I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə15/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   11   12   13   14   15   16   17   18   ...   94

 

ƏDƏBİYYAT 



 

1.

  Cəlilbəyli O.B. Altay dilləri nəzəriyyəsi və yapon dili. Bakı: Nurlan, 2004. 



2.

  Cəlilbəyli O.B. Altayşünasliq kontekstində feillərin strukturu və semantikasi (yapon və 

azərbaycan dillərinin materiallari üzrə). Fil.ü.e.d. .... diss. avtoref. 2016. 

3.

  Quliyev T.A. Altay dillərinin qohumluğu məsələsi, Bakı: Nurlan, 2006 



4.

  Miller R. A. Languages and History. Japanese, Korean, and Altaic. Bangkok: White 

Orchid Press, 1996. 

5.

  Дёрфер Г. Можно ли проблему родства  алтайских  языков  разрешить с позиции  



индоевропеистики? // Вопросы языкознания, 1972, №3, c.51-68. 

6.

  Кормушин И.В. Явление фузии в истории алтайских языков и его значение для 



решения проблемы общности алтайских языков // Проблема общности алтайских языков. Л.: 

Наука, 1971, с. 58-60. 

7.

  Мельников Г.П. Алтайская гипотеза с позиции системной лингвистики // Проблема 



общности алтайских языков. Л.: Наука,1971, с. 61-78. 

8.

  Первый Всесоюзный Тюркологический Съезд. Баку: “Нагыл Еви”, 2011. 



9.

  Старостин С.А. Алтайская проблема и происхождение японского языка. М.: Наука, 

1991 

10.


 

Цинциус В.И. Очерки сравнительной лексикологии алтайских языков. Л.: 

Наука. 1972. 

  

 



Ilham Tahirov 

 

The First Turkological Congress and Problems of Comparative Turkic Linguistics 



Summary 

The First Turkological Congress has left its mark in the socio-political and spiritual-cultural 

life of the Turkic peoples. The issues discussed in this congress were of incomparable significance 

not only for Azerbaycan learning, but also for the history of the Turkic humanitarian thinking. In 

this congress, paralell with other issues, the problems of the comparative turkic linguistics were 

touched upon. The opinions delivered on this matter can be devided into groups: 1) comparison of 

turkic languages with purpose to reveal close relation between them, 2) comparison of turkic 

languages with Mongolian, Tungusian, Finno-Ugrian and Japhetic with purpose to determine 

affinity. 

Keywords: 1st Turkological Congress, Comparative Turkic Linguistics, Turkic languages, 

Altaic languages, Uralo-Altaic languages. 

 

 



Güllü Yoloğlu (Məmmədli), t.ü.e.d., f.ü.f.d. 

 

I ÜMUMİTTİFAQ TÜRKOLOJİ QURULTAYIN PƏRDƏARXASI MƏQAMLARI: 



DÜNYA İNQİLABI VƏ DÜNYA ƏLİFBASI 

 

1917-ci il Oktyabr inqilabından sonra bolşeviklər, digər sahələrdə olduğu kimi, elm və təhsil 



sahəsində də islahatlara başladılar.  Əlbəttə ki, hər şey Çar Rusiyasındakından fərqlənməli idi. 

1917-ci ilin sonu 1918-cu ilin əvvəlində kilsənin dövlətdən, məktəbin kilsədən ayrılması haqqında 

dekretlər qəbul olundu. Bu tək xristianlara aid deyildi. Müsəlmanlar da mollaxanalardan əl çəkib 

sivil məktəblərdə təhsil almalı idilər. Bütün işlər Dövlət Xalq Təhsili Komissarlığına tapşırıldı. Ən 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



76

böyük uğur məktəblərin yaradılması və hamının təhsilə cəlb edilməsi idi. 1923-cü ildə “Rədd olsun 

savadsızlıq!” şüarı ilə könüllülərdən “likbez”lər (savadsızlığın ləğvi) cəmiyyəti yaradıldı. Artıq 

1926-cı ildə RSFSR-da savadlı əhalinin sayı iki dəfə artaraq 51 % olmuşdur. Əlifba islahatı daha 

geniş vüsət almışdı. Kiril əlifbası da köhnəliyin qalığı kimi aradan qaldırılmalı idi. Buna görə də 

latın qrafikalı əlifbaya keçid yenə gündəmə gətirilmişdi. İnqilabın ilk illərində latın qrafikalı 

əlifbaya birdən-birə keçməyin çətinliyini, bəlkə də mümkünsüzlüyünü dərk edən yeni hökumət, 

Xalq Komissarları Soveti inqilabdan əvvəlki əlifbaya edilən düzəlişlərlə bağlı dekret imzaladı. 

Dekretə əsasən, 1918-ci ildə bu əlifbada islahat apararaq i, Θ, , ע  kimi hərfləri, eyni zamanda 

samitlə bitən sözlərin sonundakı  «Ъ»  işarəsini çıxartdılar. Yəni Çar Rusiyasında istifadə olunan 

kiril əlifbasına bəzi sadələşdirilmiş dəyişikliklər etməklə o dövr üçün xüsusilə vacib olan çap işini 

davam etdirdilər. Lakin heç kəs bu dəyişikliklərə fikir vermir və inqilabdan əvvəlki əlifba ilə qəzet, 

jurnallarını çap edirdi. Volodarskinin (Moisey Qoldşteyn) sərt göstərişindən sonra Peterburqda 

bütün qəzet və jurnallar düzəliş edilmiş yeni əlifbada çıxır. Lakin bu o demək deyildi ki, bolşeviklər 

və onların tərəfində olan alimlər latın qrafikalı əlifba ideyasından uzaqlaşırdılar. Bu siyasəti həyata 

keçirənlərdən biri olan dilçi alim N.F.Yakovlev 1932-ci ildə yazırdı ki, SSRİ-də əlifbaların 

latınlaşdırılması Oktyabr İnqilabından həmən sonra başladı. Belə ki, artıq 1917-ci ildə Yakutiyada 

inqilaba qədərki, missioner təbliğatının əsas aləti olan  rus şrifti əsaslı əlifbanın dəyişdirilməsi 

məsələsi qoyuldu və latın qrafikası ilə əvəz edildi. Bir sözlə, inqilaba qədərki kiril və ərəb əlifbaları 

xristian və müsəlman xalqları dinin cəhalət çərçivəsində saxlayan, mürtəce, ruslaşdırma və 

xristianlaşdırmaya, ərəbləşdirməyə xidmət edən vasitə kimi latın qrafikası ilə əvəz olunmalı idi...  

RSFSR-nin Xalq Maarifi Komissarı (1917-1929) A.V.Lunaçarski başda olmaqla bir sıra 

inqilabçı və ziyalı qrupu rusların və eləcə də bütün dünya xalqlarının latın qrafikalı əlifbaya 

keçməsini təklif edirdilər. A.V.Lunaçarski düşünürdü ki, dünya inqilabı azad bəşəriyyətə dünya 

əlifbası – latın qrafikalı əlifba gətirməli idi... Onun şahidliyinə görə, V. İ. Lenin (1870-1924) də bu 

əlifbanın tərəfdarı idi. Lakin V.Lenin haqlı olaraq latın qrafikalı əlifbaya birdən-birə keçməyi 

təhlükəli hesab edirdi...  

Deməli, dünya xalqlarının vahid latın qrafikalı əlifbaya keçməsi bolşeviklərin, sonralar SSRİ-

nin geniş miqyaslı planlarından biri idi.  1919-cu ildə Lunaçarskinin də bilavasitə əli olmaqla Xalq 

Maarifi Komissarlığının Elm şöbəsi respublikanın bütün xalqlarının latın qrafikalı əlifbaya 

keçməsini təklif etdi. Artıq yeni hakimiyyət bir sıra yeni addımlar atmış, yeni təqvim stilinə, ölçü və 

çəki sisteminə keçmişdi. 

Latın qrafikasına keçməyə, əsasən, ərəb qrafikasından istifadə edən xalqlardan başladılar 

desək yanılarıq. Çünki inqilabdan sonra latın qrafikalı əlifbaya ilk keçənlər rəsmi xristian, qeyri-

rəsmi şamanist olan saxa (yakut) türkləri idi... Bu hərəkat 1921-ci ildən Azərbaycanda və Şimali 

Qafqazda (İnquşetiya, Şimali Osetiya və Kabarda) da başladı. Bolşeviklər hər yerdə latın 

qrafikasının yayılmasına şərait yaradırdılar. Yerlərdə kargüzarlıq latın qrafikasında aparılır, bu 

əlifba ilə əlifba, dərs kitabları, qəzet, jurnalların çapına və müəllimlərin hazırlanmasına pul ayrılırdı. 

Orta Asiyanın bəzi yerlərində latınlaşdırmaya qarşı dirəniş vardı. Bir çoxları İnqilabın ilk 

günlərində əlifba dəyişikliyinə bolşeviklərin qələbəsi kimi yanaşdıqlarından ərəb əlifbasından 

uzaqlaşmaq istəmirdilər. Bu, əsasən Özbəkistan ərazisində daha ciddi şəkil almışdı. Lakin 1928-ci 

ildə SSRİ-yə dost Türkiyənin də latın qrafikalı əlifbaya keçməsi vəziyyəti bolşeviklərin xeyrinə 

xeyli yaxşılaşdırdı. Mərkəz yeni əlifbaya keçidi elə təqdim edirdi ki, guya bu bolşeviklərin deyil, 

yerli ziyalıların arzusu idi. Əslində arzular üst-üstə düşürdü.  

Bir çoxları inqilabın ilk günlərində əlifba dəyişikliyinə bolşeviklərin qələbəsi kimi 

yanaşdıqlarından ərəb əlifbasından uzaqlaşmaq istəmirdilər. Bu, əsasən, Özbəkistan ərazisində daha 

ciddi şəkil almışdı. 1923-cü ildə Y.D.Polivanov “Türk yazılarında latın şrifti problemi” adlı 

broşüründə SSRİ-nin türk xalqlarının maarif işçilərinin qrafika məsələsi ilə bağlı konfransın və ya 

qurultayın çağırılmasının vacib olduğundan yazır. Məqsəd islahatın pərakəndə yerinə yetirilməsinin 

qarşısını almaq idi. Çünki saxa S.Novqorodov kimi, hərə özü üçün bir əlifba yaradacaqdı... Bunun 

vacibliyini latınlaşdırılmanın digər tərəfdarları da başa düşürdülər. Ona görə də 1924-cü ildə 

Moskvada Şərqşünaslıq Elmi Cəmiyyətinin nəzdində Türk yazısı üçün latın şrifti Assosiasiyası 

(Aslat) yaradıldı. Bu Assosiasiya ümumtürk qurultayının hazırlığına başladı. Əsas işi Azərbaycanı 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



77

Tədqiq və Tətöbbö cəmiyyəti görürdü. Nəhayət, 1926-cı ilin fevralında Bakıda Birinci Ümumittifaq 

Türkoloji Qurultay keçirildi... 

1926-cı ildəki Bakı Qurultayında Moskva və Leninqraddan olan alimlər də iştirak edərək 

Azərbaycanın təcrübəsini SSRİ-nin digər respublika və muxtar vilayətlərində də yaymaq qərarına 

gəldilər. Bu işə rəhbərlik məqsədilə Yeni Türk əlifbasının 1927-ci ildə Bakıda keçirilən I 

Plenumunda 34 hərfdən ibarət vahid yeni türk əlifbasının layihəsi qəbul olundu. Nəzərdə tutuldu ki, 

ehtiyac olarsa, bura əlavə işarələr də salınacaq. 1929-cu il avqustun 7-də SSRİ MİK-nin və Xalq 

Komissarları İttifaqının “SSRİ-nin ərəb yazılı xalqlarının yeni latın qrafikalı əlifbası” başlıqlı qərarı 

ilə  latın qrafikasına keçidə rəsmi status verildi. Qəzet və dərgilərin, kitab çapının yeni əlifba ilə 

yayılması geniş xalq kütləsinin də bu əlifba ilə yazıb oxumasına təkan verirdi.  1930-cu ildən digər 

xalqların da bu əlifbaya keçməsi geniş vüsət aldı. 1929-1939-cu illər arası SSRİ-nin yazısı olan 72  

xalqından 50-si latın qrafikalı əlifbaya keçmişdi. Burada mari, mordva və udmurtların keçmədiyi 

bildirilir. Bəzi mənbələrdə isə 66 xalqın bu əlifbaya keçdiyi göstərilir. Məqsəd burada Qafqaz və 

türk xalqlarının vahid latın qrafikalı əlifbaya keçidi ilə bağlı razılığa gəlmələri idi. Bütün qərarlar 

artıq Ümumittifaq Kommunist Partiyasının(b) Mərkəzi Komitəsinin direktivində qeyd edilmişdi. 

Bir il sonra yenə də xalqların nümayəndələrinin öncədən Köhnə meydanda qəbul olunmuş qərarı ilə 

Yeni Türk Əlifbasının Ümumittifaq Mərkəzi Komitəsi yaradıldı. 1931-ci ildən Komitənin adındakı 

“türk” sözü ləğv olundu...  

Qeyd edək ki, Oktyabr inqilabından sonra Çar Rusiyasının ruslaşdırma və xristianlaşdırma 

siyasətində əsas vasitə olan kiril əlifbasının latın qrafikası ilə əvəzlənməsi məsələsinin daha da 

kəskin qalxması yeni məsələ deyildi...  

I Pyotr öz təbəələri üçün yeni vətəndaş əlifbası irəli sürdükdən sonra Rusiya İmperiyasında 

daim “rus yazısı hansı əlifbaya əsaslanmalıdır?” sualı ətrafında mübahisələr olmuşdur. Qərb 

yönümlü alimlərin bir çoxu Pyotrun islahatlarına əsaslanaraq hesab edirdilər ki, əlifba da latın 

qrafikası əsasında hazırlanmalı idi. Onlar I Pyotrun “düşündüyü”, lakin həyata keçirə bilmədiyi bu 

işi başa çatdırmağa çalışırdılar. Slavyanofillər isə belə hesab edirdilər ki, I Pyotrun əməllərini 

layiqli davam etdirməyin yeganə yolu bütün Çar Rusiyası xalqlarının kiril əlifbasına keçməsini 

təmin etmək olardı və bu yöndə doğrudan da xeyli iş görmüşdülər...  

Latın qrafikası tərəfdarları da fəaliyyətdə idilər. XIX - XX əsrin ilk yarısında polyak 

latınından belarus dilindəki yazıda da istifadə olunurdu. Belarus dili yazı dilinin fonetik sisteminə 

keçmişdi. 1900-cü ildə cz, sz və z  č, š və ž ilə əvəz olundu. Yeni hərflərdən “Naša Niwa” qəzeti 

istifadə etdiyinə görə, arada həmin əlifba “naşenskiy” adlandırılırdı. Əvvəlkinə isə “velikolitovskiy” 

deyirdilər. 

XIX – XX əsrlərdə Ukrayna dili üçün latın qrafikalı əlifbanın iki variantı vardı: İosif 

Lizinskinin 1834-cü ildə tərtib etdiyi “polyaklaşdırılmış” və çüx slavisti Yozef İreçekin 1859-cu 

ildə tərtib etdiyi “çexləşdirilmiş” əlifbaları. 

1833-cü ildə Moskvada naməlum müəllifin “Новыя усовершенствованныя литеры 

русского алфавита” və ya “Opыt wedeniya novыh russkih liter” yazısı çap olundu. Burada müəllif 

rus dili üçün belə bir əlifba təklif edirdi: Aa, Bb, Cc (цэ), Dd, Ee, Ff, Gg, Hh, Iiı, Jj (жэ), Kk, Ll, 

Mm, Nn, Oo, Pp, Rr, Ss, Tt, Uu, Vv, Zz, Чч, Шш, Ыы, Юю, Яя. 

1842-ci ildə K.M.Kodinski “Упрощенiе русской грамматики” (“Uproscenie ruscoi 

grammatichi. — СПб., 1842”) (“Rus qrammatikasının sadələşdirilməsi”) kitabında rus dili üçün 

latın əlifbası təklif edir. O, 1857-ci ildə “Преобразование и упрощение русского правописания” 

(“Rus yazısının dəyişdirilməsi və sadələşdirilməsi”) adlı kitabında yenə də latın qrafikasının 

tətbiqini təklif edir.   Kodinskinin təklif etdiyi əlifba rumın, macar və fransız əlifbalarının qarışığı 

idi: Aa, Bb, Cc, Dd, Ee, Ff, Gg, Hh, İi, Jj, Ll, Mm, Nn, Oo, Pp, Qq, Rr, Ss, Tt, Uu, Üü, Vv, Xx, Yy, 

Zz. Qəliz diqrafları olan (cz (ц), sz (ш), sc (щ), hi (ы)) olan əlifba ilə sözlərin oxunuşunda və 

yazılışında çətinliklər yaranırdı. Məsələn, “рыбы” (“balıqlar”) sözü bu əlifbada belə yazılırdı: 

rhibhi. Soyadların sonundakı –oв, -ев isə “-of”, “-ef” kimi yazılırdı... Bir sözlə, bu əlifba yazını 

daha da qəlizləşdirirdi. 

1845-ci ildə V.Belinski difraqramları çıxardaraq rus latınını irəli sürdü. 1862-ci ildə Yulian 

Kotkovski öz broşüründə bütün slavyanlara polyak əlifbasından istifadə etməyi təklif etdi. 1871-ci 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



78

ildə Zasyadko da öz təklifini verdi. Beləliklə, latın qrafikalı rus əlifbasının tərəfdarlarının hərəsi bir 

əlifba təklif edirdi. 

Yəni hələ Böyük Oktyabr Sosialist inqilabına qədər Çar Rusiyasında latın qrafikalı əlifbaya 

keçmək üçün kifayət qədər ciddi cəhdlər olmuşdur. Lakin buna baxmayaraq yenə də latınlaşdırma 

prosesində ən ağrılı yer rus dili üçün latın qrafikasının tətbiqi idi. İnqilabdan sonrakı zaman kəsiyinin 

uzandığı hər gün rus dilində işlənmiş kiril əlifbası ilə minlərlə çap məmulatı yeni hökumətin siyasətini 

dünyaya yayırdı. Bu və bir çox digər amilləri nəzərə alan Mərkəzi Komitə rus əlifbasının latın 

qrafikasına keçidini dayandırdı. 1931-ci ildə qərarı daha kəskin şəkildə təkrar etdilər. 

Bundan sonra da SSRİ xalqlarının əlifbalarının latınlaşdırılması davam edirdi. Lakin aparıcı 

xalq olan rusların kiril əlifbasında qalması onları ölkənin digər xalqlarından ayırırdı. Bu da 

Moskvanı qıcıqlandırmağa başlamışdı. 1933-cü ildə ÜMK EA-nın elmi şurasının plenumunda 

alimlərlə partiya nümayəndələri üz-üzə gəldilər.  

Dünyada baş verən iqtisadi böhranla yanaşı SSRİ-nin xarici siyasət kursunun dəyişməsi də 

latınlaşdırmanın dayandırılmasına səbəb oldu. Əgər bayaqdan Türkiyənin latın qrafikasına keçməsi 

SSRİ-nin müsəlman türk xalqlarının da bu əlifbaya keçidinə təkan verirdisə, Türkiyə ilə 

münasibətlər gərginləşəndən sonra artıq ortaq əlifba təhlükə qaynağına çevrilirdi. Belə ki, 1935-ci 

ildə Türkiyə Cumhuriyyətinin Xalq Təsərrüfatı nazirinin Moskvaya səfəri zamanı, eləcə də 1936-cı 

ildə Montredəki beynəlxalq konfransda və s. bəzi fikir ayrılıqları yarandı. Münasibətlərdəki böhran 

ona gətirib çıxartdı ki, 1938-ci ildə Qarsda, Artvində, İzmirdə, Ərzurum və Trabzonda SSRİ, 

Odessada, Bakı, Leninakan və Yerevanda da Türkiyə konsulluqları bağlandı, ölkələrarası ticarət 

dövriyyəsi azaldı. İkinci Dünya savaşının başlaması, dövlətlərin bu müharibədə mövqelərini 

müəyyənləşdirmələri, gizli və açıq müqavilələr, maraqlar SSRİ ilə Türkiyənin son dövrdə onsuz da 

soyuq olan münasibətlərini bir az da soyutdu... 

Bəşəriyyət yeni ağrılı bir mərhələyə qədəm qoyurdu. Belə olduğu halda SSRİ “dünya 

inqilabının verdiyi dünya əlifbası” ideyasından əl çəkərək cəlb olunduğu müharibədən ölkənin qalib 

çıxması yolunda addımlar atmaqla məşğul oldu... Artıq kommunistlər latın qrafikalı əlifbanı dünya 

inqilabının əsas alətlərindən biri hesab etmirdilər...  

Dünyada baş verən iqtisadi böhranla yanaşı SSRİ-nin xarici siyasət kursunun dəyişməsi də 

latınlaşdırmanın dayandırılmasına səbəb oldu. Əgər bayaqdan Türkiyənin latın qrafikasına keçməsi 

SSRİ-nin müsəlman türk xalqlarının da bu əlifbaya keçidinə təkan versə də, Türkiyə ilə 

münasibətlər gərginləşəndən sonra ortaq əlifba təhlükə qaynağına çevrilirdi. Artıq SSRİ latın 

qrafikalı əlifbanı dünya inqilabının əsas alətlərindən biri hesab etmirdi.  

Kiril əlifbasına keçirilən ilk əlifba 1936-cı ildə kabarda-çərkəz əlifbası oldu. 1937-ci ildə 

Şimal, 1938-ci ildə Dağıstan, Altay və s. xalqları ard-arda kiril əlifbasına keçirildi. 1940-1941-ci 

illərdə tatarlar, başkurtlar, qazaxlar və digərləri də bu əlifbaya keçdilər. Ən son keçirilənlər kürd, 

uyquridunqan dilləri oldu (1940-cı illərin sonu-1950-ci illərin əvvəli). Nivx, nanay və udegey 

dillərində əlifba yaradılsa da, kitab çap edilmədi... Üstəlik də 13 mart 1938-ci ildə SSRİ Xalq 

Komissarları Soveti və ÜK(b)P MK “Rus dilinin bütün milli respublikaların və vilayətlərin 

məktəblərində öyrənilməsi haqqında” qərar çıxardır... Bundan sonra bir sıra dillər ortadan qalxır...  

Əvvəl qərara gəldilər ki, 33 hərflik (və apostrof) rus əlifbası olduğu kimi tətbiq olunsun, yəni 

heç bir əlavə işarə salınmasın. Lakin bu əlifba başqa dillərdəki səsləri tam əks etdirmədiyindən, bəzi 

dillər üçün əlavə hərflər, bəzilərində isə diqraf və apostrof daxil etməli oldular. Lakin tezliklər bir 

çox dildəki əlifbadan diqraflar çıxarıldı, yerinə əlavə hərflər salındı. Onu da qeyd edək ki, bu gün 

Rusiyada “Rus latınını sevənlər klubu” var və onun üzvləri rus dili üçün latın qrafikalı əlifbanın 

müxtəlif variantlarını müzakirə edirlər... 

1926-cı ildə Bakıda keçirilən I Ümumittifaq Türkoloji Qurultaya gələnlər də, orada bir sıra 

məsələlərlə yanaşı, latın qrafikalı əlifbaya keçid məsələsini müzakirə edənlər də aldadılanlar idi. 

Onlar Moskvanın uzaqgörən siyasətinin qurbanları idilər. Lakin zaman göstərdi ki, həqiqət gec-tez 

öz yerini alır.   SSRİ dağıldıqdan sonra bir çox xalqların latın qrafikalı əlifbaya keçməsi 1930-cu 

illərin qurbanlarının qanının yerdə qalmadığını, onların fikir və ideyalarının həyata keçdiyini 

göstərdi. Həm də onu göstərdi ki, baxmayaraq ki, Moskva xalqları öz siyasətinə uyğun olaraq latın 

qrafikalı əlifbaya keçirirdi, “yanlış da bir naxışdır”, elə ən doğrusu latın qrafikalı əlifba imiş. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



79

Müstəqilliyə qədəm qoymuş türk xalqlarının latın qrafikalı əlifbaya keçməsi və bəzilərinin də 

keçmək arzusu onu göstərdi ki, doğrudan da bu əlifba xalqların inkişafı, gələcəyi, dünyaya 

inteqrasiyası üçün ən əlverişli əlifbadır.  

QAYNAQLAR 

1.

  Грот Я. К. Спорные вопросы русскаго правописанія отъ Петра Великаго 



донын . — СПб., 1873. 

2.

   О латинизации русского алфавита, Еженедельник «Коммерсантъ» (№ 2 (856), 



18.01.2010). Проверено 17 февраля 2012. 

3.

  В. Т. Чумаков Латиница вторгается в русский язык // СМИ «Интеллигент». — 2004. 



4.

  Никола Танасич; Анастасия Галанина. Нация безграмотных. Православие.Ru (9 

апреля 2009). Проверено 17 февраля 2012. 

5.

  Клуб любителей русской латиницы. http://ru-latinica.livejournal.com/ 



6.

  Русская латиница. http://latinization.livejournal.com/ 

7.

  А. Луначарский, Латинизация русской письменности // Культура и письменность 



Востока, № 6, 1930, стр. 20—26. 

8.

  Н. Ф. Яковлев, О развитии и очередных проблемах латинизации алфавитов // 



Революция и письменность, № 2, 1936, стр. 25—38. 

9.

  Яковлев Н. Ф. «Вопросы алфавита в связи с социальными и культурными 



условиями существования тюркских национальностей и проблема установления системы 

письма» (Первый Всесоюзный тюркологический съезд. Стенографический отчет, 1926). 

10.

  «Культура и письменность Востока», кн. 6.  Баку, 1930.



 

↑ Докладная  записка 

Ямальского (Ненецкого) окружкома Омскому обкому 

ВКП(б) 


о переводе ненецкого 

латинизированного алфавита на русскую основу. Цитируется по: Судьбы народов Обь-

Иртышского Севера. Тюмень, 1994 

11.


   Докладная записка Омского обкома ВКП(б) И. В. Сталину «О переводе языков 

северных национальностей Омской области с латинизированного алфавита на русскую 

основу». Цитируется по: Судьбы народов Обь-Иртышского Севера. Тюмень, 1994 

12.


   Борыкъуей Т’ут’а. Буквар. — Налшык, 1936. 

13.


  Татар аьдяби телененъ алфавиты хъям орфографиясе. — Казан, 1938. 

14.


  Омар Шариф. Латинизация алфавита. Узбекский опыт. 

http://www.fergananews.com/articles/5092 

15.

  К вопросу о латинизации тюркских алфавитов.



 

 http://bibliotekar.kz/chitat-knigu-

onlain-n-z-r-t-re-lov/k-voprosu-o-latinizacii-tyurkskih-alfavi.html 

16.


  Даудов Абдулла Хамидович, Мамышева Елена Петровна.Из истории латинизации 

национальных алфавитов СССР. - Вестник Санкт-Петербургского университета. Серия 2. 

История, № 2 / 2011. 

17.


  Барахов И. Итоги 1-го Всесоюзного Тюркологического съезда. – «Хозяйство 

Якутии», 1926, №5, с. 37-50.  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



80

 

Tofiq Əbdülhəsənli, fil.ü.e.d. 



  

I TÜRKOLOJİ QURULTAYDA TÜRK DÜNYASI ÜÇÜN ORTAQ ƏDƏBİ DİL 

İDEYASININ NƏZƏRİ KONSEPSİYASI  

 

 



Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, 

bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir. Eyni zamanda, bu, 

bügünkü vəziyyətin reallıqlarıdır. 

İLHAM ƏLİYEV  

 

1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji qurultayda türk dünyası üçün tarixi əhəmiyyət 



daşıyan bir çox məsələlər müzakirə olunmuş, onların həlli istiqamətində elmi faktlara söykənən 

məruzələr edilmişdi. I Türkoloji qurultay böyük tarixi, mədəni, ictimai-siyasi hadisə idi. Onun 

Bakıda keçirilməsi tamamilə qanunauyğun idi, çünki həmin dövrdə bir sıra sahələrdə olduğu kimi 

türkologiya elmində də Azərbaycan öndə gedirdi, birinci idi. Ölkədə bu istiqamətdə tanınmış və 

nüfuzlu söz sahibləri, elm adamları çoxdan bəri səmərəli fəaliyyət göstərirdi.


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin