lxxix
[79] 22 oktyabr 2010-cu il tarixli 1097-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2010-cu il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 949) ilə 37-ci maddənin birinci hissəsində “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun hesabına” sözləri “dövlət büdcəsinə” sözləri ilə əvəz edilmişdir.
lxxx[80] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 37-ci maddənin birinci abzasında "Əlilləri Sosial Müdafiə Fondunun" sözləri "Dövlət Sosial Müdafiə Fondunun" sözləri ilə əvəz edilmişdir.
lxxxi
[81] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 39-cu maddənin 2-ci cümləsi çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
Yardım Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının və əlilləri sosial müdafiə fondunun vəsaiti hesabına göstərilir.
lxxxii[82] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 40-cı maddənin adında və ikinci hissəsində “əlilə” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşağa” sözləri, birinci hissəsində “əlillərə” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqlara” sözləri əlavə edilmişdir.
|