I[1] azərbaycan respublikasinin qanunu ii[2]



Yüklə 0,53 Mb.
səhifə1/6
tarix07.12.2016
ölçüsü0,53 Mb.
#977
  1   2   3   4   5   6
Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında i[1]
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU ii[2]
Bu Qanun Azərbaycan Respublikasında əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində dövlət siyasətini müəyyən edir, əlilliyi və uşaqların sağlamlıq imkanları məhdudluğunu doğuran səbəblərin aradan qaldırmasına, əlillərin və sağlamlıq imkanları məhdud uşaqlar reabilitasiyasına, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün əlillərin və sağlamlıq imkanları məhdud uşaqlar bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir. iii[3]
I. ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqi vəziyyətinin əsasları
Azərbaycan Respublikasında əlillər və sağlamlıq imkanları məhdud uşaqlar BMT Baş Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və başqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər.

Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. iv[4]


Maddə 2. Əsas anlayışlar
Əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir.

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq — orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır (bundan sonra — sağlamlıq imkanları məhdud uşaq (18 yaşınadək şəxs).

Şəxsin həyat fəaliyyətinin məhdudlaşması əlilin və sağlamlıq imkanları məhdud uşağın özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz davranışına nəzarət, habelə təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya imkanlarını tamamilə, yaxud qismən itirilməsində təzahür edir.



Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması – əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun baş verməsi və ağırlaşması hallarına qarşı yönəldilmiş tibbi, ekoloji, gigiyenik, texniki təhlükəsizlik, idman və digər tədbirlər sistemidir.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası – orqanizmin funksiyasının davamlı pozulması nəticəsində baş verən həyat fəaliyyətinin məhdudlaşmasının aradan qaldırılmasına, yaxud kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemidir. Reabilitasiyanın başlıca məqsədi əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial adaptasiyası və sosial statusunun reabilitasiya olunmasıdır.

Tibbi reabilitasiya – orqanizmdə anadangəlmə, yaxud sonradan baş verən xəstəlik və ya zədələr nəticəsində pozulmuş funksional qabiliyyətlərin tibbi və digər metodlara reabilitasiyasına və kompensasiyasına yönəldilmiş tədbirlər sistemidir.

Peşə-əmək reabilitasiyası – əlilin əvvəlki, yaxud yeni peşədə əmək qabiliyyətinin qaytarılması məqsədi ilə zəifləmiş, yaxud itirilmiş funksiyasının reabilitasiyasına, peşə seçilməsinə, işə düzəldilməsinə və ya onun yeni peşəyə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər sistemidir.

Sosial reabilitasiya – əlillərin və sağlamlıq imkanları məhdud uşaqların həyat səviyyəsinin yaxşılaşdırılmasını, onlara cəmiyyətin həyatında iştirak etmək üçün digər vətəndaşlarla bərabər imkanlar yaradılmasını təmin edən tədbirlər sistemidir.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi – əlillərin və sağlamlıq imkanları məhdud uşaqların həyat fəaliyyətinin məhdudlaşdırılmasının aradan qaldırılmasını, kompensasiya edilməsini, cəmiyyətin həyatında onlara digər vətəndaşlarla bərabər imkanlar yaradılmasını nəzərdə tutan iqtisadi, sosial və hüquqi dövlət təminatları sistemidir. v[5]
Maddə 3. Tibbi-sosial ekspertiza vi[6]
Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir.

Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir.

Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.

Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. vii[7]


Maddə 3-1. Psixoloji-tibbi-pedaqoji komissiya
Uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasının aparılmasını, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edilməsini, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər verilməsini, mübahisəli məsələlərə baxılmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan və daimi fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiya həyata keçirir.

Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən aparılan müayinədə və müayinə nəticələrinin müzakirəsində iştirak etmək hüquqları vardır. viii[8]


Maddə 4. Əlilliklə və uşaqların sağlamlıq imkanları məhdudluğu ilə bağlı tələbatın müəyyənləşdirilməsi ix[9]
Əlilliklə və uşaqların sağlamlıq imkanları məhdudluğu ilə bağlı tələbatın müəyyənləşdirilməsi qaydası və şərtləri tibbi-sosial ekspert komissiyasının rəyinə əsasən və əlilin, sağlamlıq imkanları məhdud uşağın peşə və məişət fəaliyyəti, təhsil alma qabiliyyəti nəzərə alınmaqla təyin edilir. Əlilin, sağlamlıq imkanları məhdud uşağın zəruri sosial müdafiəsinin növləri və həcmləri tibbi, sosial-əmək reabilitasiyasına və uyğunlaşmasına dair fərdi proqram şəklində təqdim olunur. x[10]

Maddə 4-1. Şəxsin əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılması xi[11]


Şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır.

Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir.

Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. xii[12]
Maddə 5. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlər məcburi dövlət sosial sığorta haqları və dövlət büdcəsi vəsaiti hesabına müvafiq Dövlət Proqramına uyğun olaraq maliyyələşdirilir. Dövlət Proqramı hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. xiii[13]
Maddə 6. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsini təmin edən dövlət orqanları
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin təmin olunması sahəsində dövlət idarəetməsini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların respublika ictimai təşkilatlarının nümayəndələri müvafiq icra hakimiyyəti orqanları kollegiya üzvü olurlar.

Müvafiq icra hakimiyyəti orqanları, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları ilə birlikdə əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində dövlət siyasətinin həyata keçirilməsinə dair uzunmüddətli və qısamüddətli proqramları işləyib hazırlayır, habelə onların yerinə yetirilməsinə nəzarət edir.

Müvafiq icra hakimiyyəti orqanı və əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiə və digər problemlərinə dair təkliflər verirlər. Dövlət əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi sahəsində təşkilatların xarici ölkələrlə əməkdaşlığının inkişafına kömək göstərir. xiv[14]


Maddə 7. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinə dair dövlət siyasətinin həyata keçirilməsində müəssisələrin, idarələrin və təşkilatların iştirakı
Müəssisələr, idarələr və təşkilatlar əlillərin və sağlamlıq imkanları məhdud uşaqların problemlərinə dair dövlət siyasətinin həyata keçirilməsində iştirak edirlər.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial təminatını yaxşılaşdırmaq məqsədilə müəssisə, idarə və təşkilatların öz vəsaiti hesabına onların həyatının sığortası və bədbəxt hadisələrdən sığortası təmin edilir.



Müəssisələrin, idarələrin və təşkilatların əlillər üçün mallar istehsal etməyə və onlara xidmət göstərməyə, habelə əlillər üçün sosial-mədəni obyektlərə və idman qurğularına avadanlıq almağa, bunları saxlamağa yönəldilən mənfəəti dövlət büdcəsinə ayırmaların bütün növlərindən azad edilir.

Əlillərdən ötrü texniki və başqa vasitələr istehsalında ixtisaslaşan müəssisələr, təşkilatlar və kooperativlər üçün Azərbaycan Respublikasının qanunvericiliyi, habelə müvafiq icra hakimiyyəti orqanlarının qərarları ilə müəyyənləşdirilən qaydada və şərtlərlə güzəştlər təyin edilir. xv[15]

Maddə 8. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquq, azadlıq və qanuni mənafelərinin qorunması


Azərbaycan Respublikasında əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquq, azadlıq və qanuni mənafelərinin qorunması məhkəmə qaydasında və ya qanunda müəyyənləşdirilmiş başqa qaydada dövlət tərəfindən təmin olunur.

Respublika vətəndaşı onun əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud sayılıb-sayılmaması haqqında tibbi-sosial ekspert komissiyasının qərarından müvafiq icra hakimiyyəti orqanına, habelə rayon (şəhər) xalq məhkəməsinə şikayət edə bilər. xvi[16]

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulmasında təqsiri olan vəzifəli şəxslər və başqa vətəndaşlar qanunvericiliklə müəyyən edilmiş qaydada və hədlərdə maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. xvii[17]
II. ƏLİLLİYİN, UŞAQLARIN SAĞLAMLIQ İMKANLARI MƏHDUDLUĞUNUN QARŞISININ ALINMASI VƏ ƏLİLLƏRİN, SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARIN REABİLİTASİYASIxviii[18]
Maddə 9. Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahəsində dövlət siyasəti
Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahəsində dövlət siyasəti sağlamlığın mühafizəsi, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya vasitələrinə və xidmətlərinə olan ehtiyaclarının ödənilməsi üçün hüquqi, iqtisadi, sosial şəraitin yaradılmasında ifadə olunur və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun baş verməsi, yaxud ağırlaşması hallarının qarşısının alınmasını, habelə respublika əlilliyi, uşaqların sağlamlıq imkanları məhdudluğunun reabilitasiya sisteminin yaradılmasını və inkişafını təmin edən dövlət proqramları vasitəsilə həyata keçirilir.

Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası haqqında dövlət proqramlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları nümayəndələrinin iştirakı ilə tədbirlər sistemi hazırlayıb həyata keçirirlər.


Maddə 10. Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası haqqında dövlət proqramlarının müəyyənləşdirilməsi
Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası haqqında dövlət proqramları, həmçinin əlillərin, sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramı dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. xix[19]

Maddə 11. Sağlam həyat tərzinin təbliği


Dövlət əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması məqsədilə cəmiyyətin əsas nailiyyəti kimi sağlam həyat tərzinin təbliğini təmin edir. Bu zaman xəstələrin sağalmasına çəkilən xərclərlə yanaşı, sağlam vətəndaşların öz səhhətlərini qorumağa yönəldilmiş səylərini həvəsləndirən tədbirlər görülür.

Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların bədən tərbiyəsi və idmanı Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. xx[20]


Maddə 12. İşçilərin təhlükəsiz əmək şəraiti ilə təmin olunması
Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar işçilərə müəyyən olunmuş standartlara uyğun təhlükəsiz əmək şəraiti yaradır və onların əmək qabiliyyətinin aşağı düşməsinə, sağlamlığına vurulmuş ziyana görə qanunvericiliyə uyğun məsuliyyət daşıyır, müalicə və reabilitasiya xərclərini ödəyirlər.
Maddə 13. Uşaqlar arasında sağlamlıq imkanları məhdudluğunun profilaktikası xxi[21]
Uşaqlarda əqli inkişafın gizli qüsurlarını, hiss üzvlərinin, hərəkət sisteminin pozulmalarını erkən aşkar etmək məqsədilə səhiyyə müəssisələri bir yaşa qədər bütün uşaqların ixtisaslaşdırılmış uşaq diaqnostika mərkəzlərində və uşaq poliklinikalarında müayinə olunmasını və dispanser müşahidəyə götürülməsini təmin edirlər. xxii[22]

Uşaqların erkən, habelə sonrakı yaş hədlərində psixoloji-tibbi-pedaqoji müayinəsini aparmaq, inkişaf xüsusiyyətlərini aşkarlamaqla diaqnozunu müəyyənləşdirmək psixoloji-tibbi-pedaqoji komissiyanın vəzifələrindən biridir.

Səhhətində, fiziki, yaxud əqli inkişafında hər hansı pozulma olan uşaqlara dövlət tərəfindən lazımi tibbi, pedaqoji, psixoloji, defektoloji və digər kömək göstərilir. Bu cür köməyin metodları, forması, həcmi və müddəti fərdi reabilitasiya proqramı müəyyən edilir.
Maddə 14. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramı
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi, peşə və sosial reabilitasiyası müvafiq icra hakimiyyəti orqanları və əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə tibbi-sosial ekspert komissiyasının rəyi əsasında müəyyənləşdirilmiş fərdi reabilitasiya proqramı üzrə həyata keçirilir.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramı reabilitasiya tədbirlərini, habelə sosial yardımın növlərinin konkret həcmini, növünü və icrası müddətini müəyyən edir.

Fərdi reabilitasiya proqramının müvafiq dövlət təşkilatları, eyni zamanda müəssisələr, idarələr və təşkilatlar tərəfindən icrası məcburidir.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramında nəzərdə tutulan reabilitasiya tədbirlərinin həcmi əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası üzrə dövlət proqramında müəyyən edilmiş minimum həddən aşağı ola bilməz.


Maddə 14-1. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara tibbi xidmət
Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada əlillərin və sağlamlıq imkanları məhdud uşaqların dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək və sanatoriya-kurort müalicəsi ilə növbədə təmin olunmaq hüququ vardır. xxiii[23]
Maddə 14-2. Reabilitasiya müəssisələri (mərkəzləri) xxiv[24]
Reabilitasiya tədbirləri əlillərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramına və reabilitasiya tədbirləri üzrə dövlət proqramına uyğun olaraq reabilitasiya müəssisələri tərəfindən həyata keçirilir. Bu müəssisələrin yönümü reabilitasiyanın əsas istiqamətlərinə uyğun olaraq müəyyənləşdirilir. Dövlət reabilitasiya müəssisələri ilə yanaşı qeyri-dövlət reabilitasiya müəssisələri də yaradıla bilər.

Dövlət reabilitasiya müəssisələrinin fəaliyyəti müvafiq qaydada təsdiq olunan nümunəvi əsasnamələr və onların nizamnamələri ilə tənzimlənir.

Sağlamlıq imkanları məhdud (mürəkkəb və ağır çatışmazlıqları olan) şəxslərin təlimi və (və ya) tərbiyəsi ilə əlaqədar müxtəlif profilli reabilitasiya mərkəzləri yaradılır. Reabilitasiya mərkəzlərinin əsas vəzifəsi həmin şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyasını və fərdi təhsil proqramları üzrə məşğələləri təşkil etməkdir. xxv[25]
III. ƏLİLLƏRİN VƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARIN TƏRBİYƏSİ, TƏHSİLİ VƏ PEŞƏ HAZIRLIĞI
Maddə 15. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təhsil alması və peşə hazırlığı keçməsi üçün şəraitin təmin edilməsi xxvi[26]
Dövlət əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir.

Müvafiq icra hakimiyyəti orqanları sağlamlıq imkanları məhdud uşaqların və 18 yaşından yuxarı əlillərin məktəbəqədər təhsilini, dərsdənkənar vaxtlarda tərbiyəsini, psixoloji-tibbi-pedaqoji və ya tibbi-sosial ekspert komissiyasının qərarına əsasən tədris proqramları üzrə məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil almasını Azərbaycan, Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada təmin edirlər.xxvii[27]

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təhsili və peşə hazırlığı müxtəlif formalarda, o cümlədən evdə təhsil və fərdi təhsil formalarında həyata keçirilir. xxviii[28]

Dövlət əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təlim və peşə hazırlığı üçün xüsusi olaraq pedaqoji kadrlar hazırlanmasını təmin edir.

Sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili qanunvericilik aktları ilə tənzimlənir. xxix[29]

Maddə 16. Məktəbəqədər yaşlı sağlamlıq imkanları məhdud uşaqların təlim və tərbiyəsi
Müvafiq icra hakimiyyəti orqanları məktəbəqədər yaşlı sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyəsinə və onlara reabilitasiya yardımı göstərilməsinə daha əlverişli imkanlar yaratmaq məqsədilə ümumi məktəbəqədər uşaq tərbiyə müəssisələrində xüsusi qrupların açılmasına şərait yaradırlar.

Əqli və ya fiziki inkişafındakı qüsurlara görə ümumi məktəbəqədər uşaq tərbiyə müəssisələrində tərbiyə edilməsinə imkan olmayan sağlamlıq imkanları məhdud uşaqları üçün xüsusi məktəbəqədər uşaq tərbiyə müəssisələri təşkil edilir.


Maddə 17. Məktəb yaşlı sağlamlıq imkanları məhdud uşaqların evdə təhsili


Ümumtəhsil məktəblərində oxumaq imkanı olmayan sağlamlıq imkanları məhdud uşaqların təhsili onların və valideynlərinin arzusu ilə ev şəraitində təşkil edilir. Müvafiq icra hakimiyyəti orqanları sağlamlıq imkanları məhdud uşaqların evdə təhsil almasına hərtərəfli şərait yaradırlar.

Evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşağın valideynlərindən birinə, yaxud onu əvəz edən şəxsə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada və şərtlərlə maddi təminat və güzəştlər verilir. Belə uşağa qulluq vaxtı əmək stajına daxil edilir. xxx[30]

Müvafiq təlim-tərbiyə müəssisəsi sağlamlıq imkanları məhdud uşaqlara evdə təlim verilməsində valideynlərə kömək göstərir.
Maddə 18. Sağlamlıq imkanları məhdud uşaqların məktəbdənkənar təhsili xxxi[31]
Sağlamlıq imkanları məhdud uşaqları hərtərəfli və ahəngdar inkişaf etdirmək, onlarda ictimai fəallıq oyatmaq, onları əməyə, elmə, texnikaya, incəsənətə və idmana cəlb etmək məqsədilə təhsil orqanları, digər dövlət orqanları sağlamlıq imkanları məhdud uşaqları məktəbdənkənar təhsili üçün lazımi şəraiti təmin etməlidirlər.
Maddə 19. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ümumi, orta ixtisas və ali təhsili xxxii[32]

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ümumi, orta ixtisas və ali təhsili ümumi tipli təhsil müəssisələrində, zərurət olduqda isə xüsusi təhsil müəssisələrində həyata keçirilir. xxxiii[33]

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təhsili üçün xüsusi şəraitin təmin edilməsi məqsədilə ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün ixtisaslaşdırılmış fakültələri və ya şöbələri təşkil edilir. xxxiv[34]

Stasionar müalicə-profilaktika və ya reabilitasiya müəssisələrində (mərkəzlərində) müalicə kursu keçən sağlamlıq imkanları məhdud uşaqlar üçün də dərs məşğələləri təşkil edilir. xxxv[35]

İstedadlı sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində və ya xüsusi məktəbdənkənar təhsil müəssisələrində pulsuz musiqi təhsili almaq, təsviri, bədii-tətbiqi sənətlərə yiyələnmək hüququ vardır. xxxvi[36]

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların qəbul imtahanları verməsi üçün lazımi şərait yaradılır.



Qəbul imtahanlarını müsbət verən əlillər ali və orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul edilmək hüququna malikdirlər. xxxvii[37]
Təhsil dövründə pensiyalar və təqaüdlər tam məbləğdə ödənilir.

I və II qrup əlil və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək tələbələrə, şagirdlərə aldıqları təqaüdün 50 faizi məbləğində əlavə ödənc verilir. xxxviii[38]

1990-cı ilin 19-20 yanvar Bakı hadisələrində, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı I və II qrup əlil olmuş və ödənişli əsaslarla ali və orta peşə-ixtisas təhsili alan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. xxxix[39]

Dövlət əlil - gənc mütəxəssislərin öz ixtisasları üzrə işə düzəlməsini təmin edir.

Tədris müəssisəsini bitirdikdən sonra əlillərə iş yeri seçməkdə üstünlük verilir.

Tədris müəssisəsini bitirdikdən sonra bölgü üzrə göndərilmiş əlili işə qəbul etməkdən imtina etdikdə, ona ixtisası üzrə iş vermədikdə və ya əmək qanunvericiliyinin başqa şərtlərinə əməl etmədikdə müəssisənin (birliyin), idarənin və təşkilatın müdiriyyəti onun iş yerinə gəlmək və daimi yaşayış yerinə qayıtmaq xərclərini habelə zəruri hallarda müşayiətçinin yol xərclərini ödəyir. xl[40]
Maddə 20. Stasionar müəssisələrdə sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyəsi
Stasionar müəssisələr orada uzunmüddətli (21 gündən artıq) olan sağlamlıq imkanları məhdud uşaqların sosial-məişət və əmək uyğunlaşması ilə üzvi əlaqə şəraitində onların fasiləsiz təlim-tərbiyəsini təmin edir. xli[41]
Maddə 21. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların peşə hazırlığı və əlavə təhsili xlii[42]

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların peşə hazırlığı və əlavə təhsili fərdi reabilitasiya proqramına və əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası haqqında dövlət proqramına uyğun olaraq təhsil müəssisələrində, o cümlədən dövlət məşğulluq xidmətinin tədris mərkəzlərində, müəssisələrdə və təşkilatlarda (ixtisaslaşdırılmış və ya ümumi tipli) əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara sosial yardım göstərən idarələr və onların ictimai təşkilatları ilə birlikdə təmin edilir. xliii[43]

Dövlət məşğulluq xidməti əmək qabiliyyətli əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara onların peşə hazırlığı, yeni peşə öyrədilməsi və məşğulluq imkanlarını müəyyən etmək məqsədilə peşə yönümü xidməti göstərilməsini təmin edir. xliv[44]

Görməyən və zəif görən uşaqlar Brayl yazı sistemi ilə çap olunmuş dərsliklərlə, danışan kitablarla, əyani vəsaitlərlə, xüsusi maqnitofonlarla, lupalar, əl ağacları, karlar eşitmə cihazları və digər tiflo-surdotexniki vasitələri ilə təmin olunur, onlar üçün xüsusi təhsil müəssisələri və səsyazma studiyası yaradılır, xüsusi kitabxanalar təşkil edilir. xlv[45]

Peşə hazırlığı və əlavə təhsil dövründə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların maddi təminatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada və şərtlərlə həyata keçirilir. xlvi[46]
Maddə 22. Şəxslərarası ünsiyyət vasitələri
Dövlət hərəkətlər dilini şəxslərarası ünsiyyət, təlim və tərcümə xidmətləri göstərmək vasitəsi kimi təsdiq edir.

Görmə qüsurları olan şəxslər Brayl sistemi üzrə təlimlə, audiovasitələr və iri şriftlə təmin edilirlər.

Əqli qüsurları olan şəxslərə dilin asan başa düşülməsinin öyrədilməsi sistemi təşkil edilir.

Nitq qüsurları olan şəxslərə müasir texniki ünsiyyət vasitələri verilir.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin