I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə61/88
tarix31.01.2017
ölçüsü2,74 Mb.
#7272
1   ...   57   58   59   60   61   62   63   64   ...   88

qəhrəmanın - ulduzun olmadığını ürək ağrısı ilə  dilə gətirir.  Şeirin sonrakı misralarında şair “süzər 

atım, yaydan  çıxıb sanki ox” deməklə, mübarizəyə hazır olduğunu, onun qarşısını heç kəsin ala 

bilməyəcəyini , özünü “yaydan çıxmış ox”la  müqayisə etdiyini görürük. Şair  şer boyunca  dana – 

gələcəyə, azadlığa, işıqlı  sabahın açılmasına doğru irəliləməkdədir, o şəhid məzarlarından keçərkən 

ehtyatlı olmağı tövsiyə edir. Buradakı  şəhid ruhlarının nigarançılığı onu qorxudur. Çünki bu 

şəhidlər  vətən uğrunda  qan töküb, can vermişlər. Şairin  özü ilə qurduğu daxili monoloq  şeir 

boyunca diqqəti  çəlb edir. “həmsöhbət  bir səs, bir rəy, bir ideal daşıyıcısıdırsa, auditoriya 

həmsöhbətlər çoxluğudur. Monoloq-hekayə əsas qəhrəman hekayəçi kimi çıxış edir, əsas hadisələr 

də  bütövlükdə onun dilindən nəql olunur”

[1,

 110]. 


Dana - azadlığa doğru yürüyən qəhrəman dağlarını, düzlərini azad görmək istəyir, orada 

insanların    xoşbəxt gələcəkləri  üçün  çalışır. İllər boyu əsir  düşmüş  xalqın  “dovşanlar” gəzən 

dağlarında aslanlar oylağının olmasını arzulayır. Lirik qəhrəman dana-azadlıq uğrunda vuraşmaq  

üçün and içdiyini bildirir, bu  davanın-vuruşun bir qan davası olduğunu   da bizə xatırladır.  

“Bitərmi düşmənlə bu qan davası ?” deyən qəhrəman başından keçməyə razıdır, amma yurdunun bir 

qarışından belə keçməyəcəyini bildirir. “Bəzən hadisələr müəllifin dilindən nəql edilir və 

qəhrəmanın səsi müəllif səsindən sonra daxili monoloq başlayır. Bəzən isə hadisələr müəllifin 

dilindən nəql olunsa da, müəllif səsi qəhrəman səsi ilə  qovuşur,  təhkiyənin xüsusi tipi - vasitəli 

nitq yaranır və daxili monoloq vasitəli nitq formasında olur”[2,74]. Şeirin sonuncu bəndində lirik 

qəhrəman arzusuna yetişib. O, azad olmuş xalqının  simvolu kimi xalqının   qəhrəman , şair oğlu 

Colpanı tapdığını bildirir. Onun simasında  azadlığı əldə edib, artıq  qəhrəman  gözlərinin “haqq 

nurundan qamaşdığını” deyir.  

B. Çobanzadə tatar xalğının  düşünən beyni kimi, qan yaddaşında babalarının ruhunu 

daşıyırdı. Tatar xalqının müstəqilliyi onun  bədii yaradıcılığının leytmotivini təşkil edirdi. Sənətkar 

hansı mövzuda yazmasından asılı olmayaraq, son  anda tatar xalqı ilə baş-başa qalır. Milli azadlıq 

problemi  sənətkarın təltəlşüurunda kök salan və onu narahat edən başqa problem idi. Ramız Əsgər 

yazır “ Tatar xalqının əsarət altında inləməsi, milli zülm və istisar onu son dərəcə üzür.Onu, “ yox 

imzaları imzalar içində” deyən Azərbaycanın nakam şairi M.Hadi ilə müqayisə edir” [3, 9] .                   

Millətlər yarışı başlandı çoxdan, 

Hər xalqın var orda ayğırı, atı. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



317

Zavallı tatarın duyulmur səsi, 

Zavallı tatarın yox orda adı. [3,10] 

B.Çobanzadə ulu keçmişı, Çingiz xan, Batı xan, Teymuru kimi qəhrəmanı olan bir  xalqın 

oğludur. Bütün bədii yaradıcılığı boyu  bu amma bu qürur hissi onun şeirlərində duyulmaqdadır. 

Keçmişi  yada salmaq,  müasir oxucusuna kimliyini xatırlatmaq B.Çobanzadə yaradıcılığından 

qırmızı bir lent kimi keçir. Şairi  sıxan künci-möhnətdə qalıb zar-zar ağlayan vətənin yaralarıdır. 

Şair “Keçmişdəki  suçlarımız” şeirində yazır: 

Yazıq tatar atdan düşüb şaşırmış, 

Üzün örtür səsin kısır, gfizlənir. 

Çingizi, Teymuru, Batını bilməm, 

Mən onları heç görmədim səslənir. [3,52]

 

Şairin  bədii yaradıcılığından söz açan R. Əskər yazır “Onu şeirlərində türk-tatar xalqıarının,  



çərkəzlərin timsalında milli taleyi  bizimlə bir olan Qafqaz müsəlman xalqlarının birliyi 

vurğulanır.(O, ərəblərə, farslara rəğbət bəsləmir və bunu gizlətmir) Çobanzadə bu birlik uğrunda 

ölməyə hazırdır” [4, 12]. 

Ədəbiyyatda  sətiraltı ifadələr, eyhamla danışmaq, orta əsr  şeirində isə təlmih   adı ilə 

tanınan istifadə üsulları var ki,  sənətkar dövrün,  zamanın təhlükəsindən qorunmaq üçün bu kimi 

priomlardan istifadə etmək  ehtiyacında olur.B.Çobanzadə  də “ Bir saray  quracağam” adlı şeirində 

bu üsuldan istifadə edib.   Şair  bu şeiri 1920-ci ildə Lazonda olarkən yazmışdır. Şeirdə  müəllifin 

xalqını necə görmək istəyi öz əksini tapıb. Şeirin ilk misrasında “ bir saray quracağam, xan olmasın 

içində” deməklə, xalqına ağalıq, hökmran olacaq birisini istəmir, tatar xalğını azad, müstəqil, heç 

bir dövlətdən asılı təssəvvür etmək belə xəyalına gətirmir.Sonra  isə fikirlərini davam etdirən şair 

“qul, kasıb, açlıq, zülm, qan, ölüm, olmasın içində” deyir.  Deməli, şair kölə,  xalqının müti 

olmasını istəmir.Xəyalən qurduğu sarayda əmın-amanlıq, sədaqətin, xoşbəxtliyin olmasını 

arzulayır. 

Daşını yad eldən gətirməyin heç, 

Yetər öz yurdumda kəsilən kərpic. 

Qoy hündür olmasın dağ zirvəsi tək, 

Təməlli, bərk olsun nur guşəsi tək. [3,6] 

Deməli, şair öz  ölkəsinə işıqlı bir sabah arzusundadır. Xoş baharın carşısı kimi əsən 

küləklərin hər qapını döyməsini istəyir. Qəfil qonaq kimi eldən-elə ,evdən-evə,  gələn bu küləyin 

cənubdan əsməsini arzulayır. Məcrasından hər  şeyi qoparıb atan bu  dəli küləklərin qarşısını  hey 

bir  bayın kəsə bilməyəcəyini deyən şair, bu cənub küləyinin - azadlıq dalğasının  yaxınlarda 

əsəcəyinə oxucunun diqqətinə  çəkir.  

Aynası  gen olsun,  qoy girsin işıq, 

Hər dərdli adama  qapısı açıq. 

Qoy əssin hər evə  cənubdan külək, 

Kəsməsin yolları  bir yekə bay tək. [3,61]       

Bədii ədəbiyyatda  daxili monoloq- daxili nitq, söhbət və düşüncə  formasında təzahür edib, 

birinci şəxsə aid təhkiyəyə cevrilir. [2,120] 

Türk xalqlarının poezyasında aparıcı mövzulardan biri də  dağlara xitabən yazılan şeirlərdir. 

İnsan –dağ əlaqəsinin insan düşüncə tərzində, onu etnik yaddaşındakı yeri bizdə bəzi mifoloji və 

dini təsəvvürlərin formalaşmasına gətirib çıxarıb. İlkin əcdadlarımızın şüur və düşüncəsində dağ 

kultunu  müxtəlif  təzahür formalrı mövcud olmuşdur. M.Seyidova görə “müqəddəs başlanğıc 

sayılan dağ, eləcə  torpaq   və xüsusi ilə onlarla bağlı Günəş bütün varlığın –heyvanadın, insanların, 

nemətlərin taradıcısı, anası-atası kimi qəbul olunur. Torpaq başlıca olaraq na başlanğıcı 

sayılmışdır[5,308]. Dağlara zaman-zaman insanlar müqəddəs varlıq kimi sitayiş etmiş,  qız-gəlinlər 

onlardan yaşınmış,  bəzən də insanlar onları özlərinə  sitəmgah saymışlar. Müəyyən dövrlərdə  

dağlar  mərdlik, vüqar simvolu kimi ədəbiyyatda yer almış, onların mərdlikləri ilə öyünmüşlər. 

Fəlakət və müharibələr zamanı insanlar öz yurd-yuvalarını tərk etdikləri anda, dağlar vüqarla  

yerlərində dayanıb sinələrini düşmənə sipər etmişlər. Ədəbiyyatımızda dağlara xitabən yazılan 

şeirlər də tamamən başqa-başqa anlamlar kəsb etməkdədir. Bu baxımdan Çobanzadənin bədii 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



318

yaraıcılığında  “Uzaq dağlar” şeiri şairin  həsrətinin  sorağından xəbər  verən bir  mətləbi  bizə 

xatırladır. Şeirin  ilk  üç misrasını bədii sual əsasında quran şair, dağlardan onu xatırlamasını, 

yadına saldığını xəbər alır.  

Siz də məni anırmısız? 

Tez-taz yada salırmısız? 

Mənim üçün yanırmısız? 

Başı göyə yetən dağlar, 

Ağlayan, zikr edən dağlar. [3,8] 

Bəndin  sonunda   məcazi yolla mövcud şəraitin çətinliyini, dağların da bu  vəziyyətdən 

ağladığını və Allahı zikr etdiyini sadə dildə,  poetik    boyalarla əks etdirən  şair gözəl bədii lövhələr 

yarada bilmişdir. Şair insanların çətin günündə  dağlardan imdad istəmələrini xüsusi vurğulayaraq 

“gözəl, gözəl kölgəsində yumuldu, Zor günlərdə sizdən pənah umuldu” deyir.  

B.Çobanzadə klassikləri oxuyub onlardan bəhrələnməklə yanaşı,  onu  maraqlandıran 

məsələlərə də münsibətlərini bildirmiş, yeri gəldikcə   dünya  korifeyləri ilə bu dühalar  arasında   

müqayisələr də aparmaqdan  çəkinməmişlər. Belə ki, B.Çobanzadə yaradıcılığında Avropa 

alimlərinin türkologiya elminə,  şərq alimlərinin - Mahmud Kaşqarlı divanının dilinə, Mövlana 

Füzulinin yaradıcılığına, M.F.Axundzadənin komediyalarının dilinə, Turk dilinin 

qanunauyğunqlarına münasibət bildirmələri, onların Türk xalqına olan münasibətləri  böyük 

mütəfəkkiri hər zaman maraqlandırmışdır.B. Çobanzadəni düşündürən ən ümdə məsələlərdən biri 

də türk dili,  şərq mədəniyyət və ədəbiyyatını   dünya  alimlərinin  necə qiymətləndirməsi idi. 

 Onun yaradıcılığında dil problemi, başqa dillərə münasibət, ana dilinin yasaq olması və.s bu 

kimi  mühüm   məsələlər   əsas yerlərdən birini tuturdu. B.Cobanzadənin elmi yaradıcılığının əsasını 

dilçiliyə həsr etdiyi elmi yeniliklər təşkil edir. O, bu fəaliyyətində təkcə türk  dili problemlərinin  

deyil, həm də  xarici alimlərin türk dilinə olan münasibətləri, bu dilə verdikləri dəyərlər, bu dilin geniş 

imkanlarından söz açmasdır .Bütün bunlardan başqa, sənətkar ana dili ilə bağlı fikir və duyğularının 

poetik  sözə çevirərək bu yolla da onu oxuculara çatdırmağı özünə borc bilir. 

Hər şeydən öncə B.Çobanzadə  öz dilini sevən, o dil ilə fəxr edən dilçi bir alim olmuşdur.  

Biz  B.Çobanzadənin  bədii yaradıcılığında  ana dilinə münasibət məsələlərini o zamanın,  dövrün 

təziqlərindən qorunmaq üşün həm açıq, həm də  yarızarafat, yarıciddi  şəkildə söylədiyini də 

görürük.Bu mövzu ilə bağlı şairin satirik ruhlu şeirlərinə də rast gəlirik. Onun “Student” şeiri  

satirik  üslubda yazılıb.Yarısatirik üslubda yazılan  bu şeirdə əslində tatar xalqının faciəsi əks 

olunur. Şeirdə “Qoy rusca öyrənsin bizim uşaqlar” deməklə, şair çox dil bilməyi peyğəmbərin də dil 

öyrənməyə böyük önəm verməsini şeirdə oxucuların diqqətinə çatdırır.  Dil öyrənməyin başqa 

yönlərini  oxucuya  anladır.“ Bir daha yalvarma həftələr  boyu İvana, Mişaya, tanış-bilişə”  

deməklə, öz vətənində dilində qanunların işləmədiyini,  öz dilində  tədrisin, təlimin olmadığını, 

dilinin yasaq olduğunu, bu dildə heç bir sənədin hazırlanmadığını  ürək yanğısı ilə dilə gətirir. 

Şairin dil haqqında yazdığı şeirlərdən biri də “Ana dili” şeiridir. Bu şeiri B.Çobanzadə 1928-

ci ildə Budapeştdə qələmə alıb. Şeirdə lirik qəhrəmanın daxili iztirabları, vətən,  xalq,  doğma dil 

həsrəti öz əksini tapıb. Lirik qəhrəman öz  xalqı, bu  dildə danışan insanlar üçün darıxdığını,  

sıxıntılar keşirdiyini,  yad dildə   danışan insanların danışığı onu sıxdığını poetik şəkildə  oxucuya 

çatdirir.  Doğma dili üçün  darıxan qəhrəman “öz dilini quşlara, qurdlara öyrədəm səni” deməklə, 

başqa varlıqların belə onun  dilində  ötməsini, danışmasını istəyir. 

 

Bilmirəm türkmidir, tatarmı adın, 



Şirinsən, dadlısan tanrıdan dadın. 

           

Həm türkdə, tatarda sənin sözlərin,  

İkisi birlikdə məhsun gözlərin, 

    

Viyana önündə, kazak içində,  



Bərabər oxuduq hindlərdə, Çində. 

 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



319

Anlasa bil səni düşmən də sevər,  

Bir yanıq sözündən qəlbi incələr. 

 

İstərəm mən səni hər yanda görəm, 



İnci sözlərindən dastanlar hörəm.      

Şeirin sonrakı misralarında lirik qəhrəman ölərkən mələklərin o dünyada onu sörğu- suala  

ana dilində tutmasını istəyir.  Lirik qəhrəmanın arzusu daha böyükdür, o, ana dilində “ düşmənə 

fərmanlar” yazmaq, bu dilin məhəbbətini könlündə qazmaq istədiyini bildirir. 

Qəlbimdə mələklər suallar sorsa, 

Əzrayıl dilimə min düyün vursa, 

 

Öz ana dilimdə soruş deyərəm, 



Öz ana dilimdə ötüb ölərəm. 

 

Könlümü qayğılar gəmirdiyi an, 



Xalqın bəxt ulduzu söndüyü zaman, 

 

Doğma dil, başqa şey ağlıma gəlməz, 



Ən böyük sirrimsən düşmənlər bilməz [3, 87]. 

   Dil hər bir millətin qan yaddaşının poetik ifadəsidr. Öz dilinə xor baxan insanlar zaman-

zaman dilin qəzəbinə gəlmişlər.Azərbaycanın xalq şairi, istiqlal mücahidi X. R.Uluturkün ifadəsi ilə 

desək  “kim  qoruya bilmirsə öz dilini,itsin mənim  gözlərimdən ilim-ilim,  bu sahili o sahilə 

birləşdirən polad körpü, mənim dilim” [6, 150]. “Dil məran və fikir, duyğu ehtiyac kibi hallarımızı 

ifadə  üçün bir alətdir. Dil olmazsa, insanların çalışması istehsal əmək qabil ola bilməz.  Dil 

cəmiyyəti tutan bağlardan birisidir” [ 7,32]. 

B.Çobanzadənin incə ruhlu şeirləri ilə tanış olduqca  bu  böyük sənətkarın öz xalqı  yolunda 

göstərdiyi fədakarlığın bir daha şahidi olduq. Türk ədəbiyyat və mədəniyyətinin   köklərinin çox-

çox  dərinlərə gediyini, bu dilin və ədəbiyyatın  xalqın həyatında oynadığı rolu bir daha 

B.Çobanzadənin bədii yaradaıcılığında poetik  sözün  qüdrəti ilə necə  məna kəsb etdiyinin şahidi 

olduq.   

 

ƏDƏBIYYAT 



1. A.Əmrahoğlu. Epik sözün bədii gücü. Bakı: Elm,  2000, 211 s 

2. M.İmanov. Müasir Azərbaycan nəsrində  psixologizm. Bakı: Yazıçı, 1991, 116 s. 

3. B.Çobanzadə, Seçilmiş  əsərləri. IV c.  2 cild. Bakı:  Şərq-Qərb, 2012,  364 s 

4. B.Çobanzadə. Seçilmiş bədii əsərləri. R. Əskər. Tərtib edən, Krım türkcəsindəb 

uyğunlaşdıran və ön sözün müəllifi. Bakı : 2012. 

5.  Seyidov   M. Azərbaycan xalqının soy-kökünü düşünərkən. Bakı:Yazıçı, 1989, 496 s 

6. X.R.Uluturk. Seçilmiş əsərləri. Şeir və poemaları.Bakı: Təhsil, 2012,  560 s. 

7. B. Çobanzadə  Seçilmiş əsərləri. B. 2007. 

 

Khuraman Hummatova 



Bakir Chobanzadeh's poetical creativity 

Summary 


One of masters with incomplete life path was selfless son of Tatar folk Bakir 

Chobanzadeh(1893-1938). He  was a teacher,afhylosopher,a philologist as well as spesialist in 

literature and at last poet with fine spirit. His lyrical verses remind us of poetry of Tatar folk's poet 

GabdullaTukay.The basics of this poetry consist of affinity with folk, attachment with ancestry, 

respectfulness to tradition, felling of pride for history of nation. "I am grandson of Cengiz 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



320

,Timurkhan, I follow the path which was followed by them" - in this way poet describes his pride 

for journey to past. This feeling made him resolute. By saying "Let me shout and then fallsilent, let 

me wander in Crimea and Kashgar saying my motherland" - he wanted that his voice and words 

passed through boundaries and transmit to reader how vast are Turkish lands,how endless are 

boundaries of Turkish lands.This voice encourage Tatar folk for national independent struggle for 

long years. 

 

Key words: Chobanzadeh, poetry, Tatar folk, ancestry, national tradition. 



 

 

Nigar Sadıqzadə, fil.ü.f.d., dos. 



AMEA Naxçıvan bölməsi 

naliyeva22@mail.ru 

 

MƏMMƏD ARAZ YARADICILIĞI TÜRKİYƏ TƏDQİQATLARINDA  



Məmməd Araz ədəbiyyatımıza öz səsi, öz nəfəsi, öz vətəndaş hissləri ilə gələn şair 

olmuşdur. Onun yaradıcılığında bu cəhətlər həmişə özünü qabarıq şəkildə göstərmişdir.  

Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Məmməd Arazın zəngin 

və çoxcəhətli yaradıcılığı haqqında Azərbaycan ədəbiyyatının ən nüfuzlu nümayəndələri- Rəsul 

Rza, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, görkəmli ədəbiyyatşünas alimlər- Yaşar Qarayev, İsa 

Həbibbəyli, Bəkir Nəbiyev, professorlar- Yavuz Axundlu, Vaqif Yusifli və başqaları müxtəlif 

illərdə məqalələr yazmış, bu əsərləri hərtərəfli təhlil etmiş, şeir və poemaların bədii qiymətini 

vermiş, onların sənətkarlıq məziyyətləri haqqında ətraflı bəhs etmişdir.  

Azərbaycan ədəbiyyatında Məmməd Araz yaradıcılığı haqqında söz deməyən, fikir 

söyləməyən bəlkə də bir alim belə tapmaq çətindir.  

Görkəmli şairin yaradıcılığı təkcə Azərbaycanda deyil, türk dünyasında da həmişə sevilmiş 

və tədqiq olunmuşdur. Məmməd Arazın rəngarəng, çoxcəhətli və hərtərəfli yaradıcılığı qardaş 

ölkədə yaşayan tədqiqatçıların da marağına səbəb olmuşdur. 

Məmməd Araz irsi ilə bağlı tədqiqat aparan alimlərdən biridə Dr. Salih Okumuşdur. O, öz 

tədqiqatında  ilk öncə şairin anadan olduğu dövr, böyüdüyü mühit, ailəsi, təhsil aldığı illər, gənclik 

dövründən ətraflı bəhs etmişdir. 

Tədqiqatçı daha sonra Məmməd Araz yaradıcılığına Türkiyədə də toxunulduğunu qeyd 

etmişdir. O, ilk öncə “Qardaş ədəbiyyatlar” jurnalının “Məmməd Araz özəl” sayını (1993) qeyd 

etmişdir. Burada əsasən şairin həyatı, şeirlərindən nümunələr verilmişdir. Bu jurnaldan əlavə 

İbrahim Bozyelin “Mən Araz şairiyəm”, “Azərbaycan diyarından”, Yavuz Akpınar “Məmməd Araz 

maddəsi” adlı məqalələrin təhlil edərək şairin Türk dünyasındakı nüfuzundan, şeirllərinin dillər 

əzbəri olmasından bəhs etmişdir.  

Salih Okumuş kitabın növbəti fəsillərində şairin yaradıcılığını təhlil etmiş, onun şeirlərinə öz 

münasibətini bildirmişdir.  

Tədqiqatçı şairin tərcüməçilik fəaliyyətindən də ətraflı bəhs etmişdir. Onun dünya 

ədəbiyyatının bir neçə nümayəndəsinin əsərlərini çox mahir bir şəkildə öz ana dilinə çevirməsini 

yüksək qiymətləndirmişdir.  

Kitabı oxuduqca Məmməd Arazın yaradıcılığının sistemli, hərtərəfli təhlil olunduğunu, 

Türkiyədə şairin şeirlərinin necə sevildiyinin şahidi oluruq. 

Məmməd Araz yaradıcılığında anaya, doğma torpağa, Vətənə olan məhəbbət hər dövrdə 

istər Azərbaycan ədəbiyyatında, istərsə də Türk dünyasında da öz aktuallığın qoruyub saxlayacaq, 

gələcək nəsillərin həmişə diqqət mərkəzində olacaqdır.  

 

 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



321

 

Obid Baxtiyaroviç Shofiyev, fil.ü.f.d., dos. 



Термиз Дovlet Universiteti, baş elmi işçi 

oshofiyev@mail.ru 

 

ŞARK MÜTEFEKKİRİ  



(Maksud Şeyxzade portretine çizgiler) 

Ünlü şair, dram yazarı, kalemi keskin tercüman, edebiyatçı Maksud Şeyhzade Özbek 

Edebiyatını yazdığı eserlerle zenginleştirmiş olan çok yönlü bir yazar idi. Doğma büyüme Azarbaycanlı 

olmasına rağman, kısmet işi, Özbekistan’a gelip hayatının sonuna kadar burada yaşadı.  

Azerbaycanlı ünlü bilim adamı Almas Ülvi, Maksud Şeyhzade hakkındaki makalesinde onun 

bioğrafisini şu şekilde ifade eder: “Maksud Şeyhzade aslen Azerbaycan’ın Kazak şehrinin Salahlı 

ilinden geliyor”. Kendisi de Aktaş kasabasında doğar. Şairin babası Tiflis’teki tıp okulunu 

tamamladıktan sonra kasabada çalışmaya karar verir.Annesi de kızlar okulunda tahsilini almış, aydın 

kadınlardan biriydi. Beş çocukları oldu. 1908 yılının 7 Kasım günü doğan Maksud Şeyhzade bu ailenin 

en büyük çocuğu idi. 

   O ilk tahsilini Aktaş’ta, ünlü aydın Muhtar Efendinin açtığı “Rüşdiye” okulunda alır. Sonra 

Baku İlahiyat Fakültesinde devam eder (1920-1925). Burada Abdulla Şair, Hüseyin Cavid, Cabbar 

Efendizade, Medine Gıyasbeyli, Cemalbey Cabrailbeyli gibi dönemin önemli kişilerinden eğitim 

görmüştür.      Okulu tamamladıktan iki sene sonra Dağıstan’da (1925-27) öğretmenlik yapar, 1928 

yılında ise Özbekistan’a gelir ve bütün ömrünü şu toprağa adar”. (Azerbaycan dilinden tercüme bize 

ait.) Maksud Şeyhzade XX yüzyılın en tehlikeli döneminde yaşamıştır. Bu devir, tarihte totaliter rejimin 

zalim siyasetiyle anılır. 

Stalin’in “Baskı Makinesi” sayısızca insanların eziyetini sebep olmuştur. Özellikle, milletin asıl 

devamcıları, alim, şair ve yazarların sürgün edilmesi dönemin acılı noktası olarak tarihe geçmiştir. Tam 

ömürlerinin baharında, onlar, çalışmak  yerine soğuk ülkelerdeki hapishanelerde geçirdiler, işkenceye 

maruz bırakıldı, ne suç işlediklerini öğrenemediler,  vuruldu, öldürüldiler. 

Baskı(Repression) rüzgarı Maksud Şeyhzade’ye de tesir etti. 1928 yılında şair ve onun 

meslektaş dosltarı “İctimai Tehlikeli Unsurlar” (2,34) bulundu onlar için ceza hükmü okundu. Buna 

göre de şair Moskova, Tiflis, Baku’dan başka şehirlerde sürgüne yollanacaktı. (2,34) 

Böylece, sürgün için yer olarak Taşkent’i seçer ve 1928’de Şubatın son günlerinde üç yıllık 

sürgün için Taşkent’e gelir. Bu da düşündürücü bir karardı. Neden Şeyhzade sırf Taşkent’i seçer? 

Bunun sebebi nedir? Şairin kendisi belirtmemiş olsa da, edebiyatçılar çeşitli tahminlerde 

bulunmuşlardır.  

 Örneğin, edebiyatçı Naim Kerimov’un “Maksud Şeyhzade” manevi biografik romanında 

şunları beyan eder: “Daha yeni 20 yaşına basmış gencin (Maksud Şeyhzade’nin- A.Ş.) Taşkent’i 

kurtulma limanı olarak seçmesi babası Masumbey’in isteğine göre olmuştur.” 

 O vakitlerde hizmet seferinde Moskova’da bulunan Masumbey karısı Fatma Hanım’a 

Taşkent’te iyi tanıdıkları olduğunu,  iki arada kalan oğullarına yardım edebileceğini bildirmişti.(2,37). 

Gerçekten  de genç, tecrübesiz Şeyhzade’nin anne babası onun gurbette geçireceği yılları düşünerek 

yakın dostları penahına yollamaları doğaldı. Naim Kerimov’un yukarıda ismi geçen kitapta belittiği 

gibi, burada Masumbey’in Taşkent’te ikamet eden tanıdıkları Paşa Ganiyev ve Sabir Şaripov’lar vardı. 

(2,38) 

Ayrıca, Şeyhzade daha öğrenciyken şiir yazmaya başlamış, edebiyata merak sarmıştı. Almas 



Ülvi’ye göre, onun ilk şiiri Azerbaycan’da yayımlanan “Kommünist” gazetesinde verilmiş o vakitte şair 

13 yaşındaydı. (1,159) 

O dönemde Taşkent de medeniyet merkezlerinden biriydi, çok sayıda yetenek sahiplerine beşik 

olmuştu. Bir taraftan onun anne babası Şeyhzade’nin buradaki edebi ortama girmesini, tahsilini devam 

ettirmesini amaçlamış da olabilir. Yüreğindeki çoşku, edebiyata, sanata olan merak genç Şeyhzade’yi 

Nevai vatanına çağırmış olmalı ve anne babasının bu kararına hiç düşünmeden rıza gösterdiğine hiç 

şüphe yoktur. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



322

Gerçekten, Şeyhzade bu diyarda 3 yıl değil, belki bir ömürlük kalıp gitti. O Özbek şairi olarak 


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin