İBTİDAİ İcma döVRÜ



Yüklə 74,32 Kb.
səhifə24/31
tarix02.01.2022
ölçüsü74,32 Kb.
#42058
1   ...   20   21   22   23   24   25   26   27   ...   31
tarix kollekvium.docx

Şəddadilər dövləti (971-1054). Mənşəcə kürd olan Məhəmməd ibn Şəddad 951-ci ildə Dəbili ələ keçirib müstəqil Dəbil əmirliyi yaratdı. 971-ci ildə isə Gəncəni tutub Azərbaycan Şəddadi dövlətinin əsasını qoydu. Az sonra Bərdə, Şəmkir torpaqlarını da ələ keçirdi. Oğlu Fəzl ibn Məhəmməd (985-1030) dövləti daha da möhkəmlətdi. O, 1)Gəncə ətrafında xırda mülkləri ləğv edib, mərkəzi hakimiyyəti gücləndirdi; 2)ata-baba mülkü olan Dəbili öz dövlətinə birləşdirdi; 3)erməni hakimini bac-xərac verməyə məcbur etdi. Fəzl ibn Məhəmməd 1027-ci ildə hərbi məqsədlə Araz çayı üzərindən Xudafərin körpüsünü saldırdı. Bu körpü Azərbaycanın şimali ilə cənubu arasında iqtisadi və mədəni əlaqələrin inkişafında mühüm rol oynadı. Fəzlin dövründə Şirvanşahlarla qohumluq, Tiflis əmiri və Rəvvadi hökmdarı ilə dostluq münasibəti yaradılmışdı. XI əsrin 30-cu illərində Arazdan şimaldakı Azərbaycan torpaqlarında yeni oğuz tayfaları məskunlaşdı. Bunun hesabına Şəddadilərin hərbi gücü artdı. Şəddadi-oğuz qüvvələri 1037-ci ildə Dəbilə hücum edən Bizans-erməni qoşunlarını, 1038-ci ildə isə Tiflis əmirliyinə soxulan Bizans-gürcü qoşunlarını məğlub edib qovdular. 1054-cü ildə Şəddadi hökmdarı Əbüləsvar Şavur Səlcuq dövləti ilə müqavilə bağladı, ona tabe oldu. O, Gəncənin müdafiəsini möhkəmləndirmək üçün şəhərin ətrafına xəndək və hasar çəkdirdi. 1063-cü ildə möhkəm qala qapıları düzəltdirdi. Qapıları usta İbrahim Osman oğlu hazırlamışdı. 1139-cu ildə Gəncədə güclü zəlzələ baş verdi, şəhər dağıldı. Həmin vaxt Gəncəyə hücum edən gürcü qoşunu salamat qalan evləri qarət etdi və qala qapılarını da özü ilə apardı. Gəncə qapıları hazırda Gürcüstanda Gelat monastrında saxlanılır.


Yüklə 74,32 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin