Azərbaycanda feodal münasibətlərinin yaranması və inkişafı.
III-V əsrlərdə Azərbaycanda feodalizmə xas olan əsas iqtisadi münasibətlər Bərqərar oldu.
Məhsuldar qüvvələrin və istehsal münasibətlərinin tədricən inkişafı feodal istehsal üsülunun bərqərar olmasına şərait yaradırdı. Əmək alətlərinin təkmilləşməsi və onların hazırlanmasında dəmirin tətbiqi əkinçiliyin və sənətkarlığın geniş inkişafına səbəb oldu. Hökmdar və onun ətrafındakı istismarçı sinif nümayəndələri torpaq sahibkarlarına çevrilirdilər. Hökmdar, yaxud dövlət torpaqları xidmət əvəzi olaraq hərbçilər və dövlət işçilərinə paylanırdı, bəzən də hədiyyə verilirdi.
Xüsusi xidmət adamlarına paylanmış belə torpaqlar feod, yəni “mülk” adlanırdı. Feodalizm adı da buradan əmələ gəlmişdi. Feodal torpaqlarında kəndli
əməyindən geniş istifadə olunurdu. Kəndli feodaldan asılı vəziyyətdə idi, çünki o feodalın torpağını becərməli, məhsulun müəyyən hissəsini ona verməliydi. Kəndli eyni zamanda müxtəlif mükəlləfiyyətləri yerinə yetirməli idi. Lakin onun əsas gəliri icarəyə götürdüyü feodal torpağı ilə bağlı idi.
Feodalızm dövründə iki sinif-feodal və kəndli sinifi yarandı. Kəndlilər əsas istehsalçı qüvvəni təşkil edirdilər. Kəndlilər, sənətkarlar və tacirlər dövlətə vergi verən təbəqəyə mənsub idilər. Sasani dövlətində əhali dörd sosial təbəqəyə kahin, döyüşçü, mirzə və vergi verən təbəqələrinə bölünmüşdü. Son təbəqə can (qezit) və torpaq (xaraq) vergisi verirdi. Bundan başqa kəndlilər əmək mükəlləfiyyətinə cəlb olunurdular.
III-VII əsrlərdə Azərbaycanda feodal münasibətləri inkişaf edir, feodal istismarı möhkəmlənirdi. Feodallar arasında iri və xırda feodal təbəqələri formalaşırdı. Iri feodallar patrik ( Bizans qaynaqlarında), xırda feodallar azat (İran qaynaqlarında) adlanırdılar. Feodal münasibətlərı dini idarələri də bürümüşdü. Torpaq sahələri olan məbəd və kilsələrə əhali dini ibadət xətrinə vergi verməyə və müəyyən mükəlləfiyyətləri yerinə yetirməyə məcbur edilirdi. Əsas istehsalçılar
Şinakan və ramik adlanırdılar. Onlar qismən torpağa təhkim olunmuşdular. Lakin təhkimçilik qeyri-xristian təsərrüfatında yayılmadı, burada feodaldan asılı kəndli təbəqələri yarandı.
Feodal torpaq mülkiyyəti dastakert (irsən keçən mülk) adıni daşıyırdı. Belə torpaqlar kəndlilərə icarəyə verilirdi.
Kəndlilərin torpağa təhkimləşməsi Azərbaycanın ancaq xristian feodallarının mülklərində meydana gəlməyə başladı.
Dostları ilə paylaş: |