İBTİDAİ İcma döVRÜ


Ərəblərin Azərbaycanı işğal etməsi və İslam dininin yayılması



Yüklə 74,32 Kb.
səhifə17/31
tarix02.01.2022
ölçüsü74,32 Kb.
#42058
1   ...   13   14   15   16   17   18   19   20   ...   31
tarix kollekvium.docx

Ərəblərin Azərbaycanı işğal etməsi və İslam dininin yayılması.

Ərəblərin Azərbaycana hücumu ərəfəsində Azərbaycan Sasanilərin hakimiyyəti altında qalmaqla imperiyanın şimal canişinliyi inzibati ərazinin tərkibinə daxil idi.. Şahənşahın Azərbaycandakı mərzbanı vaxtlı-vaxtında bacın verilməsinə və imperiya qanunlarına əməl olunmasına nəzarət edirdi. Ərəblərin Azərbaycana hücumu məhz belə bir dövrə təsadüf etdi.

VII əsrin birinci qərinəsində Ərəbistan yarımadasında güclü bir feodal dövləti meydana gəldi. Asiyada, Afrikada və Avropada bir sıra ölkələri işğal edib şöhrət qazanan bu dövlətin yaradıcısı məkkəli Məhəmməd idi. Onun yaratdığı yeni dini təlim – islam (mənası Allaha mütilik deməkdir) feodal münasibətlərinin inkişafında, dövlətin möhkəmlənməsində və genişlənməsində böyük rol oynadı. Dövlətin yaradıcısı və öz dövrünün görkəmli dövlət xadimi olan Məhəmməd sağlığında bir sıra müharibələrə şəxsən özü başçılıq etmişdi. Məhəmmədin vəfatından sonra onun yaratdığı dövləti Peyğəmbərin xələfləri idarə etdiyindən dövlət Xilafət adlanırdı. Onun vəfatından (06 iyun 632-ci il) sonra ilk xəlifə olan Əbu Bəkrin iki illik hakimiyyəti (632-634) dövründə islam dini Ərəbistanda sabitləşdi. Onun ardınca hakimiyyətə gələn Ömərin xəlifəliyi (634-644) islam tarixinin və dövlətinin qalibiyyətlə yayılması və möhkəmlənməsi dövrü kimi xarakterizə olunur. Onun vaxtında Iraq, Suriya, Misir istila olundu.

Xilafət qoşunları 636-cı ildə Yərmuq döyüşündə bizansları, həmin il Qadsiyyə, 642-ci il Həmədan və Nəhavənd döyüşlərində isə Sasaniləri darmadağın etdilər.

Ərəb qoşunları ilk dəfə 639-cu ildə sərkərdə Hüzeyfənin başçılığı ilə Azərbaycana daxil oldular və burada güclü müqavimətə rast gəldilər. Azərbaycan qoşunlarına mərzban İsfəndiyar ibn Fərruxzad başçılıq edirdi. Lakin ərəb qoşunu qalib gələrək İsfəndiyarı əsir götürdü. İsfəndiyar 644-cü ildə əhali adından ərəblərlə müqavilə bağlamağa məcbur oldu. Müqavilənin şərtinə görə: 1. Azərbaycan əhalisi ərəblərə can vergisi – cizyə ödəməli (qadınlar, uşaqlar, imkansızlar cizyə ödəmirdilər) və ərəb əsgərlərini ərzaqla təmin etməli idilər; 2. Ərəblər də yerli əhalinin dini etiqadlarına və adət-ənənələrinə toxunmamağı öhdələrinə götürürdülər; 3. Ərəblərə tabe olmayıb ölkəni tərk etmək istəyənlər çıxıb gedə bilərdilər; 4. Könüllü olaraq ərəb ordusunda xidmət edənlər vergidən azad olunurdular.

Azərbaycana ilk basqından 7 il sonra – 646-cı ildə ərəblərin 2-ci basqınına Salman ibn Rəbiə başçılıq edirdi. Bu yürüş zamanı ərəblər Naxçıvandan Beyləqana qədər ərazini tutub əhalini xərac və cizyə verməyə məcbur etdi və Bərdə yaxınlığında düşərgə saldılar. Bərdə isə Albaniyanın paytaxtı idi. Ərəblər Cavanşiri igid və cəsarətli döyüşçü, ağıllı və səriştəli sərkərdə kimi tanıdıqlarından onun ölkəsində vuruşmağın nə qədər çətin olduğunu bilirdilər. Ərəb dəstələrinin ilk dəstəsi Albaniyaya soxulduqda Cavanşir onlara qarşı Bizans imperatoru II Konstantin ilə müqavilə bağladı. O, 654-cü və 660-cı illərdə iki dəfə II Konstantinlə görüşmüş və Bizans imperatoru Cavanşiri İberiya sərhədlərindən Araz çayına və “Hun qapıları”na (Dərbəndə) qədər ərazini əhatə edən Albaniya ölkəsinin hökmdarı kimi tanıdı. Bu müqavilə sayəsində Cavanşir ərəblərin hücumlarından sığortalandı.

VII əsrin 60-cı illərində siyasi hadisələrin sonrakı gedişi Cavanşiri Xilafətə qarşı öz siyasətini dəyişdirməyə məcbur etdi. Çünki həmin dövrdə Cavanşirin müttəfiqi Bizans çox zəif idi, hətta öz müstəqilliyini saxlamaq iqtidarında deyildi. Digər tərəfdən, şimaldan xəzərlərin, cənubdan İran feodallarının hücumlarından qorunmaq üçün Azərbaycana Xilafət kimi güclü bir dövlətin himayəsi zəruri idi.

661-ci ildə xəlifə Əli öldürüldü. Xilafətdə hakimiyyət Əməvilər sülaləsinin əlinə keçdi. Bu sülalənin nümayəndələri Müaviyənin (661-680) və oğlu I Yəzidin (680-683) dövründə ərəblərin işğalları daha da şiddətləndi. Belə bir vəziyyətdə Cavanşir Xilafətin vassallığını qəbul etməyi qərara aldı. O, bu məqsədlə iki dəfə Xəlifə Müaviyənin görüşünə getdi. Birinci dəfə 667-ci ildə Şama getməklə Xilafət vassallığını qəbul etdi. 670-ci ildə isə Cavanşir Müaviyə tərəfindən Şama dəvət olundu. Əvvəlkindən daha uğurlu olan bu görüş zamanı o, Bizans və Xilafət nümayəndələri arasındakı diplomatik danışıqlarda vasitəçilik etmişdi. Müaviyə bunun müqabilində Cavanşirə çoxlu hədiyyə təklif etsə də Cavanşir onlardan imtina etmiş və öz ölkəsinin üzərinə qoyulmuş vergilərin azaldılmasını xahiş etmişdi. Xəlifə isə Albaniyadan alınan vergiləri üçdə birə qədər azaltdı.

680-ci ildə (və ya 681) Cavanşir bizanspərəst feodalların qəsdi nəticəsində öldürüldü. Cavanşirin öldürülməsini bəhanə edən xəzərlər, sonra isə ərəblər Albaniyaya hücum etdilər. Varaz Trdatla sülh bağlayan xəzərlər geri qayıtdılar. Xilafət isə Albaniyanın daxili istiqlaliyyətini sıxışdırmağa başladı. Ölkə vassallıq hüququnu itirdi. Əslində hakimiyyət formal şəkildə qalır, ölkəni xəlifənin göndərdiyi canişinlər idarə edirdi. 705-ci ildə isə ərəblər Bərdəni tutaraq Cavanşirin sonuncu varisini Şam şəhərində edam etdilər. Bununla da Albaniyada Mehranilər sülaləsinin hakimiyyətinə son qoyuldu.


Yüklə 74,32 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin