I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
1
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş
“TÜRKOLOJİ ELMİ-MƏDƏNİ
HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR
VƏ YENİ ÇAĞIRIŞLAR”
mövzusunda Beynəlxalq konfransın
MATERİALLARI
(I hissə)
Bakı, 14-15 noyabr 2016-cı il
“Elm və təhsil”
Bakı – 2016
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
2
KONFRANSIN RƏYASƏT HEYƏTİ
AKİF ƏLİZADƏ
AMEA-nın prezidenti, akademik
İSA HƏBİBBƏYLİ
AMEA-nın vitse-prezidenti, akademik
KAMAL ABDULLAYEV
Millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik
TEYMUR KƏRİMLİ
AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik
NAİLƏ VƏLİXANLI
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik
NƏRGİZ AXUNDOVA
AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü
RAFAEL HÜSEYNOV
N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik
TEYMUR BÜNYADOV
Akademik
MÖHSÜN NAĞISOYLU
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
NİZAMİ CƏFƏROV
Atatürk Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü
GÖVHƏR BAXŞƏLİYEVA
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü
YAQUB MAHMUDOV
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
MUXTAR İMANOV
AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
ƏRTEGİN SALAMZADƏ
AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
3
KONFRANSIN TƏŞKİLATÇILARI:
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
AMEA Nəsimi adına Dilçilik İnstitutu
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu
Konfrans 2016-cı il noyabr ayının 14-15-də Bakı şəhərində keçiriləcəkdir
Açılış mərasimi
: AMEA Rəyasət Heyətinin binası, Böyük akt zalı, III m.
Bölmə iclasları
: AMEA-nın Mərkəzi Elmi Kitabxanası, II, III, IV m.
Ünvan: Bakı, H.Cavid prospekti, 115
KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ
İSA HƏBİBBƏYLİ
AMEA-nın vitse-prezidenti, akademik, sədr
MÖHSÜN NAĞISOYLU
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, müavin
KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİNİN ÜZVLƏRİ
ŞAHİN MUSTAFAYEV
AMEA-nın müxbir üzvü
İLHAM TAHİROV
fil.ü.e.d., prof.
İSMAYIL
KAZIMOV
fil.ü.e.d.,
prof.
İSMAYIL MƏMMƏDLİ
fil.ü.e.d., prof.
MAYIL ƏSGƏROV
fil.ü.e.d., prof.
MƏMMƏD ƏLİYEV
fil.ü.e.d., prof.
MƏSUD
MAHMUDOV
fil.ü.e.d.,
prof.
NADİR
MƏMMƏDLİ
fil.ü.e.d.,
prof.
SAYALI SADIQOVA
fil.ü.e.d., prof.
SEVİL MEHDİYEVA
fil.ü.e.d., prof.
AYNEL MƏŞƏDİYEVA
fil.ü.f.d., dos.
AYTƏN BƏYLƏROVA
fil.ü.f.d., dos.
BABA MƏHƏRRƏMLİ
fil.ü.f.d., dos.
RASİM
HEYDƏROV
fil.ü.f.d.,
dos.
TEYYUB QULİYEV
fil.ü.f.d.,
dos.
ELÇİN İBRAHİMOV
KONFRANSIN MƏSUL KATİBİ:
SEVİNC MƏMMƏDOVA
fil.ü.f.d., dos.
KONFRANSIN MƏTBUAT KATİBİ:
TƏRANƏ ŞÜKÜRLÜ
fil.ü.f.d., dos.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
4
KONFRANSIN MATERİALLAR TOPLUSUNUN
REDAKSİYA HEYƏTİ:
ELMİ REDAKTOR:
MÖHSÜN NAĞISOYLU
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü
REDAKSİYA HEYƏTİ ÜZVLƏRİ:
İLHAM TAHİROV,
fil.ü.e.d., prof.
İSMAYIL KAZIMOV,
fil.ü.e.d., prof.
İSMAYIL MƏMMƏDLİ,
fil.ü.e.d., prof.
MAYIL ƏSGƏROV,
fil.ü.e.d., prof.
MƏSUD MAHMUDOV,
fil.ü.e.d., prof.
NADİR MƏMMƏDLİ
fil.ü.e.d., prof.
SAYALI SADIQOVA,
fil.ü.e.d., prof.
SEVİL MEHDİYEVA,
fil.ü.e.d., prof.
AYNEL MƏŞƏDİYEVA, fil.ü.f.d., dos.
AYTƏN BƏYLƏROVA,
fil.ü.f.d., dos.
BABA MƏHƏRRƏMLİ,
fil.ü.f.d., dos.
SEVİNC MƏMMƏDOVA, fil.ü.f.d., dos.
RASİM HEYDƏROV
fil.ü.f.d., dos.
TEYYUB QULİYEV fil.ü.f.d.,
dos.
ELÇİN İBRAHİMOV
Kompüter dizaynerləri
CAHİD KAZIMOV
LALƏ DƏMİROVA
JALƏ ƏSGƏRZADƏ
Kompüter operatorları
PƏRVİN İSAYEVA
RƏNA MƏMMƏDOVA
XATİRƏ MƏLİKOVA
TƏHMİNƏ AXUNDOVA
ANARƏ BABAYEVA
FİRƏNGİZ MƏMMƏDOVA
MİNARƏ MƏLİKZADƏ
Məruzə mətnlərindəki orfoqrafik, qrammatik və üslubi xətalara görə müəlliflər
məsuliyyət daşıyır.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
5
BİRINCİ TÜRKOLOJİ QURULTAYIN 90 İLLIK YUBİLEYİNİN KEÇİRİLMƏSİ
HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2016-cı ildə Bakı şəhərində Birinci Türkoloji Qurultayın keçirilməsinin 90 illiyi tamam
olur.
Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini
qoymuş diqqətəlayiq hadisələrdəndir. Qurultayda əsaslı müzakirə obyektinə çevrilmiş problemlərlə
bağlı böyük perspektiv əhəmiyyətə malik qərarlar qəbul edilmiş, latın qrafikalı yeni əlifbaya keçidin
elmi-metodik prinsipləri işlənib hazırlanmışdır. Həmin əlifbanın ilk kütləvi tətbiqinə türkdilli
respublikalardan məhz Azərbaycanda başlanılması hələ XIX əsrdən etibarən burada mütərəqqi
ziyalıların əlifba islahatı uğrunda fəal şəkildə apardıqları mübarizənin nəticəsi idi. Lakin sovet idarə
üsulu çox keçmədi ki, bütün bunların ardıcıl gerçəkləşdirilməsinin qarşısını müxtəlif vasitələrlə
aldı.
XX yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa
etməsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili statusu qəti surətdə təsbit edildi və Türkoloji
Qurultay tərəfindən vaxtilə irəli sürülmüş tövsiyələrin müasir şəraitdə uğurla həyata keçirilməsi
üçün əlverişli zəmin yarandı. Bir əsr boyunca üçüncü dəfə dəyişdirilməyə məruz qaldıqdan sonra
latın qrafikalı yeni əlifbaya keçildi və ölkənin ictimai-siyasi həyatının, xalqın yazı mədəniyyəti
tarixinin taleyüklü məsələlərinin həlli istiqamətində mühüm addımlar atıldı.
Qurultaydan bəri ötən dövr türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların
formalaşdırılması, Azərbaycanın türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi
tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə
əlamətdardır. Qazanılan nailiyyətlər eyni zamanda Qurultayın təşkili işinə töhfələr vermiş totalitar
rejim qurbanı görkəmli alimlərin xatirəsinə ehtiramın ifadəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
və türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynadığını
nəzərə alaraq, Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi və
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Birinci Türkoloji
Qurultayın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 fevral 2016-cı il
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
6
Akif Əlizadə
Azərba
ycan Milli Elmlər
Akademiyasının Prezidenti
, akademik
BİRİNCİ TÜRKOLOJİ QURULTAY – TÜRK XALQLARININ MƏDƏNİ
HƏYATINDA MÜHÜM HADİSƏ
1926-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultay türk
xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni inteqrasiyasında yeni bir mərhələnin təməlini
qoyan ən əlamətdar hadisələrdən biridir. Bu möhtəşəm toplantıda keçmiş Sovet İttifaqının müxtəlif
bölgələrində, ucsuz-bucaqsız və geniş bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqlarının
mədəni həyatı üçün bir sıra qlobal məsələlər müzakirə olunmuş, yaxın gələcəyə yönələn mühüm
qərarlar qəbul edilmiş və ən başlıcası keçmiş Sovet İttifaqı məkanında yaşayan bütün türk xalqları
üçün latın qrafikalı əlifbaya keçidin elmi-metodoloji prinsipləri işlənib hazırlanmışdır.
Birinci Türkoloji Qurultayın keçirilməsi üçün Azərbaycanın paytaxtı Bakı şəhərinin seçilməsi
heç də təsadüfi olmamışdır. Məsələ burasındadır ki, həmin dövrdə bir sıra elmi-mədəni sahələrdə
olduğu kimi, türkologiya elmində də Azərbaycan ən qabaqcıl sıralarda yer tuturdu. Maraqlıdır ki,
latın əlifbasının ilk kütləvi tətbiqinə də keçən əsrin 20-ci illərinin sonunda türkdilli respublikalardan
məhz Azərbaycanda başlanılmışdır. Təqdirəlayiq haldır ki, Sovet İttifaqının süqutundan sonra da
türkdilli müstəqil respublikalar içərisində ilk dəfə latın əlifbasına keçən Azərbaycan Respublikası
olmuşdur. Məlum olduğu kimi, hazırda digər türkdilli respublikalardan yalnız Özbəkistanda və
Türkmənistanda latın əlifbası tətbiq olunur. Türkiyə Cümhuriyyətinə gəldikdə isə, qardaş ölkə
1928-ci ildən bəri latın əlifbasına keçmişdir.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra da ölkəmiz türkoloji
araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınmışdır. Nüfuzlu “Türkologiya” jurnalının
müasir elmi tələblər səviyyəsində Azərbaycan Milli Elmlər Akademiyasında öz işini davam
etdirməsi bunun əyani sübutudur. Qeyd etmək lazımdır ki, Azərbaycanın türkologiya elmi
sahəsində qazandığı uğurları Birinci Türkoloji Qurultayın təşkilinə töhfələr vermiş və sonralar
repressiyaya məruz qalmış türkoloq alimlərin xatirəsinə dərin ehtiramın ifadəsidir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Birinci Türkoloji Qurultaya dövlət
səviyyəsində hüquqi qiymət vermiş və həmin tarixi hadisənin 90 illik yubileyi ilə bağlı 18 fevral
2016-cı ildə sərəncam imzalamışdır. Sərəncamda qeyd olunduğu kimi, “XX yüzilliyin sonlarına
doğru Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etməsi ilə Azərbaycan dilinin
rəsmi dövlət dili statusu təsbit edildi və Türkoloji Qurultay tərəfindən vaxtilə irəli sürülmüş
tövsiyələrin müasir şəraitdə uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yarandı”.
Azərbaycan Milli Elmlər Akademiyasında ölkə Prezidenti cənab İlham Əliyevin Birinci
Türkoloji Qurultayın 90 illik yubileyi ilə bağlı sərəncamından irəli gələn vəzifələri yerinə
yetirilməsi istiqamətində indiyədək bir sıra elmi tədbirlər, sessiya və konfranslar keçirilmiş, bu
möhtəşəm toplantının müasir dövrdə də öz aktuallığı ilə seçilən və böyük əhəmiyyət daşıyan
çağırışları işığında bir sıra qərarlar qəbul edilmişdir. Həmin toplantılarda Azərbaycan alimləri ilə
yanaşı, digər ölkələrdən gələn türkoloq alimlər də iştirak etmişlər.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin, Nəsimi adına Dilçilik
İnstitutunun və Akademiyanın digər institutlarının təşkilatçılığı ilə keçirilən bugünkü möhtəşəm
Beynəlxalq Konfrans həmin tədbirlərin yekunu olaraq olduqca əhəmiyyətli bir elmi-mədəni
hadisədir. Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş “Türkoloji elmi-mədəni
hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda Beynəlxalq Bakı Konfransında 250-dən
artıq məruzəçinin, o cümlədən türk dünyasının müxtəlif ölkə və diyarlarından gəlmiş 60 nəfər
türkoloq alimin iştirakı bu toplantının yüksək səviyəsini açıq-aşkar bir şəkildə sübut edir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
7
İsa Həbibbəyli
Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti, akademik
BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN DƏRSLƏRİ VƏ MÜASİR ÇAĞIRIŞLAR
Ümumən dünya elminin, xüsusən də türk dünyasının böyük elmi hadisəsi olan Birinci Bakı
Türkoloji Qurultayı tarix kimi də, müasirlik baxımından da mühüm əhəmiyyətə malikdir. 1926-cı
ilin 26 fevralından 5 martına kimi Azərbaycanda keçirilmiş Birinci Türkoloji Qurultay həm də türk
xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsinə, inteqrasiya
proseslərinin dərinləşdirilməsinə geniş üfüqlər açan ictimai hadisədir. Törkologiyanı böyük və
sistemli elmi təlim kimi təqdim edən Bakı Türkoloji Qurultayı beynəlxalq miqyasda da böyük əks-
səda tapmışdır. Bu, Azərbaycanın dünya türkologiyasına, geniş mənada ümumdünya elminə çox
qiymətli töhfəsidir. Birinci Türkoloji Qurultay türk dünyasının çoxəsrlik tarixinin və böyük
gələcəyinin elmi cəhətdən tədqiq edilib öyrənilməsinin möhtəşəm proqramıdır.
Ümumdünya coğrafiyasında böyük yer tutan türk dünyasını landşaft olaraq Böyük çöl
birləşdirir. Böyük çöl coğrafiyası dünya xəritəsində meşə mühiti ilə səhra arasında olan geniş
əraziləri əhatə edir. Bəzən də yuxarı sərhədlərini dağlar, aşağı uzantılarını dənizlər əhatə edən
Böyük çöl Şərqdən Qərbə doğru, Gündoğandan Günbatana qədər uzanıb gedir. Böyük çölün böyük
bir hissəsində isə landşaft bir qədər dəyişir, çöllük əraziləri bözqır torpaqlar əvəz edir. Böyük çöllə
Bozqırın torpaq örtüyündə və hətta bitki aləmində müəyyən fərqlər olduğu kimi, türk dünyasının
etnik tərkibində də bir-birini tamamlayan oğuzlar, qıpçaqlar, türkmənlər, qaşqaylar və sair kimi
bənzər müxtəlifliklər vardır. Bu, eyniliklərin və bənzər müxtəlifliklərin sintezi, yəni Böyük çöllə
Bozqır landşaftının vəhdəti geniş mənada türk dünyasını özündə cəmləşdirir. At, ilxı, çadır, yovşan,
karvanqıran, sürü, çaylar və vadilər Böyük çölün və Bozqırın rəmzləri kimi türk dünyasını
səciyyələndirir. Eyni zamanda, türk dünyasında adət-ənənə, mətbəx, məişət və mərasimlər də oxşar,
yaxın və doğmadır. Ən əsası isə dil faktoru türk dünyasında mühüm birləşdirici vasitə kimi çox fəal
iştirak edir. Qədim türklərin tanrıçılıq inancı ilə sonrakı dövrlərin islam dini dünyagörüşü arasındakı
birlik də türk dünyasını mədəni zənginliyə və mənəvi bütövlüyə qovuşdurmuşdur. Qədim türk
inanclar sistemi ilə islam dini dünyagörüşünün çarpazlaşması XI-XIII əsrlərdə böyük müsəlman
intibahını yaratmışdır. Müsəlman intibahı bəşəriyyətə qüdrətli elm, sənət, fikir bahadırları bəxş
etmişdir. Bu mənada türk dünyası coğrafiya baxımından ümumdünya coğrafiyasının üzvi tərkib
hissəsi olduğu kimi, üfüqlərdən-üfüqlərə qədərki geniş ərazilərdəki qohum xalqların mədəniyyətləri
də böyük bir toplumun zəngin mənəvi mirası olmaqdan başqa, həm də bəşər sivilizasiyasının
ayrılmaz bir parçasıdır. Bu, bənzər müxtəlifliyə malik olan landştaftda yaşayan qohum xalqları
tarixi tale, ortaq köklər və milli-mənəvi dəyərlər birləşdirir. Həmin böyük coğrafiyada baş verən
etnik proseslər və inteqrasiya türk dünyasında və ümumən dünyada yenidən zənginləşməni
şərtləndirir, daha böyük inkişafa təkan verir. Bu isə türk dünyasının, son nəticədə isə dünya
mədəniyyətinin daha da inkişaf etdirilməsinə xidmət edir. Buna baxmayaraq, Türk dünyasında baş
verən bu inkişaf və dəyərlərə ikili standartlarla yanaşma XX əsrin əvvəllərindən etibarən siyasi-
ideoloji mühitdə pantürkizm, panislamizm kimi düşünülmüş damğaları meydana çıxarmışdır. Eyni
zamanda, tarixin müxtəlif dövrlərində etnik proseslərdə qabaran yersiz millətçi ideyalar ümummilli
dəyərlərin üfüqlərini aşdıqda daxili ziddiyyətlərə, hətta bəzi hallarda parçalanmaya gətirib
çıxarmışdır. Bu prosesləri tənzimləməyin ən münasib yolu, əsas vasitəsi mədəniyyət və ədəbiyyat
amilinin üstünlüyünün qorunub saxlanılmasından və ardıcıl olaraq inkişaf etdirilməsindən ibarətdir.
Mədəniyyət - cəmiyyətdə ortaq dəyərlərin və baxışların tarazlı bir səviyyədə yaşadılmasına,
qabarma və çöküşmələr arasındakı ziddiyyətlərin, çatların aradan qaldırılmasına əlverişli şərait
yaradır. Həm də mədəniyyət amili müxtəlif sivilizasiyalar arasındakı əlaqələrin, yaxınlaşmaların,
bəzən isə hətta harmoniyanın təmin edilməsində mühüm rol oynayır. Buna görə də türk dünyasında
mədəniyyət faktoru milli-mənəvi dəyərlərlə bəşəri dəyərlər arasında böyük körpü funksiyasını
yerinə yetirir. Mədəniyyət isə geniş anlayış olub dil, ədəbiyyat, teatr, musiqi, təsviri sənət, mətbuat,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
8
adət-ənənə, milli mətbəx və sair kimi mənəvi sərvətləri əhatə edir. Mədəniyyətlə qoşa addımlayan
ədəbiyyat milli ruhu və mənəviyyatı möhkəm surətdə qoruyub saxlayır və gələcək nəsillərə ötürür.
Bakı şəhərində bunlara görə 26 fevral - 6 mart 1926-cı ildə keçirilmiş Birinci Türkoloji
Qurultay ilk növbədə türk dünyasının inkişafında baş vermiş böyük mədəniyyət hadisəsidir.
Birinci Türkoloji Qurultay – türk dünyasının mədəni birliyinin və mənəvi bağlılığının yeni tarixi
epoxadakı vəzifələrini diqqət mərkəzinə çəkən böyük elmi forumdur. Bu qurultay XX əsrin
əvvəllərində türkoloji elmi-mədəni mühitin ən aktual məsələlərinə: dilçilik, latın əlifbası,
orfoqrafiya, tarix, ədəbiyyat, folklor, incəsənət, etnoqrafiya, terminologiya, metodika sahələrində ən
aktual problemlərin həllinə, mövcud səviyyəsinə və inkişaf etdirilməsi yollarına işıq salan mühüm
baxışlar sisteminin əməli-nəzəri ifadəsidir. Türk dünyası sistemində mədəni inteqrasiyanın və
maarifçiliyin nəzəri əsaslarının və təcrübi-əməli imkanlarının müəyyən edilib istiqamət-
ləndirilməsində Birinci Türkoloji Qurultay böyük rol oynamışdır. Birinci Türkoloji Qurultayın 17
iclasında dinlənilib müzakirə edilən 38 məruzədə humanitar və ictimai elmlərin, türkologiyanın ən
aktual problemləri əhatə olunmuş və konkret təkliflər irəli sürülmüş, mühüm qərarlar qəbul
edilmişdir. Bu planetin bərabərhüquqlu üzvü olan türk xalqlarının milli-mənəvi varlığının və
gələcəyinin qurultayıdır. Ümumiyyətlə, türkologiyanın bütün genişliyi ilə beynəlxalq miqyasda
inkişaf etdirilməsi baxımından Birinci Bakı Türkoloji Qurultayının müzakirələri və direktivləri
xüsusi əhəmiyyətə malikdir. Qurultayda keçmiş Sovetlər Birliyində yaşayan türkdilli xalqların,
Avropa türkologiyasının nümayəndələrinin təmsil olunması, Türkiyə və İran ziyalılarının
iştirakının təmin edilməsi əhatə olunan türkoloji mühitin genişliyini, miqyasını aydın şəkildə
təsəvvür etməyə imkan verir. Coğrafi cəhətdən yanaşsaq, Birinci Türkoloji Qurultayda Böyük Çöl
və Bozqır landşaftında yaşayan xalqların əksəriyyətinin gərkəmli nümayəndələrinin təmsil edildiyi
nadir hadisədir.
Birinci Türkoloji Qurultay türk xalqları kimi, türkologiyanın da böyük coğrafiyasını bütün
genişliyi və zənginliyi ilə əks etdirir. Elmi fikrin və coğrafi mühitin genişliyi bu forumun böyük elm
hadisəsinə çevirmişdir. Bu, türkologiyanın elmi coğrafiyası, türk xalqları coğrafiyasının isə
türkologiyasıdır. Bu, böyük Çöl və Bozqır landştaftı və mədəniyyətinin bütövlüyünün elmi-nəzəri
əsaslarının bəyannaməsidir. Bu, türk dünyasının dünya türologiyasına möhtəşəm töhfəsidir. Bu,
dünya türkoloji mühitində Azərbaycanın yerini və mövqeyini göstərən şərəfli tarixi hadisədir.
Ölkələr üzrə Birinci Türkoloji Qurultayın nümayəndə heyətləri həmin xalqların tanınmış,
görkəmli alimlərindən və ictimai xadimlərindən ibarət olub, türkologiyanın müstəqil elm sahəsi
kimi nə qədər böyük potensiala malik olduğunu bütün reallığı ilə əks etdirirdi. Məlum olduğu kimi,
Türkoloji Qurultayda Türkiyə Cümhuriyyəti 4 nəfərlik nümayəndə heyəti (onlardan 1 nəfəri alman
və 1 nəfəri macar alimi olmaqla), Rusiya Federasiyası 48, Almaniya 2, Qazaxıstan 4, Özbəkistan
11, İran 1, Türkmənistan 4, Qırğızıstan 2, Gürcüstan 5, Ermənistan 2 təmsilçi ilə iştirak etmişdir.
Dostları ilə paylaş: |