I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə38/88
tarix31.01.2017
ölçüsü2,74 Mb.
#7272
1   ...   34   35   36   37   38   39   40   41   ...   88

peyğəmbər demir- tərs, inadkar, mübahisə etməyi sevən adam üçün işlədilir. Nikolaydan qalma- 

köhnə, nimdaş mənasını bildirmək üçün işlədilir.  

“Araz aşığındandır, Kür topuğundan”  frazeoloji vahidi “heç bir dərdi, fikri, qayğısı olmayan, heç 

nəyi vecinə almayan adam  haqqında işədilən ifadədir” [4, 26] və  əhli kef adam nəzərdə tutulur. 

Yevlax qaraçısı- Bu ifadə Azərbaycanın Yevlax rayonunda məskunlaşan qaraçılar və onların həyat 

tərzinə müvafiq olaraq yaranmış və semantik əsasında “üstü- başı tör-töküntü, acgöz, hər 

gördüyündən pay uman adam” mənası durur. Ənzəli yemişi- sırtıq, yapışdığından əl çəkməyən adam 

deməkdir. 

“Kərbəla müsibəti” İraqın Kərbəla şəhərində şəhid olmuş İmam Hüseyn və onun tərəfdarlarının 

qətli əsasında yaransa da böyük qırğını, fəciəni qeyd edəndə Kərbala çölündəki böyük müsibətlə 

müqayisə olunaraq işlədilir. Bu ifadənin başqa variantı “Azərbaycan dilinin frazeologiya lüğət”ində 

qeyd olunmuş “Varfolomey gecəsi”dir ki, bu frazeoloji birləşmənin mənası “günahsız insanların 

kütləvi şəkildə qətlə yetirilməsi”dir  [4, 268].  

 

Azərbaycan dilində antroponim və toponim komponentli frazeoloji vahidlərin semantik 



tutumunda əks olunan mənfi və müsbət mənaların təhlili bu dilin leksik qatının zəngin hissəsini 

əhatə edən frazeoloji birləşmələrin daxil olduqları hər hansı  kontekst daxilində tam olaraq 

anlaşılması, başa düşülməsi üçün lazımlıdır. Frazeoloji lüğətlərin tərtibində də bu tip frazeoloji  

vahidlərin verilməsi multikulturalizm şəraitində yaşayan cəmiyyətimiz üçün önəmli bir hadisədir. 

 

 

ƏDƏBIYYAT 



 

1.

  Bayramov H. Azərbaycan dili frazeologiyasının əsasları. Bakı- “Maarıf”-1978. 



2.

  Cəfərov S. Müasir Azərbaycan dili. Leksika. II hissə. Bakı- “Maarıf”-1982. 

3.

  Mirzəliyeva M. Türk dillərinin frazeologiyası. I cild. Bakı-“Nurlan”- 2009.  



4.

  Məhərrəmli Q., İsmayılov R. Azərbaycan dilinin frazeoloji lüğəti. Bakı- “Altun kitab”-

2015. 

5.

  Zəlimxan Yaqub. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb",2006, 288 səh.; 



s.106 

6.

  Hüseynov  Ç. “Qələmin yuxularından” http://www.azadliq.org/a/25450684.html 



7.

  İsmayıl Şıxlı. Seçilmiş əsarləri. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005 ,408 səh.; s.217 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



196

 

Asadova N. N. 



The Expression of Positive and Negative Semantic Shades in the Phraseological Units of the 

Anthroponymic and Toponymic Components in the Azerbaijani Language 

 

Summary 


 

This article studies the expression of positive and negative semantic shades in the 

phraseological units of the anthroponymic and toponymic components in the Azerbaijani 

Language. The author analyses the semantic shades which the phraseological units of the 

anthroponymic and toponymic components in the Azerbaijani Language express. Here is  shown 

the national features which are depicted with these type of phraseological units as well. 

 

Key words:phraseological unit, anthroponym, toponym, semantics, semantic shades, 



positive and negative meanings. 

 

 



 

 

Pərvin Əsədullayeva 



AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, İran filologiyası şöbəsi 

 

“BÜRHAN-E QATE”DƏ TÜRK LEKSEMLƏRİ 



 

Hər bir xalqın mədəniyyət tarixində leksikoqrafik əsərlərin mühüm rolu olduğu kimi, fars 

leksikoqrafiyası tarixində dilçiliyin müxtəlif sahələrinə həsr edilmiş çox  və rəngarəng lüğətlərin 

rolu olmuşdur. XVII əsrdə yaranan fars dilçilik əsərləri içərisində görkəmli Azərbaycan alimi 

Məhəmməd Hüseyn ibn Xələf Təbrizinin “Bürhan-e qate” adlı məşhur izahlı lüğəti özünəməxsus 

yer tutur. Lüğətin müqəddiməsindəki qısa qeydlərdən məlum olur ki, Məhəmməd Hüseyn ibn Xələf 

Təbrizi əsəri h.862 (m.1652-53)- ci ildə Hindistanın Heydərabad şəhərində yazmış və onu 

Heydərabad valisi Sultan Abdulla ibn Qütbşah Xəlidullaha ithaf etmişdir. “Bürhan-e qate”  doqquz  

“faidə” (fəsil) və iyirmi doqquz  “qoftar”dan (bölüm) ibarətdir. Müəllif doqquz “faidə”yə  böldüyü 

müqəddimə hissəsində  fars dilinin mənşəyi, fonetikası, qrammatikası, leksikası, dialektologiyası, 

orfoqrafiyası və orfoepiyası haqqında məlumat vermişdir. Əsərin istər müqəddimə, istərsə də lüğət 

hissəsində bir neçə türk alınmalarına rast gəlinir. 

Müasir fars dilinin leksikası keçmişdən ta bu günədək tədricən formalaşmışdır. Biz onun 

tərkibində, yəni fars dilinin leksikasında müxtəlif yolla formalaşan və müxtəlif dövrdə daxil olan 

sözlərə rast gəlirik. Bu inkişafın bütün mərhələlərində söz tərkibinin zənginləşməsində xüsusi rolu 

olan bütün aparıcı proseslər dəyişilir. Lakin fars dili tarixinin bütün mərhələlərində leksikanın 

inkişafında əsas və daha intensiv proseslər özünü söz yaradıcılığının daxili modelləri, sözün 

semantik quruluşunun dəyişilməsi və alınmaların bu dilə keçməsində göstərir. Fars dilinin lüğət 

tərkibinin zənginləşməsində bu proseslərdən hansının mühüm rol oynamasını demək çətindir. Fars 

dilinin inkişafının üç tarixi mərhələsində (qədim, orta, yeni) lüğət tərkibinin formalaşmasında söz 

yaradıcılığı və sözün dəyişilməsi aparıcı, başlıca proseslərdən biri olmuşdur. Xarici dil leksikasının-

alınmaların bu dilə keçməsi, fars-tacik ədəbiyyatinin çiçəklənməsi dövründə üstünlük təşkil etməsi, 

xüsusən, XI və XVI əsrlərdə daha intensiv oldu və ərəb sözləri bu dilin lüğət tərkibini dolduraraq 

fars-dəri ədəbi dilinin formalaşmasının əsas amilinə çevrildi. (4, s.36) XIX əsrin sonu - XX əsrin 

əvvəllərində söz yaradıcılığı və semantik proseslər yenidən canlandı, birbaşa və dolayı yolla fransız 

və digər Avropa dillərindən bu dilə keçən sözlər fars ədəbi dilinin və xüsusilə də onun zəngin 

şaxələnmiş terminalogiyasının formalaşmasında mühüm yer tutdu.  

Məlumdur ki, fars dilinin lüğət tərkibi qarışıq xarakterə malikdir. Bu dilin lüğət tərkibində 

Hind-Avropa, İran mənşəli, ərəb dilindən keçmiş, Avropa və türk mənşəli sözlər mövcuddur. Ta 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



197

qədim tarixi zamanlardan qərbi və şərqi iranlılar türk xalqı ilə sıx münasibətdə olmuşlar və bunu 

çoxlu sayda tarixi faktlar, arxeoloji qazıntılar, bədii ədəbiyyat, leksikoqrfik abidələr sübut edir. Türk 

alınmaları fars dilinə İslamdan öncə tədricən daxil olmağa başlamışdır. Sonrakı dövrlərdə fars dili 

tərəfindən mənimsənilmiş türk alınmalarının sayı getdikcə artmağa başlamışdır. Firdovsinin 

“Şahnamə”sində bir neçə türk sözünə (tagin-igid, cəngavər, cəsur; buq- qışqırıq, siqnal və s.) və 

çoxlu sayda türk toponimlərinə rast gəlinir. Dövrümüzə qədər gəlib çatmış leksikoqrafik, əsərlər 

içərisində Əsədi Tusinin “Lüğət-e furs” lüğətində “yarandaq” - xam gön dəri, “çaroq” - kəndli 

ayaqqabısı, “somaq” - sumaq, “qalpa” - baş salı kimi bir neçə türk məişət sözləri qeyd olunmuşdur. 

Səfəvilər dövründən bir-iki əsr əvvəl və əsas etibarilə də Səfəvilər dövründə türk (Azərbaycan) 

mənşəli sözlər fars dilinə daha çox keçmişdir. Bu dövrdə fars dilinə keçmiş olan yüzlərcə söz 

arasında 

[şəmlə] çalma; 

ش

[qezelbaş] qızılbaş; 



ا[əxtərme] qənimət; 

[beglərbeygi] bəylərbəyi; 

ق  [qəbaq] qabaq, balqabaq və s. Azərbaycan sözlərini 

göstərmək olar. (1, s.41)  

 

 

Alınma sözlərin fonetik tərkibi çox zaman dəyişir. Buna səbəb alan dilin daxili fonetik 



qaydaları və başqa bir dil vasitəsilə alınmaların dilə keçməsidir. Fars dilinə keçən türk alınmaları 

məcazi məna qazana, daha geniş və ya dar mənada işlənə bilir. Nəticə etibarilə alınmaların 

dəyişməsi çox geniş və tədqiq ediləsi mövzudur. Bəzən alınmaları müəyyən etmək çətin olur, bəzən 

də mümkün deyildir və bu, dilin daxili qaydaları, dil tarixi, qrammatika, xalqların tarixi əlaqələri ilə 

bağlıdır. Alınma sözlər keçdiyi dilin qaydalarına tabe olur. Dildə yer alan alınmaları tapmaq üçün 

tədqiqatçı dili dərindən bilməli və müqayisəli araşdırma aparmalıdır. Əgər alınmalar daxil olduğu 

dilin qrammatikasına uyuşmursa, onları tapmaq çox asan olur.  

 

Yuxarıda da qeyd etdiyimiz kimi fars dilində işlənən alınmalar bu dilin daxili qaydalarına 



uyğun olaraq dəyişir. Bu dildə ərəb əlifbası işləndiyi üçün alınmalar ikinci dəfə dəyişikliyə məruz 

qalırlar. Bu səbəbdən alınmaların incəlməsi çətinləşir, məsələn, tərkibində “ı”, “ü”,“ö” saitləri olan 

türk sözləri fonetik dəyişikliyə məruz qalır. Dilin əlifbası alınmaları alan dilin daxili qaydalarına 

görə dəyişməsini və yeni mühitə adaptasiyasını həm sürətləndirə, həm də ləngidə bilir. Fars dilində 

işlənən ərəb əlifbası ərəbcədən alınan sözlərin fars dilinə uyuşmasını ləngitdiyi halda türk dilindən 

keçən alınmaların fonetik dəyişimini sürətləndirmişdir. Və nəticə etibarilə ərəbcədən alınan sözlər 

dəyişməmiş türk dilindən alınan sözlər isə farslaşmışdır. Məhz bu səbəbdən alınmaları müəyyən 

etmək çətin olur. Ərəb əlifbası türk alınmalarının fonetik tərkibini göstərmək baxımından münasib, 

əlverişli əlifba deyildir. Məsələn “Divanü lüğati it türk”də “at”, “ət”, “ut”, “it” sözləri eyni şəkildə 

yazılmışdır (3, s.194-195). 

 

Fars və türk dilləri forma və mənşə baxımdan fərqlidirlər. Türk dilləri iltisaqi, fars dili isə 



flektiv dillərə aiddir. Bu səbəbdən türk və fars dillərinin özünə xas fonetik qaydaları vardır. 

Məsələn, türk dillərində mövcüd olan sait və samit sistemi fars dilində yoxdur. Məhz bu səbəbdən 

türk dilindən keçən sözlər fars dilinin fonetik qanunlarına tabe olur, yəni alınma söz fars dilində 

olmayan fonemə malikdirsə, dəyişilmək məcburiyyətində qalır. Azərbaycan türkcəsində doqquz, 

fars dilində isə altı sait səs vardır. Yəni türk dilində mövcud olan “ö”, “ü”, “ı” fars dilində yoxdur. 

Tərkibində bu sait səslərdən bir və ya ikisi olan sözlər fars dilində işləndiyi zaman mütləq surətdə 

dəyişir. Məsələn, “tüfəng” sözü [tofəng], “çadır” sözü [çador], “ördək” [ordək], “kötək” [kutəng]  

şəklində tələffüz edilir. (1, s.82)  

 

Mövzumuzun əsas məqsədi XVII əsrdə Azərbaycan alimi Məhəmməd Hüseyn ibn Xələf 



Təbrizi tərəfindən qələmə alınmış “Bürhan-e qate” adlı məşhur izahlı lüğətdə  türk alınmalarını 

tədqiq etmək və onların fars dilinin daxili inkişaf qanunlarına tabe olaraq hansı dəyişikliklərə məruz 

qaldıqlarını göstərməkdir. Lüğətdə istifadə olunan cağatay - türk sözləri aşağıdakılardan ibarətdir: 

ا[ata] ata  

ا[ətabək] Atabəy- böyük ata deməkdir. 

 ق وا


-

ق ا 


[ocaq] 1) ocaq, mətbəx, 2) ailə, böyük qəbilə 

ا[ətsiz] ətsiz, arıq 

روا - 

روا[urmək] yun papaq 



شاد [adaş] eyni ada malik iki və ya daha çox şəxs 

درا[ordək] ördək 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



198

ق ا[u/oşaq] uşaq 

 غ ا

)

وا



غ

 ,

ق ا



 ,

ق وا


(

[ulağ] ulaq  

ا[Eldəgez] Şəmsəddin Eldəniz-türk hökmdarının adı 

ن را[ərməğan] sovqat 

د را[ərmud] armud 

ا[əkmək] çörək 

ا[uluğ] ulu, böyük 

ا[u\oləng] yaşıllıq, çəmənlik 

جوا[ovc] 1)xəsis; 2) uca, yüksək 

ج وا[umac] umac- undan hazırlanan sulu yemək 

ز ا[əyaz] Ayaz- Sultan Mahmud Qəznəvinin türk nökərinin adı 

غ ا[əyağ] 1) ayaq; 2) piyalə 

ا[el] 1) əl;  2) el, oba; 3) camaat, millət, dəstə 

ا [İla] İla- Türküstanda yaşayan qəhrəmanın adı 

ق ا[əylaq] körfəz 

ا[Ə/Eylək] 1) Türküstanda yer adı; 2) Türküstanda hökmdarın adı 

ق  [ağ] ağ rəng 

 [ağa] böyük qardaş 

 [ağsunğur] 1) türk hökmdarlarının ləqəbi; 2) ağ şahin; 3) məcazi mənada gün, günəş 

ل [al] 1) hökmdarların möhürü; 2) qırmızı; 3) alın 

[ala] qırmızı 

[alaçoğ] alaçıq 

 ل

-

 



ا 

-

 ن ا 



[altəmğa] hökmdarların möhürü 

ن  [altun] qızıl 

 [Batu] 1) Batu xan; 2) güclü, qüvətli, çətin 

[bace] 1) qapı; 2) baca  

 [baleş] boğça, sandıq 

ق

 [başmağ] ayaqqabı 



ش [Bektaş] Bektaş-Xorasan hökmdarının adı  

ر [belderçin] bildirçin 

[big] bəy 

[tacek] tacik 

 ر

-

 ر  



-

 

[tatar] tatar 



[tork]1) cəsur, mərd; 2) türk 

ن

[torkmən] türkmən 



[təmur/Timur] 1) dəmir; 2) Əmir Teymur 

ن

 



[təng-e torkan] Türküstanda yer adı 

پ [tup] top-odlu silah 

 پ  [tupçi] topçu 

نار  [Turan] Turan- Mavərənnəhr tərəfdə yerləşən vilayətin adı 

 -

ود 


[tuşək] döşək 

[tuy] toy 

[tiz] tez 

ر  [çapar] qasid (7, 608)   

رد  [çador] çadır 

 

 غر



-

 غور  


-

قور  


 [çaroq] çarıq   

 ج

-



 ج

 

[çakuş] çəkic 



 

 غ

-



ق  

[çə/epaq] balıq növü 

 -

ق  


 [çubuq] çubuq, taxta parçası 

[çeçek] çiçək. “Bədai əl-lüğət” də 

[cecäk] 1)çiçək 2) uçuq, suluq (2,176) 

خ

 - 



ق

 [çəxmax] bir-birinə vurmaq 

اد ق

[çaxmaq daşı] çaxmaq daşı 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



199

[çək] çəkmək feilinin əmr forması 

 -

 

[çok] çökmək feilinin əmr forması 



 

ل [çol] çöl 

 ق

-

ق  



[çulaq] çolaq 

 ق

-



ق  

[çumaq] çomaq 

لوا [çəndul] ordunun arxasınca gələn qrup 

ر

 [çətur] balaca burun 



ن

[çopan]çoban 

[çuğa] cuxa 

  [çi] söz düzəldici şəkilçi: 

 -yalançı, 

 - başmaqçı 

[çix] arxaik. həsir 

ن

[xatun] xanım, qadın 



 -

ش ر  


  [xərxəşe] mübarizə aparmaq, ədavət aparmaq, münaqişə 

وداد[dadu] dayə 

غاد[dağ] dağlamaq (heyvanı) 

دد[dədə]  1)baba, qoca 2) vəhşi heyvan 

د [dəngəl] üzbəüz oturmaq 

شو

 [sağduş] bəyin sağ yoldaşı 



 ا

-

 ا



 

-

 



-

ر  


 [toqra] Səlcuqların dövründə geniş yayılan xətt 

 ل

-



لو

 

 [Toğrol] 1)Toğrul-Səlcuq hökmdarının adı; 2) ov quşu 



 -

 

 



-

ن ا  


 [ğədəğən/qədəğe] qadağa 

ن   [qaan] Monqolustanda hökmdarların ləqəbi, məsələn, Mənqu xan, Oktay xan 

ر  [qar] qar 

 ز

-



ز  

 [qaz] qaz (quş) 

ن ز  [qazqan] qazan (7,1514) 

س  [qas] qaş 

ق  [qaq] 1) quru 2) uzun, arıq adam 

 -

 



[qəteq/qateq] qatıq 

 ر

-



ر

 

[quçqar/ quckar] qoç 



ن ر [Qədərxan] Səmərqənd hökmdarının adı 

 فر


-

 ف

 



-

 

 



[Qədrəf/Qətrəf/Qətrif] Buxara yaxınlığında yerləşən şəhər 

 

ا



-

ر

   



[Qərasunqur/Qəresunqur] 1) Qarasunqur - Sultan Səncərin adı; 2) qara rəngli ov 

quşu 


 -

 

 -



 

[qerğuy/qerqi/qerği] qırğı 

[qəla] sapand 

[qəlma] sapand  

ش  [qolmaş] arx. boş-boş danışmaq 

 ز

-



زو  

[qunduz] qunduz (heyvan) 

چ [quç] qoç 

ل [qul] göl (8,1860) 

[maşe] maşa 

ق

[məncuq] 1)çətir; 2) bayraq. “ Fərhəng-e farsi” bu söz türk mənşəli [mo(ə)ncuq] 1) muncuq 2) 



arx. çətir, bayrağın başına keçirilən aypara kimi verilib(5, 980)   

 ق و


-

ق وا 


[uşaq] 1) uşaq 2) nökər 

 لوا ه


-

لو ه 


[he(ə)ravul] orduda öndə gedən hissə.H. Əmidi qeyd edir ki, bu söz [hə(e)ravol ] tatar 

ordusunda öndə gedənlərə deyilirdi (5,1063) 

ن

[yataqan] türklərin döyüşdə istifadə etdikləri xəncər növü(9,2412) 



 -

 

[yasa] 1) qayda, qanun 2) yas, matəm 



ق [yasaq] 1) xəbərdarlıq, çəkindirmək, təhdid 2) əzab, əziyyət, istirab 

[yale] şərab içilən taxtadan tas   

م [yam] çapar at və çaparxana 

ق [yətaq] qaravul, növbə 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



200

[yətaqi] qaravolçu, gözətçi 

 -

 

[yəxe] yaxa (köynəyin) 



[yuxe] yuxa- çörək növü 

 -

 



[yəde/cəde] sehr, əməl 

 غا


-

غ  


[yərağ] yaxşı çapan at 

 ن

-



ن را 

[(y)ərməğan] hədiyyə, töhfə 

[yərməq] pul vahidi- dinar, dirhəm 

 -

   



[yəğləv(i)] yağ dağ etmək üçün qulplu dəmir qab 

غ [yeğnağ] insanların, qoşunun bir yerə toplanması 

ق [Yəlaq] Yəlaq - türk padşahlarından biri 

  [yeme] cübbə -üstdən geyinilən uzun paltar; müərrəbidə 

[yəlməq]dir 

ت [yut] kütləvi tələf olma, qırılma 

 تر

-

 طر  



-

تروا 


[yurt] məskən, iqamətgah 

شر [yuriş] yürüş 

[yoncə] yonca. Cağatay türkcəsində 

[yonuçka], osmanlı türkcəsində isə 

ز [yondza] 

kimi tələffüz olunmuşdur  

Türk və İran xalqları arasındakı qonşuluq, ticarət və mədəni əlaqələr əsrlər boyu davam 

etmişdir. Bu əlaqələr dillərə öz təsirini göstərmiş və onların zənginləşməsində mühüm rol 

oynamışdır. Hər bir dilin lüğət tərkibinin inkişafında və zənginləşməsində həmin dilin daxili 

imkanları ilə bərabər alınma sözlər də çox önəmli rol oynayır. Başqa dillərdən keçən sözlər keçdiyi 

dilin daxili inkişaf qanunlarına tabe olaraq işlədilir və bunun nəticəsində də çox zaman həmin 

sözlərin alınma söz olduğunu müəyyənləşdirmək çətin olur. Başqa dillərdən söz almaq müasir 

dillərin zənginləşməsi üçün zəruri proses hesab edilir. 

 

                                                                 Qaynaqlar: 



 

1. Zərinəzadə H.H Fars dilində Azərbaycan sözləri. Bakı-1962, 435 səh 

2. Боровков А. К " Бада и  ал-лугат"., Словарь Тали Имани Гератского к сочинениям 

Алишера Навои. М.,1941, 244 с.; 

3. Махмуд ал-Кашгари "Диван Лугат ат-Турк", Алматы: дайк-Пресс, 2004, 1299 с.; 

4. Пейсиков Л.С. Лексикология современного персидского языка 

5. 

 نا ،


  ه ،

 

١٣٧٥



 ص 

١٤٨٨


 

6 .


 

   


 

 

 ,



 ن ه

 ,

 



  د م ها 

 ,

لوا 



 ,

نا

 ,



١٣٦٢

 ,

 ص



٥٥٠

 

7.



 

   


 

 

 ,



 ن ه

 ,

 



  د م ها 

 ,

مود 



 ,

نا

 ,



١٣٦٢

 ,

 ص



١٢١٦

 

8.



 

   


 

 

 ,



 ن ه

 ,

 



  د م ها 

 ,

 م  



 ,

نا

 ,



١٣٦٢

 ,

 ص



١٩٢٢

 

 9.



 

   


 

 

 ,



 ن ه

 ,

 



  د م ها 

 ,

 م  



 ,

نا

 ,



١٣٦٢

 

 ,



ص

٢٤٦٩


 

ASADULLAYEVA Parvin 

Summary 

 

Turkic lexemes in "BORHĀN-E QĀTE" 



 

 

It is known that the composition of persian dictionary has mixed character. There are words 



from many languages, including: Indo-european, Iranian descent, Arabic, European and Turkish 

origin in the vocabulary of this language. From ancient times, western and eastern iranians were in 

close relation with Turkish people and a number of historical facts, excavations, literary arts and 

lexicographical monuments prove the mentioned realationship. Words in turkish origin started to 

enter Persian language before Islam accidentally. in subsequent years, the number of turkish origin 

words assimilated by persian language gradually started to rise.  this research studies turkish origin 

words in Persian in 17th century, their phonetic variation. 

 

Key words: Persian language, Turkish language, words with foreign origin,semantic  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



201

 

 



Rəhman Quliyev 

Qafqaz Universiteti 

 

MÜSTƏQİLLİK İLLƏRİNDƏ TÜRKİYƏ TÜRKCƏSİNDƏN AZƏRBAYCAN DİLİNƏ 



KEÇƏN DEYİMLƏRİN LİNQVİSTİK TƏHLİLİ 

 

Deyimlər (frazeologizmlər) dilin lüğət tərkibində əsas yerlərdən birini tutaraq insanların 



emosional durumunu emosional-ekspressiv yöndən izah edən  dil vahidləridir. 

Deyimlər Azərbaycan dilində və Türkiyə türkcəsində  fikrin, düşüncənin təzahüründə 

bilavasitə tərkib hissəni təşkil edən, iki yaxud daha çox təkmənalı sözün tarixən birləşməsindən 

ibarət olub, komponentləri sintaktik və semantik baxımdan ayrılmayan, quruluş etibarı ilə söz 

birləşməsinə ya cümləyə bənzəyən, semantik xüsusiyyətlərinə görə leksik vahidə, söz birləşməsinə 

və cümləyə qarşılıq olan, dildə hazır modellər şəklində var olub, ənənəyə görə bir biçimdə, ya da 


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin