Şərt operatoruna hansı şərti yazmaq lazımdır ki, proqramcdəyişəninəavəb dəyişənlərinin ən kiçiyinin qiymətini mənimsətsin?
if ... then
c := a else
c := b;
4. Aşağıdakı operator ekrana hansı məlumatı çıxaracaq?
if 12 < 12 then
WriteLn ('Kiçikdir') else
WriteLn ('Kiçik deyil');
DÖVRLƏR.
WHILE, FOR VƏ REPEAT OPERATORLARI
Məsələlərin həll alqoritmini qurarkən bəzən müəyyən komandalar ardıcıllığınıbir neçə dəfə dalbadal yerinə yetirmək lazım gəlir. Əlbəttə, həmin ardıcıllığı tələbolunan qədər yazmaq da olar. Ancaq bu yol çox da əlverişli deyil.
Əgər komandaların və təkrarların sayı çox böyükdürsə, alqoritmin yazılışı çoxuzun alınar. Bundan başqa, bir çox alqoritmlərdə təkrarların sayı qabaqcadan məlumolmur və yalnız proqramın gedişi zamanı aydınlaşır. Bu problemi aradan qaldırmaqüçün xüsusi alqoritmik strukturdan - dövr, yaxud təkrardan istifadə olunur.
Dövr yaratmaq üçün konstruksiyalar bütün proqramlaşdırma dillərində vardır.Dövr üç əsas hissədən ibarət olur:
-
İnisiallaşdırmada dövr yerinə yetirilməyə hazırlanır.
-
Dövrün gövdəsi təkrar-təkrar icra olunan operatorlar qrupudur.
-
Sonluq şərti dövrün gövdəsinin icrasından qabaq yoxlanır və dövrün sona çat-masını yoxlamaq üçün ondan istifadə edilir.
Sayğaclı dövr. Dövrün gövdəsinin neçə dəfə təkrarlanacağı qabaqcadanməlum olduqda dövr operatorunu yazmaq daha asan olur. Bu halda sayğaclıdövrdən istifadə olunur.
Dostları ilə paylaş: |