsələn,
Sen aldıq\\ aldığ
Sen gəldiq\\ gəldiğ
Ayrım dialekti dedikdə xüsusi bir bölgə, Gədəbəy, Daşkəsən, (Xanlar), Kəlbəcərin bir hissəsi
nəzərdə tutulur. Bu bölgədə, demək olar ki, müəyyən qədim fonetik cəhətlər, leksik və morfoloji
xüsusiyyətlər özünü qoruyub saxlamışdır. Belə xüsusiyyətlər həm səslərdə, həm sözlərdə, həm də
leksik vahidlərdə özünü göstərir. Fonetik fərqlərə misal olaraq sait və samit əvəzlənmələrini (b- m;
y-ğ; ı-e; q-ğ...) və s. Bunu-munu; soyuq- soyuk; alır-ale:r ( 10, 67).
Bəzi leksik vahidləri də misal göstərə bilərik ki, həm “Kitabi- dədə Qorqud” dastanında,
həm də klassiklərin əsərlərində işlənmişdir. Məsələn, varmaq, ayıtmaq, yazı və s.
Bütün bunlar göstərir ki, Qərb dialekti, ayrım şivəsi dilimizin tarixi ilə bağlı bir çox qədim
xüsusiyyətləri özündə qoruyub saxlayır. Demək, dilimizin qədim dövrlərinə dair qədim
fonetik,leksik və morfoloji xüsusiyyətləri saxlamaq baxımından dilin canlı qolu kimi mövcuddur.
Türkologiyada bir çox alimlər çühudi keçmiş zamanın şəkilçisinin (–dı, -di, -du, -dü)
şəkilçisinin məhz qədim feli sifət şəkilçisinin parçalanmasından əmələ gəldiyi fikrini qəbul edirlər.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
179
Lakin bu, doğru deyildir. Çünki bu şəkilçinin adından da göründüyü kimi, iki anlayışı unutmaq
olmaz:
1. Bu şəkilçi məhz feil əsasında yarandığına görə zaman şəkilçisi üçün bünövrə ola bilməz.
Bəlkə də, həmin feli sifət şəkilçisi özü elə felin zaman şəkilçisindən törəmişdir.
2. Yuxarıda adları çəkilən tayfaların dillərində -duq şəkilçisinin bütün şəxslərin tək və
cəmində işlənməsi bir də onu soyləməyə əsas verir ki, qədim oğuz, qıpçaq və suvar tayfalarının
dillərində zaman şəkilçisi şəxs sonluğu ilə birgə işlənmişdir. Sonralar bu şəkilçi, bir növ, omonimlik
kəsb etmiş, daha doğrusu, feili sifətlik xüsusiyyəti qazanmışdır. Deməli, burada bir şeyi qarışdırmaq
olmaz. Bu da ondan ibarətdir ki, -duq şəkilçisi omonimlik qazandıqdan sonra feili sifət şəkilçisi
adını almış, bəzilirinin işin tarixi kökünə varmadan yanlış nəticələrə gəlməsinə səbəb olmuşdur.
Dilimizin ilk dövrlərinə dair “Kitabi-Dədə qorqud” dastanında belə şühudi keçmiş zamana
aid xeyli nümunələr işlənmişdir. Klassik və müasir Azərbaycan ədəbi dilində, bədii nümunələrdə də
şühudi keçmişə aid çoxlu nümunələrə rast gəlmək mümkündür. Məsələn,
1. Dirsə xan əhalinin sözilə ulu toy elədi, halət dilədi. 2. İç oğuz, taş oğuz bəglərinin üstünə
yığnaqetdi. Ac görsə, doyurdu. Yalın görsə tonatdı. Borcluyu borcundan qurtardı. Dərə kibi ət
yığdı. 3.Xanlar xanı Bayandır xan yerində uru durdu. ( KDQ). 4. Apardı könlümü bir xoş qəmər
yüz canfəza dilbər, Nə dilbər, dilbəri-şahid, nə şahid, şahidi- sərvər.(Həsənoğlu). 5. Keçdi növbəti-
zimistan,
Yenə fəsli- bahar oldu.( Xətayi). 6. Başına döndüyüm gül üzlü sona,Ömrümün ilk çağı yadıma
düşdü. (S.Vurğun). 7. Keçdi pəncəmizə gözəl Qarabağ, Öpsün qılıncımı hər qaya, hər dağ.
(S.Vurğun)
Şühudi keçmiş zaman şəkilçisi –dı
4
ədəbi dildə işləndiyi kimi, canlı xalq danışıq dilində və
dialekt və şivələrdə də fəal şəkildə işlənməkdədir.
Azərbaycan dilinin şərq qrupu şivələrində şühudi keçmiş zamanda –dı
4
şəkilçisinin iki
variantı işlənir: -dı,-di. Bir çox hallarda isə sait dodaqlanır: gedədü, gələdü və s. (Quba).
Azərbaycan ədəbi dilində sözün kar və ya cingiltili samitlə bitməsindən asılı olmayaraq, -dı,-
di,-du,-dü zaman şəkilçisindən istifadə edilir. Türk ədəbi dilində isə feil kar samitlə bitdikdə -tı
şəkilçisindən, cingiltili samitlə bitdikdə isə -dı variantından istifadə olunur. Məsələn, Ben git-ti-m;
Ben gel-di-m; Sen kaç-tı-n; Sen bil-di-n və s.
2. Feilin nəqli keçmiş zamanı: Nəqli keçmiş zamanda iş, hal və hərəkətin onun haqqında
məlumat verildiyi andan əvvəl görülüb, görülmədiyi barədə nəql yolu vasitəsilə xəbər verilir. Nəqli
keçmiş zaman şəkilçiləri aşağıdakılardır: -mış,-miş,-muş,-müş.Bu şəkilçilər felin son səsinin sait və
ya samit olmasından asılı olmayaraq, dəyişmir. Məsələn; baxmışam, baxmışsan, baxmışdır,
baxmışıq, baxmışsınız, və s. Nümunələrə baxaq;1.Gəlmişəm otağına oyadam səni,Qaragilə, oyadam
səni.(Xalq mahnısı), 2.Çox keçmişəm bu dağlardan,Durna gözlü bulaqlardan,Eşitmişəm uzaqlardan,
Sakit axan Arazları...(S.Vurğun)
Nəqli keçmiş zaman, nümunələrdən də göründüyü kimi, həm folklorda, həm də klassik
ƏDƏBIYYATda müasir dövrdə olduğu şəkildə işlənmişdir. Türk ədəbi dilində də feilin bu zaman
forması, türk dilləri içərisində öz zənginliyi ilə seçilən Azərbaycan dilindən əsla fərqlənmir.
Məsələn,
1. Ben seni çocukluğumdan sevmişim.
2. Tek seni hayal için süzerek batan günü,
Gece mehtaba dalmak, sen de dalmışsan diye. (Faruk Nafiz)
Dostları ilə paylaş: |