İBTİDAİ İcma döVRÜ


Azərbaycan Böyük Səlcuq imperatorluğu tərkibində



Yüklə 74,32 Kb.
səhifə25/31
tarix02.01.2022
ölçüsü74,32 Kb.
#42058
1   ...   21   22   23   24   25   26   27   28   ...   31
tarix kollekvium.docx

Azərbaycan Böyük Səlcuq imperatorluğu tərkibində

XI əsrin ortalarında oğuz türklərinin qüdrətli dövləti – Böyük Səlcuq imperatorluğu yarandı. Bu dövlətin ərazisi Mərkəzi Asiyada Seyhun (Sır-Dərya) çayından Aralıq dənizinə, Dərbənd keçidindən İran körfəzinə qədər geniş ərazini əhatə edirdi. Səlcuq türkləri oğuzların bir qolu idi. Səlcuq bəy qınıq tayfasına mənsub idi və Oğuz dövlətində subaşı (hərbi dəstə başçısı) vəzifəsində çalışırdı. Səlcuq bəy Oğuz yabqusu (hökmdarı) ilə arası dəydikdə öz tayfası ilə Seyhun çayı boyuna köçdü, burada islamı qəbul etdi. X əsrin ortalarında baş verən bu hadisədən sonra oğuzların Səlcuq bəyə tabe olan hissəsi səlcuqlar adlandı. Səlcuqlar XI əsrin əvvəlində Qaraxanlı və Qəznəvilər tərəfindən sıxışdırıldıqda qərbə - Xorasana köçdülər. Bu zaman onların başçısı Səlcuğun nəvəsi Toğrul bəy idi. O, 1015-ci ildə qardaşı Çağrı bəyi hərbi dəstə ilə Bizansa kəşfiyyata göndərdi. Bu dəstə İran və Azərbaycandan keçib Bizans ordusunu məğlub etdi, Van gölü ətrafını, Naxçıvanı öz nəzarəti altına aldı. Çağrı bəy Xorasana dönüb İran və Cənubi Qafqazın siyasi dağınıqlıq dövrü yaşadığını, bu yerlərin çox zəngin olduğunu bildirdi.

Toğrul bəy 1038-ci ildə Qəznəvi ordusunu məğlub edib Xorasanı özünə tabe etdi və burada Səlcuq dövlətini yaratdı. Toğrul bəy sultan (1038-1063) elan olundu. Dövlətin ilk paytaxtı Nişapur şəhəri idi. 1040-ci ildə Səlcuq ordusu Qəznəvi hərbi qüvvələrini Dəndənəkan döyüşündə darmadağın etdi. Mərkəzi Asiyanın çox hissəsi Səlcuq dövlətinə birləşdirildi. 1043-cü ildə paytaxt Rey şəhərinə köçürüldü. Bundan sonra Səlcuq ordusunun Qərbi İrana, Cənubi Qafqaza böyük yürüşləri başlandı. Səlcuqlar Şəddadi hərbi qüvvələri ilə birlikdə 1048-ci ildə Bizans-gürcü-erməni qüvvələrini məğlub etdilər. Bizans Səlcuq dövləti ilə sülh bağladı. 1054-cü ildə Rəvvadi və Şəddadi dövlətləri Səlcuq dövlətinə tabe edildi. Şəddadi hökmdarı ilə bağlanan müqaviləyə görə Bizans-gürcü-erməni qüvvələrinə qarşı hərbi ittifaq yaradıldı. 1055-ci ildə Səlcuq ordusu Bağdadı tutdu və Abbasilər xilafətini asılı hala saldı. Xəlifə sultan Toğrulu “Şərqin və Qərbin hökmdarı” elan etdi, ona Rükniddin (dinin dayağı) titulu verdi. Sultan Alp Arslan (1063-1072) dövründə 1066-cı ildə Şirvanşahlar dövləti də Səlcuq imperatorluğuna birləşdirilidi. Bununla Azərbaycanın tabe edilməsi prosesi başa çatdı. Sultan Şirvan hökmdarını şah titulundan məhrum etdi.


Yüklə 74,32 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin