I[1] azərbaycan respublikasinin qanunu ii[2]



Yüklə 0,53 Mb.
səhifə5/6
tarix07.12.2016
ölçüsü0,53 Mb.
#977
1   2   3   4   5   6

lxi


[61] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 28-ci maddəsinin üçüncü hissəsindən "güzəştli" sözü çıxarılmışdır.

lxii


[62] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 28-ci maddənin dördüncü hissəsində “Nazirlər Kabineti” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.


lxiii[63] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə adında, birinci, ikinci və üçüncü hissələrdə ismin müvafiq hallarında “əlillərin” sözündən sonra ismin müvafiq hallarında “, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərin” sözləri əlavə edilmişdir.


lxiv[64] 1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 171) ilə 29-cu maddəsinin dördüncü hissəsində “istirahət günləri və gecə vaxtı” sözləri “gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü” sözləri ilə, altıncı hissəsində “azı bir təqvim ayı müddətində” sözləri “Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq” sözləri ilə əvəz edilmişdir.

lxv[65] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə beşinci və altıncı hissələrdə “asılı olmayaraq)” sözlərindən sonra “, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərə” sözləri əlavə edilmişdir.


lxvi[66] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə yeddinci hissədə “II qrup əlillər” sözlərindən sonra “və sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilər” sözləri əlavə edilmişdir.


lxvii[67] 25 aprel 1997-ci il tarixli 279-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 378) ilə 29-cu maddənin səkkizinci hissəsinin ikinci cümləsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

İşçilərin sayı və ya ştatı ixtisar edilərkən ixtisas dərəcəsi bərabər olduqda əlillərin işdə saxlanmaq üçün üstünlük hüququ vardır.

18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 7, maddə 507) ilə 29-cu maddəsinin səkkizinci hissəsinin birinci cümləsi çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



İşə qəbul zamanı əlillər üçün sınaq müəyyən edilmir.


lxviii[68] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə səkkizinci hissədə “əlil” sözündən sonra “, 18 yaşınadək sağlamlıq imkanları məhdud” sözləri əlavə edilmişdir, doqquzuncu hissədə “II qrup əlillərin” sözlərindən sonra “və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin” sözləri əlavə edilmişdir.



lxix[69] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 30-cu maddədə “yerli hakimiyyət orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilmişdir.

13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 30-cu maddənin adında və mətnində və 30 -1-ci maddənin mətnində “əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin” sözləri əlavə edilmişdir.





lxx[70] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 30-1-ci maddə əlavə edilmişdir.


lxxi[71] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 31-ci maddədə “dövlət hakimiyyəti və idarəetmə” sözləri “icra hakimiyyəti” sözləri ilə əvəz edilmişdir.


lxxii[72] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 33-cü maddənin birinci hissəsində “İcra hakimiyyəti orqanları, nazirliklər, dövlət komitələri, baş idarələr” sözləri “Müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilmişdir.


lxxiii[73] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə adında “əlillərin” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir, birinci hissədə “əlil” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşağı” sözləri və “əlillərin” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir, ikinci hissədə “əlillər” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqlar” sözləri əlavə edilmişdir, üçüncü hissədə “əlillərin” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqların” sözləri və “əlilliyin” sözündən sonra “, 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun” sözləri əlavə edilmişdir, dördüncü hissədə “əlilin” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşağın” sözləri və “onun” sözündən sonra “ , uşağın valideynlərinin və ya qəyyumlarının (himayəçilərinin)” sözləri əlavə edilmişdir və beşinci hissədə “I qrup əlillərə, habelə müharibə əlillərinə” sözləri “I qrup əlillərə, müharibə əlillərinə, habelə sağlamlıq imkanları məhdud uşağın ailələrinə” sözləri ilə əvəz edilmişdir.



lxxiv[74] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 34-cü maddənin ikinci və beşinci hissələrdə “yerli hakimiyyət” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə, üçüncü hissədə “yerli hakimiyyət” sözləri “icra hakimiyyəti” sözləri ilə əvəz edilmiş, beşinci hissədə isə “I qrup əlillərə” sözlərindən sonra “habelə müharibə əlillərinə” sözləri əlavə edilmişdir.


lxxv[75] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 35-ci maddənin birinci hissəsində “Yerli hakimiyyət və idarəetmə” sözləri “Müvafiq icra hakimiyyəti” sözləri ilə əvəz edilmişdir.


lxxvi[76] 5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 275) ilə 35-ci maddəyə üçüncü hissə əlavə edilmişdir.

lxxvii[77] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 36-cı maddənin adında “əlillərin” sözündən sonra, birinci cümləsində “I və II qrup əlillərin” sözlərindən sonra “, sağlamlıq imkanları məhdud uşağın ailələrinin” sözləri, ikinci cümləsində “I və II qrup əlillərə” sözlərindən sonra “, sağlamlıq imkanları məhdud uşağın ailələrinə” sözləri əlavə edilmişdir.



lxxviii[78] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 36-cı maddənin mətni yeni redaksiyada redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

1990-cı ilin 19—20 yanvar Bakı hadisələrində, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olan hərbçilərin və mülki şəxslərin, müharibə əlillərinin, onlarla bərabər tutulanların, Çernobıl əlillərinin, digər kateqoriyalardan olan 1 və II qrup əlillərin növbədənkənar telefon çəkdirmək hüququ vardır.

1990-cı ilin 19—20 yanvar Bakı hadisələrində, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqiliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olan hərbçilərə və mülki şəxslərə, müharibə əlillərinə, onlara bərabər tutulanlara, Çernobıl əlillərinə və I qrup işləməyən əlillərə telefon pulsuz, digər kateqoriyalardan olan I və II qrup əlillərə 50 faiz güzəştlə çəkilir. Bu bənddə göstərilən kateqoriyadan olan bütün əlillər telefondan istifadə haqqının 50 faizini ödəyirlər.

I qrup əlillər radio xətlərindən pulsuz istifadə edirlər. I və II qrup gözdən şikəst əlillər 4 kq. qədər bağlamaları (banderolları) respublika daxilində və xaricə pulsuz göndərirlər.

Əlillərin ictimai təşkilatlarının qəzet və jurnalları pulsuz yayılır.

lxxix


[79] 22 oktyabr 2010-cu il tarixli 1097-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2010-cu il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 949) ilə 37-ci maddənin birinci hissəsində “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun hesabına” sözləri “dövlət büdcəsinə” sözləri ilə əvəz edilmişdir.


lxxx[80] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 37-ci maddənin birinci abzasında "Əlilləri Sosial Müdafiə Fondunun" sözləri "Dövlət Sosial Müdafiə Fondunun" sözləri ilə əvəz edilmişdir.

lxxxi


[81] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 39-cu maddənin 2-ci cümləsi çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Yardım Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının və əlilləri sosial müdafiə fondunun vəsaiti hesabına göstərilir.

lxxxii[82] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 40-cı maddənin adında və ikinci hissəsində “əlilə” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşağa” sözləri, birinci hissəsində “əlillərə” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqlara” sözləri əlavə edilmişdir.


lxxxiii


[83] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 40-cı maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Əlilə texniki və ya başqa vasitə fərdi reabilitasiya proqramına uyğun olaraq pulsuz və ya güzəştli şərtlərlə verilir.

lxxxiv


[84] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 40-cı maddənin üçüncü hissəsi çıxarılmışdır.


lxxxv[85] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 41-ci maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər respublikadaxili (şəhərlərarası) bütün nəqliyyat növlərindən (taksidən başqa) ildə bir dəfə pulsuz, bundan sonra il ərzində 50 faiz güzəştlə istifadə edirlər.


lxxxvi[86] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 41-ci maddənin ikinci hissəsində “I və II qrup əlillər” sözlərindən sonra “habelə III qrup müharibə əlilləri” sözləri əlavə edilmişdir.

13 iyun 1997-ci il tarixli 320-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 6, maddə 452) ilə 41-ci maddənin birinci və ikinci hissələri yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər ildə bir dəfə Azərbaycan Respublikasının hüdudları daxilində hava, dəmiryol və su nəqliyyatından pulsuz istifadə etmək hüququna malikdirlər.

I və II qrup əlillər, habelə III qrup müharibə əlilləri respublikadaxili (şəhərlərarası) bütün nəqliyyat növlərindən (taksidən başqa) 50 faiz güzəştlə istifadə edirlər.

15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 41-ci maddənin ikinci hissəsi çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər şəhərdaxili və şəhərətrafı nəqliyyatdan (taksidən başqa) pulsuz istifadə edirlər.


lxxxvii[87] 13 iyun 1997-ci il tarixli 320-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 6, maddə 452) ilə 41-ci maddənin üçüncü və dördüncü hissələri çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Əlillər şəhərdaxili və şəhərətrafı nəqliyyatdan (taksidən başqa) pulsuz istifadə edirlər.

Göstərilən güzəştlər I qrup əlili, habelə əlil uşağı müşayiət edən şəxsə də şamil edilir.


lxxxviii[88] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 41-ci maddənin adında və ikinci hissəsində “əlillərə” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqlara” sözləri əlavə edilmişdir.


lxxxix[89] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə Qanuna 41-1-ci maddə əlavə edilmişdir.

13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 41-1-ci maddədə “əlillərin” sözündən sonra “, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin” sözləri əlavə edilmişdir.




xc[90] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 42-ci maddənin ikinci hissəsindən “, əlil uşaqlar” sözləri çıxarılmışdır, “II qrup əlillər” sözlərindən sonra və üçüncü hissəsində “əlillər” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqlar” sözləri əlavə edilmişdir.


xci[91] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 42-ci maddənin birinci, ikinci və üçüncü hissələrdə “Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə zamanı əlil olanlar” sözləri “Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olan hərbçilər və mülki şəxslər” sözləri ilə əvəz edilmiş, ikinci hissədən “Əfqanıstanda xidmətlə əlaqədar əlil olmuş şəxslər” sözləri çıxarılmışdır.

15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 42-ci maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 42. Dərman preparatları protezlər ilə təminat

1990-cı ilin 19—20 yanvar Bakı hadisələrində, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olan hərbçilər və mülki şəxslər, müharibə əlilləri, onlara bərabər tutulanlar, Çernobıl əlilləri, əlil uşaqlar və I dərəcəli əlillər dərman preparatları ilə pulsuz təmin edilirlər. İkinci dərəcəli əlillərə dərman preparatları 50 faiz güzəştlə satılır.

1990-cı ilin 19—20 yanvar Bakı hadisələrində, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olan hərbçilər və mülki şəxslər, müharibə əlilləri, Çernobıl əlilləri və I qrup əlillər üçün diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna edilməklə) pulsuz hazırlanır və pulsuz təmir olunur.

1990-cı ilin 19—20 yanvar Bakı hadisələrində, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olan hərbçilər və mülki şəxslər, müharibə əlilləri, 16 yaşınadək əlil uşaqlar, əlil tələbələr, ümumi səbəbdən və uşaqlıqdan əlil olub işləməyən şəxslər, hərbi xidmət əlilləri, büdcədən maliyyələşdirilən idarə və təşkilatlarda işləyən əlillər protez-ortopediya məmulatı, əlil kreslo və veloarabaları, reabilitasiya vasitələri ilə pulsuz təmin edilirlər.

Əlillər eşitmə və tiflotexniki vasitələr ilə pulsuz təmin edilirlər.


xcii[92] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə adında, ikinci-beşinci hissələrdə, altıncı hissənin birinci cümləsində ismin müvafiq hallarında “əlillərə” sözündən sonra ismin müvafiq hallarında “, sağlamlıq imkanları məhdud uşağın ailələrinə” sözləri əlavə edilmişdir və birinci və altıncı hissələrdə ismin müvafiq hallarında “I qrup əlillərə” sözlərindən sonra ismin müvafiq hallarında “, sağlamlıq imkanları məhdud uşağın ailələrinə” sözləri əlavə edilmişdir.


xciii[93] 30 aprel 2002-ci il tarixli 314-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 244) ilə 43-cü maddənin üçüncü hissəsində "reabilitasiya müəssisələrinin" sözlərindən sonra "(mərkəzlərin)" sözü əlavə edilmişdir.

xciv


[94] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 43-cü maddənin üçüncü hissəsi çıxarılmış və dördüncü, beşinci, altıncı, yeddinci və səkkizinci hissələr müvafiq olaraq üçüncü, dördüncü, beşinci, altıncı və yeddinci hissələr hesab edilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

I və II qrup əlillərə yaşadıqları dövlət və ictimai mənzil fonduna məxsus mənzilləri pulsuz olaraq şəxsi mülkiyyətə keçirmək hüququ verilir.

Adıçəkilən qanunla həmçinin 43-cü maddənin üçüncü hissəsində “yerli hakimiyyət” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə, altıncı hissəsində isə “I qrup əlillər” sözlərindən sonra “habelə II və III qrup müharibə əlilləri” sözləri əlavə edilmiş, eyni zamanda yeddinci hissənin sonuncu cümləsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Müharibə əlilləri, onlara bərabər tutulanlar və I qrup işləməyən əlillər ev kirayəsi verməkdən azaddırlar.

13 iyun 1997-ci il tarixli 320-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 6, maddə 452) ilə 43-cü maddənin yeddinci hissəsinin birinci cümləsi çıxarılmış, ikinci cümlə isə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



I və II qrup əlillər mənzil-kommunal xidmətləri haqqının 50 faizini, III qrup əlillər isə 75 faizini ödəyirlər. Müharibə əlilləri, I qrup işləməyən əlillər, əlil uşaqlı ailə başçısı olmayan ailələr, iki və daha çox əlil uşağı olan ailələr ev kirayəsi, kommunal xidmətlər (istilik, qaz, enerji, su və s.) haqqını ödəməkdən azaddırlar.

15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 42-ci maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər ev kirayəsi, kommunal xidmətlər (istilik, qaz, enerji, su və s.) haqqını ödəməkdən azaddırlar. I qrup işləməyən əlillər və müharibə əlilləri xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən, yaxud dəyişdirərkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin