Ia9 -fesil-1: 9 qxd



Yüklə 0,52 Mb.
səhifə27/49
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#1163
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   49
Qiymət

Format

Çıxış

234

:4

234

234

:5

234

234

:1

234

-234

:6

-234

3.14159

:5:2

3.14

3.14159

:5:3

3.142

0.1234

:4:2

0.12

-0.006

:8:3

-0.006

-0.006

:8:5

-0.00600

-0.006

:7:5

-0.00600







Konstantlar. Proqramda dəyişən kəmiyyətlərlə yanaşı sabit kəmiyyətlərdəndə (konstantlardan) istifadə olunur. Pascal dilində konstantlar təyin etmək vəonlara ad vermək imkanı vardır. Belə olan halda proqramın sonrakı mətnindəhəmin konstantın əvəzinə verilmiş adı işlətmək olar. Bütün konstantlar proqramınxüsusi bölümündə - konstantların təsviri bölümündə sadalanır.

const ad1 = qiymətl;

ad2 = qiymət2;

adN = qiymətN;

Buradaad1, ad2,...ixtiyari identifikatorlar,qiymətl, qiymət2, ...isəyuxarıda göstərilmiş qaydada yazılmış ədədlər, apostrofa alınmış simvollar,yaxud true, false konstantlarıdır, məsələn:



const g = 981E-2;

atmosfer = 0.76; pi = 3.1415926;

Ən azı iki səbəbdən konstantların təsvir olunmasının faydası var.



Birincisi, sabit kəmiyyətlər üçün hərfi işarələmədən istifadə olunması fizika vəriyaziyyatdan qalma ənənədir. Bu ənənəni saxlamaqla proqramlar daha anlaşıqlıedilir. Konstantlara mənalı ad verilməsi proqrama şərhlər verilməsi üsullarındanbiridir - "sətrin_uzunluğu" yazısı "60"-a nisbətən daha informativdir.

İkincisi, konstantların təsvir olunması proqramda dəyişiklik edilməsiniyüngülləşdirir. Məsələn, çap olunan sətrin uzunluğunu 60 deyil, 40 götürməküçün konstantların təsviri bölümündə "sətrin_uzunluğu = 60" yazısını"sətrin_uzunluğu = 40" ilə əvəz etmək kifayətdir. Əks halda, proqramda olanbütün 60 ədədlərini axtarıb tapmaq, onların sətrin uzunluğuna aid olduğunumüəyyənləşdirib 40 ilə əvəzləmək lazım gələrdi.

Yeni verilənlər tiplərinin müəyyən olunması. Proqramçı standarttiplərdən başqa, yeni verilənlər tipləri təyin etmək və onlara ad vermək imkanınamalikdir. Bundan sonra standart tiplər kimi yeni tiplərdən də istifadə etmək olar.Tiplərin təyin olunması bölümü aşağıdakı şəkildə olur.

type ad1 = təsvir1;



ad2 = təsvir2;

adN = təsvirN;

Buradaad1, ad2,...ixtiyari identifikatorlar,təsvirl, təsvir2, ...isə tiplərintəsviridir.



Dəyişənlərin inisiallaşdırılması. Giriş və çıxışı dəyişənlərin inisiallaşdı-rılması komandası ilə qarışdırmaq olmaz. Dəyişənin inisiallaşdırılması dedikdəproqramın icrasından qabaq, yaxud onun işləməsi vaxtı dəyişənlərə başlanğıcqiymətlərin mənimsədilməsi nəzərdə tutulur.

Pascal dilində dəyişəni yalnız onun elan edilməsi zamanı inisiallaşdırmaqolar, məsələn:



var i: Integer = 3;

Bu operator nə giriş operatorudur, nə də - mənimsətmə.



IF CASE SEÇİM OPERATORLARI

Alqoritm yerinə yetirilərkən göstərişlər bir-birininardınca emal olunur. Ancaq həyatda komandalar ardıcıl-lığını dəyişmədən həll edilən məsələlərə az hallarda rastgəlinir. Mürəkkəb məsələləri həll etmək üçün özhərəkətlərini dəyişən çevik alqoritmlər tələb olunur.

Alqoritmlərdə bir neçə mümkün hərəkətdən birininseçilməsinə budaqlanma vasitəsilə nail olunur. Bu-daqlanma təməl alqoritmik strukturlardan biridir.Budaqlanma bir, yaxud bir neçə şərtin yoxlanmasınaəsaslanır və həmin şərtlərin doğruluğundan asılı olaraqmüəyyən əməliyyat yerinə yetirilir.

Proqramlaşdırma dillərinin hamısında budaqlanmanı yerinə yetirən xüsusioperatorlar vardır. Belə operatorlara şərt operatorları deyilir. Sadə şərt operatoruiki hissədən ibarət olur:



    1. şərtin özü;

    2. icra olunan operator.

Şərt doğru olduqda icra operatoru yerinə yetirilir, əks halda o, buraxılır.

if x < 5 then x := x + 1;

Buradaif(əgər) açar sözü şərt operatorunun başlanğıcını bildirir. Ondan sonraşərt verilir. Daha sonrathen(onda) açar sözü gəlir. Axırda icra operatoru dayanır.Yoxlama zamanı şərt doğru olarsa, bu operator yerinə yetirilir, yalan olarsa, bura-xılır. Belə şərt operatoruna bir alternativli şərt operatoru da deyilir.

Əgər şərt doğru olduqda bir neçə operatoru yerinə yetirmək lazım gələrsə,"operator mötərizələrindən " (beginendaçar sözlərindən) istifadə olunur.Bir neçə icra operatorunun olduğu şərt operatoru aşağıdakı kimi yazılır:

if X < 5 then begin



X := X + 1; Y := Y + 1; end;


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin