6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti,
həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirir.
xlv
6.2. Agentlik hər il martın 31-dək əvvəlki ildə ölkənin icbari tibbi sığorta sistemi ilə
bağlı vəziyyəti və inkişaf perspektivləri barədə hesabatı, habelə Agentliyin fəaliyyətinə
dair illik hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
7. Agentlikdə uçot və hesabat
7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə
hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.
xlvi
7.3. Agentlik filial, nümayəndəlik, idarə və təsərrüfat cəmiyyətlərinin, habelə
tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin
edir.
xlvii
7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb
edir.
Dostları ilə paylaş: |