Ia9 -fesil-1: 9 qxd


Massivin elementinə müraciət



Yüklə 0,52 Mb.
səhifə35/49
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#1163
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   49
Massivin elementinə müraciət. Proqramda massivin elementinə mü-raciət etmək üçün onun adını və indeksini göstərmək lazımdır. Məsələn, aşağı-dakı operator massivin indeksi 7 olan elementinə indeksi 6 olan elementinin qiy-mətini mənimsədir.

a[7] := a[6];

Proqramlarda çox vaxt massiv bir tam kimi emal olunur. Eyni bir əməli ardıcılolaraq massivin bütün elementlərinə tətbiq etmək üçün sayğaclı dövrdən istifadəetmək olar. Bu halda massivin elementinə müraciət edəndə dövr dəyişənindənindeks kimi istifadə olunur. Məsələn, tutaq ki, b massivi 10 elementdən ibarətdir.Aşağıdakı dövr massivin elementlərinin qiymətini sıfra bərabər edir.

for i := 1 to 10 do

b[i] := 0;

Belə bir məsələyə baxaq. Tutaq ki, n elementdən ibarət tam ədədlər massiviverilib və massivin ən kiçik elementini tapmaq tələb olunur. Proqramda ən kiçikelementimin, həmin elementin indeksini isəimindəyişəni ilə işarə etsək, ve-rilən məsələnin həlli üçün proqram fraqmentini aşağıdakı kimi yazmaq olar:



imin := 1;

min := a[imin];

for i := 2 to n do

if a[i] < min then begin

min := a[i]; imin := i; end;

WriteLn (min, ' ən kiçik element, ',

imin, ' həmin elementin massivdə indeksidir.');


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin