I[1] azərbaycan respublikasinin qanunu ii[2]



Yüklə 396,5 Kb.
səhifə19/33
tarix02.01.2022
ölçüsü396,5 Kb.
#5428
1   ...   15   16   17   18   19   20   21   22   ...   33
lxxxiii


[83] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 40-cı maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Əlilə texniki və ya başqa vasitə fərdi reabilitasiya proqramına uyğun olaraq pulsuz və ya güzəştli şərtlərlə verilir.

lxxxiv


[84] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 40-cı maddənin üçüncü hissəsi çıxarılmışdır.


lxxxv[85] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 41-ci maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər respublikadaxili (şəhərlərarası) bütün nəqliyyat növlərindən (taksidən başqa) ildə bir dəfə pulsuz, bundan sonra il ərzində 50 faiz güzəştlə istifadə edirlər.


lxxxvi[86] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 41-ci maddənin ikinci hissəsində “I və II qrup əlillər” sözlərindən sonra “habelə III qrup müharibə əlilləri” sözləri əlavə edilmişdir.

13 iyun 1997-ci il tarixli 320-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 6, maddə 452) ilə 41-ci maddənin birinci və ikinci hissələri yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər ildə bir dəfə Azərbaycan Respublikasının hüdudları daxilində hava, dəmiryol və su nəqliyyatından pulsuz istifadə etmək hüququna malikdirlər.

I və II qrup əlillər, habelə III qrup müharibə əlilləri respublikadaxili (şəhərlərarası) bütün nəqliyyat növlərindən (taksidən başqa) 50 faiz güzəştlə istifadə edirlər.

15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 41-ci maddənin ikinci hissəsi çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər şəhərdaxili və şəhərətrafı nəqliyyatdan (taksidən başqa) pulsuz istifadə edirlər.


lxxxvii[87] 13 iyun 1997-ci il tarixli 320-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 6, maddə 452) ilə 41-ci maddənin üçüncü və dördüncü hissələri çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Əlillər şəhərdaxili və şəhərətrafı nəqliyyatdan (taksidən başqa) pulsuz istifadə edirlər.

Göstərilən güzəştlər I qrup əlili, habelə əlil uşağı müşayiət edən şəxsə də şamil edilir.


lxxxviii[88] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 41-ci maddənin adında və ikinci hissəsində “əlillərə” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqlara” sözləri əlavə edilmişdir.


lxxxix[89] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə Qanuna 41-1-ci maddə əlavə edilmişdir.

13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 41-1-ci maddədə “əlillərin” sözündən sonra “, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin” sözləri əlavə edilmişdir.




xc[90] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 42-ci maddənin ikinci hissəsindən “, əlil uşaqlar” sözləri çıxarılmışdır, “II qrup əlillər” sözlərindən sonra və üçüncü hissəsində “əlillər” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqlar” sözləri əlavə edilmişdir.


xci[91] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 42-ci maddənin birinci, ikinci və üçüncü hissələrdə “Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə zamanı əlil olanlar” sözləri “Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olan hərbçilər və mülki şəxslər” sözləri ilə əvəz edilmiş, ikinci hissədən “Əfqanıstanda xidmətlə əlaqədar əlil olmuş şəxslər” sözləri çıxarılmışdır.

15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 42-ci maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 42. Dərman preparatları və protezlər ilə təminat

1990-cı ilin 19—20 yanvar Bakı hadisələrində, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olan hərbçilər və mülki şəxslər, müharibə əlilləri, onlara bərabər tutulanlar, Çernobıl əlilləri, əlil uşaqlar və I dərəcəli əlillər dərman preparatları ilə pulsuz təmin edilirlər. İkinci dərəcəli əlillərə dərman preparatları 50 faiz güzəştlə satılır.

1990-cı ilin 19—20 yanvar Bakı hadisələrində, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olan hərbçilər və mülki şəxslər, müharibə əlilləri, Çernobıl əlilləri və I qrup əlillər üçün diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna edilməklə) pulsuz hazırlanır və pulsuz təmir olunur.

1990-cı ilin 19—20 yanvar Bakı hadisələrində, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olan hərbçilər və mülki şəxslər, müharibə əlilləri, 16 yaşınadək əlil uşaqlar, əlil tələbələr, ümumi səbəbdən və uşaqlıqdan əlil olub işləməyən şəxslər, hərbi xidmət əlilləri, büdcədən maliyyələşdirilən idarə və təşkilatlarda işləyən əlillər protez-ortopediya məmulatı, əlil kreslo və veloarabaları, reabilitasiya vasitələri ilə pulsuz təmin edilirlər.

Əlillər eşitmə və tiflotexniki vasitələr ilə pulsuz təmin edilirlər.


xcii[92] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə adında, ikinci-beşinci hissələrdə, altıncı hissənin birinci cümləsində ismin müvafiq hallarında “əlillərə” sözündən sonra ismin müvafiq hallarında “, sağlamlıq imkanları məhdud uşağın ailələrinə” sözləri əlavə edilmişdir və birinci və altıncı hissələrdə ismin müvafiq hallarında “I qrup əlillərə” sözlərindən sonra ismin müvafiq hallarında “, sağlamlıq imkanları məhdud uşağın ailələrinə” sözləri əlavə edilmişdir.


xciii[93] 30 aprel 2002-ci il tarixli 314-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 244) ilə 43-cü maddənin üçüncü hissəsində "reabilitasiya müəssisələrinin" sözlərindən sonra "(mərkəzlərin)" sözü əlavə edilmişdir.


Yüklə 396,5 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin