Aşağıdakı operatorlar ardıcıllığının icrasından sonrakdəyişəninin qiymətinimüəyyənləşdirin.
var i, k: Integer;
k := 0;
for i := 1 to 100 do
if i mod 2=0 then
k := k + 1;
-
foroperatorundan istifadə etməklə ilk yüz natural ədədin kvadratları cəminihesablayan proqram yazın.
-
Avtobus biletlərinin nömrələri altırəqəmlidir: 000000-dan 999999-dək. Əgər 1-ci,3-cü və 5-ci rəqəmlərin cəmi 2-ci, 4-cü və 6-cı rəqəmlərin cəminə bərabərdirsə,bilet "uğurlu" hesab olunur. Bütün "uğurlu" biletləri tapan və çap edən proqramyazın.
-
Aşağıdakı operator nəyi yerinə yetirir?
for Ch := 'A' to 'Z' do Write (Ch);
MASSİVLƏR
Proqramlarda tez-tez birtipli kəmiyyətlərdən istifadə olunur. Birtipli verilən-lərin nömrələnmiş ardıcıllığına massiv deyilir. Massivin bir adı olur və həmin admassivin bütün elementlərinə aid edilir. Massivin konkret elementini onun nöm-rəsinə görə seçmək olar. Həmin nömrəyə indeks deyilir.
Elementlərinin sayı aşkar göstərilmiş massivə statik massiv deyilir. Bəzi pro-qramlaşdırma dillərində dinamik massivlərdən istifadə olunur. Belə massivinölçüsü proqramın icra müddətində dəyişilə bilər. Massiv elan olunan kimi kom-püterin yaddaşında onun bütün elementləri üçün yer ayrılır. Ona görə də dinamikmassivlər kompüterin yaddaşından daha səmərəli istifadə edir.
Sadə dəyişənlərdən fərqli olaraq, massivlər bütün proqramlaşdırma dillərindəqabaqcadan təsvir (elan) olunmalıdır. Massivin təsvirində massivdə olan ele-mentlərin sayı, indekslərin mümkün diapazonu və hər elementin tipi göstərilməlidir.
var a: array [1..10] of Integer;
arrayaçar sözündən sonra kvadrat mötərizələrdə massiv indekslərinin ikinöqtə (..) ilə ayrılmış diapazonu göstərilir. Sonraofaçar sözü və massiv ele-mentlərinin tipi gəlir. Verilmiş misalda massiv 10 tam ədəddən ibarətdir.
Dostları ilə paylaş: