türkçələrini müqayisə edən alim-tədqiqatçı bu ön sözdə aşağıdakı nəticəyə gəlir:
I İkisinin də sərf və nəhv qaydaları müştərəkdir.
II Bəzi imla və tələffüz fərqləri nəzərə alınmasa, hər ikisinin istifadə kəlmələrinin çoxu müştərəkdir.
Bu da bir dil olduğunu göstərir.
III Bir çox xalis çağatay sözləri XX əsrin astanasında İstanbulda işlənməsə də, mənaları məçhul
deyil. Və hətta bir qismi yaxın zamanlara gədər şair və ədiblərin əsərlərində işlənərək osmanlıların
dil ehtiyatına daxil idi.
IV Osmanlı (qərb) türkcəsində bir çox sözlər əcnəbi dillərdən götürülmüşdür.
Şəmsəddin Saminin türk dilini bu təfərrüatla incələməsi Türk dünyasında böyük bir yenilik
olmuş və bir çox ziyalı və alimlər tərəfindən dəstəklənmişdir. Azərbaycan Demokratik
Respublikanın qurucusu, türkçülüyü tərənnüm edən görkəmli Azərbaycan nümayəndəsi Məhəmməd
Əmin Rəsulzadə Sami haqqında öz “Türkçülüyün tarixi” kitabında söyləmişdir: “ “Qamusi-
Fransəvi”, “Qamusi-Türki”, “Qamusül-Elam” kimi çox gərəkli və çox faydalı əsərləri davamlı
əlimizdən düşməyərək ona hər an rəhmət və şükran vəsiləsi olan Şəmsəddin Sami bəyin sırf nəslən
türk olmamasına görə, türklüyə, türkçülüyə etdiyi böyük xidmətləri heç bir ciddi incələməyə
dayanmayan yanlış düşüncələrlə örtməyə çalışılmamalıdır; məncə Fraşerli Şəmsəddin Sami bəy III
dövr (yəni, 1897-1900–ci illər ərzində Türkiyədə türkçülüyün üçüncü fəal dövrü baş verir və M.Ə.
Rəsulzadənin qeyd etdiyi kimi, Şəmsəddin Sami,Nəcib Asim bəy, Vələd Çələbi əfəndi, Bursalı
Tahir bəy, Raif Paşazadə, Əhməd Hikmət bəy, “İqdam” qəzetinin sahibi Əhməd Cevdət bəy, Nəcib
bəy və s. kimi möhtəşəm türkçülər yetişmişlər.) türkcülüyünün böyük simalarındandır. Ş.Sami
bəyin türkcülüyünü isbat üçün, digər dəlilləri bir yana buraxaraq, yalnız “Qamusi-Türki” ön sözünü
göstərmək yetərlidir...Ümumi olaraq deyilə bilər ki, dildə türkçülük əsaslarından bir çoxu “ İfadəyi-
məram”da açıqlıq və qətiyyətlə ifadə olunmuşdur...Ş.Sami bəyə gədər osmanlıca deyilən dilin türk
dili olduğunu bu qədər açıqlıq və qətiyyətlə ifadə edən bir kimsəni tanımıram.”
Şəmsəddin Samiyə gəlincə, o, lüğətin cəm və tərtibatından söz açaraq “Qamusi-Türki”nin
mükəmməl olması üçün ilk öncə əsl türk mənşəli sözlərin hamısını toplamaq qərarına gəlir. Bu
məsələyə toxunaraq alim çox təəssüflə qeyd edir: “Hər bir qövm öz dili ilə bağlı tərcümələr,
jurnallar təşkil etdiyi halda bizdə bu işlə məşğul olmağı kimsə düşünməmişdir. (5;4 ) Müəllif
kitabın adına “Qamusi-Türki” deyilməsinin səbəbini açıqlayaraq “Dilimiz türk dilidir. Bu dilə
məxsus lüğət kitabına başqa bir ad vermək yersizdir”- söyləmişdir.(5;5)
Sami, “Qamusi-Türki” haqqında onun nəşrindən iki il öncə, “Sərvəti-Fünun” dərgisində
“Qamusi-Türki və Qamusi-Ərəbi” başlıqlı yazı ilə çıxış etmişdir (Sərvəti-Fünun, say 462, 6 yanvar,
1315, s.306). Orada yazıldığı kimi, ömrünün 12 ilini tutan ensiklopedik əsər olan “Qamusi-
Elam”dan sonra alim qamusi-millini yazmaq istəmiş və yaxın zamanlarda onu yazmağa
başlayacığını bəyan etmişdir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
207
Qeyd etmək vacibdir ki, “Qamusi-Türki” əsərində olan ön sözdəki düşüncələr o zamanlar türk
aləmində ilk dəfə ortaya atılan mülahizələr idi. “Qamusi-Türki” kimi ad belə o dövr üçün yeni
idi.(1;88)
Yuxarıda qeyd etdiyimiz kimi, “Qamusi-Türki”də lüğətin ilk hərfindən son hərfinə gədər əlifba,
heca tərtibinə riayət olunduğu halda hərəkələrə və mühüm işarətə riayət olunmamışdır. Bununla
belə, sözlərdə işarət vasitəsi ilə tələffüzləri təyin olunub, qiraətlərində şübhə və tərəddüdə məhəl
buraxılmamışdır. Lüğətdə istifadə olunan əcnəbi-ərəb, fars sözləri də qruplaşdırılaraq kəlmələrin
hansı dilə mənsub olması göstərilərək, həmin sözlərin tərkibi şərh olunmuşdur, yəni hansı dilə aid
olduqlarını və hansı kökdən əmələ gəldikləri qeyd olunmuşdur. Sıra nömrələri ilə sözlərin müxtəlif
mənaları açıqlanır və onların cümlələrdə nümunələri göstərililr. Əsərdə nümunə kimi qöstərilən
bütün örnəklər müəllifə xasdır.Yəni, Sami onları hec bir qrammatik və dilçilik ƏDƏBIYYATından
əxz etməmişdir(3;522). Bu isə kitabın dəyərini və yenilik baxımından aktuallığını daha da qiymətli
etmişdir. Qeyd edək ki, əsərdə sözlərin doğru oxunması üçün istifadə olunan bəzi işarətlər türkcə
sözlərin fonetik problemlərinin həllinə yardım edir. Şəmsəddin Sami lüğətin tərtibi zamanı qərb
müəlliflərinin türk dili üçün Avropa dillərində tərtib etdikləri lüğətlərdən, başda 1890-cı ildə
yazılmış Redhausenin lüğəti, Zenqerin lüğəti və yerli müəlliflərdən, məsələn, I Mahmud zamanında
tərtib edilmiş Əsəd Əfəndinin “Ləhcət-əl-lüğət”i əsəri (1733), Əhməd Vefik Paşanın “Ləhçe-i
Osmani”si (1876,1891/1892) kimi əsərlərdən istifadə etmişdir. Bu mənbələrdən yararlandığı üçün
burada mövcud olan bəzi xətalar da “Qamusi-Türki”də öz əksini tapmışdır(3;522). Lüğətdə yer alan
29 min sözlərin üçdə biri türkcə, digərləri isə ərəb, fars, fransız, italyan və digər xarici dillərdən
daxil olan kəlmələrdir. Müxtəlif dillərə mənsub olan bu sözlər XIX əsr Türkiyənin söz varlığını
göstərməkdir.( 3;522)
1985,1990,1998 və 2004-cü illərdə dəfələrlə çap olunan “Qamusi-türki” lüğəti günümüzdə də
istifadə olunmaqdadır. Dövrünə görə müasir üslubda hazırlanan “Qamusi-Türki” lüğəti dilçilik
sahəsində olan bir çox ehtiyacları ödəmiş və daha sonra hazırlanan sözlüklərə qiymətli mənbə
olmuşdur.
Böyük şöhrətlə qarşılanan “Qamusi-Türki” lüğəti mətbuatda da əks-sədaya səbəb olmuşdur.
“Məcmuə-yi ədəbiyyat”ın 5-8-ci saylarında “Qamusi-Türki haqqında mütaliət” başlığı altında çıxan
dörd anonim yazıda yazar yarım yüzillikdən bəri əllərdə dolaşan “Sübha-i Sibyan”, “Şahidi”,
“Töhfə”, “Nuhbə” və s. lüğətləri yad etdikdən sonra “Qamusi-Türki” üçün “Kitabi məvcüdənin
əkməl və əhsəni” desə də, orada mövcud olan qüsurlardan da bəhs edərək əsərə alınmamış
kəlmələrin siyahısını verir. Siyahıda 123 söz yer almaqdadır.(1;89) Digər yazılardan E.Rasimə
adında bir xanımın “Xanımlara məxsus qəzet”in 7 sentyabr 1316-cı il tarixli nömrəsində “Qamusi-
Türki” başlığı altında hərarətli yazını qeyd etmək olar. Avni Başman 1927-ci ildə “Həyat”
məcmuəsinin 13-cü sayında çıxan “Canı sıxılmayan insanlar” başlıqlı yazısında I Dünya
müharibəsinin 2-ci ilində hollandlı bir rahibin əski əsərləri tədqiq edərək Ş.Saminin “Qamusi-
Türki”sindəki bütün sözləri əzbərlədiyini qeyd etmişdir. Əli Kamal “Peyam” adlı ədəbi əlavədə 21
avqust 1335-ci il tarixdə çapdan çıxan 2-ci sayında(45) “Türkcəmizin ən son təkamülünü
hazırlayanlar, Ş. Sami bəy.” yazısında “Qamusi-Türki”ni misal gətirərək Şəmsəddin Samiyə təriflər
yağdırır və “Qamusi-Türki” adlı digər bir yazısında (“Peyami-Sabah” adlı ədəbi nüsxə, 4 mart, say
30) Şəmsəddin Saminin fikir və mülahizələrini örnək olaraq gətirir.
Lüğətin nəşr məsələlərinə gəlincə, müəllif bu əsəri “Qamusi-Ərəbi” kimi öz hesabına çap
etdirməyi qərara almış və hətta bir hissəsini çap etdirmişdir. Lakin “İqdam” qəzetinin sahibi Ahməd
Cevdət əfəndi Şəmsəddin Samiyə bu kitabın nəşrini öz üzərinə götürməsini təklif etmişdir.
Müəllifin sözlərinə əsasən, mühərrirliklə naşirliyi cəm etmək, biri mənəvi digəri maddi-iki ağır
yükün altına girmək cətin və məsuliyyətli iş olduğu üçün o, bu təklifi qəbul edərək lüğətlə bağlı
nəşr işlərini Cevdət bəyə həvalə etmişdir.(5;7).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
208
ƏDƏBIYYAT
1. Agah Sirri Levend. Şəmsəddin Sami. Ankara Universiteti Basımevi-1969
2. İslam Ansiklopedisi. с.11. İstanbul, Milli Eğitim Basımevi-1970
3. TDV. İslam Ansiklopedisi, c.38, Istanbul-2010
4.
Florida Kulla.Şemsettin Sami.Hayatını Türk ile Arnavut Dil ve edebiyatına adamış
şahsiyet olaraq.PDF
5.
Şəmsəddin Sami. Qamusi-Türki, c.1, Dərsəadət, “İqdam” mətbəəsi-1317
6.
Şəmsəddin Sami. Qamusül-Elam.c.5, İstanbul-1889
Rena Iskenderli
The dictionary «Qamusy-turky» and the creative Shamseddin Sami
Summary
Shamseddin Sami was an important Turkish writer Albanian origin. He was the author or well-
known scientific - popular and literary works. In this article refers about literary works and about
dictionary «Qamusy-turky», published in 1901 by the author.
Key words: Sh. Sami, Turkish literature, work, dictionary
Zümrüd Heydərova
AMEA Nəsimi adına Dilçilik İnstitutu, elmi işçi
gunel_hemidova@rambler.ru
XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCAN UŞAQ ƏDƏBIYYATININ DİLİNDƏ
ARXAİK LEKSİKA
Dilin lüğət tərkibində dəyişmə dilin digər vahidlərinə nisbətən daha çox olur və nisbi
mənada demək olar ki, lüğət tərkibi fasiləsiz dəyişir [3, 99]. Bu dəyişikliyin bir qolunu sözlərin
köhnəlməsi, onların istifadə və fəaliyyətdən düşməsi və dildən çıxması təşkil edir. Sözlərin
köhnəlməsi – arxaikləşməsi tarixi inkişafla əlaqədar olduğu üçün hər hansı bir əsərin dilindəki
arxaizmlər də bu aspektdən öyrənilir.
XX əsrin əvvəllərində uşaq ədəbiyyatinin dilində də arxaikləşmiş dil vahidlərinə rast gəlmək
olur. Belə sözlərin arxaikləşməsi vəziyyəti eyni deyil. Bunlardan bəzisi tamamilə unudulur, bəzisi
məhdud dairədə dialekt, şivə sözlərinə çevrilərək yaşayır; bəzisi başqa bir dilə keçir, əsil
mənsubiyyəti olan dil üçün əcnəbiləşmiş [3, 99] olur; nəhayət bəzisi yenidən işlək söz hüququnu
kəsb edir. Bu baxımdan XX əsrin əvvəllərində uşaq ƏDƏBIYYATının dilində işlənən arxaizmləri
aşağıdakı kimi qruplaşdırmaq olar.
Adlardan ibarət arxaizmlər. İsimlərlə ifadə edilmiş arxaik sözlər: yağı-düşmən:
“Yağıdır qurd” deyirdilər, qoyuna; Xalq məəttəldi belə bir oyuna (AKUƏA69); Tanısın hər
yerdə həm dost, həm yağı, Zəkalı, sınaqlı qoca Tapdığı... (AŞƏ154).
Yağı sözü düşmən mənasında “Kitabi-Dədə Qorqud” dastanında geniş işlənmişdir. Eldə yağı
yoxkən sənin babanın üstünə yağı gəldi (DQ40);
Danışıq dilində də yağı kəsilmiş ifadəsi müəyyən məqamlarda işlənir. Ədəbi dildə bu gün
fars dilindən alınma olan “düşmən” sözü sabitləşmiş, milli, türk mənşəli yağı sözü arxaikləşərək
yalnız bəzi ifadələrdə qalmışdır.
Ağı-zəhər: Yurdumun vüqarlı qoca Tapdığı, Dövranın içirdi sənə çox ağı (AŞƏ154).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
209
Q.Bürhanəddinin dilində [4, 34], habelə Nəsimidə, Xətaidə [2, 42], Vaqif və Zakirin
əsərlərində ağı sözü həmin mənada işlədilmişdir:
Saqiya, sun içəlum ağunı biz (QB 377); Gərçi ağudur fəraqın şərbəti aşiqlərə, Eyləməz
bəslün şərabın içənə al ağu kar (N44); Qədim türk dillərində geniş yayılmış agu sözü (MK I 89,
DTC 24, C.Qəhr. 44, Bud. 63): müasir danışıq dilində bəzi xalq ifadələrində, məsələn, qarğışlarda
(zəhirmar, ağı!) – təsadüf olunur.
Ün – səs: Layla dedim ucadan, Ünün çıxdı bacadan (FKBH28).
“Dədə Qorqud” da, habelə klassik ədəbi dilimizdə ün sözü çox yayılmışdır: Salur Qazan
ayıtdı: – Ünün ünlən, bəglər, sözüm dinlən, bəglər (DQ20); Əfqani edib cərəs ünün pəst, Eşqi meyi
etdi nanəni məst (F195).
Azərbaycan dilinin əksər dialekt və şivələrində ün sözü səs mənasında işlədilir [1, 207].
Köy – yaşayış məntəqəsi, kənd: Dərənin arxasında köy varmış, Onu çoxdan kədər, zülüm
sarmış (AŞƏ138).
Müasir Azərbaycan dilində kənd mənasında işlənməyən məkan mənalı köy qədim türk
dillərində kök, soy, nəsil mənasında işlənmiş, çağdaş türk dilində kənd mənasında sabitləşmişdir
(DTS312).
Al – hiylə, məkr: Göstərib orda yüz cürə şivə, Söylədi al dil ilə ağ divə (AKUƏA31).
Al – (hiylə, məkr. (DTS32) Azərbaycan yazılı abidələrində fəal sözlərdən olub, “Dədə-
Qorqud” dastanında, habelə əksər klassiklərimizin dilində işlənmişdir. Sən sağ ol! Beyrək öldü, -
dedilər, - namərd dayın al eyləmiş (DQ152); Al ilə ala gözləri, aldadıb, aldi könlümü! Alini gör nə
al edər, kimsə irişməz alinə! (N II 137); Yar bizimlə yenə gör ki, nə al eylədi (QB 15).
Müasir xalq danışıq dilində geniş şəkildə işlənən allanmaq (aldanmaq), allatmaq (aldatmaq)
fellərində al kökü özünü göstərir. Qədim türk dillərində (MK I. 81, Bud. I, 875, C.Qəhr. 47, DTS
32) məkr, hiylə mənasındaişlənmiş al sözü müstəqil şəkildə Azərbaycan ədəbi dilində çox az
işlənərək arxaikləşməyə doğru getsə [62, 107] də, “Al dili ilə almaq” ifadəsində rast gəlmək olur.
Çavuş – əsgər: Dəstə şən, təmtəraqla, Gedir çavuş bayraqla (ASƏ109); Aslan ağa ağamız,
Qaplan qara qağamız, Xoruz bizİm mollamız, Çaqqal da çavuşumuz. Alaqarğa carçımız, Sağsağan
xəbərçimiz (FKBH52).
Qədim türk dillərində (MK34, DTS142) kiçik zabit, komandir, sonralar, yəni “Dədə
Qorqud” dastanında, habelə Nəsiminin dilində gözətçi, qapıçı, qarovulçu mənalarında işlənmişdir:
Qapıçılar səni görmədi, çavuşlar səni tuymadı. Əzraili nə çavuş gördü, nə qapıçı (DQ80).
Hazırda xalq dilində sözgəzdirən, arada söz yayan mənasında işlənən çouş sözünün çavuş
sözündən törəmə olması inandırıcı görünür [62, 110].
Sinək – milçək: Kərim babaya bu sözün bir sinək vızıltısı qədər təsiri olmadı (AŞG19).
Çağdaş Azərbaycan dilində fəaliyyət göstərməyən sinək sözü tarixən türk dillərində milçək
mənasında işlənmiş (MK III 367 DTS 500), müasir türk dilində, yəni Türkiyə türkcəsində normal
işlənmə tezliyinə malikdir.
Qədim türk dillərində (DTS 500), (MK III 367) həmin mənada işlənmiş sinək sözü bu gün
Azərbaycan türkcəsində tamamilə arxaikləşə də, müasir türk dilində işlənməkdədir.
Tütün – tüstü: Od tutub yandı, sərbəsər bütünü, Buluda çıxırdı qapqara tütünü (AKUƏA33).
Qədim türk abidələrində tütün – tüstü mənasında işlənmişdir (MK I 390, Rad. II 1571, DTS
601).
Ətmək– çörək: Ac və susuz olduğundan ondan su və ətmək istədim. O isə bana bir parça
quru ətmək verdi (AŞG110). Qədim türk dillərində ətmək çörək mənasında qeydə alınmışdır (MK I
426, DTS188).
Köks – sinə: Bir məcburi ah köksünü qabartdı, iki damla yaş yanaqlarını islatdı (AŞG98).
Klassik Azərbaycan dilində və qədim türk dillərində (MK I 230, DTS 313) köks sinə mənasında
işlənmişdir.
Aş – yemək, xörək: Bişdi növ-növ, çilov-çilov şilə, aş, Zorba qulplu qazan dolu bozbaş
(AKUƏA40); Keçdi tez yuxarı başa, Yanaşdı dolmaya, aşa (AŞƏ165).
Dügün – toy: Qaval, zurna çalındı, qızdı dügün,Bu böyük hörmət idi Səftər üçün (AŞG76).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
210
Eşik – çöl, bayır, həyət: Gecələr sabaha kimi yatmayan evi, eşiyi qoruyan mən oluram
(FKBH).Özü ahəstə bir durub getdi,Eşiyə çıxdı, qayadan endi(AKUƏA33);Eşik sözü
abidələrimizdə və klassiklərimizin əsərlərində çöı, həyət mənasında işlənmişdir: Beyrək aydır:
Sagdə oturan sağ bəglər, solda oturan sol bəglər eşikdəki inaqlar...(DQ, 57);Mən sənin bir kəminə
çakərinəm,Eşiyində qulami-kəmtərinəm (F253).
Nümunələrdə verilən tütün (tüstü), ətmək (çörək), aş (yemək, xörək), dügün (toy), eşik (çöl,
bayır, həyət) sözləri qədim türk dillərində (DTC), habelə “Kitabi-Dədə Qorqud” dastanında,
Azərbaycan klassiklərinin əsərlərində müstəqil şəkildə işlənmişdir [5, 97]. Aş, eşik, sözlərinə isə
müasir dövrdə dialekt və şivələrdə, ümumxalq danışıq dilində, habelə bədii əsərlərin dilində də rast
gəlmək olur.
Sifətlərlə ifadə edilmiş arxaik sözlər: ari, yeg, ulu.
Arı-təmiz, saf, pak: Tökübdür üzünə qara tellərin, Yuyub tərtəmiz, ap-arı əllərin (FKBH56).
Bu sözə dilimizin ilk yazılı abidəsi olan “Dədə Qorqud”da, başqa klassiklərimizin dilində də
geniş rast gəlinir:
Ari su toxuna tər olarsən, Teldən dəxi dərbədər olarsən [2, 77]. Qalın oğuz bəyləri, Ari
sudan abidəst aldılar (DQ50); Zatində adəmin dəxi ari göhər gərək (N86).
Azərbaycan dili dialekt və şivələrində də ari sözünə təmiz, saf mənalarında rast gəlinir.
Aydan ari, sudan duru (Atalar sözü).
Ulu – böyük, yüksək, uca: Türk oğlusan, əcdadın ulu, canlı sərəfraz, İştə vətəndir a quzum!
Şanlı bu Qafqaz (AŞG57); Könlüm açıldı yenə gördüm səni, Ey ulu əcdadımızın mədfəni (AŞƏ12).
Ulu sözü yazılı abidələrdə və klassiklərin dilində də böyük mənasında işlənmişdir. Ulu toy
elə, hacət dilə! (DQ35); Qamu pərdə çalındım, bu ulu bəyanə gəldim (N105); Ulular səndən etməyə
ikrah, Ömür, əlbəttə, asiyi-dərgah (F255).
Azərbaycan dilinin dialekt və şivələrində ulu sözünün işlənməsinə baxmayaraq, müasir
ədəbi dilimizdə yalnız bəzi birləşmələrdə (Ulu babalar, ulu tanrı) qalmışdır.
Yeg/yey – yaxşı, üstün; çox (DTS252); Yüksəl göyə yeg qədər qalırsan, Səy eylə ki, bihünər
qalırsan (AŞG58); Aman, bəni evinə al, pimbər olsun yar, Bu yeyligi bən unutmam yerim ölüncə
məzar (AŞG231); Səlaməleyk səy bəylər, Bir-birindən yey bəylər (FKBH78).
Yaxşı mənada işlənən yeg/yey sözü qədim türk dillərində (DTS, 252), eləcə də “Kitabi-Dədə
Qorqud”da işlənir: anda babam yanında minnətsiz qalmaq yegdir! Dialektlərdə də yey/yeg şəklində
rast gəlirik [1, 242].
Əvəzliklərlə ifadə edilmiş arxaik sözlər: bən, iştə.
Bənim kibi kişinin öylə də arvadı gərək olsun, - diyə cavab verdi (AŞSƏ19); İştə vətəndir, a
quzum (AŞG20).
Zərflərlə ifadə edilmiş arxaik sözlər:
İkindi – günün ikinci yarısı, günortadan sonra: İkindi çağı idi, obada “Dursunu ayı basmış” –
deyə səs qopdu (AŞ350); İkinti vəqti idi, məktəb şagirdləri dərsdən azad olmuşdular (AKUƏA177).
Qədim türk dillərində (MK 140, DTS 206) işlənən bu sözə M.F.Axundovun
komediyalarında təsadüf olunur [5, 119]. Müasir dövrdə dialektlərdə və xalq dilində bu söz ilkindi
şəklində özünü göstərir [1, 234].
Köməkçi nitq hissələrindən-qoşmalardan ibarət arxaizmlər: kibi.
Hərəmiz müzəffəl bir ordu, bir qala, bir iqlim olmağa yürür kibi qoşuruz (AŞG58).
Qaç – kəmiyyət mənalı, neçə, bir neçə: Uzaqda bir təpə döşündə bir qaç alaçıqdan ibarət oba
görünürdü. Kəndə yaxınlaşdıqca bir qaç kəndli qadın və bir nəfər ixtiyar kişi bizi istiqbal etdi
(AŞG9).
Azərbaycan dili yazılı abidələrində qaç qeyri-müəyyən – bir neçə sayının mənasını ifadə
etmişdir: Av avladılar, quş quşladılar, Ol qırx namərdin bir qaçı oğlanın yanına gəldi (DQ 12).
Feillərdən ibarət arxaizmlər
Arınmaq – təmizlənmək; Soyunub paltarın suya cumdu, Yuyunub, arınıb təmiz oldu
(AKUƏA25); Bulmaq – tapmaq, əldə etmək: Atlını bulmuş hər at çaparaq, Bir-birindən cidarları
qaparaq (AŞG79).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
211
Bulmaq feili tapmaq mənasında uzun müddət abidələrin və klassiklərin dilində işlənmişdir.
Hal-hazırda müasir türk dilində geniş işlənir. Azərbaycan dili üçün isə arxaikləşmişdir.
Yürmək/yürümək – tez-tez gəzmək, getmək: Gəldi bədəni-zəifə qüvvət, Oldu yürmək də
başqa adət (AŞG58); Hərəmiz müzəffər bir ordu, bir qala, bir iqlim olmağa yürür kibi qoşuruz
(AŞG58); Yürü (mək) feilinə abidələrdə tez-tez rast gəlmək olur: Babanı ol qırx namərddən
qurtargıl, yürü, oğul (DQ17).
Qədim türk dillərində getmək mənasında işlənmiş bu felin izləri bu gün xalq danışıq
dilindəki yüyürmək feilində mühafizə olunmuşdur. İlkin formasında isə, yəni yürümək formasında
bu feil artıq arxaizmlər sırasındadır [5, 130].
Qonmaq – oturmaq, yerləşmək, məskunlaşmaq: Qonağı qondurub qoyub səf-səf, Aldı tülkü
əlinə bir yekə dəf. (AKUƏA33).
Qonmaq feili oturmaq, yerləşmək, məskunlaşmaq mənalarında tarixən geniş şəkildə
işlənmişdir: (DTS,455); Kimin ki, oğlu-qızı yox, qara otağa qondurun, oğlu olanı ağ otağa, qızı
olanı qızıl otağa qondurun (DQ7).
Qonmaq feilinin tarixən həmin mənalarını özündə saxlayan qonaq sözü də qədim türk
dillərində qeydə alınmışdır (DTS, 445). Azərbaycan dilində də öz fəaliyyətini saxlayır.
Darılmaq – incimək, narahat olmaq: Ayrım qızı bir yandan Kərim babanın cocuq işlərindən
və gününü lüzumsuz işlərlə keçirməsindən darılırdı. Pədərim isə: “Ay dəli, çöllükdür, darılma,
bunun da bir ləzzəti var” – deyə validəmə təsəlli və təskin edirdi (AŞG32). Müasir Azərbaycan
ədəbi dilində arxaikləşmiş darılmaq felinə tarixən ədəbi dil materiallarında təsadüf olunur [6, 72].
Bu gün isə yalnız bəzi dialekt və şivələrimizdə mühafizə olunmuşdur [1, 174].
Uzaşmaq – getmək, uzaqlaşmaq: Düşdülər yola, tez uzaşdılar, Çıxdılar dağa yalı aşdılar
(AKUƏA23).
Uzaşmaq feilinə yazılı abidələrimizdə təsadüf olunmur, lakin bu feilin aydın quruluşuna
əsaslanaraq deyə bilərik ki, onun kökü uz sözüdür. Müasir Azərbaycan dilində uzaq sözünün kökü
və nağıllarımızda işlənən “az getdilər, uz getdilər, dərə-təpə düz getdilər...” şablonunda təkrar
olunan başlanğıc hissədə) uz sözü kök olaraq qorunmuşdur. Uzaq zərfinin kökü də fikrimizcə, uz
kökü ilə əlaqəlidir: hər iki vəziyyətdə məsafənin çox uzaqda olması məzmunu özünü göstərir.
Fonetik baxımdan qismən arxaikləşmiş sözlər
Kömlək – köynək: Yemək əsnasında bir loqma təamından yeyər, bir löqmə dəxi gömləginin
qolu içində pünhan edər (AŞG110); Çağırın bu şəxsi evdən çıxsın və istədiyi qərarda qızıl, gümüş
verib əgnindəki kömləgini satın alın və çıxardın (RƏBƏ67).
Abidələrimizdə kömlək sözünə rast gəlinir: Məgər Beyrək buna bir kömlək bağışlamış idi,
geyməzdi, saxlardı. Vardı kömləgi qanə-qunə batırdı (DQ93).
Müasir Azərbaycan ədəbi dilində kömləgin daha sadə şəkli olan köynək sözü sabitləşsə də,
qərb qrupu dialektlərində, xüsusən yaşlı adamların danışığında təsadüf etmişik.
Söz önündə y səsinin işlənməsi: yürək, yigid, yüz, yıldırım. Gözlərim həp qaralır, həm
yürəgim də döyünür (AŞG89); Qorxmayın, həp yigidlər qalxışınız, Fırtına, dağlarla çarpışınız
(AŞG103); Əcəl tozu qucaqlayıb yüzünü, Həsrət ilə dolandırır gözünü (AŞG189); Bir başa yıldırım Dostları ilə paylaş: |