I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə58/88
tarix31.01.2017
ölçüsü2,74 Mb.
#7272
1   ...   54   55   56   57   58   59   60   61   ...   88

a

), 


“Ağuznamə, yəni zürubi-əmsal”– 

ل ا بو


 

   ز ا,“Türkcə zərbi-məsəl derlər” – ب

 

رد  (vər.2



b

). Əsərin adı bir də əsas mətnin başlanğıcında, bəsmələdən əvvəl yazılıb: “Həzihir-

risalətə min kəlimati-Oğuznamə əl-məşhur bi-atalar sözi” 

ز وا ت   ه

 ا

 

ز  



 ر

  (vər.3


a

). Dil etibarilə bu adlardan birincisi yarı fars, yarı Azərbaycan türkcəsində, ikinci və 

üçüncüdə Azərbaycan türkcəsində, sonuncuda isə əsərin adı axırda “atalar sözi” istisna olmaqla ana 

abidəmiz “Kitabi-Dədə Qorqud”un əlyazmasında olduğu  kimi ərəbcə yazılmışdır. 

Əlyazmanın adı ilə bağlı belə düşünmək olar ki, nüsxədə hər bir sərlövhənin xətti əsas 

mətnin xəttilə oxşar olsa da, adlar əlyazmaya daha əvvəllər paremilər hər dəfə nüsxədən-nüsxəyə 

köçürüləndən sonra əlavə edilmişdir. Beləliklə, paremik ifadələrin köçürüldüyü bu nadir 

əlyazmanın adının bir neçə variantda olduğu ortaya çıxır: “Kitabi-Oğuznaməyi-türki”; “Tatarca 

zərbi-məsəl”; “Ağuznamə” (

ز ا - Əvvəldə “əlif” hərfindən sonra “vav” hərfi düşdüyündən söz 

“ağuznamə” kimi oxunur – Ə.Ə.); “Zürubi-əmsal”; “Zərbi-məsəl”; “Atalar sözü”. Adların müxtəlif 

olması onu deməyə əsas verir ki, əlyazmanın mətni Ditsə qədər təkrar-təkrar, bir neçə dəfə 

köçürülmüş, hər dəfə köçürüldükcə yeni adlar əlavə olunmuş və sonda bütün adlar mətndə 

saxlanılmaqla Fridrix fon Ditsin köçürdüyü variant gəlib bizə çatmışdır. Qeyd edək ki, əlyazma 

filol.e.d. Ş.Cəmşidov tərəfindən tərtib edilərək nəşrə hazırlanarkən topluya “Oğuznamə” adı 

verilmişdir. Biz isə topluya əlyazmada verilmiş adlardan birinin – “Kitabi-Oğuznaməyi-türki və 

tatarca zərbi-məsəldir”in birinci hissəsini daha münasib hesab edib, əlyazmaya köçürülən paremik 

vahidlərin rəngarəngliyini, başlanğıc mətninin “Kitabi-Dədə Qorqud”un müqəddiməsinə çox 

oxşarlığını nəzərə alıb “Kitabi-Oğuznaməyi-türki” adlandırmağı məqsədəuyğun bildik. 

Professor S.Əlizadə türk alimi O.Ş.Gökyayın kitabına istinad edərək yazır ki, “...topluda 

Dədə Qorqud adına çıxarılan nümunələr (məsəllər) vardır. Ogöstərir ki, alman şərqşünası Ditsin 

1889-cu ildə nəşr etdirdiyi (Seçmə bizimdir – Ə.Ə.) dörd yüz atalar sözündən 75-i Dədə Qorquda 

aiddir (səh.CXXIX)”[4, s.8]. İlk baxışda belə fikir yarana bilər ki, bu cümlə istinad olduğu üçün hər 

şey mənbədə olduğu kimidir. Burada kiçik bir yanlışlığa yol verildiyindən, yazılı folklor abidəsi ilə 

bağlı aparılan tədqiqat işlərində və digər mötəbər mənbələrdə də bu yanlışlıqtəkrar olunmuşdur. 

Məsələn, “Kitabi-Dədə Qorqud” ensiklopediyasında oxuyuruq: “... Berlin kitabxanasında saxlanılan 

XV-XVI yüzilliklərə aid ... “Hazihi-risaləti-min kəlimati Oğuznamə əl-məşhur bi-atalar sözü” 

adlanan bu əlyazmanın 400 atalar sözünü ilk dəfə alman şərqşünası F.fon Dits 1889 ildə nəşr 

etdirmişdir” [5, s.226]. Halbuki, alman alimi fon Dits 1889-cu ildə artıq həyatda olmamış, o, 1876-

cı ildə vəfat etmişdir. Bu yanlışlığın haradan qaynaqlanması, bizcə, O.Ş.Gökyayın “Dedem 

Korkudun kitabı”nda Berlində saxlanılan “Kitabi-Oğuznaməyi-türki”nin əlyazmasından bəhs 

edərkən “Hazihir-risaləti min kelimat-i Oğuzname el-meşhur bi-atalar sözü adlı mecmuada

2

Korkut 


Ataya yorulan atasözleri de vardır” [3, s.CXXIX] istinadına aid həmin səhifənin ətək yazısındakı 

qeyd səbəb olmuşdur. Ətək yazısında (2-ci) O.Ş.Gökyay əlyazma ilə bağlı belə bir mənbə göstərib: 

“2. Bk. Pertsch kataloğu, elit IV, Nu. 34, Berlin Kral Kütüphanesi, Berlin 1889”. Daha sonra bir az 

aşağıda, növbəti ətək yazısındaisə yazılıb: “Diez birkaç bin atasözünden ancak dört yüzünü 

yayımlaya bilmiştir”. Buradan aydın olur ki, O.Ş.Gökyay “Oğuznamə” ilə bağlı fikrini 1889-cu ildə 

nəşr olunmuş kataloqa əsasən bildirir. F. fon Ditsin abidədən 400 atalar sözünü nə vaxt nəşr 

etdirdiyi isə orada qeyd olunmayıb. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



302

“Kitabi-Oğuznaməyi-türki”nin 2008-ci il nəşrinə yazılmış qısa ön sözdə [2, 3] və digər 

mənbələrdə [5] qeyd edildiyi kimi, əlyazmanın mətni heç də XV əsrdə deyil, XIX əsrdə köçü-

rüldüyünü fikirləşirik. Xatırladaq ki, əlyazmanın ilkin nüsxəsi XV əsrdə və daha əvvəl də yarana 

bilər. Ancaq haqqında bəhs olunan əlyazmanın nüsxəsini həmin tarixlə əlaqələndirən burada heç bir 

paleoqrafik əlamətə rast gəlmirik. Çünki nəstəliq xəttilə köçürülmüş mətn, paleoqrafik 

xüsusiyyətlərinə görə klassik orta əsr mətnlərinin qrafik üslubunda yazılmayıb. Əlyazmanın xətti ən 

uzağı, 160-170 il bundan əvvəl köçürülmüş mətnlərin dəst-xəttini, o dövrün katiblərinin qrafik yazı 

manerasını xatırladır. Bu məsələ ilə bağlı, fikrimizi dəqiqləşdirməkdə bəzi arqumentləri irəli sürə 

bilərik. Yuxarıda əlyazmaya verilmiş adlardan biri – “Atalar sözü” anlayışı ilə paremik vahidlərin 

köçürüldüyü mənbələrin adlanması son dövrlərə aiddir. Paremik vahidlərin böyük bir hissəsinin 

“atalar sözü” kimi adlanmasına biz ancaq XIX əsrin ikinci yarısından sonra köçürülmüş və yaxud 

nəşr olunmuş mənbələrdə rast gəlirik [6; SMOMPK]. Bu qəbildən olan mənbələr daha əvvəllər 

“oğuznamə” və “əmsal” sözünün müşayiəti ilə adlanmışdır: “Əmsali-Məhəmmədəli” [4], “Əmsali-

türkanə” [7], “Əmsal və nəsayehi-türki” [8]. 

“Kitabi-Oğuznaməyi-türki” folklor toplusunun əlimizə gəlib çatan nüsxəsini XIX yüzilliklə 

bağlayan daha bir neçə faktı da göstərmək olar. Çağdaş dilimizdə işlənən ay adlarının dilimizə daxil 

olması Azərbaycanın Rusiya tərəfindən ilhaq edilməsindən sonrakı dövrə aiddir. Azərbaycanda 

İslamın qəbulundan sonra ta XX əsrin əvvəllərinədək isə ərəb ay adlarından istifadə olunmuşdur. 

Rus dili vasitəsilə avropalılara xas ay adları ilk dəfə XIX əsrdə rusdilli mətnlərdə, dövri mətbuatda 

işlənmiş, sovet dönəmindən etibarən isə alınma sözlər kimi dilimizə daxil olmuşdur. “Kitabi-

Oğuznaməyi-türki”də rast gəldiyimiz bu cür alınmaların olması ilə bağlı deyə bilərik ki, çox güman 

ki, əlyazmanın fon Ditsə qədərki nüsxəsi Rusiya ərazisində, rus mədəniyyətini, dilini mükəmməl 

əxz edən, Rusiya mədəni həyatında kifayət qədər tanınan hansısa azərbaycanlı bir ziyalının 

istifadəsində olmuş və yeri gəldikcə o özü də topluya rus sözlərinin də işləndiyi müasir ifadələri və 

yaxud rus sözlərinin qarışığından yaranan, mənsub olduğu ədəbi-elmi mühitdə formalaşan məsəlləri 

topluya əlavə etmişdir. Məsələn: “Mart ( 

ت ) girsə, tavar qarnına dərt girər”, “Aprel (ل ا )gəldi 

ayıtdı: Tavar ota yetişdi”. 42

a

 səhifəsində beyt adı altında belə bir ifadə verilmişdir: “Akçacığım var 



ikən “tobroyunaq” dedilər, Akçacığım yedilər, “poydi z boğom” dedilər”. Bu ifadələr sonradan 

topluya əlavələr olsa da və mətnin köçürülmə tarixi orada yazılmasa da, qeyd olunanlar əlyazmanın 

təxminən XIX yüzillikdə köçürüldüyünü əsaslandıran başlıca faktlardır. 

Əlyazmanın XV əsrdə köçürülməsi fikri bəs necə yaranmışdır? Bu, “Kitabi-Oğuznaməyi-

türki” mətninin son vərəqində (vər.43a), səhifənin ətəyindəki şərq paginasiyasını bildirən, çəpəki 

yazılmış “xərci yemək” (

) kəlməsinin maddeyi-tarix kimi əlaqələndirilməsi ilə bağlıdır [2, 

3]. Bizcə, “xərci yemək” söz birləşməsi xronoqram yox, hələ tamamlanmayan həmin naqis əlyaz-

manın növbəti vərəqinin davamına işarədir. Xatırladaq ki, orta əsr əlyazmalarının tərtibi ənənəsinə 

uyğun olaraq, katiblər vərəqdən-vərəqə keçərkən, növbəti yeni vərəqdə yazılacaq ilk sözü əvvəlki 

səhifənin ətəyində yazmışlar. “Kitabi-Oğuznaməyi-türki”də də ilk vərəqdən başlayaraq hər vərəqin 

“b” üzünün ətəyində çəpəki şəkildə olmaqla paginativ sözlər yazılmışdır. Sonda “Baqi vəssalam. 

Təmmət” (43

a

) qısa katib kolofonu mətnin başa çatmağına işarədir. Amma “Kitabi-Oğuznamyi-



türki”nin məcmuə tərkibində (2

a

-43



a

) olması ilə bərabər, “xərci yemək” ifadəsi ola bilər ki, mətnin 

hələ bitməməsini və yaxud həmin ifadənin növbəti səhifə başında olmaqla əlyazmanın davam 

etdiyini bildirmişdir.  

“Kitabi-Oğuznaməyi-türki”nin mətni hər səhifədə 17 sətir köçürülmüşdür. Mətnin əksər 

hissəsi qafiyələnən ifadələrdir, arabir isə beytlərlə nəzm hissələr qələmə alınıb. Əlyazma dibaçə ilə 

başlanır, burada mətn “Kitabi-Dədə Qorqud” abidəsinin müqəddiməsini xatırladan söyləmələrlə 

müşayiət olunur. Mətinin 5

a

 səhifəsində yazılmış “Fatihətül-kitab” (“Kitabın başlanğıcı”) 



sərlövhəsindən sonra isə paremik vahidlər başlanır.“Əmsali-türkanə” və “Əmsal və nəsayehi-türki” 

kimi  toplularından fərqli olaraq burada paremilər əlifbaya görə sıralanmayıb.Paremilərin iki-iki, 

üç-üç qafiyələnməsi, həmçinin mətndaxili qafiyələrin olması, onun əlifba sırasına görətərtib 

olunmuş mətnlərdən daha qədim olmasını deməyə əsas verir. Çünki erkən orta əsrlərdən başlayaraq 

mövzusundan asılı olmayaraq bədii əsərlər kimi, tarixi məzmunlu əsərlər də nəzmlə qələmə 

alınmışdır. Bu cür mənzumələrin yaranması daha çox dövrün oxucusunun mətnin qafiyəliliyinə, 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



303

rəvanlılığına meyilli olması, onu tez hafizəsinə köçürməsi ilə bağlı idi. Mənzum mətnlər asan 

əzbərlənir, uzun müddət yaddaşlarda yaşayır və asanlıqla nəsildən-nəslə ötürülmüşdür. “Kitabi-

Oğuznaməyi-türki”nin tərtibatının əlifbaya uyğun olmaması birinci növbədə burada, ən çox da 

başlanğıcda kiçik didaktik-tərbiyəvi söyləmə mətnlərdirsə, ikinci halda əlyazma dəfələrlə katiblər 

tərəfindən köçürülsə də, mətnin klassik strukturunun qorunub saxlanılmasıdır. Əlyazmanın tərtibatı 

haqqında onu da əlavə edək ki, hər bir ifadə bir-birindən nöqtə işarəsilə ayrılıb. Eyni zamanda 

nöqtələr hər sətirin sonunda ifadənin bitib-bitməməsindən asılı olmayaraq da qoyulmuşdur. 

Paginativ sözlər vərəqin ətəyində yazılmaqla növbəti səhifədə təkrar olunduğu kimi, bəzi sətirlərin 

sonunadək tamamlanmayan və tamamlanan ifadələr də növbəti sətirin əvvəlində çox zaman təkrar 

olunmuşdur. Qeyd edək ki, əlyazmaya aid olan bu paleoqrafik xüsusiyyətə digər əlyazmalarda rast 

gəlmirik. 

“Kitabi-Oğuznaməyi-türki” yazılı folklor abidəsi müxtəlif paleoqrafik xüsusiyyətləri ilə 

bərabər, tekstoloji-filoloji baxımından xalq dilindən toplanaraq köçürülmüş digər yazılı folklor 

abidələrimizlə müqayisəli təhlillər aparmağa imkan verən bir qiymətli əlyazma əsərdir. Əgər 

“Əmsali-türkanə” ilə “Əmsal və nəsayehi-türki” bir-birinə məzmun, forma, ifadələri dil-üslub 

cəhətdən nə qədər yaxındırsa, “Kitabi-Oğuznaməyi-türki”nin də folklor topluları arasında oxşarı 

vardır. Bu, Sankt-Peterburq Dövlət Universitetinin Şərq fakültəsinin kitabxanasında saxlanılan 

“Oğuznamə”dir (“Əmsali-Məhəmmədəli” və yaxud “Məcməül-əmsali-Məhəmmədəli”).Hər iki 

toplunun oxşarlığını bir çox xüsusiyyətlərinə görə müqayisədə görmək olar. Burada hər iki 

əlyazmanın bir-birinə oxşarlığını, bir tarixi məqamla da əlaqələndirmək mümkündür. Nüsxələrdən 

biri Sankt-Peterburqda, digəri isə Berlin şəhərində saxlanılır. Əlyazma mətni olaraq hər iki nüsxə 

bir-birinə çox yaxındır və burada belə bir tarixi məqamı xatırladaq: XIX yüzilliyin əvvəllərində 

Azərbaycanın quzeyi, eyni zamanda güneyinin bir hissəsi Rusiya tərəfindən işğal olunur. 

Ərdəbildən Şeyx Səfi məqbərəsindəki çox zəngin kitabxana qarət edilərək 1828-ci ildə Sankt-

Peterburqa aparılır. Həmin ərəfədə - XIX əsrin birinci yarısında Rusiyanın paytaxtında bir çox 

azərbaycanlı şərqşünas alimlər universitetlərdə çalışmışlar. Burada Mirzə Cəfər Topçubaşov və 

Mirzə Kazım bəy kimi görkəmli azərbaycanlı alimlər universitetlərdə dərs demiş və Rusiyada 

şərqşünaslıq elminin yaranmasına, şərqşünas kadrların yetişməsində böyük rol oynamışlar. “Mirzə 

Cəfər Topçubaşov XIX əsrin ikinci onilliyindən başlayaraq ömürlük Peterburqda yaşamış, Rusiya 

Xarici İşlər Nazirliyinin Asiya Departamenti Yanında Şərq Dilləri İnstitutunda 45 il müəllim və 

tərcüməçi işləmiş (9, s.70), 1819-cu ildən Peterburq Baş Pedaqoji İnstitutunda türk, ərəb, fars 

dillərindən dərs demiş, 32 yaşında (7 mart, 1823) Peterburq universitetinin professoru olmuşdur” 

(10, s.363). “Bir sıra mənbələrdə göstərilir ki, Mirzə Cəfər özünə zəngin arxiv və kitabxana 

yaratmışdı. Bu xəzinənin qapılarını bütün qələm dostlarının üzünə açmışdı. Burada ... əlyazma və 

çap kitabları ilə yanaşı, türk, ərəb, fars, rus, fransız ... dillərində də minlərlə kitab olmuşdur. O, 

həmin əsərlərin bir çoxunu öz sağlığında İmperator kitabxanasına, dövlət adamlarına, elm və 

ədəbiyyat xadimlərinə, dostlarına və tələbələrinə bağışlamışdı” (10, s.365). Beləliklə, XIX əsrin 

birinci yarısında həm Azərbaycan əlyazmalarının böyük bir hissəsi Sankt-Peterburqa gətirilir və 

həm də həmin dövrdə bir çox azərbaycanlı ziyalılar Rusiyanın paytaxtında yaşayıb, elmi-pedaqoji 

fəaliyyətdə olmuşlar. Bəlkə də, “Kitabi-Oğuznaməyi-türki” toplusu rus ədəbi-elmi mühitində olan 

bir türk əsilli ziyalının istifadəsində olmuş və yeri gəldikcə yeni-yeni ifadələri, o cümlədən rus 

sözlərinin iştirakı ilə yaranan atalar sözlərini topluya əlavə etmişdir – “Akçacığım var ikən 

“tobroyunaq” dedilər, Akçacığım yedilər, “poydi z boğom” dedilər”.  Sonradan isə toplu onun 

sahibinin səxavətliliyi nəticəsində Berlin Dövlət kitabxanasına düşmüşdür. Əlbəttə, bu bizim öz 

fərdi ehtimalımızdır.  

Adları çəkilən atalar sözlərinin köçürüldüyü topluları oxşar və fərqli xüsusiyyətlərini nəzərə 

alıb deyə bilərik ki, “Əmsali-türkanə” ilə “Əmsal və nəsayehi-türki” toplusunun katibləri 

məlumdur. Hər iki toplu dil baxımından Azərbaycanın güney ərazisi ilə bağlıdır. Hər iki toplu 

birbaşa canlı danışıqdan, şifahi nitqdən toplanmışdır. Hər iki toplu avtoqraf olsa da, mətnləri 

üzərində sonradan hər hansı bir katib, folklorçu tərəfindən təshihat, düzəliş işləri 

aparılmamışdır.“Kitabi-Oğuznaməyi-türki” və “Oğuznamə”nin (“Əmsali-Məhəmmədəli”) mətnləri-

nin müqayisəsindən isə aydın olur ki, bu topluların mətnləri ilkin toplamalardan sonra, əsrlərboyu 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



304

bir neçə dəfə, bəlkə də dəfələrlə köçürülmüş və hər dəfə köçürüldükcə köçürüldüyü zamanın dil-

imla qaydaları, həmçinin ayrı-ayrı türk xalqlarının dil xüsusiyyətləri paremilərdə iz qoymuşdur. 

Buradakı paremilərin bəzisində qıpçaq, cığatay və əsasən də Türkiyə türkcəsinin dil xüsusiyyətlərilə 

də rastlaşırıq. Hər iki mənbəni müqayisə etdikdə məlum olur ki, “Kitabi-Oğuznaməyi-türki” 

başlanğıc mətnə, müqəddiməyə malikdir. Sankt-Peterburq “Oğuznamə”siisəyalnız paremik 

vahidlərdən ibarət olub, “Kitabi-Oğuznaməyi-türki”nin 5

b

 səhifəsindəki “Atalar sözi Qurana 



girməz, əvət Quran yanınca yalın-yalın yollaşır”, “Atalar sözüni tutmayan yəbanə atulur” ifadələri 

cüzi fərqlənməklə oxşar formada köçürülmüşdür. Bu ifadələrədək isə “Kitabi-Oğuznaməyi-türki”də 

“Kitabi-Dədə Qorqud” abidəsinin müqəddiməsi şəklində başlanğıc mətn qələmə alınmışdır. 

 

ƏDƏBIYYAT 



 

1. Musabəyli Azadə. Xarici ölkələrdəki Azərbaycan əlyazmalarının toplu kataloqu. 3 cilddə, I 

cild. Bakı: “Elm”, 2012, - 416 səh. 

2. Oğuznamə (çapa hazırlayan Şamil Cəmşidov. Bakı: “Nurlan”, 2008. 

3. O.Ş.Gökyay. “Dedem Korkutun kitabı” İstanbul, 2000, s.CXXIX-CXXXII. 

4. Oğuznamə (Çapa hazırlayanı, müqəddimə, lüğət və şərhlərin müəllifi Samət Əlizadə). 

Bakı: “Yazıçı”, 1987, 223 səh. 

5. Kitabi-Dədə Qorqud Ensiklopediyası. Bakı: 2000. 

6. X-943/3483. Məhəmməd Vəli Qəmərli. Atalar sözü. İrəvan, 1899. AMEA Əlyazmalar 

İnstitutu.  

7. B-6425. Məcmuə. Əmsali-türkanə, 1a-25a. AMEA Əlyazmalar İnstitutu. 

8. Əmsal və nəsayehi-türki. Məcmuə (Əlyazmanın əsli Tehran Parlament Kitabxanasında 

saxlanılır. Surəti bu yazının müəllifindədir).  

 9. Azərbaycan EA Xəbərləri. ƏDİ seriyası. 1974, №2, s. 70. 

10. İmaməddin Zəkiyev. Azərbaycan kitabının inkişaf yolu. Bakı: Azərbaycan Ensiklo-

pediyası “Nəşriyyat-Poliqrafiya” Birliyi, 2000. 

 

 

 



Əzizağa Nəcəfzadə, fil.ü.f.d., dos. 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, elmi katib 

azizaga.necefov@mail.ru  

NİZAMİ GƏNCƏVİNİN TÜRK MƏNŞƏYİ, MƏNBƏLƏRƏ YENİ BUCAQ 

ALTINDA BAXIŞ 

“Nizami türk oğlu türk”dür. Nizaminin 1922-ci ildə məzarının köçürülməsilə bağlı qəbrinin 

açıldığı haqqında xroniki qeydlər də bunu bir daha sübut edir. 1923-cü ildə Tiflisdə çıxan “Yeni 

fikir” qəzetinin 256-257-ci sayında dərc olunan “Nizaminin məzarı” adlı məqalədə yazılır: 

“Nizaminin nəşi məzarda türk adətinə uyğun olaraq yerləşdirilmişdi” (1, 36). 

Lakin bu böyük türkün milli mənsubiyyəti ilə bağlı yenə də mübahisələr davam 

etdirilməkdədir. Onun gah atasının, gah anasının qeyri-türk olması fikri zaman-zaman gündəmə 

gəlir. Bunun heç bir elmi əsasının olmadığı isə hələ XX əsrin 40-cı illərində Azərbaycan 

ədəbiyyatşünasları tərəfindən sübuta yetirilmişdir. Bəs nə üçün bu mübahisələr səngimək bilmir?  

Şairin atasının Qumda doğulması ehtimalı daha çox XVIII əsr İran təzkirəçisi və şairi Lütfəli 

bəy Azərin “Atəşgədə” əsərindəki qeyddən qaynaqlanır. Belə ki, müəllif özündən əvvəlki 

təzkirələrdən bəhrələnərək şairin “İskəndərnamə” poemasının ikinci hissəsinə ilhaq edilmiş bir 

beytə istinad edib onun əslən Qumdan olduğunu göstərir:  

Ço dor gərçe dər bəhre-Gənce qoməm, 

Vəli əz qohestane-şəhre-Qoməm. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



305

Beytin tərcüməsi belədir: 

Dürr kimi Gəncə dənizində itsəm də, 

Dağlıq ərazi olan Qum şəhərindənəm. 

Müasiri olduğumuz dövrdə yenidən gündəmə gətirilən və müzakirələrə səbəb olan bu 

ərazinin əslində Azərbaycanın Qax rayonunun Qum kəndi olduğu isə milli mətbuat və televiziya 

orqanlarında da vurğulanır. Biz bununla da razı deyilik. Çünki Y.E.Bertels, H.Araslı, Vəhid 

Dəstgerdi və başqa sanballı nizamişünas alimlər tədqiqatlarında yuxarıda verdiyimiz beytin 

Nizaminin daha qədim əlyazmalarında olmadığını göstərmiş, bu beytin sonralar katiblər tərəfindən 

əlavə edildiyini söyləmişlər. Bu beytin mətnşünaslıq baxımından tədqiqi də onun poetik ardıcıllıqda 

ümumi məzmunla uyuşmadığını göstərir. 

Xəlil Yusifli şairin əslən Qaxın Qum kəndindən olmasını iddia edənlərə cavab olaraq yazır: 

“Bu adamlar, heç olmasa, Nizaminin olmayan həmin misralardakı Qum, Təfriş, Ta sözlərinə diqqət 

yetirmir (Müəllif bu beytin ikinci misrasının ayrı-ayrı mənbələrdə fərqli olmasını nəzərdə tutur – 

Ə.N.), bu sözlər arasında ancaq Qum sözünü görürlər. Qum sözünün yanındakı şəhər sözünü də 

görmək istəmirlər. Nizami əsərinə artırılan beytdə Qum kəndindən yox, Qum şəhərindən və onun 

torpaqlarına daxil olan Ta kəndindən danışılır” (2, 18). 

Y.E.Bertels “Böyük Azərbaycan şairi Nizami” kitabında bu xüsusda yazır: “Mənə məlum 

olan Nizami əlyazmalarından ən yaxşısı və ən qədimi olan Paris Milli Kitabxanasına məxsus və 

763-cü ildə (1360) üzü köçürülmüş əlyazmasında da bu misralar yoxdur” (3, 26) . 

Nüşabə Araslının 1980-ci ildə nəşr olunan “Nizami və türk ədəbiyyatı” monoqrafiyasında 

maraqlı bir qeyd ilə qarşılaşırıq: “...türk ədəbiyyatşünası Əli Gəncəli müasir türk şairi 

M.F.Gürtüncanın “Leyli və Məcnun” tərcüməsinə yazdığı müqəddimədə Nizami əsərlərinin 

Ayasofyada rast gəldiyi qədim bir əlyazmasında belə bir beytə təsadüf etdiyini bildirir:  

Pedər bər pedər mər məra tork bud, 

Befərzəngi hər yeki qorq bud. 

(Mənim ata-babam türk idi, 

Ağıl və hikmətdə hər biri bir qurd kimi idi) (4, 5). 

Bu qeyd də şairin atasının türk olduğunu bir daha təsdiq edir.  

Nizaminin anasının kürd əsilli olmasına gəlincə isə onu deyə bilərik ki, bu da Nizaminin 

“Leyli və Məcnun” əsərindəki bir beytdən doğan nəticədir. Beyt özü belədir: 

Gər madəre-mən Rəiseyi-qord (və ya Gər madəre-mən rəiseyi-kord) 

Madər sefatane pişe-mən mord. 

Bu misraların Azərbaycan dilinə tərcüməsi ayrı-ayrı mənbələrdə müxtəlif cür səslənir. 

Səməd Vurğunun poetik tərcüməsində oxuyuruq: 

Kürd qızı anam da bizi tərk etdi, 

Bir ana qəlbiylə dünyadan getdi (5, 54). 

Ə.Səfərli və X.Yusiflinin “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” kitabında beytin 

hərfi tərcüməsi aşağıdakı kimi verilir:  

Mənim anam igid Rəisə 

Ana sifətində qarşımda öldü (6, 122). 

M.Ə.Rəsulzadə “Azərbaycan şairi Nizami” monoqrafiyasında bu beyt haqqında, daha 

doğrusu beytdəki “rəiseyi-kord” birləşməsi barədə yazır: “Bəziləri (tədqiqatçılar – Ə.N.), o 

cümlədən Vəhid Dəstgirdi “Rəisə”ni Nizaminin anasının adı kimi qəbul etmişlər. Lakin bizim 

qənaətimizə görə, tərkibdən də göründüyü kimi, o, şəxs adı deyil, sadəcə bir tituldur. Kürd rəisəsi 

deməkdir. Ümumiyyətlə, qadın adı olaraq “Rəisə” adlının başqa bir nümunəsi də yoxdur. Burada 

“Rəiseyi-kürd”ün (bu söz birləşməsinin – Ə.N.) “Kürd zadəganı” mənasında başa düşülməsi daha 

məntiqə uyğundur. “Kürd rəisi” və ya “kürd rəisəsi” olmaq, eyni zamanda tarixdə də misalları 

olduğu kimi, haqqında danışılan adamın mütləq kürd xalqından da olmasını sübut etmir. Çünki kürd 

qəbilələrinə rəislik (başçılıq – Ə.N.) etmiş türklərin varlığı elm aləmində məlumdur” (7, 41).   

Məşhur İran nizamişünası Səid Nəfisi də öz dissertasiyasında M.Ə.Rəsulzadə kimi düşünür, 

bu misrada Rəisə sözünün xüsusi yox, ümumi isim olaraq işləndiyini yazır. O da Vəhid Dəstgirdiyə 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



306

etiraz edərək Nizaminin anasının kürdlərin rəisəsi, yaxud kürd hakimlərindən olduğunu qeyd edir 

(Daha müfəssəl məlumat üçün bax: 1, 32). 

Beytin ümumi məzmununa istinadən nizamişünaslarımızın bəziləri haqlı olaraq “kord” 

sözünü ərəb qrafikasına uyğun şəkildə “qord” oxumuş, onun igid, əyilməz, mərd mənalarına da 

gəldiyini söyləmişlər. Bəli, diqqətlə düşünsək, şairin bu misralarda qadına xas nəvazişli qayğıkeşlik 


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin