Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması – əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun baş verməsi və ağırlaşması hallarına qarşı yönəldilmiş tibbi, ekoloji, gigiyenik, texniki təhlükəsizlik, idman və digər tədbirlər sistemidir.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası –orqanizmin funksiyasının davamlı pozulması nəticəsində baş verən həyat fəaliyyətinin məhdudlaşmasının aradan qaldırılmasına, yaxud kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemidir. Reabilitasiyanın başlıca məqsədi əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial adaptasiyası və sosial statusunun reabilitasiya olunmasıdır.