İBTİDAİ İcma döVRÜ


Ərəb əsarətinə qarşı milli-azadlıq mübarizəsi. Xürrəmilər hərəkatı



Yüklə 74,32 Kb.
səhifə19/31
tarix02.01.2022
ölçüsü74,32 Kb.
#42058
1   ...   15   16   17   18   19   20   21   22   ...   31
tarix kollekvium.docx

Ərəb əsarətinə qarşı milli-azadlıq mübarizəsi. Xürrəmilər hərəkatı.

Xilafətin soyğunçu vergi siyasəti və məmurların özbaşınalığı, dəhşətli istismar və hüquqsuzluq, yerli feodalların mülklərinin və imtiyazlarının məhdudlaşdırılması, güclü ərəbləşdirmə siyasəti və başqa səbəblər əhalinin vəziyyətini ağırlaşdırmaqla yanaşı, ümumxalq qəzəbini coşdurdu.

748-ci ildə Beyləqanda başlanmış üsyan tezliklə digər vilayətləri,xüsusilə Bərdəni və Ərdəbili əhatə etdi. Beyləqandakı üsyana yerli hökmdar Var ibn Səfvan başçılıq edirdi. Üsyançılar ərəblərin burada olan hərbi dəstələrini qılıncdan keçirib

əmiri əsir aldılar və bütün məhbusları azad etdilər. Bu qələbədən sonra onlar Bərdə üsyançılarının köməyinə getdilər. Bərdədəki ərəb əmiri Asim ibn Yezidin qoşunlarını məğlub edib, özünü də öldürdülər. Əsarətə alınmış xalqların təzyiqi və



ərəb cəmiyyəti daxilində mübarizənin kəskinlənməsi nəticəsində Əməvilər sülaləsinin 89 illik hakimyyətinə 750-ci ildə son qoyuldu. Hakimiyyətə Abbasilər keçdi.

Azərbaycanda azadlıq mübarizəsinin parlaq səhifələrindən biri ərəb Xilafətinə qarşı 60 ildən artıq davam etmiş xürrəmilər hərəkatıdır. Onların şüarı torpağı və digər istehsal vasitələrini xalqın ixtiyarına verməkdən, kəndliləri və sənətkarları feodalların və digər hakim təbəqənin asılılığından azad etməkdən ibarət idi. Azərbaycanın istiqlaliyyətini bərpa etmək, onu yadellilərin tapdağından qurtarmaq xürrəmilərin əsas idealı idi. Xürrəmilər hərəkatı erkən orta əsrlər dövründə Şərqdə islam dini, feodal zülmü və ən başlıcası ərəb əsarətinə qarşı çevrilmiş güclü xalq hərəkatı idi. Məzdəkilərin və xürrəmilərin atəşpərəst olması haqqında orta əsr müəlliflərinin əksəriyyətinin fikri yekdildir. Ona görə də akademik Z.Bünyadov “xürrəm” sözünü pəhləvi dilində “xür”-od və “xvar”-Günəş anlamında mənalandırmışdır. Xürrəmilərin ərəblərə qarşı azadlıq mübarizəsi 61 il davam etmişdir. Onun üçdə iki hissəsini Babəkə qədərki dövr təşkil edir ki, onun da xeyli hissəsinə Cavidan rəhbərlik etmişdi.816-cı ildə döyüşlərin birində Cavidan Əbu İmranı öldürdü və bundan üç gün sonra aldığı yaradan özü də öldü. Babək Cavidan mülkünün sahibi və xürrəmilər icmasının rəhbəri oldu. Babək bütün ömrü boyu Xilafətə qarşı mübarizə aparmış və Azərbaycanda islamdan əvvəl mövcud olan qayda-qanunları ola bilsin ki, bərpa etməyə çalışmışdı. Xürrəmilər Babəkə qədər Xilafətə qarşı iki dəfə üsyan etdilər . Birinci üsyan 778-ci ildə baş verdi. 808-cı ildə xürrəmilərin ərəblərə qarşı daha güclü bir isyanı başlandı. İsfahanda başlanan bu üsyan bir çox əraziləri bürüdü. Xəlifənin amansız cəza tədbirləri xürrəmilərin azadlıq uğrunda mübarizə əzmini məhv edə bilmədi. Babəkə qədər xürrəmilər Xilafət üçün ciddi narahatlıq yarada bilmirdilər. Babək xürrəmilər icmasında rəhbərliyi ələ aldıqdan sonra vəziyyət tamamilə dəyişdi. Azadlıq ordusunun əsas hərəkətverici qüvvəsini kəndlilər təşkil etsə də, orada şəhər yoxsulları, sənətkarlar, orta və xırda feodallar, əhalinin müxtəlif təbəqələrinə mənsub adamlar da az deyildi. Azadlıq mübarizəsi bir çox əraziləri bürüsə də, bütün mənbələr təsdiq edir ki, Babəkin və xürrəmilərin vətəni Azərbaycan idi və azadlıq mübarizəsi buradan başlanmışdı. 819-cu ilə qədər xəlifə xürrəmilərə qarşı nizami ordu göndərmədi. Üsyançılara qarşı Azərbaycandakı hərbi hissələrin qüvvələrindən istifadə etdi. Xəlifə Məmun 819-cu ildə sərkərdə Yəhya ibn Müazın başçılığı ilə Babəkə qarşı ilk nizamı ordu göndərdi. Xürrəmilər bu ordunu əzdilər. Bu qələbədən sonra on il müddətində üsyançılar Xilafətin bir neçə nizami ordusunu məhv etdilər və sərkərdələrini əsir aldılar. 829-cu il iyunun 3-də Həşdadsər dağında xürrəmilərlə həlledici döyüş başladı. Döyüşdə iştirak edən 150 minlik ərəb ordusundan 30 min nəfəri məhv edildi. Qanlı vuruşma zamanı sərkərdə Məhəmməd ibn Hümeyd öldürüldü.Xürrəmilər 830-cu ildə qələbə çalaraq böyük strateji əhəmiyyəti olan Həmədanı tutdular. Bu üsyançıların nizami ərəb orduları üzərində beşinci parlaq qələbəsi idi. IX əsrin 30-cu illərin əvvəlləri azadlıq müharibəsinin ən müvəffəqiyyətli dövrü idi. Üsyançılar xilafəti lərzəyə salmışdılar. Bizansla müharibə, Suriya və Misirdəki üsyanlar xürrəmilərin azadlıq müharibəsi ilə bir vaxta düşdüyündən Xilafəti çaşdırmışdı. 833-cü il dekabrın 25-də Həmədan yaxınlığında şiddətli döyüş başlandı. Bu döyüşdə xürrəmilər ilk dəfə olaraq ağır məğlubiyyətə düçar oldular. Həmədan döyüşündəki qələbə Mötəsimə öz sələfinin üsyançılara qarşı tətbiq etdiyi hərbi taktikanın qüsurlarını anlatdı. Bizansla müharibəni dayandırıb bütün ordunu, maddi və hərbi sursatı Babəkilərə qarşı mübarizəyə sərf etdi. Afşin Heydər ibn Kavus 832-ci ildə xürrəmilərə qarşı vuruşan ərəb ordusuna baş komandan təyin edildi. Müharibə uzandıqca qüvvələr nisbətindəki fərq ərəblərin xeyrinə dəyişdi. Afşinin köməyinə göndərilmiş adlısanlı sərkərdə Buğa əl-Kəbirlə 836-cı ildə Həşdadsər dağı yaxınlığındakı döyüşdə xürrəmilər onun ordusunu əzdi, bir neçə sərkərdəsini məhv etdi.837-ci ilin avqustunda ərəb qoşunu Bəzz qalasına yaxınlaşdı və onu mühasirəyə aldı. Döyüş daha yaxşı silahlanmış və təchiz olunmuş düşmən üçün əlverişli vaxtda, 837-ci il avqustun 26-dabaşlandı. Bu döyüşdə yaralananlardan və itkin düşənlərdən əlavə, ərəblərdən 100 min nəfər, üsyançılardan 80 min nəfər həlak olmuşdu. Bəzzin süqutundan və ailə üzvlərini itirdikdən sonra Babək qardaşı Abdulla ilə birlikdə Arazdan keçib Arrana gəldi. Məqsədi Bizans imperatorunun yanına getmək yeni qüvvə toplayıb ərəblərə qarşı müharibəni davam etdirmək idi. Lakin Babək xəyanət nəticəsində ələ kecirildi və 838-ci il martın 14-də xəlifə Mötəsimin hökmü ilə edam edildi. Bu hərəkat istiqlaliyyət uğrunda azadlıq müharibəsi idi. Xilafət Azərbaycan xalqının müvarizə əzmini söndürə bilmədi.


Yüklə 74,32 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin