I[1] azərbaycan respublikasinin qanunu ii[2]



Yüklə 0,53 Mb.
səhifə6/6
tarix07.12.2016
ölçüsü0,53 Mb.
#977
1   2   3   4   5   6

xcv


[95] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 44-cü maddənin ikinci və üçüncü hissələri çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Bu məqsədlə dövlət əlillərə ərzaq və sənaye mallarının satışı üzrə xüsusi mağazalar, bölmələr, şöbələr yaradır, yüksək tələbat olan malların alınması üçün sifariş stolları, xüsusi uçot təşkil edir.

Ərzaq və sənaye mallarının bir hissəsini dövlət güzəştli şərtlərlə əlillərə satılmaq üçün məqsədli təyinatı üzrə yönəldir.


xcvi[96] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 44-cü maddənin dördüncü hissəsində “yerli hakimiyyət” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə, beşinci hissəsində “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri “müvafiq icra hakimiyyətin orqanı” sözləri ilə əvəz edilmişdir.


xcvii[97] 30 aprel 2002-ci il tarixli 316-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 246) ilə 45-ci maddənin birinci hissəsinə ikinci cümlə əlavə edilmişdir.


xcviii[98] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 45-ci maddənin birinci hissəsinin birinci cümləsində və ikinci hissəsində “əlillərə” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqlara” sözləri, üçüncü hissəsində “asılı olmayaraq)” sözlərindən sonra “, sağlamlıq imkanları məhdud uşağa” sözləri əlavə edilmişdir.


xcix[99] 7 fevral 1997-ci il tarixli 243-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 4, maddə 305) ilə 45-ci maddəyə yeni 4-cü hissə əlavə edilmişdir.
21 dekabr 2010-cu il tarixli 37-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2011-ci il, № 39) ilə 45-ci maddəsinin dördüncü hissəsində “HİV-lə yoluxmuş yetkinlik yaşına çatmayanların valideynlərindən birinə, yaxud onların qanuni nümayəndəsinə yoluxmuş şəxsə” sözləri “İnsanın immunçatışmazlığı virusu ilə yaşayan yetkinlik yaşına çatmayanların valideynlərindən birinin və ya digər qanuni nümayəndəsinin həmin şəxsə” sözləri ilə əvəz edilmişdir.


c[100] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 46-cı maddənin ikinci hissəsində “əlilin” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşağın” sözləri əlavə edilmişdir, üçüncü hissəsində “əlil” sözü “, sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilmişdir.


ci[101] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 46-cı maddənin ikinci hissəsində “yerli dövlət” sözləri “müvafiq icra” sözləri ilə əvəz edilmişdir.


cii[102] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 16-cı, 17-ci, 18-ci və 20-ci maddələrin adında və mətnində, 19-cu maddənin üçüncü və dördüncü hissələrində, 42-ci maddənin ikinci hissəsində, 46-cı maddənin üçüncü hissəsində ismin müvafiq hallarında “əlil uşaqları” sözləri ismin müvafiq hallarında “sağlamlıq imkanları məhdud uşaqları” sözləri ilə əvəz edilmişdir.


ciii[103] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 46-cı maddənin dördüncü hissəsi yeni redaksiyada verilmişdir,


civ[104] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə beşinci və altıncı hissələr çıxarılmışdır, yeddinci hissə beşinci hissə hesab edilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



Əlillər üçün internat evlərdə (pansionatlarda) yaşayan tənha pensiyaçıların pensiyası ilə internat evdə (pansionatda) saxlanma dəyəri arasında fərq təyin edilmiş pensiyanın 25 faizindən və yaşa görə minimum pensiyanın 20 faizindən az olmayaraq ödənilir.


cv[105] 30 aprel 2002-ci il tarixli 316-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 246) ilə 46-cı maddəyə altıncı hissə əlavə edilmiş və əvvəlki altıncı hissə yeddinci hissə hesab edilmişdir.


cvi[106] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 47-ci maddənin adında və mətnində “yerli hakimiyyət” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə əvəz edilmişdir.

15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 47-ci maddənin mətni yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Müvafiq icra hakimiyyəti orqanları müvafiq büdcələrin vəsaiti hesabına və özlərinin

səlahiyyəti daxilində əlillərin dövlət pensiyalarının bütün növləri üzərinə əlavə haqlar, onlara tibbi xidmət, yaşayış sahəsinin, kommunal xidmətlərin haqqını, ictimai nəqliyyatda gediş-gəliş haqqını ödəməkdə güzəştlər, fərdi hərəkət vasitələrinin, yanacağın, yeyinti məhsullarının, paltarın, ayaqqabının və əlillər üçün zəruri olan digər malların dəyərini ödəməkdə güzəştlər müəyyən edə bilər, habelə əlillərin spesifik tələbatının ödənilməsinə və yaşayış səviyyəsinin yüksəldilməsinə yönəldilən başqa qərarlar qəbul edə bilərlər.


cvii[107] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 48-ci maddənin adında və mətnində ismin müvafiq hallarında “əlillərin” sözündən sonra ismin müvafiq hallarında “, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərin” sözləri əlavə edilmişdir.


cviii[108] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 49-cu maddədən “pensiya fondunun, sosial sığorta fondunun” sözləri çıxarılmışdır.

15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 49-cu maddədə "əlilləri sosial müdafiə fonduna" sözləri "Dövlət Sosial Müdafiə Fonduna" sözləri ilə əvəz edilmişdir.

9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 49-cu maddəsində "respublika və yerli" sözləri "dövlət büdcəsinin və bələdiyyələr tərəfindən yerli" sözləri ilə əvəz edilmişdir.


cix[109] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 50-ci maddənin ikinci hissəsində “ictimai təşkilatlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi” sözləri “ictimai birliklər haqqında Azərbaycan Respublikasının Qanunu” sözləri ilə əvəz edilmişdir.

10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 684) ilə 50-ci maddəsinin ikinci hissəsində "İctimai birliklər haqqında" Azərbaycan Respublikasının Qanunu" sözləri "müvafiq qanunvericilik" sözləri ilə əvəz edilmişdir.




cx[110] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 51-ci maddənin dördüncü hissəsi çıxarılmış və beşinci və altıncı hissələr müvafiq olaraq dördüncü və beşinci hissələr hesab edilmiş, 51-ci maddənin beşinci hissəsində “yerli hakimiyyət” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə əvəz edilmişdir. 51-ci maddənin dördüncü hissəsinin əvvəlki redaksiyasında deyilirdi:

Özlərinin respublika orqanlarının şəxsində əlillərin ictimai təşkilatları Azərbaycan Respublikasının Ali Sovetində qanunvericilik təşəbbüsü hüququna malikdirlər.


cxi[111] 22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 706) ilə 52-ci maddəsinin birinci hissəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Əlillərin ictimai təşkilatları dövlət sosial müdafiə fonduna ayırmalardan azad olunurlar.


cxii[112] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 52-ci maddəsinin adında "vergi" sözü "haqq" sözü ilə əvəz edilmişdir.

18 avqust 1995-ci il tarixli 1085 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 285) ilə 52-ci maddənin ikinci hissəsinə “neçə faizinin əlil olmasından asılı olmayaraq yarandığı vaxtdan 5 il ərzində” sözlərindən sonra və üçüncü hissəsinə “azı 50 faizi əlillərdən ibarətdirsə, onlar yarandığı vaxtdan 5 il keçdikdən sonra da” sözlərindən sonra “Azərbaycan Respublikasının ərazisində göstərdiyi fəaliyyət üzrə” sözləri əlavə edilmişdir.

13 iyun 1997-ci il tarixli 320-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 6, maddə 452) ilə 52-ci maddəsinin ikinci və üçüncü hissələri çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Əlillərin ictimai təşkilatları yanında təşkil olunmuş müəssisələr, kooperativlər, idarələr, təşkilatlar və başqa istehsalat obyektləri işçilərinin neçə faizinin əlil olmasından asılı olmayaraq yarandığı vaxtdan 5 il ərzində Azərbaycan Respublikasının ərazisində göstərdiyi fəaliyyət üzrə hər cür vergi və rüsumlardan, o cümlədən dövlət sosial müdafiə fonduna ayırmalardan azad edilirlər.

Əlillərin ictimai təşkilatlarının müəssisələrində, idarələrində və təşkilatlarında sənaye-istehsal heyəti sayının azı 50 faizi əlillərdən ibarətdirsə, onlar yarandığı vaxtdan 5 il keçdikdən sonra da Azərbaycan Respublikasının ərazisində göstərdiyi fəaliyyət üzrə mənfəət vergisindən və dövlət büdcəsinə keçirilən rüsumlardan, o cümlədən dövlət sosial müdafiə fonduna ayırmalardan azad olunurlar.

15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 52-ci maddənin üçüncü hissəsindən "rabitə (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla ) və kommunal xidmətini" sözləri çıxarılmışdır.




cxiii[113] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 54-cü maddənin ikinci hissəsində “yerli hakimiyyət” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə əvəz edilmişdir.


cxiv[114] 5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 275) ilə 55-ci maddənin ikinci hissəsində “para-olimpiya” sözləri “paralimpiya, deflimpiya və xüsusi olimpiya” sözləri ilə əvəz edilmişdir.

cxv[115] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 14-cü, 14-1-ci, 19-cu, 21-ci, 32-ci, 33-cü, 35-ci, 37-ci, 38-ci, 44-cü, 46-cı, 47-ci, 50-ci - 55-ci maddələrin adında və mətnində, 14-2-ci, 31-ci və 39-cu maddələrin mətnində, III, V, VI və VII fəsillərin adında ismin müvafiq hallarında “əlillərin” sözündən sonra ismin müvafiq hallarında “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir.


cxvi[116] 18 avqust 1995-ci il tarixli 1085 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 285) ilə 55-ci maddənin dördüncü hissəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Əlillər təşkilatları beynəlxalq iqtisadi-ticarət əlaqələrində gömrük və başqa dövlət rüsumlarından azad edilir və əldə edilmiş gəlir (valyuta) tamamilə cəmiyyətlərin öz hesablarında qalır.

26 mart 1996-cı il tarixli 47-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 2, maddə 81) ilə 55-ci maddənin dördüncü hissəsi təzədən yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Ali Sovetinin təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş mallar üzrə gömrük idxal rüsumları və əlavə dəyər vergisi istisna olmaqla, əlillərin ictimai təşkilatları və onların yanında təşkil edilmiş müəssisələr, kooperativlər, idarələr, təşkilatlar və başqa istehsalat obyektləri beynəlxalq iqtisadi-ticarət əlaqələrində gömrük və başqa dövlət rüsumlarından, əlavə dəyər vergisindən azad edilir və əldə olunmuş gəlir (valyuta) tamamilə onların sərəncamında qalır.

10 oktyabr 1997-ci il tarixli 380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 16) ilə 55-ci maddəsinin dördüncü hissəsindən “və əlavə dəyər vergisi”, “vergilərdən və” sözləri çıxarılmışdır.



23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 55-ci maddəsinin dördüncü hissəsi çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

İxrac və idxal əməliyyatları üzrə gömrük rüsumları istisna olmaqla, əlillərin ictimai təşkilatları və onların yanında təşkil edilmiş müəssisələr, kooperativlər, idarələr, təşkilatlar və başqa hüquqi şəxslər xarici ölkələrlə iqtisadi-ticarət əlaqələrində digər rüsumlarından azaddırlar.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin