4. Agentliyin xərclər smetasını
təsdiq edir;
4.5.11-1. Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən, habelə İcbari Tibbi Sığorta
Fondundan başqa dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə
əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirir;
xxxiii
4.5.11-2. Agentliyin daxili audit bölməsinin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair
hesabatlar alır, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir;
4.5.12. Agentliyin illik maliyyə hesabatlarını tərtib edir;
4.5.13. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin xalis
aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin),
və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin
bağlanması haqqında qərar qəbul edir;
xxxiv
4.5.14. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən
əqdin bağlanması haqqında
qərar qəbul edir;
4.5.15. Agentliyin fəaliyyətinə dair illik iş planlarını, onların yerinə yetirilməsi
haqqında hesabatları təsdiq edir;
4.5.16. Agentliyin sığorta ehtiyat fondlarının formalaşdırılması və bu ehtiyatlardan
istifadə qaydasını müəyyən edir;
4.5.17. icbari tibbi sığorta haqlarının məbləğinin və bu haqların ödənilmə
qaydasının müəyyən edilməsinə dair təkliflər verir;
4.5.18. Agentliyin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;
4.5.19. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair
tədbirlər görür;
4.5.20. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş
məsələlərin həlli üçün tədbirlər görür;
xxxv
4.5.21. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə
qərar verir.
4.6. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə
Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə
Heyətinin iclasları İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş
məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında hər üzv bir səsə malik
olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, İdarə
Heyəti sədrinin (və ya onu əvəz edən İdarə Heyətinin digər üzvünün) səsi həlledici
sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.
4.6-1. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil
edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı
məlumat verilir.
xxxvi
4.6-2. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ
çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin
müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
4.6-3. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq
təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla,
qərar qəbul edilə bilməz.
4.7. İdarə Heyətinin sədri:
4.7.1. Agentliyin cari fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir;
xxxvii
4.7.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini
müəyyənləşdirir və iclaslarına sədrlik edir;
4.7.3. öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə
Heyətinin iclaslarını çağırır;
4.7.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı digər üzvünün xahişi
əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
4.7.5. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil
edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.7.6. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam
və əmrlər verir;
4.7.7. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə
uyğun istifadə olunmasına nəzarət edir;
4.7.8. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.7.8-1. “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə
bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr
tarixli 418 nömrəli Fərmanının 3.6-cı bəndi nəzərə alınmaqla, müəyyən edilmiş struktur,
əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur
bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;
Dostları ilə paylaş: