Icarə öhdəliyini həmin tarixdə ödənilməmiş icarə ödənişlərinin diskontlaşdırılmış dəyərilə



Yüklə 198,36 Kb.
səhifə4/6
tarix02.01.2022
ölçüsü198,36 Kb.
#38602
1   2   3   4   5   6
Diskonlaşdırma və mürəkkəb faiz

Misal. Diskontlaşdırma

A müəssisəsi iki ildən sonra B müəssisəsinə 1 210 manat məbləğində ödəniş etməlidir. Bu borc məbləğinin bu günə dəyəri nə qədər olacaqdır?

Bu borc məblğinin bu günə olan dəyərini hesablamaq üçün əksinə edərək, borc məbləğini 1 210 manatı, (1 + 0.10)2 əmsalına bölmək lazımdır:

1 210 / (1 + 0.10)2 = 1 000.

Bu əməliyyata diskontlaşdırma deyilir.

Beləliklə, diskontlaşdırma bir neçə ildən sonra ödəniləcək (və ya alınacaq) məbləğin bu günə dəyərinin hesablanmasına deyilir.

Gələcəkdə ödəyəcəyiniz və ya alacağınız məbləğin bu günə olan dəyərini bilmək istəyirsinizsə bu məbləği müəyyən faiz dərəcəsi ilə diskontlaşdırmaq lazımdır. Bu faiz dərəcəsinə "diskontlaşdırma dərəcəsi" deyilir. Hər iki misalda diskontlaşdırma dərəcəsi 10%-dir. 1 210 manat iki ildən sonra ödəniləcək məbləğdir, 1 000 manat isə gələcəkdə ödənilən məbləğin bugünə diskontlaşdırılmış dəyəridir. Məbləğlərin gələcəkdəki və bu günkü (diskontlaşdırılmış) dəyərlərinə inqilis dilində müvafiq olaraq future value (FV) və present valur (PV) deyilir. Misalda 1 210 manat - gələcəkdəki dəyərdir (FV), 1 000 manat isə bugünkü dəyərdir .

Diskontlaşdırma əməliyyatı etdikdə biz gələcəkdəki məbləğin bu gününkü dəyərini hesablayırıq:



  • Bu gün - ?

  • İki ildən sonra - 1 210

Mürəkkəb faiz hesabladıqda isə əksinə biz bu günkü məbləğin gələcəkdə dəyərini hesablayırıq:

  • Bu gün - 1 000

  • İki ildən sonra - ?

Diskontlaşdırılmış dəyəri hesablamaq üçün düstur və ya diskontlaşdırma düsturu ikinci misalda olacaqdır: 1 210 * 1/(1+R)n = 1 000.


Yüklə 198,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin