Turbo Pascalın standart riyazi funksiyaları
Funksiya
|
Təyinatı
|
Arqument
|
Nəticə
|
Abs(X)
|
X-in mütləq qiyməti
|
Real, yaxud Integer
|
Real, yaxudInteger
|
Cos(X)
|
X bucağının kosinusu
|
Real, yaxud Integer(radianla)
|
Real
|
Exp(X)
|
ex, e = 2.71828...
|
Real, yaxud Integer
|
Real
|
Ln(X)
|
X-in natural loqarifmi, X > 0
|
Real, yaxud Integer
|
Real
|
Round(X)
|
X ədədinə ən yaxın tam ədəd
|
Real
|
Integer
|
Sin(X)
|
X bucağının sinusu
|
Real, yaxud Integer(radianla)
|
Real
|
Sqr(X)
|
X-in kvadratı
|
Real, yaxud Integer
|
Real, yaxudInteger
|
Sqrt(X)
|
X-in müsbət kvadrat kökü,X > 0.0
|
Real, yaxud Integer
|
Real
|
Trunc(X)
|
X-in tam hissəsi
|
Real
|
Integer
|
Aşağıda verilmiş Artma proqramıa, b, cdəyişənlərinin qiymətlərini elədəyişir ki, onlar artma sırasıyla düzülür (a < b < c).
program Artma; var
a, b, c : Integer;
procedure Swap(var x, y : Integer); var
t : Integer;
begin
t := x; x := y; y := t; end; begin;
WriteLn('Üç ədəd daxil edin '); ReadLn(a, b, c); if a > b then Swap(a, b) if b > c then Swap(b, c) if a > b then Swap(a, b) WriteLn(a:5, b:5, c:5); ReadLn; end.
Swap proseduruna diqqət edin. Bu prosedur iki dəyişənin qiymətinin yerinidəyişir. Belə yerdəyişmədən proqramlaşdırmada tez-tez istifadə olunur.
Altproqramın yerinə yetirilməsinin dayandırılması və çağıran proqramaqayıdılması, idarəetmə altproqramın son operatoruna çatanda baş verir. Bu isəhəmişə əlverişli olmur. Buna görə də altproqramın yerinə yetirilməsinin yarıdakəsilməsi və idarəetmənin dərhal çağıran proqrama qaytarılması imkanı vardır.Pascal dilində bu məqsədləexitoperatorundan istifadə olunur.
-
Altproqramlardan istifadənin hansı üstünlükləri var?
-
Altproqramların hansı növləri var?
-
Funksiya prosedurdan nə ilə fərqlənir?
-
Klaviaturadan daxil edilən n ədədinin 3-ə bölünüb-bölünmədiyiniyoxlayan funksiya yazın.
UU3BFAYLLAR
İndiyədək tanış olduğunuz proqramların hamısı interaktiv proqramlar idi.İnteraktiv proqramlar bütün giriş verilənlərini klaviaturadan oxuyur, nəticələriisə ekrana çıxarır. Kiçikhəcmli verilənlərlə işləyərkən interaktiv giriş və çıxışdaha yaxşı olur, ancaq bu cür yanaşma böyük həcmli informasiyalarla işləyərkənsəmərəsizdir. Bu halda vəziyyətdən çıxmaq məqsədilə giriş və çıxış üçün fayllar-dan istifadə etmək olar. Pascal iki növ informasiya faylı ilə işləyir: mətn və ikilikfayllarla.
Mətn faylı diskdə bir ad altında saxlanılan ayrı-ayrı simvollar yığınıdır.Proqramın emal edəcəyi bütün ilkin verilənləri proqramın başladılmasından öncəmətn faylında saxlamaq olar. Bundan sonra proqramı elə dəyişmək lazımdır ki, oözünün istifadə etdiyi verilənləri klaviaturadan deyil, mətn faylından oxusun.
| Mətn fayll bir ad altında saxlanılan ayrı-ayrı simvollar yığınıdır.
Giriş və çıxış faylları. Proqramın giriş verilənlərindən ibarət fayla girişfaylı deyilir. Giriş faylı həm mətn faylı, həm də ikilik fayl ola bilər. Giriş faylın-dan istifadənin üstünlüklərindən biri giriş verilənlərinin mətn redaktorunda hazır-lana bilməsidir. Bu zaman verilənləri emal edilmək üçün proqrama verməmişdənöncə yoxlamaq və əgər səhvlər olarsa, onları düzəltmək imkanı vardır. İkinciüstünlük ondan ibarətdir ki, giriş verilənlərindən ibarət fayl proqram tərəfindəntəkrar-təkrar oxuna bilər. Bu imkan proqramın sazlanmasını asanlaşdırır, çünkiproqramınız başladıldıqda ilkin verilənləri hər dəfə giriş faylından oxuya bilər.İnteraktiv proqramda isə siz hər dəfə verilənləri klaviaturadan daxil etməli ola-caqdınız.
Giriş faylı proqramın giriş verilənlərindən ibarət fayldır.
Eyni zamanda proqramı elə dəyişdirmək olar ki, o, hesablanmış nəticələriekrana çıxarmasın, mətn faylına yazsın. Diskdə olan həmin faylı sonradan çapavermək, yaxud hətta başqa proqram üçün giriş faylı kimi, istifadə etmək olar.Proqramın işinin nəticələrinin toplandığı fayla çıxış faylı deyilir.
I Çixiş fayll proqramın işinin nəticələrinin toplandığı fayldır.
Mətn faylları ilə işləmək üçün beş əməliyyatı yerinə yetirmək lazımdır:
-
Faylın təsvir edilməsi. Proqramda olan hər bir obyekt kimi, mətn faylı da isti-fadədən öncə təsvir olunmalıdır. Faylvarbölümündə təsvir edilir və bununüçüntextaçar sözündən istifadə olunur. Məsələn,
var f1, f2: text;
yazılışıf1vəf2-nin mətn faylı olduğunu bildirir. Bu haldaf1vəf2-yə fayldəyişənləri də deyirlər.
-
Təsvir olunmuş faylın xarici daşıyıcıda olan konkret faylla əlaqələndir-ilməsi. Diskdə saxlanılan fayla müraciət etmək üçün proqrama həmin faylınadını və onun hansı qovluqda (kataloqda) saxlandığını bildirmək lazımdır.Başqa sözlə, proqram faylın tam adını bilməlidir. Bunun üçün Pascal dilindəAssignproseduru nəzərdə tutulub. Məsələn,CdiskindəALTAYqovluğundasaxlanılanin.txtfaylınıf1fayldəyişəninəbağlamaqüçünproqramda
Assign (f1, 'c:\ALTAY\in.txt');
proseduru göstərilməlidir. Əgər yalnız faylın adı göstərilibsə, onda TurboPascal nəzərdə tutur ki, fayl proqramın yerləşdiyi qovluqdadır. Məsələn,
Assign(f2, 'out.txt');
proseduru proqram qovluğunda yerləşənout.txtfaylınıf2fayl dəyişəninəbağlayır.Assignproseduru faylın gerçək adıyla işləyən yeganə funksiyadır.Qalan funksiyaların hamısı fayl dəyişənindən istifadə edir. Bu səbəbdən proq-ramçılarf1-ə faylın daxili adı,c:\ALTAY\ in.txt-yə isə onun xarici adı deyirlər.
Dostları ilə paylaş: |