əsli sifətlərin kifayət qədər geniş məna həcmi vardır və geniş dairədə predmetlərlə birləşmə əmələ
gətirə bilir. Nisbi sifətlər predmetlərin elə əlamətlərini bildirir ki, onlar digər predmetlərlə müxtəlif
münasibətlərdə olur. Nisbi sifətlər, əsli sifətlərdən fərqli olaraq törəmə əsasa malik olurlar: кумак-
ту jер ‘qumlu yer’ <кумак ‘qum’ (8, s. 13).
Türkologiyada sifətlərin semantik xüsusiyyətlərinə həsr olunmuş ümumiləşdirici tədqiqatları
da görmək olmur. Mövcud işlərin əksəriyyətində əsas diqqət bu nitq hissəsinin qrammatik tərəfinə
yetirilmişdir. Sifətlərin mənasının məzmun tərəfi diqqətdən kənar qalmış və ya onların tədqiqinə
tək-tük məqalələr həsr olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi, sifətlərin bir nitq hissəsi olaraq
qrammatik təbiətinin öyrənilməsi keçən əsrin ortalarından başlamış, onun qrammatik cəhətdən
tədqiqinin bünövrəsi qoyulmuşdur. Bu mərhələdə tədqiqatçılar geniş faktik material əsasında və
müasir türk dillərinin materiallarını cəlb etməklə sözün mənalarının dəyişməsini üzə çıxarmış, bu
çərçivədə digər dillərin, məsələn, monqol və iran dillərinin faktlarını da dövriyyəyə daxil etməklə
müqayisələr aparmışlar. Bundan əlavə, sifətin semantik cəhətdən tədqiqi etimoloji rekonstruksiya
ilə paralel şəkildə aparılmışdır.
Müasir altay dilində insanın xarakter cizgilərini ifadə edən sifətləri müqayisəli aspektdə
araşdıran A.A.Dobrınina ilk dəfə olaraq antroponimik leksikanın bir qrupunun siyahısını üzə
çıxarmış, onların semantik təsnifatını vermiş, bu vahidlərin semantik strukturunu üzə çıxararaq
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
185
aydınlaşdırmışdır. Altay dilinin antroponimik leksikası çərçivəsində sifətlər onların rus dilindəki
ekvivalentləri ilə müqayisə edilərək hər bir dilin qeyd edilən yarımsistemlərinin ümumi və spesifik
səciyyələri müəyyənləşdirilmişdir. Müəllif əldə etdiyi nəticələri altayların dünya mənzərəsinin bir
fraqmentinin inikası kimi şərh etməyə, tədqiq etdiyi dil mikrosisteminin altay türk düşüncəsinin
tərkib hissəsi olduğunu göstərməyə cəhd göstərmişdir.
Türk dillərində sifətin tədqiqindən bəhs edərkən Z.Əliyevanın “Türk dillərində sifət”
monoqrafiyasını da qeyd etmək lazımdır. Burada türk dillərində keyfiyyət kateqoriyası və onun
ifadə vasitəsi olan sifətlər diaxronik planda müqayisəli şəkildə araşdırılıb. Sifətlərin türk dillərində
ifadə vasitələri, leksik semantik paralelləri göstərilmişdir. (1, s.15; 222)
Beləliklə, XX əsrin ortaları və 60-70-ci illərində və daha sonrakı dövrlərdə türk dillərində
sifətlərin tədqiqinə həsr olunmuş əsərlərin nəzərdən keçirilməsi əlamət və keyfiyyət bildirən
sözlərin əsas xüsusiyyətlərinə dair aşağıdakı nəticələri çıxarmaq olar:
1. Sifət ismin sözdəyişdirici kateqoriyaları üzrə dəyişmir.
2. Türk dillərində sifətlərin işlədilməsi müəyyən məhdudiyyətlərə malikdir. Bunun səbəbi
odur ki, türk dillərində izafət birləşmələrinin birinci komponentləri formaca isim olsalar da, sifət
mənasına malik ola bilər.
3. Sintaktik planda sifətlər, bir qayda olaraq, təyini söz birləşməsində təyin vəzifəsində çıxış
edir. Sifətin sintaktik vəzifəsi təyinlə məhdudlaşmır. Bəzi hallarda sifətlər xəbər qismində də çıxış
edə bilir.
4. Türk dillərində sifətlərin nitq hissəsi kimi təsnifi və bölgüsünün tam şəkildə
yekunlaşdığını söyləmək mümkün deyildir.
5. Türkologiyada sifətlərin semantik xüsusiyyətlərinə həsr olunmuş müasir ümumiləşdirici
tədqiqatlar da yox dərəcəsindədir.
Yuxarıda söylənilən fikirləri ümumiləşdirməklə belə qənaətə gəlmək olar ki, türkoloji
dilçilikdə sifət nitq hissəsinin tədqiqində ümumi fikirlər olsa da, bəzi məqamlarda kifayət qədər
mübahisəli məsələlər meydana çıxır. Ümumi dilçilikdə olduğu kimi, türkoloji dilçilikdə də əlamət
və keyfiyyət bildirən sözlərə dair mübahisəli məqamlar müasir dövrdə də öz həllini tapa
bilməmişdir.
ƏDƏBIYYAT
1.
Əliyeva Z. Türk dillərində sifət. Bakı, “Elm və təhsil” 2011.
2.
Musayev O. İngilis dilinin qrammatikası. Bakı, 1979.
3.
Fries, Ch. С The structure of English. L.: Longmans, Green & Co, 1959.
4.
Palmer H. Grammar of spoken English. Cambridge: Cambridge University Press, 1969.
5.
Sweet H. A New English Grammar: Logical and Historical. Part I. İntroduction,
Phonology, and Accidence. Oxford: The Clarendon Press, 1892.
6.
Аракин, В.Д. Сравнительная типология английского и русского языков.-Л.:
Просвещение, 1979.
7.
Баскаков Н.А. Каракалпакский язык. М.: 1952.
8.
Добринина А. А. Прилагательные современного алтайского языка, обозначающие
черты характера человека (в сопоставительном аспекте): Новосибирск: ИФЛ СО РАН, 2012.
9.
Дыренкова Н.П. Грамматика шорского языка. М.-Л.: Изд-во Акад. наук СССР,
1941.
10.
Есперсен О. Философия грамматики. (Пер. с англ. В.В.Пассека и С.П.Сафроновой.
Под ред. и с предисл. проф. Б. А. Ильиша). Москва: Изд-во Иностранной литературы , 1958.
11.
Мусаев К.М. Грамматикa караимского языка М., 1964.
12.
Щербак A.M. Очерки по сравнительной морфологии тюркских языков - Л., 1977.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
186
L.Gasimli
Investigation of Adjectives in European and Turkological Linguistics
Summary
The presented article is dedicated to the analysis of the researches written on adjectives in
european and turkological linguistics. Specific properties, common and different opinions of
scholars about distinguishing characteristic features of the adjective as a sepatare part of speech in
Turkic and Ennglish languages have been discussed here. In both in Turkological and european
linguistics most of available researches investigated the grammatical features of this part of speech,
there is very few generelized studies on semantic fields of adjectives. Thus, researches dedicated to
both grammatical and semantic features of adjectives have been given and analyzed in the article.
Key words: eurpean linguistics, english,parts of speech, adjective turkological linguistics,
turkiс languages
Meryem Başkurt
Qazi Universiteti ədəbiyyat fakültəsi çağdaş türk ləhcələri və ədəbiyyatları bölümü
meryembaskurt@gmail.com
KIRIM TATAR TÜRKÇESİNDE TABU VE ÖRTMECELER
Ortak yaşam, insanların özgürlüklerinin sınırlarınıbelirleme ve toplum ilişkilerinde bazı
düzenlemeler yapmagerekliliğini ortaya çıkarmıştır.Devletin bekası için kanunların hazırlanması
gibi toplumsal hayatın devamlılığı için de bazı kurallar meydana getirilmiştir.Kurallar çerçevesinde
yaşamak zorunda olan insanoğlu, sözlerinde de bu çerçevenin dışına çıkmamaya çalışmıştır. Zira
sınırların dışına çıkmak demek toplumsal hayatın dışına itilmek demektir. İşte dildeki
sınırlandırmalardan biri tabu ve örtmecelerdir.Söylenmesi ya da yapılması yasak olan bazı şeyler
tabudur.Tabularörtmeceleri doğurmaktadır.
Tabu ve örtmecelertoplumun dine, cinselliğe vb. pek çok konuya bakış açısını ortaya
koyması açısından önem taşımaktadır. Tabu ve örtmeceler aracılığıyla o toplumda nelerin
yasaklandığı, bireylerin neden kaçınmak zorunda kaldığı ve en önemlisi bunların sebeplerinin neler
olduğu tespit edilebilmektedir. Çevreyle iletişimi sınırlı olan, kapalı toplumlarda tabu ve
örtmecelerindaha yaygın olduğu; daha modern toplumlarda ise tabu ve örtmecelerin kullanımına
daha az ihtiyaç duyulduğu görülmektedir.
Kırım Tatar Türkçesinde tabu ve örtmece sözler üzerine yapılan çalışmaların sınırlılığı bu
konu üzerine bir araştırma yapmanın gerekliliğini ortaya çıkarmıştır. Kırım Tatar Türkçesinde dinî
kaynaklı tabu ve örtmecelerin azlığı dikkati çekmektedir. Cinsel kaynaklı ve diğer türdeki tabu ve
örtmecelerdaha fazla tercih edilmektedir. Kırım Tatarca-Rusça-Ukraince sözlükten tarama yapılarak
tabu ve örtmeceler tespit edilecek, edebî eserlerden de bu tabu ve örtmecelere örnek cümleler
verilecektir. Böylece tabu ve örtmecelerin bağlam içindeki kullanılışı da gözler önüne serilmeye
çalışılacaktır.
Bu çalışma ile Kırım Tatar Türkçesinde hangi kaynaklı tabu ve örtmecelerin daha yaygın
olduğunun, bunun nedenlerinin ne olduğununtespit edilmesive bu bağlamda Kırım Tatar kültürünün
temel yapı taşlarının neler olduğunun ortaya konmasıamaçlanmaktadır.
Anahtar Kelimeler: Kırım Tatar Türkçesi, Tabu, Örtmece, Yasak, Kültür
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
187
Məlahət Məhərrəmova
Azərbaycan Dillər Universiteti
AZƏRBAYCAN VƏ ALMAN DİLLƏRİNDƏ MÜRƏKKƏB FEİLLƏRƏ DAİR
Alman dilində mürəkkəb feillər, Azərbayan dilində olduğu kimi, müxtəlif nitq hissələrinin
feillə birləşməsindən əmələ gəlir. Mürəkkəb feillər müasir alman dilində ismə və sifətə nisbətən
azdır. Bu, hər şeydən əvvəl, ondan irəli gəlir ki, ona qoşulan başqa nitq hissəsi də azdır. Alman
dilində mürəkkəb feillərin qrammatika kitablarında aşağıdakı üsullarla əmələ gəldiyi göstərilir:
1.
Unfeste Zusammenzetzungen (qeyri-qəti (buna “untrennbare” də, yəni “ayrılmayan”
deyirlər) mürəkkəb) sözlər.
2.
Feste Zusammensetzungen (qəti (buna “trennbare” də, yəni “ayrılan” deyirlər) mürəkkəb)
sözlər.
Birinci növdə əsas rolu partikel (Partikel-hissəcik) və feil (verb) oynayır, yəni Partikel +
Verb (partikel + feil)
Aşağıdakı partikellər yalnız ayrılmayan mürəkkəb sözlər əmələ gətirir: dabei, daher, d [a]
ran, d [a] rauf, d [a] rein, davor, dazu; herab, heran, herauf, heraus, herbei, herein, herüber, herunter,
hervor, herzu; hinab, hinan, hinauf, hinaus, hinein, hinzu; umher, einher; dahin; voran, voraus,
vorbei, vorher; abwärtz, aufwärts; zusammen, zurück və s.
Aşağıdakı pertikellər həm ayrılan, həm də ayrılmayan tərəf kimi mürəkkəb sözlərdə iştirak
edir: durch, hinter, über, um, unter, wieder və voll.
Bu cür adlanan partikellər müstəqil zərfi təyin kimi feilin yanında işlənir. Belə bir prosesdə
həm partikel, həm də feil – hər ikisi vurğu daşıyır.
Partiklellə işlənən mürəkkəb sözlər tez-tez prefiks feillərdən əmələ gəlir. Bir neçə misal
göstərək:
anerkennen – 1. təsdiq etmək; qəbul etmək; 2. qiymətləndirmək;
auferstehen – dirilmək;
auferwachen – seçmək; irəlicədən (qabaqcadan) təyin etmək;
nachempfinden – 1. duymaq, hiss etmək; 2. (j-m) bir kəsə ürəyi yanmaq, bir kəsin dərdinə
şərik olmaq;
anvertrauen – I inanmaq; II tapşırmaq.
Qeyri-adi mürəkkəb sözlərdə Nomen (ad) + Verb (feil) birləşməsi ilə özünü göstərir. Burada
əsas rolu ad oynayır. İsimlə birlikdə işlənən bu cür mürəkkəb sözlərə aşağıdakı feilləri nümunə
göstərə bilərik:
achtgeben – diqqət vermək; göz yetirmək (nəyəsə);
stattfinden – olmaq; baş tutmaq;
preisqeben – qiymət vermək;
teilnehmen – iştirak etmək və s.
Sifətlə feilin biləşməsindən əmələ gələn mürəkkəb sözlərə tez-tez rast gəlmək olar:
gutheiβen – icazə vermək;
freisprechen – bəraət qazandırmaq (hüquqşünaslıq termini kimi);
hochschätzen – yüksək qiymətləndirmək, çox hörmət etmək;
kundgeben – xəbər vermək, bildirmək, elan etmək;
loskommen – xilas olmaq; canını qurtarmaq və s.
Qeyri-qəti mürəkkəb sözlərdən fərqli olaraq, qəti mürəkkəb sözlər aşağıdakı hallarda
düzəlir:
Partikel + Verb (Partikel + feil)
Mürəkkəb söz düzəldən partikellər aşağıdakılardır: durch hinter, über, unter, um, wider,
wieder.
Burada vurğu əsas söz daşıyır. Misallar:
durchhalten – davam gətirmək, dayana bilmək;
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
188
durchhelfen – kömək etmək;
hinterbringen – gizli xəbər vermək, şeytanlamaq;
übergeben – vermək, artıq vermək.
Nomen + Verb (ad+ feil)
a)
isimlə düzələnlər:
wehklagen – şikayətlənmək;
ratschlagen – vermək, nəsihət vermək
handhaben – istifadə etmək; malik olmaq; rəhbərlik etmək;
b)
sifətlə düzələnlər:
miβdeuten – səhv başa salmaq, düzgün izah etməmək, başqa cür aydınlaşdırmaq, vollenden
– bitirmək, qurtarmaq, icra etmək;
vollbringen – etmək; icra etmək və s.
Ümumiyyətlə, iki komponentdən ibarət olan mürəkkəb feilləri aşağıdakı kimi təsvir etmək
mümkündür:
1.
Mürəkkəb feillərin yaranmasında iştirak edən birinci komponentlər.
2.
Mürəkkəb feillərin yaranmasında iştirak edən ikinci komponentlər.
Mürəkkəb feillərin yaranmasında iştirak edən birinci komponentlər bunlardır: auseinander-,
da-, daher-, dahin-, daheben-, darein-, davon-, dazu-, dazwischen-, einher-, empor-, entzwei-, fehl-,
fern-, fertig-, fest-, fort-, frei-, gleich-, her-, herab-, heran-, herauf-, heraus-, herbei-, herein-,
hernieder-, herüber-, herum-, herunter-, hervor-, herzu-, hierher-, hin-, hinab-, hinan-, hinauf-,
hinaus-, hindurch-, hinein-, hintereinander-,hinterher-, hinüber-, hinunter-, hinweg-, hinzu-, hoch-,
los-, nieder-, tot-, umher-, voll-, voran-, voraus-, vorbei-, vorher-, vorwärts-, weg-, weiter-, wieder-,
zurecht-, zurück-, zusammen-
Mürəkkəb feillərin yaranmasında iştirak edən ikinci komponentlər isə aşağıdakılardır:
-arbeiten, -beiβen, -biegen, -bleiben, -blicken, - brechen, -bringen, -fahren, -fallen, -finden, -
fliegen, -führen, -geben, -gehen, -haben, -halten, -hauen, -heben, -holen, -kommen, -könen, -
kriegen, -lassen, -laufen, -leben, liegen, -machen, -müssen, -nehmen, -reden, -reichen, -reiβen, -
richten, -rücken, -rufen, -sagen, -schaffen, -schauen, -schieβen, -schlagen, -schreiben, -sehen, -
spielen, -sein, -setzen, -sitzen, -sprechen, -springen, -stecken, -stehen, -tragen, -steigen, -stellen, -
stoβen, -stürzen, -treten, -tun, -treiben, -ziehen, -werden, -wollen, -drücken və s.
Mətanət Əmrahova
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi
amrahova2016@mail.ru
BƏKİR ÇOBANZADƏNİN “TÜRK-TATAR DİALEKTOLOJİSİ” ƏSƏRİNDƏ
TÜRK DİLLƏRİNİN DİALEKTOLOJİ PROBLEMLƏRİ
Azərbaycan dilçilik elmi XX əsrin əvvəllərindən başlayaraq sürətli inkişaf dövrünə qədəm
qoymuşdur. Bu dövrdən etibarən ana dilimizi akademik şəkildə tədqiq edən B.Çobanzadə və
onun istedadlı yetirmələri M.Şirəliyev, Ə.Dəmirçizadə, M.Hüseynzadə, Ə.Orucov və s. kimi
böyük dilçi alimlər ordusu meydana gəlmişdir. Dərin qürur və fərəh hissi ilə demək olar ki,
Azərbaycan dilçilərinin gərgin əməyi nəticəsində dilçiliyin bütün sahələrində səmərəli işlər
görülmüş, dil tarixi, dialektologiya, müasir dil, lüğətçilik sahələrində dəyərli tədqiqatlar
aparılmışdır. Keçmiş sovet məkanında, eləcə də beynəlxalq miqyasda Azərbaycan türkoloji
araşdırmaların önəmli mərkəzlərindən biri olmuşdur və bu gün də həmin qüdrətini
saxlamaqdadır.
XX əsrin əvvəllərinin böyük elm adamı, professor Bəkir Çobanzadə öz dərin elmi
yaradıcılığı ilə filoloji fikir tarixində, xüsusilə də türkologiya tarixində ciddi işlər görmüş,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
189
özündən sonra zəngin irs qoyub-getmişdir. Türkologiyada yeni fikirlər müəllifi olan alimin
dilçiliyin digər sahələrində də əvəzsiz xidmətləri olmuşdur. B.Çobanzadə əsl elm və millət
fədaisi idi. Yaşadığı siyasi rejimin təhlükəli məqamlarına, ağır ittihamlarına baxmayaraq, o, əsl
vətənpərvər alim kimi türk dillərini hərtərəfli tədqiq etmiş, türkcələrin fonetik, leksik, morfoloji
və sintaktik quruluşu məsələlərinə, dialektologiya, terminologiya sahələrinə, ədəbi dil
probleminə, metodikaya, əlifba və qrafikaya böyük yer vermişdir. Müəllif 20-yə qədər türk
dilinin mövcudluğundan söz açmış, onların bəzilərini hərtərəfli tədqiq etmişdir.
Bəkir Çobanzadə Azərbaycan dilçiliyi akademik məktəbinin əsasını qoyan alimlərdən biri,
deyərdik ki, birincisi idi. Yaradıcılığı boyunca yazdığı 150-dən artıq elmi əsərin ən azı 100-ü
Azərbaycan dili və ədəbiyyatının aktual problemlərinə həsr olunub və xüsusi qeyd olunmalı fakt
budur ki, həmin əsərlərin də əksəriyyəti Azərbaycan dilində yazılmşdır. Sovet Şərqində ilk
professor və ilk dəfə öz sahəsi üzrə universitet kurslarını işləyib-hazırlayan alim xasiyyətnaməni
özü, ölümündən bir neçə gün əvvəl, ağlasığmaz işgəncələrdən sarsılıb-üzülmüş halda olan Bəkir
Çobanzadə verir (4, s. 9).
Bəkir Çobanzadə türkoloji fəaliyyətini iki istiqamətdə aparmışdır: birinicisi, öz elmi
yaradıcılığında: məqalələrində, əsərlərində, kitablarında; ikincisi, I Türkoloji qurultaydakı
fəaliyyətində (7, s. 226). Bakıda Tədqiq və Tətəbbö Cəmiyyəti yarandıqdan sonra bir neçə il
ərzində Azərbaycan dilinin, qrafika məsələlərinin, termin yaradıcılığı, lüğətlərin tərtibi, milli
irsin toplanılması və nəşri, Azərbaycan tarixinin, ədəbiyyatının araşdırılması, dialektlərin
toplanması və öyrənilməsi sahəsində xeyli işlər görüldü.
Azərbaycan sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan dilinin fonetikası məsələləri
ilə elmi şəkildə məşğul olan ilk dilçi də B.Çobanzadə olmuşdur (2, s. 138). Onun “Türk-tatar
lisaniyyatına mədxəl” və “Türk dili – evdə texnikum” əsərlərində, xüsusən ikinci əsərdə
fonetikanın praktik məsələlərinə, məsələn, bu və ya digər səsin tələffüz məxrəci məsələsinə
geniş yer verilir. 1929-cu ildə B.Çobanzadə və F.Ağazadənin birgə yazdıqları “Türk qrameri”
kitabı da bu dövrün nailiyyətlərindən idi.
1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji qurultaydan sonra onun yaradıcılığı daha da
zənginləşir və ilk dəfə türk dillərinin dialektologiyası məsələlərini akademik şəkildə tədqiqata
cəlb edir. 1927-ci ildə müəllifin Bakıda Tədqiq və Tətəbbö Cəmiyyəti tərəfindən nəşr edilmiş
“Türk-tatar dialektolojisi” əsəri onun elmi yaradıcılığının ən qiymətli nümunələrindən sayılır.
Əsər türk dilləri dialektlərinin və şivələrinin öyənilməsində ilk ən qiymətli mənbələrdən biridir.
Ümumən, Azərbaycanda dialektologiya elminin əsasları, prinsiplərinin təməli də birbaşa
B.Çobanzadənin adı ilə bağlıdır (1, s. 9).
Dilçi alimin ərəb əlifbası və osmanlı şivəsi ilə yazdığı bu əsərin orijinal variantının
ümumi həcmi 135 səhifə idi. Ərəb əlifbasında yazılmasına baxmayaraq, əsərin bəzi yerlərində,
xüsusilə istinad edilmiş ədəbiyyatların qeydində latın və kiril əlifbalarında da istifadə
olunmuşdur. Kitabın 92-100-cü səhifələrində “Türk-tatar dialektolojisinə aid başlıca əsərlər” və
onun ardınca “Başlıca türk-tatar ləhcələrindən nümunələr” hissəsi də latın və kiril əlifbaları ilə
yazılmışdır.
“Türk-tatar dialektolojisi” əsərini şərti olaraq iki hissəyə: 1) türk-tatar şivələrinin elmi-
nəzəri məsələlərinə; 2) türk-tatar şivələrindən nümunələrə bölmək olar. Ümumən, kitab
aşağıdakı bölmələrə ayrılır: 1) Başlanğıc; 2) Dialekt və dialekologiya; 3) Türk dialektologiyası
tarixi; 4) Türk dillərinin qarşılıqlı münasibəti; 5) Əsas türk-tatar şivələri; 6) Türk-tatar
dialektologiyasına aid başlıca əsərlər; 6) Əsas türk-tatar ləhcələrindən nümunələr.
B.Çobanzadə giriş hissədən sonra ilk olaraq “dialekt”və “dialektoloji” terminlərinin
mahiyyətini açmağa çalışmışdır. Dilçi alimin gəldiyi qənaətə görə, türk-tatar şivələrini yaradan
amillər üç qrupda birləşir: 1) üzvi; 2) coğrafi; 3) ictimai. Müəllifin yanaşması düzgündür ki, hər
bir dilin genetik əsası, ərazi-coğrafi məkanı və ictimai əsası olmalıdır. Beləliklə, B.Çobanzadə
türk-tatar şivələrinin təşəkkül tarixini VII əsrdə və bundan da əvvələ aid edir.
Kitabda ”Türk dialektolojisinin tarixçəsi” başlığı altında müəllifin irəli sürdüyü
mülahizələr elmi tutumu ilə diqqət çəkir. Məsələn, alim türk şivələrinin varlığından xəbər verən
ƏDƏBIYYATların “fəqirliyini”, şərq filoloji məktəblərinin daha çox ədəbi dillərlə məşğul
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
190
olmasında görmüşdür. Professor bu fikrinin tələbələrində ruhi düşgünlük yaradacağını hiss
edərək, böyük türkoloq M.Kaşğarlının üç cildlik “Divani-lüğət-it türk” əsərini xatırladaraq, onun
mahiyyətini şərh edir. Sonra bu mövzuya həsr olunmuş ikinci əsərin Məhəmməd bin Qeys
tərəfindən miladi 1220-ci ildə vəfat etmiş Qütbəddin Məhəmmədin oğlu Cəlaləddin Munkəburni
adına yazılsa da, indi əldə olmadığını göstərir. Tədqiqatçı nəinki bu əsərlər barədə müfəssəl
məlumat verir, həm də yeri gəldikcə tənqidi fikirlər bildirməklə təəssübkeş bir türkçü olmasını
da nümayiş etdirmişdir.
B.Çobanzadə, ümumən, əsərlərində türk-tatar budağına iyirmi dili daxil etmiş və türk
dillərinin bir-birinə leksik cəhətdən çox yaxınlığına görə onları eyni dilin ləhçələri kimi
göstərmişdir. O, sonradan türk dillərinin müstəqil dil, yaxud ləhcə olması kimi ziddiyyətli
fikirlərini “Türk-tatar dialektolojisi” əsərində də eynilə müzakirə obyektinə çevirmişdir.
Ümumiyyətlə, qohum dillərin və dil ləhcələrinin sərhədini ayırmaq indi də mübahisəlidir
(6, s. 17). B.Çobanzadə dil haqqında danışarkən qeyd edirdi ki, dil mürəkkəb və müxtəlif ictimai Dostları ilə paylaş: |