4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə
4.2. Agentliyi İdarə heyəti idarə edir.
4.3. İdarə Heyəti Agentliyə
ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə
Heyətinin tərkibi beş nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin iki
müavinindən və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən
digər iki üzvdən ibarətdir. İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 5 (beş) ildir.
xxi
4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti
üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.
xxii
4.5. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:
4.5.1. Agentliyin
inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyən edir və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir;
xxiii
4.5.2. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün Azərbaycan Respublikasının
Prezidentinə təkliflər verir və sənədlər
(o cümlədən Agentliyin maliyyə hesabatını) təqdim
edir;
Dostları ilə paylaş: