orfoqrafiya lüğətlərin nəşrlərində qiymətli bir vəsaitdir.
Vəli Xuluflu “İmla lüğəti”nin tərtibini hazırlayarkən, özünün də qeyd etdiyi kimi, mübahisə
doğuran məsələləri nəzərə almışdır. Fonetik prinsipə əsaslanılan lüğətdə ahəng qanununa riayət
edilmişdir. Lüğətdə ərəb və fars dillərindən alınan sözlərin bəziləri xalq dili tələffüzündə olduğu
kimi verilmişdir. Avropa alınmalarının yazılışına əməl olunmuşdur. Onu da qeyd edək ki, lüğətdə
verilmiş arxaik sözlər hazırkı orfoqrafiya lüğətində əksini tapmamışdır.
Azərbaycan dilinin ikinci orfoqrafiya lüğəti yenidən işlənərək 1940-cı ildə çap olunmuşdur
[4]. Lüğətin hazırlanmasında Nizami adına ƏDƏBIYYAT və Dil institunun əməkdaşları
Ə.Babazadə, D.Quliyev, Y.Əliyev və C.Əfəndizadə iştirak etmişlər. Kitabın əvvəlində orfoqrafiya
qaydaları haqqında məlumat da öz əksini tapır.
1958-ci ildə əvvəlki orfoqrafiya qaydalarında dəyişiklik edilmiş, orfoqrafiya lüğəti həmin yeni
qaydalar əsasında bir daha nəzərdən kecirilmiş, bəzi maddələrdə dəyişikliklər edilərək
dəqiqləşdirilmiş və yenidən tərtib olunmuşdur.
Orfoqrafiya lüğəti üçüncü dəfə 1940-cı ildə cap olunmuş lüğəti əsasında hazırlanaraq 1960-cı
ildə nəşr olunmuşdur [5]. Həmin lüğət B.Abdullayevin və N.Rəhimzadə tərəfindən
təkmilləşdirilərək sözlərin sayı 40 minə çatdırılmışlar. Lüğətdə əlavə olaraq coğrafi adlar, şəxs
adlarıda əlifba sırası ilə verilmişdir. 24 bənddən ibarət lüğətin quruluşu haqqında məlumat
göstərilmişdir.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti” 1975-ci ildə artırılmış və təkmilləşdirilmiş formada 3-
cü nəşri çap olunmuşdur [6]. Burada da qaydaların bəzi maddələrində dəyişikliklər edilmişdir.
Lüğətin tərtibçiləri B.Abdullyev və N.Rəhimzadədir. Lüğət Azərbaycan SSR Nazirlər Sovetinin
1958-ci il 24 iyul tarixli və 1959-cu il 6 aprel tarixli qərarları ilə təsdiq olunmuş, “Azərbaycan
dilinin orfoqrafiya qaydaları” na uyğun şəkildə tərtib edilmişdir. Lüğətdə 58 minə yaxın söz
verilmişdir.
Lüğətə bəzi ümumişlək sözlərin düşməməsi, mənası başa düşülməyən ərəb mənşəli sözlərin
verilməsi, süni, qondarma yolla yaranan sözlərin verilməsi, məhəlli sözlərin verilməsi və s. bu kimi
qüsurların olması müxtəlif mətbuat səhifələrində göstərilmişdir. Bütün bu nöqsanlar lüğətin növbəti
5-ci nəşrində nəzərə alınmış, əlavə sözlərlə zənginləşdirilmişdir.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 5-ci nəşri 2004-cü ildə işıq üzü görmüşdür.
1975-ci il lüğəti ilə 2004-cü il lüğəti arasında 30 ilə yaxın bir vaxt keçmişdir.
2004-cü il lüğəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli
qərarı ilə “Azərbaycan dilinin orfoqrafiya qaydaları” əsasında latın qrafikalı əlifba ilə hazırlanmış
ilk lüğətdir. Lüğətə əvvəlki nəşrdə olmayan 18 minə yaxın söz daxil edilmişdir. Ümumilikdə
lüğətdə 80 minə yaxın söz verilmişdir.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin bu nəşrindəki qaydalar Azərbaycan
Respublikasında dövlət dili haqqında “Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2013-cü il tarixli Fərmanına uyğun olaraq
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
223
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırıldıqdan sonra Nazirlər
Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmişdir [7].
2004-cü ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin tərtibçiləri Nəsimi adına
Dilçilik İnstitunun əməkdaşları: İ.Məmmədli, A.Ələkbərov, B.Abdullayev, N.Seyidəliyev və
N.Xəlifəzadədir. Redaktoru isə A.Axundovdur.
Lüğət həmçinin Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 10 mart 2004-cü il tarixli
qərarı ilə təsdiq edilmişdir.
Lüğətin orfoqrafiya qaydalarında saitlərin və samitlərin yazılışı, şəkilçilərin yazılışı, mürəkkəb
sözlərin yazılışı, köməkçi sözlərin yazılışı, birinci hərfi böyük yazılan sözlər, abreviaturlar və s.
başlıqlar geniş şəkildə şərh edilmiş və bu 36 bənddə əks olunmuşdur.Lüğətin quruluşu isə 27
bənddən ibarətdir.
Onu da qeyd edək ki, lüğət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqinda” 12 yanvar
2004-cü il tarixli sərəncamı ilə nəşr olunmuşdur.
Lüğət haqqında müxtəlif mətbuat səhifələrində bir neçə müsbət rəy yazılmış və bununla
yanaşı, bəzi iradlar və təkliflər də bildirilmişdir. Bütün bunlar araşdırılaraq nəzərə alınmış, mərhum
B.Abdullayevmüstəsna olmaqla həmin müəlliflər tərəfindən yenidən
təkmilləşdirilərəkgenişləndirilmiş halda 2013-cü ildə 25 min tirajla nəşr olunmuşdur. Bu,
orfoqrafiya lüğətinin 6-cı nəşridir [8].
Nəfis tərtibatda nəşr olunan lüğət üç cərgədə verilərək Azərbaycan dilinin 110 mindən artıq
sözünü əhatə edir.
Lüğətdə ilk dəfə olaraq sözlərin axtarış cədvəli verilmişdir ki, bu da sözlərin daha asan
tapılmasında oxuculara kömək edir.
Lüğət ulu öndər Heydər Əliyevin aşağıdakı kəlamı ilə başlayır: “Hər bir xalqın milliliyini,
mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.”
Kitabın sonunda əlavə olaraq Azərbaycan Respublikasının coğrafi adları, dünya üzrə bəzi
coğrafi adlar, həm Azərbaycanda, həm də dünyada daha cox işlənən şəxs adları, respublikamızda
olan idarə və təşkilat adları, beynəlxalq təşkilat adları, dünya ölkələrinin pul vahidləri də
verilmişdir.
Lüğət olduqca zəngin, geniş və əhatəlidir, çünki son illərdə dilimizə keçən söz və terminlər də
oraya daxil edilmişdir. Doğrudur,bu lüğət haqqında da respublikanın qəzet və jurnallarında
mütəxəssis və oxucuların məqalələri dərc olunmuş, bəzilərinin təklifləri də irəli sürülmüşdür.
Həmin təkliflər də, şübhəsiz ki, növbəti 7-ci nəşrdə nəzərə alınacaqdır.
Ənənəvi olaraq hər bir lüğətdə qayda-qanuna əməl olunur, nitq hissələri haqqında məlumat
verilir, mənası vurğu ilə dəyişilən sözlərin üzərində vurğu işarəsi qoyulur, mənası məlum olmayan
bəzi söz və terminlərin qarşısında qısa izahat və ya üslubi işarələr verilir.
Lüğətlərdə bir qayda olaraq sadə, düzəltmə, bitişik və defislə yazılan mürəkkəb sözlər verilir.
Ayrı yazılan mürəkkəb feillər isə lüğətdə verilmir.
ƏDƏBIYYAT
1. Babayev A. Türkoloji birlik səsi, Bakı, 2006.
2. Həsənov H. Azərbaycan lüğətçiliyinin nəzəri əsasları, Bakı, 1999.
3. Xuluflu V. İmla lüğəti, Bakı, 1929.
4. Azərbaycan dilinin orfoqrafiya lüğəti, Bakı, 1940.
5. Azərbaycan dilinin orfoqrafiya lüğəti, Bakı, 1960.
6. Azərbaycan dilinin orfoqrafiya lüğəti, Bakı, 1975.
7. Azərbaycan dilinin orfoqrafiya lüğəti, Bakı, 2004.
8. Azərbaycan dilinin orfoqrafiya lüğəti, Bakı, 2013.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
224
SalayevaF.
Problems on Azerbaijan orthographic dictionaries
Summary
The presented article dedicated to the Azerbaijan language’s orthographic dictionaries
published till present day. Firstly, it is informed about I Turkological Congress hold in 1926.
In the congress reports concerning orthographic dictionaries published during 90 years since
I Turkological Congress are mentioned, their positive and negative features are emphasized.
Key words: Azerbaijani, I Turkological Congress, representative, orthographic
dictionary.
Hüsniyyə Çobanova
Heydər Əliyev adına AAHM-in baş müəllimi
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantı
cobanovahusniyye@gmail.com
GÜRCÜSTAN ƏRAZİSİNDƏ SÖZDÜZƏLDİCİ ŞƏKİLÇİLƏRİN BİRLƏŞMƏSİ
NƏTİCƏSİNDƏ YARANAN TÜRKKÖKLÜ ETNOTOPONİMLƏR
Azərbaycan-Türk dilinin lüğət tərkibindəki ümumi sözlərin müəyyən hissəsini kök sözlərdən
ibarət olan sadə isimlər təşkil edir. Bu qrup sadə isimlər dilin əsas lüğət fondunu yaradır, həm də
dilimizin morfoloji və sintaktik üsulla yeni sözyaratma bazasını müəyyənləşdirir. Başqa sözlə
desək, dilimizin lüğət tərkibindəki mövcud isimlərin geniş bir hissəsi semantik baxımdan yeni
məzmun kəsb edərək xüsusi adların (şəxs, yer-yurd, su adları və s.) yaradır. Yəni, kök sözlə leksik
şəkilçilərin morfoloji üsulla birləşməsindən ibarət olan sayı-hesabı bilinməyən düzəltmə sözlər
meydana gəlir.
Biz isə bu tədqiqat işində ümumilikdə düzəltmə sözlərdən yox, bir qrup morfoloji üsulla
düzələn etnotoponimlərdən (etnooykonimlərdən) bəhs etməyi nəzərdə tutmuşuq.
Gürcüstan ərazisindəki mövcud etnotoponimlər, oykonimlər (yaşayış məntəqələrinin
adlarını bildirən onomastik vahidlər) və oronimlər (müxtəlif ərazilərin-dağların, təpələrin,
düzənliklərin adlarını bildirən onomastik vahidlər) olmaqla iki qrupa bölünür. Burada isə, yalnız
morfoloji üsulla düzələn etnooykonimlərin linqvistik xüsusiyyətlərinə nəzər salınacaqdır.
Azərbaycan dilinin zəngin lüğət tərkibində mövcud olan söz köklərinə-əsaslarına müxtəlif
leksik şəkilçilərin artırılması nəticəsində yeni sözlər əmələ gəldiyi kimi, Azərbaycan
toponimiyasında, xüsusilə, onun etnotoponimlər (etnooykonimlər, etnooronimlər) sistemində
mövcud olan ayrı-ayrı etnonimlərə (ailə-nəsl, tirə, qəbilə, tayfa, xalq, millət) ədəbi dilimiz üçün
səciyyəvi olan müxtəlif leksik şəkilçilərin artırılması yolu ilə müxtəlif etnooykonimlər (yaşayış
məntəqələrinin adları) və etnooronimlər (ölkədə və ya onun bir ərazisində olan müxtəlif dağların,
təpələrin, düzənliklərin və s. adları) düzəltmişdir.
Qədim tarixi mənbələrin verdiyi məlumata görə Azərbaycan türklərinin Gürcüstan
ərazisində məskənləşməsi tarixi quldarlıq ictimai-iqtisadi formasiyasının son əsrlərinə, feodalizm
ictimai-iqtisadi formasiyasının isə erkən dövrünə (erkən orta əsrlərə) təsadüf edir. Bunu tarixi
sənədlər də təsdiq edir.
Türkdilli tayfaların Gürcüstanın cənub-şərq ərazisinə, o cümlədən Borçalıya erkən əsrlərdən köçüb
(V-X əsrlər) məskənləşməsi də tarixi sənədlərdə qeydə alınmışdır.
Sonrakı dövrlərdə də Azərbaycan türklərinin həmin əraziyə köçməsi halları olmuşdur.
Tarixdən məlumdur ki, XI əsrdən oğuz-səlcuq türkləri kütləvi şəkildə Zaqafqaziyaya gəlib, qısa
vaxtda, demək olar ki, Zaqafqaziya ərazisində, o cümlədən Kartlidə (Şərqi Gürcüstanda)
məskənləşirlər. Həmin dövrün gürcü mənbələrində, xüsusilə “Davitis istorinkosi”də (çar IV
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
225
Davidin tarixi) Gürcüstanın iki yerə bölündüyü qeyd olunur: Türklərin məskunlaşdığı ərazi Didi
Turkoba (böyük türklük), gürcülərin yaşadığı ərazi isə Kartveloba adlanır.
Həmin dövrdə Gürcüstan ərazisində türk tayfalarının kütləvi şəkildə oturaq həyat keçirməsi
prosesi başlanır və gürcüstan ərazisinin türkləşməsi təhlükəsi yaranır [12.366].
Yuxarıda qədim gürcü mənbələrində adları qeyd olunan türkdilli tayfaların gah bun türk (III-
VI əsrlər), gah hun (IV-VI əsrlər), gah onoğur (V əsr), gah xəzər (VII-IX əsrlər), gah qədim qıpçaq
(VI-VIII əsrlər), gah yeni qıpçaq (XI əsr), gah oğuz-səlcuq (XI əsr) adlandırılmasından görünür ki,
türkdilli müxtəlif tayfalar və tayfa birlikləri Gürcüstana bir-birinin ardınca müxtəlif dövrlərdə
gəlmiş və məskənləşmişlər. Bütün bu tayfalar isə Azərbaycan xalqının etnogenezisində yaxından
iştirak etmişlər. Tədqiqata cəlb olunan etnotoponimlərə dərindən nəzər saldıqda məlum olur ki,
etnotoponimlərin (etnooykonimlər və etnooronimlər) də düzəltməsi və yaranması, inkişaf etməsi,
hər şeydən əvvəl, Azərbaycan dilinin daxili inkişaf qanunlarına və dildə mövcud olan digər müvafiq
qaydalara və modellərə əsaslanır.
Dilimizdə morfoloji üsulla yeni sözyaratma mümkün olduğu kimi, sadə kök sözə-etnonimə
müxtəlif leksik şəkilçilərdən birinin artırılması ilə etnotoponimlər (etnooykonimlər, etnooronimlər)
düzəlir.
ABDALLI (Avdallı) – Qədim Borçalının Bağ bölgəsinin Bolulus (indi Bolnisi) rayonunda
qədim türk kəndinin adı olub. Maşaver çayının sol sahilində, rayon mərkəzindən 11 km günbatarda,
Tiflis-Bolnis-İrəvan avtomobil yolunun kənarında, dəniz səviyyəsindən 620 m yüksəklikdə yerləşir.
Sön illərdə, çox təəssüflər olsun ki, Abdallının adı dəyişdirilib, gürcü dilində “Cavaxi”
qoyulub. Əhalisi 1000 nəfərə yaxındır. Kənddə Azərbaycan məktəbi 1927-ci ildə yaradılıb. Kəndin
yaxınlığında qaya üstündəki qədim qalanı Koroğlu qalası adlandırırlar.
Abdallı kəndinin adı “avdal” və ya “Abdal” etnonimi ilə bağlıdır. Azərbaycanda bu etnonim
ilə bağlı bir sıra oykonimlər vardır. O cümlədən, Ağdam rayonunda Abdal, Tovuz rayonunda
Abdal, Oğuz rayonunda Abdallı, Xanlar rayonunda Çoban Abdallı adlı kəndlər vardır[1.128]
Qəbələ rayonunda Mis Abdallı, Qubadlı rayonunda Abdalanlı, Şimal-Qərbi Azərbaycanda (indi
Ermənistanda) , xüsusilə sabiq İrəvan xanlığının Qəripbasar və Qırxbulaq mahalında Avdallar adlı
kəndlər vardır. Həmçinin Azərbaycanın qədim və dilbər guşəsi olan və hazırda düşmən-erməni
qəsbkarlarının əsarətində olan Laçın şəhəri də 1923-cü ilə qədər Avdallar adlanmışdır. (Mənbələrin
verdiyi məlumata görə, Avdal qədim türk tayfalarından biri olmuşdur).
Qərbi Azərbaycanın (indi Ermənistan) İrəvan xanlığının ərazisində 1590-cı ilə aid
mənbələrdə Abdallar adlı geniş əkin sahəsi və kənd adı olub. Bədnam Türkmənçay müqaviləsindən
dərhal sonra, yəni 1828-1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət olan əhalisi
qovulduqdan sonra kənd dağıdılmışdır. Bu kəndin adı “Abdal” (avdal) etnonimi-tayfa adı əsasında
təşəkkül etmişdir. Onu da qeyd edək ki, “Abdal” adlı tayfa Borçalı Qarapapaqları, türkmənlər,
qazaxlar və başqa türk xalqları arasında da olub. 1727-ci ilin mənbələrində Dağlıq Qarabağın
Vərəndə mahalında da Abdal adlı etnonim və etnooykonim olub [1.103].
Böyük Qafqaz dağlarının yamaclarında – Naxçıvan ərazisində Avdal dağı (oronimi), Araz
çayı vadisində və Azərbaycanın digər bölgələrində də bir neçə Avdal yurdu, Avdal ocağı deyilən
yerlər qeyd olunmuşdur. Həmçinin, Türkiyədə, Əfqanıstanda, Qaraçay və Balkarlarda, İraqda Avdal
etnonimi ilə bağlı bir çox abidə və kəndlər mövcuddur. Bu isə “avdal” tayfasının qədim zamanlarda
əsrlər boyu köçəri həyat keçirməsi və müxtəlif tayfalar tərəfindən sıxışdırılması ilə əlaqədardır.
Avdal sözünün ümumi mənası “ovu qoruyan, ova arxa olan” türkdilli xalqların mifologiyasında
deyildiyi kimi “ov tanrısı” deməkdir. Klassik Azərbaycan şairlərindən Nəsimi, Şah İsmayıl Xətayi
də avdal tayfasından olmuşlar.Həmçinin, Türkmənistanın Xosambar rayonunda da “avdal” etnonimi
ilə düzələn oba vardır [2.13].
Abdallı - Azərbaycan-türk dili üçün səciyyəvi olan “Abdal” etnonimi Orta Asiya türklərinin
toponimikasında “Abdal” variantında sabitləşmişdir [2.87]. Həmçinin bu etnonim Türkmən
toponimikasında və Başqır toponimikasında “Abdal” variantlarında qeydə alınmışdır [8.53].
Özbəkistanda da “Abdal” etnonimi geniş şəkildə yayılmış və onlarla etnooykonimin yaranması
üçün əsas olmuşdur [11.16.]. Həmçinin, X-XII əsrlərdə Başkir etnoniminə dördüncü qohum-nəsl
layında “Abdal” variantında “Abdal” etnoniminin adı da qeyd olunmuşdur[10.18].
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
226
SARACLI – Tiflis quberniyasının qədim bağ Borçalısının Güney tərəfindəki dağların
ətəyində – Bolulus bögəsində (indiki Bolnisi rayonunda), Sağsağan çayın sağ sahilində, rayon
mərkəzindən 22 km şərqdə, dəniz səviyyəsindən 510 m yüksəklikdə yerləşən kənd adıdır. Bu
oykonim mənbələrin verdiyi məlumata görə , Qazax elinə məxsus olan “saraclı” tayfa adı əsasında
təşəkkül tapıb. Orta əsrlərdə osmanlıda tayfalardan biri Saraclı olub. Həmçinin, Tiflis əyalətinin
Dəmirçi Həsənli nahəyəsində də Saraclı adlı kənd olub [4.160]. 1831-ci il mənbələrinə görə Qazax
eli iki hissədən: Çobankərə və Qarapapaxlardan ibarət olub. Çobankərə tayfasının bir qolunu da
“Saraclı” tayfası təşkil etmişdir[5.72]. Gürcüstan hökumətinin qeyri-tarixi və qeyri-milli siyasəti
nəticəsində 1992-ci ildə Saraclı kəndinin adı dəyişdirilib – gürcü dilində “Mamxuti” adlandırılıb.
Əhalisi 3841 nəfərdir. Kənddəki Azərbaycan məktəbi 1919-cu ildən fəaliyyət göstərir. Akademik
Zahid Xəlilov professorlar Abdulla və Həmdulla Mehrabovlar, ustad aşıq Hüseyin Saraclı və b. Bu
kəndin yetirmələridir.
Azərbaycanın Ağdam rayonunun Ağdamkənd sovetliyində və Gəncəli kənd sovetliyində
Saraclı adlı iki yaşayış məntəqəsi-etnooykonim-kənd vardır [6.19-20].Güman ki, bu kəndlərin adı
da “Saraclı” tayfa adının müəyyən dərəcədə səsdəyişməsi, yəni, “a” -“ı”, “ç”-“c” sait “a” səsinin
artması və “-lı” leksik şəkilçisinin (sözdüzəldici şəkilçinin) artırılması ilə düzəlibdir. Deməli,
“saraclı” etnonim olduğu kimi “sarıcalı” da etnonim funksiyasını yerinə yetirəcək etnooykonim
düzəlmişdir.
TƏKƏLİ – Tiflis quberniyasının Tiflis əyalətinin Ağcaqala nahiyəsində Təkəli yaşayış
məntəqəsinin Aran bölgəsinin sabiq Borçalı mahalında (indiki Marneuli) kənd adı olub. Bu kənd
rayon mərkəzindən 27 km cənub-şərqdə, Marneuli-Sınıqkörpü avtomobil yolunun kənarında, dəniz
səviyyəsindən 310 m yüksəklikdə yerləşən qədim bir türk kəndidir. Əhalisi 1750 nəfərdir. Kənddəki
Azərbaycan məktəbi 1924-cü ildən fəaliyyət göstərir. Tarixdə “Təkəli”lər döyüşkən və mübariz
tayfa kimi şöhrət tapmışlar. Heç də təsadüfi deyil ki, XIX əsrdə və XX əsrin əvvəllərində təkəlilərin
xələfləri bir çox məşhur hərbçilər, o cümlədən, generallar nəsli yetirmişdir.
“Təkəli” – qədim Botçalının Aran bölgəsində məskunlaşmış ən böyük tayfalardan biri olub.
Bu oykonim təkəli etnonimindən əmələ gəlmişdir. Oğuz-türkmansoylu Təkəli tayfasının,
qıpçaqların Tək (təkə) tayfasının və ya Qızılbaşların Təkəli tayfasının adını xatırladır. Təkəlilər
Səfəvilər dövründə Azərbaycanda güclü türk tayfa birləşməsindən biri olmuş, saray münaqişələri ilə
əlaqədar olaraq qiyamlar etmişlər. Kəndin qədim məzarlığında at, qoç abidələri indi də qalmaqdadır
[6.37]. 1728-ci ildə tərtib olunmuş “Dəftəri-müfəssəli-əyaləti-Tiflis”də Borçalının Ağcaqala
nəhiyəsində yerləşən Təkəli oymağı (tayfa birləşmələri) və həmin ərazidə yerləşən hər kənddəki
ailənin miqdarı da göstərilir [9. 161.162].
MUĞANLI – Tiflis quberniyasının Qədim Borçalının Bağ bölgəsinin mərkəzi hissəsində
Bolulus (indiki Bolnisi) rayonunda (xalq arasında bu kənd) Bala Muğanlı adlanır. İndi kənd gürcü
dilində “Veneti” adlanır., əhalisi 1300 nəfərdən çoxdur. Marneuli rayonunda Böyük Muğanlı, Qaş
Muğanlı, Kirəc Muğanlı adlı kəndlər vardır. Başkeçid rayonunda Muğanlı (Dağ Muğanlı) 1990-cı
ildə azərbaycanlılar burdan qovulmuş və kənd “gürcüləşdirilmişdir” –M. Ç.). Saqareco (Qaraca
yurdu) rayonunda Yor Muğanlı, Qarayazı rayonunda Sartcala Muğanlı adlı kəndlər vardır. Muğanlı
etnooykonimi Azərbaycanda da geniş yayılmışdır. Ağdam, Ağcabədi, Bərdə, Qazax, Qubadlı,
Zaqatala, Zəngilan, Kürdəmir və Şamaxı rayonlarında Muğanlı; Çirvan şəhərində Muğan adlı şəhər
tipli qəsəbə; Biləsuvar rayonunda Muğan adlı qəsəbə, Sabirabad rayonunda Muğan Gəncəli,
Naxçıvanda Muğancıq mehrab, Muğanlı Müslüm adlı kəndlər vardır [1.183]. Yuxarıda adı qeyd
olunan etnooykonimlərin hamısı “Muğ” və ya “Mağ” (tayfa adı) etnonimləri əsasında təşəkkül
tapmış “muğanlı” tayfa adə ilə bağlıdır. Bütün bunlar göstərir ki, Azərbaycan xalqının
etnogenezində “muğ” və ya “mağ” tayfaları böyük rol oynamışdır.
Tarixi Azərbaycan ərazilərində geniş yayılmış “Muğanlı”lar şahsevən tayfa birliyinin ən
böyük qollarından birini təşkil edir.
IX-XI əsrlərdə ərəb dilində yazılmış bir sıra tarix və coğrafiya kitablarında, o cümlədən.
“Hüdud-əl aləm” əsərində Muğan, Qəbələ və s. toponimlər qeydə alınmışdır ki, həmin toponimlər
indi də Azərbaycan və gürcüstanın bir sıra rayonlarında yaşamaqdadır.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
227
1728-ci ildə tərtib olunmuş “Dəftəri-müfəssəli-əyaləti-Tiflis”də Gürcüstanın ərazisində
mövcud olmuş Muğanlı tayfasının adı ilə bağlı bir neçə Muğanlı kəndinin adı da qeydə alınmışdır.
Məsələn, Baydar nahiyəsində Muğanlı (23), Dəmirçihəsən uluslarından Kəpənəkçi adlı yerdə
Muğanlı camaatı (31), Muğanlı Əhməd camaatı (18), Ağcaqala nəhiyəsində Ərəbli oymağının
İmamkəndi qışlağındakı Muğanlı camaatı (13), və s. göstərir ki, türklər-azərbaycanlılar bu bölgədə
çox qədim dövrlərdən məskunlaşmışlar.
Azərbaycanın Qubadlı və Zəngilan rayonlarında üç Muğanlı adlı kəndlər və Goruş
rayonunda isə Muğancıq (kiçik Muğanlı mənasında) həmçinin, Dərələyəz nəgiyəsində də Muğanlı
adlı kəndlər vardır.
Azərbaycanın Şirvan Şəhərini tabeliyində olan şəhər tipli qəsəbə də Muğan adlanır. [1.97].
MUĞAN – Qədim Borçalı bölgəsində mövcud olmuş bu oykonim “muğan”Etnonimi
əsasında yaranıb. [4.51] Məşhur Alman alimi İohans Markvartın araşdırmalarında VII əsrdə
mövcud olan Azərbaycanın qədim etnotoponimlərindən Bərdə, Gəncə, Muğan, Xalxalı, Qkqun
(Ağhun-M.Ç.), Tərtər və s. adı qetd olunub [3.142] (Həmçinin, B. Budaqovun araşdırmalarında o
cümlədən, “Azərbaycan paleotonimləri antik qaynaqlarda” (1986) adlı məqaləsində; [6.15.] B.
Budaqovun V. Aslanovla birgə yazdıqları B. Budaqovun qədim türkköklü“Türgen” (Türyançay),
“Qanıq”, “Bayan”, “Çanaqçı”, “Muğan”, “Çul”, “Qğhun” və s. etnonimlərin qədimliyi
araşdırılmışdır[2.51].
HUN – Dəmirçi Həsənli nahiyəsində məhəllə adı olub. Çox güman ki, ilk mərhələdə az bir
qrup “hun” tayfa nümayəndələri gəlib məskən salıb. Onlar azlıq təşkil etdiyinə görə, yerli kəndlər-
Dostları ilə paylaş: |